• II bölmədə
  • MÜNDƏRİCAT Səh. Giriş
  • II bölmə. Məmulatın hazırlanma xəritəsi (kişi gödəkçəsi)
  • III bölmə. Məmulatın hazırlanmasında istifadə edilən maşın və avadanlıqlar
  • Nəticə və təkliflər
  • I BÖLMƏ. YÜNGÜL SƏNAYE VƏ İSTEHSAL SAHƏLƏRİ
  • TİKİŞ MƏMULATLARININ İSTEHSALINDA İSTİFADƏ EDİLƏN MATERİALLARIN HAZIRLANMASI VƏ PARÇALARA QOYULAN TƏLƏBLƏR
  • Geyimin funksiyası və tikiş məmulatlarının istehsalında konstruksiya və texnologiyanın əhəmiyyəti
  • Qrup: 750 buraxili ş İ Ş İ




    Download 113,82 Kb.
    bet1/4
    Sana31.12.2019
    Hajmi113,82 Kb.
    #7592
      1   2   3   4

    AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

    AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


    İxtisas: 050321– DİZAYN

    Qrup: 750


    B U R A X I L I Ş İ Ş İ

    Mövzu: Kişi geyimlərinin istehsalında ayrı-ayrı hissələrin

    hazırlanma ardıcıllığının tərtibi

    Tələbə: Mollaeıublı Takhmına Kamran qızı

    Rəhbər: b/m.Abdullayeva Şəhla Fərəməz qızı


    Kafedra müdiri: s.ü.f.d.Məmmədova Lalə Hamlet qızı

    BAKI – 2019

    AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

    AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
    Fakültə “Texnologiya və dizayn” Kafedra “Dizayn” .

    İxtisas: 050321– DİZAYN .

    Təsdiq edirəm:

    Kafedra müdiri

    21 dekabr 2018

    BURAXILIŞ İŞİ ÜZRƏ

    T A P Ş I R I Q

    Qr.№ 750 Mollaeıublı Takhmına Kamran qızı

    (soyadı, adı, atasının adı)

    1.Mövzunun adı: Kişi geyimlərinin istehsalında ayrı-ayrı hissələrin

    hazırlanma ardıcıllığının tərtibi

    Universitetin « 21 » dekabr 2018-ci il № 829/4/2018

    əmri ilə təsdiq edilmişdir.

    2.Mövzu üzrə tapşırıq: Kişi geyimlərinin istehsalında ayrı-ayrı hissələrin

    hazırlanma ardıcıllığının tərtibi

    3.Hesabat – izahat yazısının məzmunu / işlənəcək sualların siyahısı /



    1.Giriş 2.Tikiş məmulatlarının istehsalında istifadə edilən materialların hazırlanması və parçalara qoyulan tələblər 3.Geyimin funksiyası və tikiş məmulatlarının istehsalında konstruksiya və texnologiyanın əhəmiyyəti 4.Kişi gödəkçəsinin texnoloji hazırlanma ardıcıllığı 5.Tikiş məmulalarında ciblərin hazırlanması 6.Geyim hissələrinin hazırlanmasında tətbiq edilən avtomat, xüsusi təyinatlı maşınlar 7.Tikiş məmulatlarının istehsalında isti nəmləndirmə əməliyyatı.Nəticə və təkliflər

    4.Qrafiki materiallar________________________________________ ______

    5.Tapşırığın verilmə tarixi 21 dekabr 2018-ci il

    6.İşin təhvil verilmə müddəti 01 iyun 2019-cu il


    TƏLƏBƏ T.K. Mollaeıublı

    /imza/

    RƏHBƏR b/m.Ş.F.Abdullayeva



    /imza/

    Azərbaycan Dövlət İqtisad Universiteti “Texnologiya və Dizayn”

    fakültəsinin 750 qrup tələbəsi Mollaeıublı Takhmına Kamran qızı

    tərəfindən “Kişi geyimlərinin istehsalında ayrı-ayrı hissələrin

    hazırlanma ardıcıllığının tərtibi” mövzusunda yerinə

    yetirilmiş buraxılış işinin
    REFERATI
    Respublikamızın istehsal sahələrdə olduğu kimi yüngül sənayenin inkişafında da irəliləyişlər özünü göstərir. Belə ki, istehlakçıların tələbini ödəmək üçün daha keyfiyyətli, zövqlü məmulatların hazırlanması çox önəmlidir. Çünki insanların digər sənaye məmulatlarına ehtiyacları olduğu kimi tez-tez dəyişən dəblə uyğunlaşmaq həvəsinə görə də geyim məmulatlarından istehsalına tələbat çoxdur.

