M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n




Download 2,7 Mb.
bet1/25
Sana27.12.2019
Hajmi2,7 Mb.
#5615
  1   2   3   4   5   6   7   8   9   ...   25


M Ü H A Z İ R Ə № 1

HEYVANDARLIQ FERMER TƏSƏRRÜFATININ

İSTEHSALAT PROSESLƏRİ


P l A N

1. Heyvandarlığın mexanikləşdirilməsinin əsas istiqamətləri.

2. Heyvandarlıq və quş saxlanılan binalar.





G Ə N C Ə- 2017

G İ R İ Ş

Heyvandarlıq kənd təsərrüfatının ən böyük və əhalinin ərzaq məhsullarına olan tələbatının çox hissəsini təmin edən bir sahədir. Əgər Elmlər Akademiya-sının verdiyi məlumatları nəzər­dən keçirsək normal insan orqanizmi üçün orta hesabla 3000 kkal enerji tələb olunursa onun 60-70 faizini heyvandar­lıq məhsul-ları təşkil edir. Belə ki, bir nəfərə illik orta hesabla 60-70 kq ət, 600-650 kq süd, 200-250 ədəd yumurta və başqa məhsullar tələb olunur.

Heyvandarlığın inkişaf etdirilməsi və onun məhsuldar­lığının artırılmasına təsir edən faktorlar çoxdur. Onlardan əsası heyvanların cinsinin yaxşılaşdırılması, etibarlı yem bazası yaratmaqla yeni texnologiya əsasında hazırlanması, zootexniki tələbata uyğun yemləndirilməsi, heyvandarlıq məhsullarının istehsalı, emalı, saxlanması, istifadəsi və başqa əsas məsələlər daxildir. Heyvandarlıq məhsulları-nın yeni texnologiya əsasında istehsalı, onun səmərəli istifadəsi maya dəyərinin aşağı salın­masına başqa göstəricilərlə yanaşı istehsalat proseslərinin mexanikləş-dirilməsi və avtomatlaşdırılmasının böyük əhəmiy­yəti vardır.

Mexanikləşdirmə və avtomatlaşdırma müxtəlif istehsa­lat proseslərində yem-lərin hazırlanması, paylanması, suyun verilməsi, peyinin təmizlənməsi, mikroiq-limin normal saxlan­ması, sağım və südün ilk emalı, qoyunların qırxılması, çimiz­dirilməsi, yunun preslənməsi, quşçuluqda digər işlərlə yanaşı yumurtanın yığıl-ması, çeşidlərinə ayrılması, qablaşdırılması, heyvanların kəsilməsi, ətin emalı, kolbasa hazırlanması, qab­laşdırılıb yarım fabrikat halına salınması və digər çox sahələri əhatə edir. Bu göstərilən işlərin mexanikləşdirilib avtomatlaş­dırılması heyvandarlıq məhsullarlının artırılması ilə yanaşı ona çəkilən ümumi xərclərin azalması və heyvanların faydalı­lıq əmsalının artırılmasına səbəb olur. Heyvanların faydalılıq əmsalı istehsal olunan məhsula sərf olunan enerjinin heyvanın tam mənimsədiyi enerjiyə olan nisbəti kimi nəzərdə tutulur.

