• III BÖLMƏ. MƏMULATIN HAZIRLANMASINDA İSTİFADƏ EDİLƏN MAŞIN VƏ AVADANLIQLAR
  • 3.1. GEYİM HİSSƏLƏRİNİN HAZIRLANMASINDA TƏTBİQ EDİLƏN AVTOMAT, XÜSUSİ TƏYİNATLI MAŞINLAR
  • 3.2. TİKİŞ MƏMULATLARININ İSTEHSALINDA İSTİ NƏMLƏNDİRMƏ ƏMƏLİYYATI
  • NƏTİCƏ VƏ TƏKLİFLƏR
  • Qrup: 750 buraxili ş İ Ş İ




    Download 113,82 Kb.
    bet4/4
    Sana31.12.2019
    Hajmi113,82 Kb.
    #7592
    1   2   3   4

    Ayrı-ayrı hissələrin hazırlanma ardıcıllığına nəzər yetirsək bir məmulatın ərsəyə gəlməsi üçün müəyyən vaxt sərf olunur. Xüsusi universal maşınlar tətbiq olunur.




    2.2. TİKİŞ MƏMULALARINDA CİBLƏRİN HAZIRLANMASI
    Ümumiyyətlə ciblər konstruktiv quruluşlarına görə müxtəlif olurlar. Üstdən qoyma, kəsik, tikişdə yerləşən, üst, qoltluq listikli, qapaqlı, ramkalı kəsik, klapanlı, gizli ciblər mövcuddur.

    Ciblər məmulatların təyinatından asılı olaraq müxtəlif yerlərində olur.

    Qadın donlarında ətəyin yuxarı və aşağısında, yubkalarda yan, arxa, yan tikişlərdə istifadə olunur.

    Ciblər həm təyinatına görə tətbiq edilməklə yanaşı həm də estetik baxımından da məmulata gözəllik verir.

    Daxili ciblərin pencəklərdə paltolarda olması istehlakçı üçün konfortluluq yaradır.

    Ciblər konstruktiv quruluşlarına görə çox növlü və müxtəlifdir. Üst geyimlərində əsasən də kişi geyimlərində ciblərin hazırlanması prosesi bütün əməliyyatlara nəzərən 10 % təşkil edir.

    Ümumiyyətlə ciblər 2 qrupa bölünür.


    1. Daxili

    2. Xarici

    Xarici ciblər özlüyündə kəsikli, bütöv, üstdən qoyma olur. Onların hazırlanma ardıcıllığı fərqlidir. Kəsikli ciblərin hazırlanması 3 mərhələdə aparılır. Cib qapağı. Listik cibin və köbənin hazırlanmış bəzək tikişlərinin vurulması və məmulatda tamamlanma.

    Ən geniş yayılmış cib növü məmulatın yan tərəfində olanlardır qapaqlı (klapanlı) ciblərdir. Cib klapanları tikiş vasitəsilə yaxud yapışqanlı araqatı emal edilə bilər.

    Tikiş maşınları vasitəsilə emal vaxtı cibin qapağı astarla birləşdirilir artıq hissələr kəsildikdən sonra üst tərəfə çevrilir və ütülənirş. Bu zaman şablondan istifadı edilir.

    Şablon olmadıqda cib qapaqlarının kənarı boyu müvəqqəti kökləmə tikişi vurulur. Sonra isə preslənir.

    Yapışqanlı birləşmə zamanı əvvəlcə cib qapaqlarının kənarı boyu МПП -2 maşını və yaxud ППТ-3 maşını vasitəsilə yapışqan zolağı çəkilir. Sonra isə pres vasitəsilə ütülənir və hisslər birləşdirilir. Cib qapağının kənarına bəzək tikişi vurularsa 0,5 sm enində ipək sapdan tikiş vurulur. ОКП-2 aparatında yığmaq mümkündür. Cib kisələri hazırlanarkən parçanın bir tərəfinə isə padzor tikilir. Tikişlər adi, universal maşınlarda yerinə yetirilir.

    Cib kisələri hazırlanarkən poszoru qatlamaq və ya ziqzaq tikişi ilə tikmək mümkündür.

    Bir çox hallarda cib altında ətəkdə uzanmayan parça zolağı qoyulur. Daha sonra isə cib kisəsi ardıcıllıqla tikilir.

    Cibləri yığılmasında 896-cı sinif maşından istifadə edilir.

