Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




Download 1,28 Mb.
Pdf ko'rish
bet26/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   22   23   24   25   26   27   28   29   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

Dəm qazı (CO) insan həyatı üçün təhlükəli qazlardandır. Onun atmosferə atılan miqdarı
təbii yolla 500 mln. ton, antropogen yolla 304 mln. ton təşkil edir.
İnsan həyatı üçün daha təhlükəli olan CO qazının zəhərlə- yici təsiri bununla izah olunur
ki, o, oksigenə nisbətən yüngül olduğuna görə, qanın hemoqlobini ilə əlaqəyə girib dayanıqlı
karboksihemoqlobin yaradır. Beləliklə, orqanizmin oksigen çatışmazlığına, həmçinin ürək-damar
sisteminin fəaliyyətinin pozulmasına səbəb olur. Ürək-damar xəstəliyi olan insanlar üçün CO
öldürücü təhlükəyə malikdir.
Atmosferi çirkləndirən əsas qazlardan biri karbon qazıdır (CO
2
). XX əsrdə onun havada
olan qatılığı 25% artmışdır. Son 10 il ərzində CO
2
miqdarı atmosferdə 13% artmışdır. CO
2
atmosferə atılması əsasən enerji istehsalı və istehlakı sahələrində baş verir. Atmosferə atılan CO
2
miqdarı azalmazsa, parnik effektinin təsirindən yer üzərində temperaturun artması böyük fəlakət
törədə bilər.
Temperaturun artması onunla izah edilir ki, günəşin ultrabənövşəyi şüaları kifayət qədər
CO
2
və CH
4
olan atmosfer qa- tını asanlıqla keçərək yer üzərinə çatır. Yer səthində əks olunun
infraqırmızı şüalar CO
2
yüksək olan atmosferdə saxlanılır ki, bu da temperaturun artmasına
səbəb olur. Şimal yarımkürəsində 1950-1980-cı illər arasında orta illik temperatur 0,4C°
artmışdır. Belə artımın 2050-ci ildə 2-4C° olacağı gözlənilir. Buna görə də,dünya okeanlarında
suyun səviyyəsinin yaxın 25 ildə 10 sm artma ehtimalı vardır.
Azot oksidləri (N
x
O
y
) təbiətdə meşə yanğınlarından yaranır. Şəhərlərdə və sənaye
müəssisələri ətrafında N
x
O
y
yaranması insan fəaliyyəti nəticəsində baş verir. Küllü miqdarda azot
oksidləri istilik elektrik stansiyalarından və daxili yаnасаq mühərriklərindən ayrılır. Bunlardan
başqa, metaləritmə və azot turşuları ilə məşğul olan müəssisələrdən də atmosferə azot oksidləri
atılır.
Atmosferi çirkləndirən azot oksidləri bunlardır: – N
2
O insanlara praktik təsir edir, bu
cərrahiyyə əməliyyatlarında istifadə olunur;
– NO insanların mərkəzi sinir sisteminə təsir edir, onlarda iflic yaranmasına, qanın
qatılaşmasına təsir edir və oksigen çatışmazlığı yaradır.
– NO
2
, NO
4
- su ilə birləşdikdə 4NO
2
+2H
2
O = 4HNO
3
azot turşusu yaradır ki, bu da nəfəs
yollarının zədələnməsinə və ağ ciyərin şişməsinə səbəb olur.
Azot oksidləri fotokimyəvi proseslərdə iştirak edir. Havada fotokimyəvi çirklənmənin
səviyyəsi avtomobil nəqliyyatının hərəkət rejimi ilə sıx əlaqədardır. Səhər və axşam nəqliyyatın
intensiv işi zamanı atmosferə küllü miqdarda azot oksidi və karbohidrogen qazları atılır. Bunlar,
bir-biri ilə reaksiyaya girərək havanı fotokimyəvi çirkləndirirlər. Ürək-damar və nəfəs yolları
xroniki xəstəliyi olan insanlar azot oksidlərinə çox həssas olurlar.
Atmosferə atılan tozların mənbəyi fırtınalar, torpağın eroziyası, vulkan püskürməsi və
dəniz tullantıları hesab olunur. Atmosferə atılan tozların və aerozolların 10-20%-i insanların
fəaliyyətinin nəticəsidir. Tozlar, əsasən, tikinti materialları, sement istehsalı, dağ-mədən işləri və
tikinti işləri zamanı ətrafa atılır.
Tozlar və aerozollar təkcə insanların nəfəsalmalarını çətinləşdirmir. O, həmçinin yerdən
istiliyin qayıtmasına maneçilik törədir, yerə istiqamətlənmiş günəş şüalarını əks etdirir və
bunlarda iqlim dəyişməsinə səbəb olur.
Antropogen tullantılar yerətrafı ozon qatının dağılmasına səbəb olurlar. Bu tullantıların
əsas mənbəyi sənayedə və məişətdə istifadə olunan soyuduculardan və kondisionerlərdən
atmosferə atılan freon qazlarıdır.
Ozon stratosferin yuxarı və mezosferin aşağı qatında aşağıdakı reaksiya nəticəsində
yaranır.



Download 1,28 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

Download 1,28 Mb.
Pdf ko'rish