Bunlardan göründüyü kimi istehsal proseslərində istifadə olunan mexanikləş-dirmə və avtomatlaşdırma heyvandarlıqda xüsusi fərqlənməklə onların bioloji xüsusiyyətlərini nəzərə almalıdır. Belə ki, tarlaçılıqda tətbiq olunan vasitələrdə bitki­nin bioloji xüsusiyyətləri nəzərə alnırsa, heyvandarlıqda hey­vanla­rın xüsusiy-yətləri nəzərdə tutulmalıdır. Məsələnin bu çür qoyuluşu sistem adlanır. Əgər tarlaçılıqda işlər "İnsan-maşın" prinsipində görülürsə (buna energetik sistem deyilir) heyvan­lara qulluq işlərində, "insan-maşın-heyvan" və ya "biotexniki" sis-tem adlanır. İkinci sistem birinciyə nəzərən mürəkkəb və çətin sistemdir. Belə ki, "İnsan-maşın" sistemində maşının ida­rə olunması yalnız insanın iradəsindən asılıdırsa, ikinci "bio­tex­niki" sistemdə tətbiq olunan texnika insan tərəfindən idarə olunmağına baxmayaraq heyvanın bioloji xüsusiyyətlə­rini nəzərə almasa o öz tətbiqini tapa bilməz. Bu prosesi əsa­sən sağım aqreqatlarına şamil etmək olar. Odur ki, texnikanın heyvandarlıqda tətbiqi onların bioloji xüsusiyyətlərini nəzərə alaraq tətbiq olunmalıdır. Buradan göründüyü kimi, heyvan­darlığın mexanikləşdi-rilməsi və avtomatlaşdırılması zamanın tələbidir.

Odur ki, mexanikləşdirmənı tətbiq və idarə edən şəxslər xüsusi hazırlığa malik olmalıdırlar. Onların hazırlanması orta, orta ixtisas və ali məktəblərdə həya-ta keçirilir.

Bu sahəni əhatə edən fənnin adı "Heyvandarlığın mexa­nikləşdirilməsi və avtomatlaşdırılması" adlandırılır. Dərslik əsasən ali təhsil məktəblərinin mühəndis ixtisaslarının tədris proqramı əsasında tərtib olunmuşdur. Buna baxmayaraq həmin dərslikdən heyvandarlıqda çalışan adi işçilər, mütəxəssislər, mühəndislər, kons-truktorlar, elmi-tədqiqat müəssisələrində çalışan elmi işçilər, pedaqoqlar və baş-qaları istifadə edə bilər­lər. Dərslik müəllifin uzun müddət tədris etdiyi fənnin, öz elmi-tədqiqat işlərinin və bu sahədə yazdığı məqalə metodiki göstəriş, dərs və-saitlərinin yekunlaşdırılmış formasıdır.

Bu dərslik eyni zamanda 1996-cı ildə nəşr olunmuş "Heyvandarlığın mexa-nikləşdirilməsi" dərsliyinin yenidən işlənilmiş və təkmilləşdirilmiş forması ol-maqla burada texno­loji proseslər, maşınların konstruksiyası, nəzəriyyəsi və hesa­batı öz geniş əksini tapmışdır. Bu fənnin tədris olunması zamanı müxtəlif fənlərlə geniş əlaqə yaradılmış, belə ki, riya­ziyyat, mexanika, fizika, istilik texnikası, elek-trotexnika, avto­matlaşdırma, metaltexnologiya, zootexnika, baytarlıq, tikinti mate-rialları və s. əlaqəli fənlərdən istifadə olunmuşdur.

Dərslik azərbaycan dilində tərtib olunan ilk dərslikdir. Onun ilk variantı İran İslam Respublikasında doktor K.Kazemengah tərəfindən fars dilinə tərcümə olunaraq orada orta və ali məktəblərində tədris olunur.

Müəllif bu dərsliyin tərtib olunmasında öz əməyini əsirgəməyən dəyərli həm-karlarına dərin təşəkkürünü, qüsur və çatışmazlıqları göstərənlərə isə əvvəlcədən razılığını bil­dirməyi özünə borc bilir.


2. Heyvan və quş saxlanılan binalar.

Heyvan və quş saxlanılan kompleks və fermalarda əsas tikintilərə heyvan və quş saxlanılan tövlələr, bunların daxilin­də­ avadanlıq, tövlədaxili dəzgahlar, mik-ro-iqlimi normalaşdır­maq üçün qurğular, su kəmərləri və bu məqsəd üçün qurğular, peyin anbarı, yem sexi və yem saxlamaq üçün tikintilər (xən­dək, qüll-ələr, anbarlar, ot tayları üçün yer və s.), baytar sanitar tikintilər (qoyunları çimiz-dirmək üçün vannalar, qırxım mən­təqəsi), maşın və nəqliyyat vasitələrini saxla-maq üçün çardaq və s. daxildir. Ümumiyyətlə tikintilər əsas və köməkçi olmaqla iki yerə bölünür. Birincilərə heyvan saxlanılan tikin­tilər, ikincilərə isə müxtəlif texnoloji proseslərin yerinə yeti­rilməsi üçün istifadə olunanlar daxildir.