    Üstdən qoyma ciblərin hazırlanması zamanı:

    Belə ciblər üstgeyimlərində qadın donlarında, şalvarlarda daha çox tətbiq edilir.

    Konstruktiv quruluşlarına görə çox fərqli olurlar.

    Üstdən qoyma ciblər listikli, listiksiz, köbəli, cib qapaqlı, astarlıqlı, astaarsız, zəncirbəndli və müxtəlif növ bəzək tikişində ola bilər.

    Üstdən qoyma listikli ciblər 2 növ olur. Kəsik və bütöv listikli. Burada da üstdən qoyma ciblər tikilərkən listikin yuxarı hissəsinə uzanmayan parça zolağı çəkilir.

    Üst tərəfdən tikiş vurulduqdan sonra bir tərəfə qatlanaraq ütülənir.

    Əgər astarlıqda da listik cib hazırlanırsa, bu adətən palto və plaşlar, pencəklərdə olur. Onda listik üst material ilə hazırlanır.

    Astarsız listikli ciblərin kənarları əl və ya maşınla aşağıdakı ardıcıllıqla yerinə yetirilir.


    III BÖLMƏ. MƏMULATIN HAZIRLANMASINDA İSTİFADƏ EDİLƏN MAŞIN VƏ AVADANLIQLAR
    Hər bir məmulat hazırlandıqda müxtəlif texnoloji avadanlıqlardan istifadə edilir.

    Bura məmulatın mürəkkəb quruluşundan asılı olaraq tətbiq edilən maşınlar, preslər, xüsusi avadanlıqlar, ütülər aiddir.

    Hər birtexnoloji avadanlığın öz tətbiq sahəsi vardır.

    Ümumiyyətlə geyim istehsal edilərkən əl əməyi də öz yerini tapır.

    Geyim istehsalında kütləvi axınlarda bacardıqca əl əməyi minimumu endirilir. Bu həm vaxt sərfinə qənaət deməkdir, həm də keyfiyyətə təsir göstərir.

    Kütləvi istehsalla yanaşı fərdi istehsalda da avtomat, yarımavtomat, xüsusi təyinatlı maşınlardan istifadə edilir.




    3.1. GEYİM HİSSƏLƏRİNİN HAZIRLANMASINDA TƏTBİQ EDİLƏN AVTOMAT, XÜSUSİ TƏYİNATLI MAŞINLAR
    Tikiş müəssisələrində geyim istehsalında istifadə edilən maşınlar müxtəlif kodlarla standartlaşdırılır. Hər bir maşının öz kodu var. Təsnifatlarına görə tikiş maşınları tikiş sırasının sinfinə və tipinə bölünürlər.

    Ümumiyyətlə maşının sinifi dedikdə tikiş addımlarının alınma xüsusiyyəti anlaşılır.

    Tipə gəldikdə isə - sap toxunması zamanı tikiş maşınında əmələ gələn tikiş sırasıdır.

    Tikiş sırası və ya tikiş addımı təkrarlanan tikiş xəttinə deyilir.

    Ilmənin başlanğıcı və onun arasındakı məsafə tikiş addımı adlanır. “L” hərfi ilə işarələnir.

    Universal tikiş maşınları adı birləşdirici tikiş yerinə yetirir. Məsələn, 97-AOZLM- tikiş maşınının iş prinsipinə nəzər salaq.

    97 A sinif 97-ci sinif tikiş maşınının gördüyü əməliyyatları yerinə yetirməklə yanaşı maşında xüsusi yağlama sistemi vardır.

    Baş valın fırlanması dəqiqədə 5500 olur.

    297-ci sinif OZLM maşınları kostyum, pencək, palto istehsalında istifadə edilir.

    Burada əlavə mexanizm olaraq paralel tikiş aparan qurğu vardır.

    Bu maşın vasitəsilə ətək, laskan, yaxalıqların qolların qabaq dirsək tikişlərinin vurulmasında istifadə edilir. Material üzərində tikiş addımının uzunluğu 2,5 mm olur.

    Maşının özəlliyi material dişli tamasa üzərində oturdurularkən eyni vaxtda üst və alt parça hərəkət edir, yəni çox dəqiqliklə. Tikiş zamanı qatlama, qığılmalar olmur.

    202-ci sinif ПМЗ maşını məmulatın qollarının proymaya (qoldibinə) oturtmalar verə-verə tikməsi ilə fərqlənir.