    Buraxılış işi referat, giriş, 3 bölmədən, nəticə və təkliflər və ədəbiyyat siyahısından ibarətdir.



    I bölmədə - Tikiş məmulatlarının istehsalında istifadə edilən materialların hazırlanması və parçalara qoyulan tələblər, geyimin funksiyası və tikiş məmulatlarının istehsalında konstruksiya və texnologiyanın əhəmiyyəti araşdırılmışdır.

    II bölmədə - Kişi gödəkçəsinin texnoloji hazırlanma ardıcıllığı, tikiş məmulatlarında ciblərin hazırlanması haqqında məlumatlar əldə edilmişdir.

    III bölmədə - Məmulatın hazırlanmasında istifadə edilən maşın və avadanlıqlar, geyim hissələrinin hazırlanmasında tətbiq edilən avtomat, xüsusi təyinatlı maşınlar və tikiş məmulatlarının istehsalında isti nəmləndirmə əməliyyatı araşdırılmışdır.

    Tədqiqatın yekununda əldə olunmuş qənaətlər üzrə müvafiq nəticələr hasil edilmiş və təkliflər irəli sürülmüşdür.

    Buraxılış işi istifadə olunmuş ədəbiyyat siyahısı ilə yekunlaşır.

    MÜNDƏRİCAT

    Səh.
    Giriş......................................................................................................................... 5
    I bölmə. Yüngül sənaye və istehsal sahələri ....................................................... 7


      1. Tikiş məmulatlarının istehsalında istifadə edilən materialların

    hazırlanması və parçalara qoyulan tələblər............................................................ 9

      1. Geyimin funksiyası və tikiş məmulatlarının istehsalında konstruksiya və texnologiyanın əhəmiyyəti.................................................................................15


    II bölmə. Məmulatın hazırlanma xəritəsi (kişi gödəkçəsi)............................... 26

    2.1. Kişi gödəkçəsinin texnoloji hazırlanma ardıcıllığı ...................................... 27

    2.2. Tikiş məmulalarında ciblərin hazırlanması ................................................... 36
    III bölmə. Məmulatın hazırlanmasında istifadə edilən maşın və avadanlıqlar...........................................................................................................38

    3.1. Geyim hissələrinin hazırlanmasında tətbiq edilən avtomat, xüsusi

    təyinatlı maşınlar..............................................................................................39

    3.2. Tikiş məmulatlarının istehsalında isti nəmləndirmə əməliyyatı .....................42


    Nəticə və təkliflər ................................................................................................. 44

    Ədəbiyyat.............................................................................................................. 45

    Əlavələr..................................................................................................................47

    GİRİŞ
    Ölkəmizin günü-gündən inkişaf etmə mərhələlərinin uğurla keçdiyi yolu demək olar ki, hərgün şahidi oluruq.

    Belə ki, bu inkişaf mərhələsi özünü bir çox sahələrdə göstərir.

    Sənayenin müxtəlif sahələrində aparılan islahat, yenidənqurma işləri öz bəhrəsini verir. Sənayenin ən vacib sahələrindən biri yüngül sənayedir. Yüngül sənaye malların tələbat daha da artır. Bu məsələ öndən irəli gəlir ki, yeni geyim nümulərinin yeni dəbin modanın tez-tez dəyişməsi istehlak mallarına olan tələbi artırır.

    Tikiş məmulatarı istehsalı dedikdə xalq tələbatına uyğun geyim nümunələrinin istehsalı kütləvi istehsalda olduğu kimi fərdi istehsalda da öz sözünü deyir.

    Kiçik müəssisələrdə moda evlərində tikiş sexlərində insanların fərdi istəyi ilə məmulat tikilir.

    Ümumiyyətlə tikiş məhsullarına işlər material furnitura, köməkçi elementlər baxımından onların keyfiyyətinə qiymət qoyulur.

    Geyim məmulatlarının keyfiyyəti modelin formasından, layihələndirilməsin-dən, konstruksiyasından və texnologiyasından mütləq dərəcədə asılıdır.

    Ümumiyyətlə tikiş məmulatlarının konstruktiv layihələndirilməsində əsas amil dəb götürülür. Amma nəzərə almaq lazımdır ki, dəb dəyişərkən insanların yaşamı və bədən quruluşunu çox da diqqətdə saxlamır. Dəb gəlir və tez də dəyişir.

