• Dissertasiya işinin adı (3 dildə)
  • İxtisasın şifri 3337.01 İxtisasın adı
  • Mövzunun aktuallığı
  • Mövzunun vəziyyəti
  • Həlli tələb olunan məsələlər
  • Mövzunun pasportu




    Download 18,5 Kb.
    Sana30.12.2019
    Hajmi18,5 Kb.
    #6525

    Mövzunun pasportu

    Dissertantın S.A.A.

    Əliyeva Günel Vaqif

    Dissertasiya işinin adı (3 dildə)

    AZ

    Təbii obyektlərin tədqiqində maye-kristal süzgəcli çoxspektral ölçmə sistemlərinin təkmilləşdirilməsi

    RU

    Усовершенствование многоспектральных измерительных систем с жидкокристаллическим фильтромив исследование природных объектов

    İNG

    Improvement of multispectral measuring systems with liquid crystal filters in the study of natural objects

    İxtisasın şifri

    3337.01

    İxtisasın adı

    “İnformasiya-ölçmə və idarəetmə sistemləri”

    Mövzunun aktuallığı

    İndiki dövrdə ətraf mühitin monitorinqinin multi və hiperspektral texnologiyaları Yerin təbii ehtiyatlarına nəzarət üçün müasir yanaşma metodu olmaqla spektral və məkan təhlil metodlarının kombinasiyası və inteqrasiyasını özündə əks etdirir. Bu metodlar ətraf mühitin ekoloji tədqiqi ilə yanaşı geofizikada, kənd təsərrüfatında, sənayedə və başqa sahələrdə də geniş tətbiq olunurlar. Onların reallaşdırılması üçün optoelektron kanalın qarşısında qurulmuş elektron üsulla köklənilən süzgəclərdən geniş istifadə olunur. Beləliklə də dalğa uzunluqlarının müəyyən ardıcıllığı ilə bir çox monospektral təsvirlər formalaşır ki, bunlar da “təsvirlər kubu” adlandırılır. Kombinə edilmiş spektral-məkan analizi göstərilən “təsvirlər kubu”ndan istifadə edilməklə reallaşdırılır və qeyri-bircins nümunələrin və ya prosseslərin tədqiqində geniş tətbiq olunur.

    “Təsvirlər kubu”-nun köməyi ilə spektrlər kitabxanasından istifadə etməklə materialların eyniləşdirilməsi, mürəkkəb tərkibin analizi, şleyfin aşkar edilməsi və s. məsələlər həll edilə bilər. Eyni zamanda “Təsvirlər kubu”nda olan spektral əyrilər (siqnaturalar) əsasında məkan təsnifatı məsələlərini də həll etmək olar. Təsvirləri formalaşdıran sistemlərdə fotodetektorlar adətən 2D ölçüyə malikdirlər və hiperspektral qurğular mobil və statik xüsusiyyətli ola bilərlər.

    Mobil bort qurğularında bir spektral ölçü və bir məkan koordinatı qeyd olunur, ikinci məkan koordinatı isə sətirdə zamana görə dəyişir. Beləliklə, real sahənin hər bir pikselindən əks etdirmə və emissiya spektrini almaq mümkün olur. Bunun üçün difraksiya qəfəsi, interferensiya süzgəci və o cümlədən köklənən maye-kristal süzgəcli müxtəlif monoxromatorlar istifadə olunur.