    Bəzən bu maşın sexdə olmadıqda onun görəcəyi işi əl işi ilə əvəzlənir. Adi tikiş tikən maşınlarda bu əməliyyat yerinə yetirilərkən üst və alt parçalar dişli tamasanın hərəkəti zamanı müəyyən qırışlar əmələ gəlir.

    202-ci sinif maşınların istehsalda tətbiqi məmulatın keyfiyyətinin yüksəlməsinə səbəb olur.

    397-ci sinif OZLM maşını 97-ci sinif maşının baza əsasında hazırlanıb daha nazik və zərif parçalardan hazırlanan məmulatların tikilişində istifadə edilir.

    97-ci sinif maşından 397-ci sinif əlavə kəsici bıçaq mexanzminin olması ilə də fərqlənir.

    597-M-ci sinif maşına əsasən lavsan, bolonya tipli parçalardan hazırlanan məmulatların tikilməsində istifadə edilir.

    997-ci sinif maşında baza əsasında hazırlanmış fərqli cəhəti sapları tikiş bitdikdən sonra özü kəsici alət vasitəsilə kəsir. Bu da tikiş sənayesində sap sərfinə ekonomiya edir.

    Həmçinin dərzi-tikişçini sap kəsmək əməliyyatından da azad etmiş olur.

    Bu kiçik məsafəli tikişlərdə sap sərfinə qənaəti də artırır.

    203-cü ПМЗ tikiş maşınları 2 iynəli olub eyni vaxtda paralel olaraq iki tikiş əməliyyatı yerinə yetirilir.

    Geyimlərdə astarlıq, üz, yapışqanlı araqatı, pambıq yun isti araqatı materialları ilə yanaşı furnituradan da istifadə edilir.

    Düymələrin, kruçokların, ilgəklərin, bəndləmə tikişlərinin vurulmasında və ya tikilməsində yarım avtomat maşınlardan istifadə edilir.

    Bu texnoloji qurğularda əsasən 2 pəncə olur, biri maşını işə salmaq üçün, ikincisi isə furnituranı bərkitmək üçün hərəkətə gətirmək pəncəsi.

    Bu maşınlarda maqnitdən də istifadə edilir.

    27-ci sinif ПМЗ maşını yastı düymələrin iki deşikli və dörd dəlikli olmaqla eyni vaxtda tikilməsini təmin edir.

    Dörd deşikli düymələr tikilərkən əvvəl iki dəliyi on tikiş vurmaqla sonra işi o birini eyni qaydada tikir. Axırıncı üç tikiş bəndləyici rolunu oynayır.

    220-ci sinif maşın bəndləmə tikişini yerinə yetirir.

    Bu əməliyyat şalvarların balaqlarında, kəmər hissələrində cib kənarlarında qolların aşağı qat xəttində məmulatın ətək hissəsində olan künclərdə aparılır. 25-ci sinif ПМЗ maşını ilgəklərin açılmasında istifadə edilir. Ilgəh açılarkən iki parça arasında mütləq proklamilin yapışqanlı araqatı materialı istifadə olunmalıdır. Bu ona görə edilir ki, ilgəh düymə ilə açılıb bağlandıqda ilgəh cırılmasın və ya sökülməsin.

    25-ci sinif maşının bağlı cəhəti tikiş ilmə vurmaqla yanaşı sonda bıçaq mexanizmi ilə arada kəsik açır.

    3.2. TİKİŞ MƏMULATLARININ İSTEHSALINDA İSTİ NƏMLƏNDİRMƏ ƏMƏLİYYATI
    Yüngül sənaye mallarının istehsalı zamanı texnoloji proseslərdən biri də isti nəmləndirmə əməliyyatlarıdır. Bunun çox böyük kefiyyətə təsiri vardır. Elə bir yüngül sənaye məhsulu yoxdur ki, orda bu əməliyyat tətbiq edilməsin.

    Bununla yanaşı məmulata forma vermək, tikişin keyfiyyətini yaxşılaşdırmaq üçün isti nəmləndirmə əməliyyatları tətbiq edilir.

    Bu proses zamanı istənilən deformasiyanı əldə etmək üçün mexaniki qüvvələrdən (təsirdən) istifadə edilir. Bu zaman müvəqqəti olaraq materialın xüsusiyyətinin dəyişdirilməsi isti nəm buxar nəm vasitəsilə həyata keçirilir. Isti nəmləndirmə əməliyyatlarının üstün cəhəti ondan ibarətdir ki, qısa vaxt ərzində detallara istilik verməklə yumşaltmaq, deformasiyaya uğratmaq, istənilən formanı almaq və s. mümkündür.