    Geyim sənayesi-yəni tikiş məmulatlarının istehsalı dedikdə onun qarşısında duran əsas məqsəd təkcə rahat paltar istehsal etmək deyil həm də gözəl bədəndəki qüsurları örtməli, paltarı daşıyan insanı daha özünə güvən hissini artırmalıdır.

    Ümumiyyətlə tikiş məmulatlarının istehsalını daha da inkişaf etdirmək üçün müxtəlif elmləri yaxşı bilmək lazımdır. Antropologiya, biologiya, psixologiya, erqonomika, kolorometriya.

    Antropologiyanı bilmədən bir insan bədən quruluşunu düzgün qiymətləndirə bilmərik.

    Bədən bütün xarici formasını öyrənməklə ölçüləri çıxarmaq, bədən tiplərini ayırmaq, hər bir quruluşa görə model hazırlamaq vacibdir.

    Rənglərin psixologiyaya təsiri mütləq öyrənilməlidir ki, hansı mərasimlərdə istifadəsi düzgün seçilsin.

    Texnologiyanın inkişafı bu gün sənayenin bütün sahələrinə təsir göstərdiyi kimi tikiş məmulatlarının istehsalında da öz sözünü deyir. Əgər insanlar qədim zamanlarda ancaq iynə və sapla geyimləri ərsəyə gətirirdilərsə sonralar çox primitiv tikiş maşınları gündəmə gəlir.

    Hazırda isə kompyuter vasitəsilə ülgülərin çıxarılması, çox sürətli tikiş maşınlarının köməyi ilə geyimləri mürəkkəb bəzək elementləri ilə yaraşıqlı etməklə yanaşı hazırlanma texnologiyasına da çox təsir göstərir.

    I BÖLMƏ. YÜNGÜL SƏNAYE VƏ İSTEHSAL SAHƏLƏRİ
    Yüngül sənayenin bütün sahələri insan həyatı üçün zəruri olan istehlak mallarının istehsalı ilə məşğul olan sahədir.

    Necə ki, qida sənayesi yaşayış üçün vacib bir sahədir. O qədər də yüngül sənayenin bütün sahələri insan üçün əhəmiyyətlidir.

    Bu sahəyə kimyəvi və təbii liflər, gön dəri, toxuculuq, trikotaj və tikiş sənayesi aiddir.

    Təbii liflərv kimi pambıq, kətan-bitki mənşəli, heyvan mənşəli liflər isə yun, ipək hesab olunur. Elm inkişaf edir. Texniki tərəqqi nəticəsində təbiətdən alınan liflərlə kifayətlənməyərək bugün süni kimyəvi saplardan da istifadə edilir. Əlbəttə təbiətin bəxş etdiyi materiallar daha doğal olduğuna baxmayaraq bu saplara uzun Alıncaq bu halda yaddan çıxarmaq olmaz ki, təbii liflərin insan orqanizminə heç bir zərəri yoxdur, allergik təsiri olmur. Amma süni liflərdən alınan materiallar allergiyalı insanlar da müxtəlif fəsadlar yaradırlar. Buna görə lif tərkibini yaxşı olur ki, müəyyən hissəsi təbii bir hissəsi isə kimyəvi olsun.

    Tam tərkibi süni liflər hava keçirmir, dərini nəfəs almağa qoymur. Son zamanlar bir çox ölkələrdə alt geyimlərinə, gündəlik məişət məmulatlarına 100 % poliest liflərindən olan parçaların tətbiqi qadağan edilib.

    Toxuculuq sənayesi müxtəlif liflərdən olan parça materiallarının toxunması ilə məşğul olur. Hal-hazırda respublikamızda fermer təsərrüfatına və pambıqçılığın, baramaçılığın inkişafına mühüm fikir verilir. Bu da həm təbii liflərin istehsalı sənayesi ilə yanaşı toxuculuq sahəsinə də öz təsirini göstərir.

    Trikotaj sənayesi alt geyimləri corab məmulatları, toxunma üst geyimləri istehsalı ilə məşğul olur.

    Trikotaj məmulatlarının asanlıqla dartılan olması, deformasiyaya tez uğraması, bədən rahat yatımlılığı, hərəkəti məhdudlaşdırmaması çox önəmlidir.

    Alt geyimləri bədənə kip otursa qan dövranının yaxşı hərəkət etməsinə mane olur, hətta sıxarsa ciddi problemlərə səbəb ola bilər.

    Trikotaj sənayesi qarşısında duran əsas vəzifə insanların sağlamlığı üçün məmulat istehsal etməkdir.