    Maye kristallar əsasında yaradılan, köklənə bilən spektral süzgəclər optik rabitədə, təsvirlərin spektral əksetdirilməsinin informasiya-ölçmə sistemlərində, ekoloji monitorinq üzrə aparılan tədqiqatlarda və s. sahələrdə geniş tətbiq sahəsinə malikdir. Maye kristallı köklənə bilən süzgəclər kiçik elektrik gücü sərfinə və geniş tənzimləmə diapazonuna malik olmaqla, yüksək keyfiyyətli təsvirləri əldə etməyə imkan verir. Akustik-optik süzgəclərlə müqayisədə maye-kristal süzgəclər nisbətən sadə konstruksiyaya malikdirlər. Yaxın vaxtlara qədər maye-kristal süzgəclərdə qoşulub-açılma prossesinin onlarla millisaniyə müddət ərzində baş verdiyi güman edilirdi. Bu da hiperspektral və multispektral qurğuların tətbiq edildiyi informasiya-ölçmə sistemlərində belə süzgəclərin geniş tətbiqini ləngidirdi. Lakin son zamanlar qoşulub-açılma müddəti millisaniyədən az olan ferroelektrik maye-kristal süzgəclər meydana gəlmiş və yuxarıda göstərilən çatışmazlıq aradan qaldırılmışdır.

    Maye-kristal süzgəclər həmçinin yüksək buraxma əmsalına, geniş görünüş bucağına və geniş giriş aperturasına malikdirlər. Maye-kristal süzgəclərin belə əhəmiyyətli üstünlüklərinin tam reallaşdırılması, onların istifadə olunduğu və ya istifadəsi güman edilən müxtəlif təyinatlı hiperspektral və multispektral ölçmə sistemlərinin dəqiqlik və informativlik xarakteristikalarının ətraflı araşdırılması zərurətini qarşıya çıxarır. Bu halda baxılan sistemlərin potensial imkanlarının araşdırılması üçün belə sistemlərin analizinin məqsədi onların optimal iş rejimində həyata keçirilməsindən ibarətdir. Bütün yuxarıda göstərilənlər maye-kristal süzgəclərin tətbiq edilə biləcəyi su mühitinin, bitkilərin və atmosferin müxtəlif parametr və göstəricilərinin ölçülməsi üçün nəzərdə tutulan yüksək informativ, multispektral və hiperspektral informasiya-ölçmə sistemlərinin yaradılmasının metodoloji əsaslarının işlənilməsinə həsr edilmiş dissertasiya işinin seçilmiş mövzusunun əhəmiyyətini və aktuallığını bir daha təsdiq edir.




    Mövzunun vəziyyəti

    Dispersiya və interferensiya tipli süzgəclərlə müqayisədə maye-kristal süzgəclərin əsas üstün cəhətləri onların böyük aperturaya və yüksək keyfiyyətli təsvir formalaşdırma qabiliyyətinə malik olmasıdır.

    Bəzi maye-kristal süzgəclər RGB kolorimetriyası məqsədləri üçün qırmızı, yaşıl və göy rəngləri buraxan qurğu kimi hazırlanır. Bununla belə, 400-2450 nm dalğa uzunluğu intervalında tənzimlənən süzgəclər də mövcuddur. Yüksək ayırdetmə qabiliyyətinə malik olan qurğularda maye-kristal süzgəclər təsvirləri daha kiçik difraksiya təhrifləri ilə almağa imkan yaradır. Bu süzgəclərin aperturasının işçi ölçüsü 35 millimetrə çatır və işçi vəziyyətdə normaldan 7 dərəcədən böyük bucaq altında işıq şüaları süzgəclərdən keçə bilər.

    Maye-kristal süzgəclər yüksək ayırdetmə qabiliyyətinə malik olan təsvirləri formalaşdıran hərbi və mülki təyinatlı bort informasiya-ölçmə sistemlərində geniş istifadə edilir. Belə süzgəclər adətən uzun ömürlü olmaqla yanaşı istilik, rütubətlik, ultrabənövşəyi radiasiya və mexaniki təsir amillərinə də məruz qala bilirlər.

    Hal-hazırda hiperspektral texnikada tətbiq edilən monoxromatorların təkmilləşdirilməsi məsələsinin həllinin vacibliyi monoxromator kimi köklənə bilən maye-kristal süzgəclərin potensial imkanlarından daha geniş istifadə edilməsini zəruri məsələ kimi qarşıya qoyur. Bu da öz növbəsində dəniz, atmosfer və bitki örtüyü mühitlərində aparılan ekoloji monitorinqin metod və üsullarının daha da təkmilləşdirilməsi üçün geniş imkanlar yaradır.