    Istənilən geyim hissələri tikildikdən sonra ütülənir. Bu tikişin də düzgün oturmasına, yığılmaların olmasına köməklik göstərir.

    Geyim hissələrində araqatı materiallarının yapışdırılmasında preslər, ütülər vasitəsilə yerinə yetirilir.

    Presslər tətbiq sahələrinə görə müxtəlif olurlar.

    Bu texnoloji avadanlıq iki yastıqdan ibarət olur.

    Əməliyyat zamanı hər iki yastığın içərisinə isti nəmlə buxar verilir və üst yastıq alt yastığa birləşərək lazım olan əməliyyatı yerinə yetirir.

    Pres yastıqları işçi orqanları sayılmaqla bir-birlərindən fərqlənirlər.

    Isti nəmləndirmə aparatlarından biri də parageneratorlardır.

    Bu texnoloji avadanlıq vasitəsi ilə məmulat üzərindəki parıltılar ləğv edilərək aradan qaldırılır.

    Ütülər 3,5 kq olur. Preslərə, gəldikdə pencəyin arxa hissəsini formlaşdıran bir mövqeli C8-371 KMD4 presini TV-2000, iki mövqeli HRK 180 “Qoffman” firması C5-311 AK pnevmatik presləri misal göstərmək olar. KŞB, LBŞ, RPS,RLS preslərinin yastıqları olduqca müxtəlifdir.

    PLPU-2 presində buxarlanma ilə yanaşı vakuum sorma əməliyyatı da vardır.

    Məmulatda buxarla yumşaltma əməliyyatını yetirməklə parça saplarında texnoloji proseslər zamanı yaranmış qüsurları ləğv etmək mümkün olur.

    Nəmləndirmə əməliyyatlarında buxarvermə, dartma, naziltmə, tikişaçma, ütüləmə formaya salma prosesləri aparılır.

    Tikiş məmulatlarının ütülənməsində və ya yapışqanlı araqatı materiallarının yapışdırılmada isti nəmləndirmə əməliyyatları çox vacib texnoloji prosesdir.

    Bu zaman məmulatın hissələrinin 7,8-16% -ə qədəri nəm olur.

    Geyim hissələri hazırlanarkən təyinatına və işçi gücünə görə preslər aşağıdakı kimi seçilir.

    Tikişin açılması prosesi dedikdə üst geyimlərində yan kəsiklərin, yaxalığın, qolun ön tikişinin açılması və ütülənməsi orqanoleptik üsulla yüngül və press, ütü vasitəsilə yerinə yetirilir.

    Tikişin bir tərəfə qatlanaraq ütülənməsi – qadın donlarının yan kəsikləri kişi geyimlərində yaxalıqların və dirsək tikişinin bir tərəfə qatlanaraq orqanoleptik üsulla press vasitəsilə həyata keçirilir.

    Bəzən tikiş prosesində hissələrin kənarları ütülənir və nazildilir. Bu proses geyimin qolbaq hissəsi, bortun kənarı, yaxalıq uclarında tətbiq edilir.

    Parçanın dartılaraq uzadılması üçün ütülənməsi texnoloji prosesi qolun üst hissəsinin qabaq kəsiyində, alt yaxalığın dayanıqlıq hissəsində, qatlama xətti boyunca preslənir.

    Burda ağır preslərdən istifadə edilir. Bəzən geyim hissələrinə ütüləməkdə lazımi forma vermək lazım gəlir. Bu halda yüngül preslərdən istifadə edilir.

    Məmulatın üzərində olan parıltını və istehsal zamanı təbaşir ləkələrini təmizlənməsi üçün bleskomer ilə təyin edilir və buxar presi, hava-buxar manikeni tətbiq edilir. Bir çox ütüləmə texnoloji əməliyyatları presslərlə də yerinə yetirmək olar. Ümumiyyətlə preslər iki alt və üst yastıqlardan ibarət olur.

    Presin bu hissələri tökmə çuqundan və aliminium qarışığından hazırlanır.

    Aliminium yastıqlar daha praktik hesab olunur. Çünki onlar həm yüngül olurlar istilik keçirmələri isə çox olur.



    NƏTİCƏ VƏ TƏKLİFLƏR
    Buraxılış işində yüngül sənaye mallarına qoyulan istehlakçı tələbini təmin edən keyfiyyətli malların istehsalında tətbiq edilən texnoloji proseslər araşdırılmış daha da arzu edilən, yeni dəbli malların istehsalı üçün texnoloji peoseslər tətbiq etməklə həyata keçirilir.