    Gön dəri sənayesi insanların ayaqqabıya kəmərə, əlcəyə, çəkmələrə, kiçik çantalara olan tələbini ödəyir. Həmçinin müxtəlif dəri gödəkçələr, geyim dəstləri də istehsal edir.

    Yüngül sənayenin sahələrindən biri olan tikiş sənayesi keyfiyyətli dəbli, zövqlü, hər yaşa, cinsə görə məmulat istehsal edir.

    Tez-tez dəyişən dəbin qarşısında dayanmaq çox çətindir. Lakin insanlar da olan zövqlə geyinmək, seçilmək həvəsi həmişə var olacaq. Buna görə də bu istək çox böyük pul xərcləmədən insanların yaşama, işləmə həvəsini artırmaq üçün tikiş sənayesi işçiləri çox əzmlə çalışırlar.

    İstehlakçı tələblərinə uyğun tikiş məmulatları istehsal etməyə çalışırlar.

    Dəb jurnallarının, internetin, informasiyanın sürətlə yaydığı bir dövrdə bu əlbəttə çətin bir işdir. Buna görə də tikiş sənayesində istehsal edilən mallar tez-tez yenilənir, alıcıların zövqünü oxşayır.


      1. TİKİŞ MƏMULATLARININ İSTEHSALINDA İSTİFADƏ EDİLƏN MATERİALLARIN HAZIRLANMASI VƏ PARÇALARA QOYULAN TƏLƏBLƏR

    Tikiş məmulatlarında daha dəbli, yaraşıqlı, zövqlü olmaqla yanaşı bədən üçün zərərli olmayan, gigiyenik tələblərə cavab verən materiallardan istifadə edilir.

    Ümumiyyətlə geyim üçün material seçərkən onun quruluşu, strukturu, tərkibi, kimyəvi, mexaniki xassələri nəzərə alınmalıdır.

    Lif tərkibi düzgün götürüldükdə ikinci halı da nəzərə almaq lazımdır ki, materialın üzərindəki, bəzək elementləri, rəng, müxtəlif ornomentlər tikilərək məmulata uyğun olsun.

    Bütün hallarda olmasa da çox vaxt geyim üçün seçilən materiallar sapdan ibarət olur. Bəzən toxunmayan materiallardan da istifadə edilir.

    Liflər, nazik, qalın da ola bilər. Lif nə qədər nazik olarsa o qədər qıvrım olur. Belə halda bu cür liflərdən hazırlanan saplar daha möhkəm olur.

    Istənilən halda sap hazırlanarkən onun hiqroskopikliyi, suya və temperatura davamlılığı, kimyəvi tərkibi, turşuların təsirinə reaksiyası, hava və işığa, yanmaya qoruyuculuğu nəzərə alınır.

    Pambıq liflər təbiətdə yetişdiyinə görə kollar üzərində bitir. Yığım dövründə əl ilə yığılan liflər daha keyfiyyətli hesab edilir. Maşınlar vasitəsilə yığılır, kiplərə yerləşdirilir, müəyyən texnoloji proseslərdən keçdikdən sonra liflər əyirilir.

    Barama qurdundan alınan ipək lifləri çox qiymətli hesab edilir. Zərif, gözəl, bədənə zərərsiz olan bu lifdən alınan parçalar hər bir dövrdə seçilmişdir. Şəki ipəyindən hazırlanan geyim məmulatları bir çox muzeylərdə qiymətli eksponat kimi saxlanılır.

    Yundan hazırlanan ipliklər isti saxlama qabiliyyətinə malik olur. Çox zərif mahud parçaların istehsalında istifadə edilir.

    Məmulatın hazırlanmasında təkcə onun modeli, zövqlü olması deyil insan orqanizminə material baımından da zərərli olmaması vacib şərtlərdəndir.

    Kimyəvi liflər istehsal edilərkən məsələn biskor ipliyini götürsək suyun, istiliyin təsiri, qələvilərə davamlılığı, möhkəmliyi, parlaqlığı, nazikliyiin, ipliyin xovluluğu nəzərə alınmalıdır. Ümumiyyətlə təbii liflərdən başqa, sintetik- kapron, nitron, lavsan, xlorin, anid, enant, ştapel lifləri mövcuddur.

    Əyilməsinə görə hər bir lif müxtəlif özünə xas üsullarla əyirilir.

    Material toxunarkən əriş və arğac saplarından istifadə edilir.