    Bu imkanlar ilk növbədə maye-kristal süzgəclərin funksional imkanları ilə, o cümlədən elektron köklənə bilməsi, konstruktiv sadəliyi, daha cəld işləməsi və s. kimi üstünlükləri ilə xarakterizə edilir.

    Dissertasiya işində dəniz, atmosfer və bitki örtüyünün müxtəlif informasiya- ölçmə sistemləri vasitəsilə aparılan monitorinqinin üsul və metodlarının təkmilləşdirilməsi, informativlik və dəqiqliyin artırılması, ümumiləşdirilmiş modellərin işlənilməsi, optimal əməliyyat alqoritmlərinin sintezi, ətraf mühit obyektlərinin müxtəlif göstəricilərinin ölçülməsinin yeni metodikalarının tərtib edilməsi yolu ilə həyata keçirilmişdir.




    Həlli tələb olunan məsələlər

    1. Girişində maye-kristal süzgəclər quraşdırılmış fotometrlərin həssaslığına təsir edən əsas amillərin analizi və günəş fotometrinin həssaslığının təcrübi xüsusiyyətlərinin dalğa uzunluqlarına görə tədqiqi.

    2. Radiasiyanın su buxarı və O2 tərəfindən kontinual udulması baş verən dar zolaqlı 685-705 nm dalğa uzunluğu diapazonunda və aerozolun nəmlənməsi, həmçinin quruması kimi hadisələrin təsir göstərə biləcəyi 400-700 nm geniş spektral diapazonda üç dalğa uzunluğunda spektral ölçmə dəqiqliyinin artırılması imkanlarının tədqiqi.

    3. Dəniz suyunun rənginin təyini zamanı təhriflərin yaranmasında küləyin surətinin qeyri-stabilliyi səbəbindən su səthinin dalğalanması faktorunun rolunun tədqiqi. Dəniz suyunun rəng komponentlərinə küləyin sürətinin qeyri-stabilliyinin təhrifedici təsirini aradan qaldırmağa imkan verən adaptiv ölçmə metodunun işlənilməsi.

    4. Dəniz hövzəsində bir neçə nöqtədə suyun rənginin ölçülməsinin informasiya baxımından optimallaşdırılması məsələsinin formalaşdırılması və həlli. Müxtəlif dalğa uzunluqlarında aparılan ölçmələrin sayı ilə dalğa uzunluğu arasındakı optimal aslılığın müəyyənləşdirilməsi.

    5. Bitki sahələrində fotometrik ölçmələr aparılan mühitdə havanın rütubətliliyinin variasiyaları nəticəsində aerozolun nəmlənməsi və quruması hadisələrinin təsiri ilə bitkilərin sululuq indeksinin müəyyənləşdirilməsində yaranan xətanın tədqiqi.

    6. Rəng siqnallarının korrelyasiya hesablayıcısının optimallaşdırılması üçün tətbiq edilən məqsəd funksionalının formalaşdırılması məqsədilə atmosfer aerozolunun optik qalınlığının ümumi modelinin işlənilməsi, xarici atmosfer faktorları nəzərə alınmaqla korrelyasiya hesablayıcısının optimal rejiminin sintezi.

    7. Bortdan yerinə yetirilən maili skanerləmə əməliyyatında maili sətrin müddətinin maillik bucağından asılı olaraq dəyişməsi rejimini təşkil etməklə, maye-kristal süzgəclərin amplitud- spektral buraxma xarakteristikalarının müvafiq qolundan istifadə etməklə meşə örtüyü strukturunun maili skanerlənməsi sisteminin optimallaşdırılması imkanının tədqiqi.



    8. Məsafədən zondlama vasitələrindən istifadə etməklə FAO-56 ekoloji modelinin göstəricilərinin kalibrasiya metodikasının təkmilləşdirilməsi, LAI və NDVI arasında empirik əmsalın dəqiq müəyyənləşdirilməsi imkanının təhlili.



    Download 18,5 Kb.




    Download 18,5 Kb.