• 3.3. Atmosferin çirkləndirilməsi
  • Ətraf mühiti çirkləndirən mənbələr və maddələr




    Download 1,28 Mb.
    Pdf ko'rish
    bet24/113
    Sana01.12.2023
    Hajmi1,28 Mb.
    #109072
    1   ...   20   21   22   23   24   25   26   27   ...   113
    Bog'liq
    M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

    Ətraf mühiti çirkləndirən mənbələr və maddələr
    Ətraf təbii mühit litosfer, hidrosfer, atmosfer və yerətrafı kosmik fəza da daxil olmaqla
    insanların və digər canlı orqanizmlərin məskun və fəaliyyət sahəsidir.
    Təbiət dedikdə insanların təsirinə məruz qalmayan və ya cüzi miqdarda məruz qalan təbii
    bir kompleks başa düşülür.
    Ətraf təbii mühiti xarakterizə edən göstəricilərin məcmusu onun keyfiyyətini göstərir. Ətraf
    mühitin keyfiyyəti canlı aləmin mövcudluğu və yaşayışına təsir edən əsas amildir.
    Tətbiqi ekologiyada ətraf mühit dedikdə, insanı əhatə edən atmosfer havası, su və torpaq
    başa düşülür. Təbii mühitin vəziyyətinə nəzarət, əsasən, insanların və bütün canlıların səmərəli
    yaşayışının təmin olunması üçün aparılan analiz və onların göstəricilərinə əməl etməkdən
    ibarətdir.
    3.3. Atmosferin çirkləndirilməsi


    Atmosfer yerətrafı hava-qaz təbəqəsidir. Atmosferin alt sərhədi qurunun səthi (okean
    səviyyəsi) hesab olunur. Üst səthin hündürlüyü yer səviyyəsindən 3000 km-ə çatır. Atmosfer 5
    təbəqəyə bölünür. Birinci təbəqə Troposfer adlandırılır. Onun hündürlüyü 8-18 km-ə qədərdir.
    Troposferdən yuxarı stratosfer, mezosfer, termosfer, ekzosfer yerləşir.
    Yer səthindən yuxarı qalxdıqca hava kütləsinin azalmasına uyğun olaraq atmosfer təzyiqi
    də azalır. O, dəniz səviyyəsində 1013 millibara (mb) bərabər olduğu halda 10 km yüksəklikdə
    200 mb-a və 16 km-də 170 mb təşkil edir. Termosferdən yuxarı qalxdıqca temperaturda aşağı
    düşür. Temperaturun atmosferdə dəyişmə sürəti aerotermik qradiyentlə qiymətləndirilir:
    h
    0
    q
    t
    t
    H
    G


    m/ 
    °
    (3.1)
    burada t

    – havada orta illik temperatur, °C;
    t

    – H yüksəklikdə havanın temperaturudur.
    Orta hesabla, hər 10 m-dən bir coğrafi şəraitdən asılı olaraq, temperatur 0,55 ÷ 0,65°С
    qədər azalır.
    Troposferdə temperaturun azalması onun üst sərhədinə qədər davam edərək (-56,5)°С
    çatır.
    Yer səthindən yuxarı qalxarkən temperaturun bir dərəcə dəyişməsi üçün lazım gələn
    metrlər sayına aerotermik pillə deyilir.
    H
    t
    t
    G
    h
    0
    h



    °
    C/m (3.2)
    Atmosferdə səs dalğalarının hərəkət sürətinin dəyişməsi temperatur dəyişməsi qanununa
    tabedir. Dəniz səviyyəsindən yuxarı qalxdıqca səs dalğalarının yayılma surəti azalır və 340
    m/san-dən 10 km yüksəklikdə 297 m/san-yə çatır.
    Atmosferdəki su buxarı və karbon qazının başlıca hissəsi troposferdədir. Buna görə də,
    troposfer ilə yer səthi arasında yüksək su və istilik mübadiləsi prosesləri gedir. Bu isə öz
    növbəsində yer üzərində nəmliyin dəyişməsinə, havanın sıxlığının qeyri bərabər yayılmasına, yer
    səthinin günəş şüaları vasitəsilə qeyri müntəzəm qızdırılmasına və s. səbəb olur. Deməli, yer
    üzərində yaşayış üçün əsas şərtlərdən biri olan atmosfer planetdə iqlimin yaranması və onun
    istilik rejiminin tənzim olunmasında geniş iştirak edir. Günəş şüalarının bir hissəsi atmosferdə
    udulur. Yerdə qalan hissəsi yer üzərinə çataraq torpağa, su hövzələrinə daxil olur. Daxil olan
    enerjinin bir hissəsi yer üzərindən atmosferə əks etdirilir. Yer kürəsində cazibə qüvvəsinin
    mövcudluğu, atmosferin onunla birgə hərəkət etməsinə səbəb olur.
    Atmosferdə ən aktiv qaz oksigen sayılır. Onun miqdarı 21%-ə bərabərdir. Atmosfer
    oksigenlə bərabər 0,03 %-ə qədər karbon qazı (CO
    2
    ), 0,97 % təsirsiz qazlar, 78 % azot qazından
    ibarətdir. 
    Atmosferdə qazlarla yanaşı maye, aerozol və ion şəkilində olan müxtəlif maddələr də
    mövcuddur. Atmosfer həm şaquli, həm də üfüqi istiqamətdə yekcins deyil. Bu xüsusiyyət onun
    yer üzərində hərəkət istiqamətinin dəyişən olmasına səbəb olur.
    Atmosfer müxtəlif maddələrlə çirkləndirilə bilir. Çirkləndiricilər təbii və antropogen
    mənşəli olur. Bəşəriyyət yarandığı gündən hal-hazıradək onu əhatə edən mühitdən öz mənafeyi


    üçün istifadə etmək məqsədilə ona hər cür təsir etməkdən çəkinməmişdir. Bu vəziyyət elmi-
    texniki tərəqqi əsri olan müasir dövrdə daha kəskin xarakter almışdır.
    Ətraf mühiti çirkləndirən komponentlərə, əsasən, kükürd oksidi, hidrogen sulfid, azot
    oksidi, karbohidrogenlər, dəm qazı və mexaniki qarışıqları misal göstərmək olar.

    Download 1,28 Mb.
    1   ...   20   21   22   23   24   25   26   27   ...   113




    Download 1,28 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Ətraf mühiti çirkləndirən mənbələr və maddələr

    Download 1,28 Mb.
    Pdf ko'rish