    Eninə qoyulan saplar arğac, uzununa olan liflər isə əriş adlanır. Toxunma zamanı əriş və arğac sapları bir-birinin üzərinə çıxaraq hörülür. Hansı sap daha çox olarsa o adla hörülmə adlanır.

    Toxunma üsullarına gəldikdə 4 (dörd) qrup var:



    1. Düz, sadə

    2. Kiçik, xırda naxışlı

    3. Mürəkkəb hörmə

    4. Böyük naxışlı hörmələr

    Parça istehsalında materialın qalınlığı, eni, uzunluğu, üz səthinin və astarının quruluşu çox əhəmiyyətlidir.

    Aydın məsələdir ki, alt geyimləri mövsümə görə hazırlandıqda material nəzərə alınmalıdır.

    Ümumiyyətlə bütün çeşidlərdə parça seçimi təyinatına görə olur. Bəzən istehsalda həm astar həm də üz hissəsindən istifadə edilə biləcək materiallardan istifadə edilir. Ikiüzlü materialların üzü, astarı eynidir.

    Materialın xassələrində əsas amillərdən biri də geyilməyə davamlılığıdır. Çünki istismar vaxtı müəyyən dartılmalara, sürtülmələrə, yuyulmağa, günəş işığının təsirinə məruz qalır.

    Adətən hazır geyimlərdən məsələn pencək və paltoların dirsək hissələri, şalvarlarda diz, ciblərin girəcəkləri, qolların aşağı hissəsi, yaxalıqların boyunla təmasda olan yerləri tez dağılır. Bu isə sürtülmə nəticəsində yaranır.

    Bəzi müəssisələrdə geyim məmulatları istehsal edilərkən, məmulatın geyinmə ömrünü uzatmaq məqsədi ilə şalvarlarda balaqaltı, dizin üstünü örtmək məqsədi ilə astarlıqlar qoyulur.

    Pencəklərdə və köynəklərdə, qollarda bəzək elementi kimi parçalardan üstdən qoyma tikişi vasitəsi ilə istifadə edilir.

    Parça materiallarına qoyulan əsas tələblərdən biri də yuyulma zamanı öz rəngini, elastikliyini itirməməsidir.

    Demək olar ki, bütün hazır məmulatlarda materiala qulluq göstərilir. Belə ki, hansı temperaturda yuyula, ütüləmə, müxtəlif kimyəvi yuyuculara qarşı davamlılığı göstərilir.

    Parçaya qoyulan tələblərdən biri də onun çəkisidir.

    Yüngül parçalardan hazırlanmış geyimlər insanlarda diskomfort hissi yaratmır, ağırlıqdan yorulmur, daha rahat hiss etdirir.

    Bu xüsusilə uşaq paltarlarına və üst geyimlərinə aiddir.

    Məsələn, qış geyimləri kimi bildiyimiz palto, gödəkçə, dublyonka, plaş və yarımpalto nə qədər yüngül olarsa bir o qədər insanın əhval ruhiyyəsi də yaxşı olar.

    Həmçinin belə geyimlərdə rəng də çox önəmlidir.

    Adətən qabaqlar tünd geyimlər qış mövsümündə istifadə edilirdisə, son zamanlar insanlar rəngli geyimlərə yəni, qırmızı, yaşıl, bordo, sarı, göy, boz rənglərə üstünlük verirlər. Bu isə insanın həm özündə həm də onu görən insanlar daha optimist hisslər yaradır.

    Üst geyimlərinin hazırlanmasında adi materiallardan yəni, yun, drap, kəşmir, müxtəlif süni və sintetik liflərdən ibarət olan materiallardan başqa da kişi geyimlərində suni və təbii dərilərdən zamuş materiallardan da istifadə olunur. Bu materiallardan olan geyimlər günün tələbinə və dəbinə uyğun layihələndirilir.

    Bu materialların özünəməxsus xüsusiyyətləri vardır.

    Isti nəmləndirmə əməliyyatlarını öz formalarında saxlayırlar. Tikiş zamanı tikilmiş hissə söküldükdə materialda deşiklər qalma ehtimalı olur və bu tələblərdə konstruklaşdırma zamanı mütləq nəzərə alınır.

