İonlaşmanın insan orqanizminə bioloji təsiri canlı toxumalarda əmələ gələn cüt ionların
sayından və ya şüalanma ilə əlaqədar udulan enerjidən asılıdır. İonlaşdırıcı şüaların təsiri altında
canlı toxumada olan suyun hidrogen atomuna və ОН hidroksil qrupuna parçalanması baş verir.
Yüksək aktivliyə malik olar H və OH toxumanın digər molekulları ilə birləşir və canlı toxumaya
mənsub olmayan yeni yabancı kimyəvi birləşmələr yaranır. Baş verən dəyişikliklər nəticəsində
orqanizmdəki biokimyəvi proseslərin normal gedişi və maddələr mübadiləsi pozulur. İonlaşdırıcı
şüaların təsiri altında orqanizmdə qanyaradıcı üzvlərin funksiyalarının tormozlanması, qanın
normal laxtalanmasının pozulması, qan damarlarının elastikliyinin azalması, mədə-bağırsaq
sisteminin fəaliyyətinin pozulması və infeksiya xəstəliklərinə qarşı müqavimətin azalması baş
verir.
İonlaşdırıcı şüaların maddələrə təsiri həmin maddənin atom və molekullarının
ionlaşmasında təzahür edir. Bu təsirin miqdarca ölçüsünü müəyyən edən əsas parametr udulma
dozasıdır. Udulan doza vahidi qrey (qr) qəbul edilib.
Təcrübədə sistemdən kənar vahidlərdən də istifadə edilir– 1rad=100 erq/q;Şüanın udulma
miqdarı şüalanma xüsusiyyətindən və mühitin uduculuğundan asılıdır.
Son zamanlara qədər rentgen (R) və γ şüaları ekspozisiya dozasından istifadə edilir.
Ekspozisiya dozası kinetik enerjiyə çevrilmiş foton şüalanmasından ibarətdir.
Rentgen və γ şüaları üçün ekspozisiya doza vahidi kulon/kiloqram (Kl/kq) qəbul edilib. Bu
elə bir dozadır ki, Rentgen və γ şüaları normal şəraitdə 1 kq quru atmosfer havasına təsir etdikdə
yükü 1 Kl olan ionlar yaradır. Hal-hazırda qədər, təcrübədə, doza vahidi rentgen istifadə edilir.
1R=2,58·10
-4
Kl/kq.
Elektronun yükü 4,8·10
-4
el. vahidinə bərabərdir.Havada bir cüt ionun yaranmasına orta
hesabla 34 erq enerji sərf olunur. Beləliklə, 1R ekspozisiya dozasında təkrar elektronlar 1qr
havada 88 erq enerji sərf edir. 88 erq/q hava və ya 0,114 erq/sm
3
hava rentgenin energetik
ekvivalenti adlandırılır.
Rentgen və γ şüalanmasının hər hansı bir mühitdə udulma dozası aşağıdakı düsturla
hesablanır.