    Hər gün yenilənən daima dəyişən dəbə uyğun geyim nümunələrini hazırlamaq, istehlakçı tələbinə cavab verən məmulatlar istehsal etmək yüngül sənaye qarşısında duran əsas məsələlərdən biridir.

    Yeni texnika və texnologiyaların tətbiqi istehsal prosesinə öz təsirini göstərir. Tikiş istehsalının bütün sahələrində alıcıları qane etmək üçün inkişaf prosesi gedir. Bu da özünü istər kütləvi istərsə də fərdi tikiş sahəsində göstərir.

    Buraxılış işində dəbə uyğun geyim nümunələrinin hazırlanma prosesi konstruksiyalaşdırılması, texnoloji ardıcıllıq araşdırılmışdır. Materiallara qoyulan tələblər tikiş texnikası məmulatın texnoloji ardıcıllıq bölümləri müasir tələblərə uyğundur.

    Bu hazırlanma xəritəsi qadın, kişi, uşaq və yeniyetmə geyimlərində də tətbiq edilə bilər.

    Müasir dövrdə təkcə dəb baxımdan deyil həmdə iqtisadi baxımdan da geyimlərə yanaşmaq lazımdır.

    Alıcının tələblərindən biri də gigiyenik normalara cavab verən parçadan istifadə edilmiş məmulatlardır.

    Material haqqında buraxılış işində geniş məlumat verilmişdir.



    Yeni texnologiyanın tətbiqi istehsal prosesini sürətləndirməklə yanaşı keyfiyyətli məmulat əldə edilməsinə səbəb olur.
    ƏDƏBİYYAT


    1. O.Ş.Şamxalov, Ə.N.Orucov “Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsinin əsasları” B..., 2003.

    2. O.Ş.Şamxalov, Ş.F.Abdullayevə “ALS-ilə geyimlərin konstruksiya edilməsi” B...,2009.

    3. B.S.Paşayev “Parça və geyim məmulatlarının bədii layihələndirilməsi” B...,2004.

    4. O.S.Şamxalov, D.Əhmədova, “Yüngül sənaye avadanlıqları” B..., 2007.

    5. B.S.Paşayev, L.H.Məmmədova, Y.Ç.Ağamalıyeva “Moda və kostyumun tarixi” B...,2008.

    6. O.Ş.Şamxalov, Ş.F.Abdullayeva “Tikiş fabriklərinin layihələndirilməsi” B...,2008.

    7. В.Н.Кудряшов, В.С.Павлов, М.И.Смирнов “Промышленное констру-ирования мужских курток” М…, 1998.

    8. Е.Б.Коблякова “Конструирование одежды с элементами САПР” М…,1998.

    9. В.Н.Порондоруло “Анализ экономичности моделей одежды“ М..,1999.

    10. Е.М. Матузов, Н.С.Гончарук, Р.И.Соколова “Разработка конструкции изделий по моделям” М.,2000.

    11. И.П.Норенков “Система автоматизированного проектирования” M.., 1997.

    12. А.П.Рогова “Основы конструирования мужской и детской одежды» М.., 1997.

    13. В.И.Подолякин “Автоматизированный комплекс рационального использования материалов на швейном предприятии” M.., 1990.

    14. Т.Н..Дунаевская, Е.Б.Коблякова “Размерная типология населения с основании анатомии и морфологии” М.., 1992.

    15. Б.С.Сакулин и др. “Конструирование мужской и женской одежды” М.., 1999.

    16. Н.Н. Пожтдаев, Д.Т.Симоненко, Н.Т.Савчук “Материалы для одежды” Ш…, 1995.

    17. Л.Е.Басовский, В.Б.Протасьев “Управление качеством” M..., 2000.

    18. O.Ş.Şamxalov, F.Ə.Məmmədov “Экспертиза качество ассортимента швейных изделий” B...,2000.

    19. E.N.Qasımova “Специальные функции дизайна” B., 2007

    20. “Moda, Burda Moda”, “Tikiş sənayesi” jurnalları, hər il üçün

    21. N.P.Paşayev “Tikiş müəssisələrinin layihələndirilməsi”.

    22. A.S.Əliyev, “Tikiş məmulatlarının hazırlanma texnologiyası” 2012 M.Bakı


    ƏLAVƏLƏR



    Download 113,82 Kb.
    1   2   3   4




    Download 113,82 Kb.