    Məmulata forma ancaq tikiş və xiştəklər vasitəsilə verilə bilər. Döş çevrəsinə verilən əlavə pay (Dç)ayrı materiallara verilən paydan çox olmalıdır. Bu onunla əlaqədardır ki, məmulat istismar edilərkən dartılıb cırılmasın. Məmulatın ölçü ülgüləri material üzərində düzgün yerləşdirilməlidir. Belə materiallardan bütöv biçimli parça tikələri olduqda düz və yarım yapışıq siluetlərdən istifadə olunur. Ümumiyyətlə dəri məmulatlarında ətək və kürək hissəni böyük miqdarda konstruktiv və dekorativ hissələrdən (tikələrdən) hazırlayırlar. Bu ona görədir ki, həm parçaya qənaət etmək həm də materialın dartınma deformasiyasını artırmaq üçündür. Qollar isə qoldibinə tikilən 2 tikişli, 3 reqlan bütöv biçimli qoldibinə tikilən ola bilər. Adətən belə qollarda dirsək hissəyə xiştən qoyulur. Bu qolun bükülüb bağlanan zaman dirsək hissəsində genişlənməməsi üçündür. Belə materiallardan hazırlanmış məmulatlarda kəsik laskanlı, kəsik dayanıqlı və müxtlif formalarda ola bilər. Aşağıdakı hissələrin konstruksiyalaşdırılması zamanı kəik künclərdən bacardıqca az istifadə olunmalıdır. Bu yaxalıqlara, klapanlara, manjetlərə, koketkalara, xilastiklərə aiddir.

    Zamuş materiallardan istifadə edərək orada da qaydalar təbii dəridən istifadə edildiyi kimidir. Dəri məmulatlarında birləşdirici və bəzək tikişləri vurularkən məmulatın ayrı-ayrı hissələri nəzərə alınmalıdır ki, burada parçanın qalınlığı, mökəmliyi, elastikliyi və dartılması nəzərə alınmalıdır. Süni dəri materiallarından istifadə zamanı nəzərə alınmalıdır ki, belə parçalar hava keçirtmə, nəmlik ötürmə qabiliyyətinə malik deyillər. Ancaq bu cür dərilərin də özünəməxsus müsbət cəhətləri vardır. Onlar kənardan çox gözəl görsənir parlaqlıq olur, yüngül çəkiyə malik çəkiyə olur, su keçirməmək qabiliyyətləri olur, küləkdən insanı yaxşı qoruyur və möhkəm olurlar. Belə parçalardan məmulat hazırlanarkən qarsaqlardan deyil qatlamalardan istifadə olunur. Su keçirməyən materialların konstruksiyalaş-masında tikişdən çox qaynaq üsulunda hissələr birləşdirilir.

    Belə geyimlərin hazırlanmasında minimum tikişlərdən istifadə olunur. Adətən bu birləşmələr çiyin, yan və qol tikişlərində olur. Xəz məmulatlarına gəldikdə onların istehsalı qədərincə geniş və müxtəlifdir. Adətən o yeddi qrupa bölünür;

    1.Qadın


    2. Uşaq

    3. Kişi üst geyimləri hansı ki, iç tərəfdən astar hissəsində xəzdən istifadə olunur.

    4. Xəz baş geyimləri

    5. Yaxalıqlar

    6. Qadın xəz aksessuarları

    7. Sırf kişi xəz dəri geyimləri

    Belə geyimlərin konstruksiyası zamanı onların fiziki, mexaniki xüsusiyyətləri nəzərə alınmalıdır. Bu isə çox müxtəlif və rəngarəngdir. Hansı heyvanın dərisinin olması da mühüm məsələlərdən biridir. Burada tüklərin hündürlüyü çox önəmlidir.

    Adətən heyvan dərilərində tüklərin uzunluğu 10 mm-dən 200 mm qədər olur. Uzun tüklü heyvan dərilərindən dekorativ bəzəksiz formalı, düz və yarım yapışıq siluetli geyimlərdə istifadə edilir. Kiçik və orta ölçülü xəz materiallardan istənilən siluetdə geiyimlər istehsal oluna bilər. Hətda burada ciblər, klapanlar, xlyasin tətbiq olunur. Bu parçalardan istifadə edildikdə tüklərin uzunluğu çox olduqca Da verilən əlavə pay az olmalıdır. Xəz məmulatlarının qalınlıqları geyimin konstruksiyasına təsir edir. Ümumiyyətlə dəri məmulatlarında qalınlıq çox olarsa onların draprana olunması çox pis olur. Ancaq nazik dərilərdən hazırlanmış məmulatlarda isə istənilən formanı hazırlamaq olur.

    Burada qollarda mütləq qarsaqlardan istifadə olunmalıdır. Ümumiyyətlə xəz məmulatları çox yüksək dərəcədə insan bədənini çox isti saxlayır və bəzi geyimlərdə astarlıq materiallarda istifadə olunur. Müasir dəbə uyğun olaraq təbii və süni xəz materiallarından geyimlərin müəyyən hissələrində bəzək elemenləri və furnitura kimi istifadə etmək olar. Buna nümunə olaraq klasik kişi geyimlərində xüsusilə kişi pencəklərinin yaxalıqlarında eyni zamanda qollarında da bəzək elementikimi istifadə olunmur. Xəz materialından geyim məhsulları ilə yanaşı eyni zamanda çantalarda, kəmərlərə ayaqqabıların istehslında tətbiq edilir. Hal- hazırda 2018-2019-cu il dəbinə uyğun olaraq hazırlanan çantalar özünəməxsus yer tutur. Bu gün gündəmdə olan heyvanların müdafiəsi ilə bağlı müəyyən tədbirlərlə əlaqədar olaraq Dünyada təbii dəridən çox süni dərilərdən hazırlanmış məmulatlarına üstünlük verilir.

    Ümumiyyətlə dəri materiallarından kişi geyimlərində saatların kəmərlərində, çantalardan, əlcəklərdə, ayaqqabılarda və şalvarlar üçün kəmərlərdə geniş tətbiq olunur. Bir az aşağı keyfiyyətli dərilərdən yəni yaxşı aşılanmamış ayaqqabı içliklərində istifadə olunur. Belə dərilər yaxşı presləndikdə ayaqqabıların içliklərində istifadə olunur. Bu da müxtəlif gigiyenik qaydalara riayət olunmasına, ayaqların tərləməməsinə şərait yaradır.




      1. Geyimin funksiyası və tikiş məmulatlarının

    istehsalında konstruksiya və texnologiyanın əhəmiyyəti
    Hər günki həyatımızda geyim çox böyük rol oynayır. Insanın yaşam dövründə əvəz olunmaz olmaqla yanaşı bədənin müəyyən hissələrini soyuqdan, istidən qoruyur. Insan başını papaqla, yaylıqla, bədənin üst hissəsini kardeqan, jaket, don, poluver, pencək, köynək ilə örtmək olursa, aşağı hissəsini isə şalvar, retus, ətək, şalavar ilə bağlamaq mümkündür.

    Geyim təkcə insanları təbii təsirlərdən qorumur, həmçinin həmin insan barəsində məlumat verir.

    Belə ki, xüsusi geyim üzərində olan insanın həkim, polis, yanğınsöndürən, məktəbli olması, onun haqqında təəssürat yaradır. Həmçinin geyim daşıyan adamın hansı millətə malik olduğunu da bildirir.

    Hər bir paltarın öz təyinatı var. Məsələn, gündəlik geyimlər insanı qorumalı xarici təsirlərdən estetik cəhətdən gözəl olmalıdır. Məişət geyimləri özlüyündə gündəlik, mərasim, ev geyimlərinə bölünür.

    Istehsalat geyimləri tətbiq sahəsindən asılı olaraq istər material, istərsə də biçim baxımından təyinatına uyğun olmalıdır.

    Idman geyimləri idmanla məşğul olan insanları müxtəlif zədələrdən gözləməli, yüksək nəticə əldə etmək üçün qoruyucu təsirlərə malik olmalıdır.

    Geyim ilin fəsillərinə görə dəyişir. Il boyu mövsümə uyğun paltardan istifadə edilir.

    Geyimlər qadın və kişi, uşaqlar üçün istehsal olunur. Istehsalat üçün olan paltarlar qadın və kişi üçün olur.

    Ümumiyyətlə geyim istehsalat edilərkən vacib amildir ki, insanın cinsi, yaşı, ölçü və uzunluğu nəzərə alınsın.

    Məlumdur ki, insan dünyaya gələrkən çox kiçik çəkidə və uzunluqda olur. Zamanla inkişaf prosesində ölçülər əvvəl vaxtlarda çox sürətlə gedir. Bir zamanda isə yavaşayaraq dayanır. Bura uzunluq və ölçüləri aiddir. Bədənin çəkisi hər kəsə görə müxtəlifdir.

    Ölçü uzunluq cədvəli qadınlar,kişilər, yeni doğulmuş körpələr, məktəbəqədər və məktəb yaşlı uşaqlar, yeniyetmələr üçün hazırlanmışdır. Bu vahid metodika adlanır. Hər bir yaşa, ölçüyə, uzunluğa, çəkiyə görə minlərlə insanlar seçilir və əsas ölçü 20 (iyirmi) ədəd götürülür. Bura uzunluq, diametrli, çevrə və yarımçevrələr aiddir.

    Bədən formalarına görə yaşdan asılı olaraq insanlar müxtəlif cür inkişaf edir. Ölçmə əməliyyat aparılarkən insan düz, sərbəst olmalı, rahat nəfəs almalıdır. Baş elə vəziyyətdə olmalıdır ki, gözlər horizantal duruşda olsun.

    Qollar yana sallanmalı, ayaqlar düzlənməli, dabanlar birləşməli, ayaq ucları bir az aralı olmalıdır.

    Kişilər və uşaqlar alt paltarına (yəni tumanda) qadınlar isə alt geyimlərində olmalıdırlar. Hər iki halda ayaqqabısız ölçülər götürülür.

    Ölçülər bədənin qabarıq, çıxıntılı, girintili hissələrində olan bütün antropometrik nöqtələrində aparılır. Eninə və uzununa olan ölçülər çox dəqiqliklə götürülür. Hətta 1 mm-dən artıq ola bilməz.

    Ölçmələr zamanı müxtəlif alətlərdən istifadə edilir.

    Martin aparatı, böyük pərgar, santimetr lenti, qamət üçün müxtəlif alətlər.

    Ölçülər çıxarıldıqdan sonra baş hərflərlə işarələnir hansı ki, bədənin müəyyən hissələrinə uyğun olaraq məsələn;

    V-H – Hündürlük

    Г-D – Dərinlik

    П-Ç – Çevrəni

    C-YÇ- Yarımçevrə

    Д- Y - Uzunluq

    Ш-E – Eni və s.

    Göstərilən işarələnmədə birinci hərflər rus, ikinci hərflər isə azərbaycan dilində ifadə edilir.

    Çox hallarda insanlar öz uzunluqlarını bilirlər onu ölçmürlər. Ölçülər çıxarılarkən santimetr lenti deformasiya uğramamalıdır.

    20 əsas ölçü çıxarıldıqdan və ya metodikadan götürüldükdən sonra hazırlanan məmulatda müxtəlif tikiş parça, boşluqlar üçün paylardan istifadə edilir.

    Istənilən halda aşağıdakı formulada konstruksiya etmə zamanı istifadə edilir.

    Куч=Рпр+Псут

    Рпр- ölçü göstərişinin böyüklüyü

    Псут – isə konstruksiyada verilən paydır.

    Texniki əlavə paylar hərəkət və nəfəsalmanı təmin etməli, bədənin təzyi təzyiqini normada saxlamalı, insanın dərisi ilə paltar arasında hava hərəkətini tənzimləməlidir.

    Bədənin müxtəlif hissələri üçün əlavə paylar da fərqlidir. Bunu aşağıdakı cədvəldə görə bilərik.

    Bu göstəricilər 176-96-82 kişi tipik bədəni üçün 164-96-104 qadınlar üçün nəzərdə tutulub.

    Cədvəldən göründüyü kimi geyimlər dəyişdikcə qadın və kişilər üçün hər iki halda məmulatın qalınlığına görə ölçülər (əlavə paylar) fərqlənir.

    Yaz-yay geyimlərində paylar qış-mövsümü paltarlara görə daha az olur. Bədənin müxtəlif bölgələrində sərbəstlik üçün verilən əlavə paylar az və ya böyük ola bilər. Bu da insanın bədəninə verilən sərbəstlik üçün əlavələrdir.

    Ümumiyyətlə kişi geyimləri kəmərli yəni – şalvar, şortik, üst paltarlarına – kostyum, palto, plaş, gödəkçə olur.

    Hər bir geyim istehsal olunarkən onun ülgüləri çıxarıldıqdan sonra vahid texnologiya üzrə hissələr birləşdirilir.

    Bunun üçün tikiş sexlərində hissələr aqreqata paylandıqdan sonra hər bir dərzi-fəhlə öz bölünməz əməliyyatını yerinə yetirir.

    Əməliyyatlar bölünərkən aqreqatda olan fəhlənin sayı nəzərə alınaraq orta takt təyin edilir. 29520 san. gündəlik iş rejim normasıdır. Yəni iş vaxtıdır. Texnoloq fəhlənin sayına əsasən bölünməz əməliyyatları günün iş rejiminə görə maksimum və minimum orta takta əsasən bölgünü aparır.


    Download 113,82 Kb.
      1   2   3   4




    Download 113,82 Kb.