Qaramal saxlanılan tövlələr süd verən inəklər, kökəldi­lən və cavan heyvan-lar, buzov saxlanılan binalardan ibarətdir. Sağmal inək üçün ən geniş istifadə olunan 200 başlıq tövlədir. Bu layihə inəklərin bağlı saxlanma şəraitində tətbiq olunur. Burada heyvanlar dörd cərgədə saxlanılır. Tövlə daxi­lində heyvanların bağlanması üçün bağ vasitəsi, axur avtoma­tik suvarıcılar, sağım qurğusu, havalan-dırma qurğuları yerləş­dirilir. Tövlənin planında heyvanların saxlanması üçün dö­şəmə, yempaylama və peyin təmizlənməsi üçün sahə nəzərdə tutulur. Yemin paylanmasından ötrü mobil və ya stasionar tipli yempaylayanlardan istifadə oluna bilər. Yempaylama mobil aqreqatla yerinə yetirilirsə, sahənin eni 2,2 m, stasionar yem­paylayanlardan istifadə olunduqda 1,2 m nəzərdə tutulur. Peyin zonasında peyinin təmizlənməsi kürəkli və ya ərsinli qurğular vasitəsi ilə yerinə yetirilir.

Heyvan saxlanılan döşəmələr qısa və uzun olmaqla iki cür olur. Kompleks-lərdə sağlam inəyi qısa döşəmələrdə sax­layırlar, halbuki inəkdən ixrac olunan peyinin 90%-i peyin kanalına tökülür. Ümumiyyətlə istər qısa və ya uzun döşə­mələrin hər ikisində layihə elə olmalıdır ki, inəkdən ixrac olu­nan peyinin maksi-mum hissəsi peyin kanalına tökülsün. Bu halı nəzərə alıb döşəmənin uzunluğunu aşağıdakı ifadə ilə hesablamaq olar.

L döş = a+0,8 Lin, (1.1.)
burada L döş - döşəmənin uzunluğu, m-lə; a - axurun arxa di­varından inəyin qabaq ayaqlarına qədər olan məsafə, m-lə; L döş - döşəmənin uzunluğu, m-lə; Lin - inəyin arxa tərəfindən qabaq ayaqlarınadək olan məsafə, m-lə.

Qısa döşəmənin uzunluğu 1400…1550 mm qəbul edilir. Lakin aparılmış tədqiqat işləri göstərir ki, qısa döşəmələrdə inəyin arxa ayaqları tez yorulur, dırnaqları sıradan çıxır, yatan zaman onun əmcəyi metal qəfəsin üzərinə düşdü-yündən soyuqlayıb xəstəlik əmələ gəlməsinə səbəb olur. Ümumiy­yətlə döşə-mənin uzunluğu inəyin bədən uzunluğundan 100…150 mm çox olmalıdır. Qısa döşəmələrdə peyin metal qəfəsin üzərinə tökülür, oradan keçərək kürək yerləşən xən­dəyə verilir. Burada peyinin təmizlənməsi öz axını və ya kürəklər tərəfindən yerinə yetirilə bilər.

Tövlədaxili avadanlıqlardan biri də inəklərin bağlanma­sını təmin edən bağ vasitələridir. Onlar axurun qabaq hissə­sində yerləşdirilir. Onlar elə olmalıdır ki, inəyin öz sahəsindən artıq yerdəyişməsinə imkan verməsin, rahatlığını tam təmin etsin. Döşəmənin uzunluğundan asılı olaraq bağlama vasitələri möhkəm və zəncirli olur.

Sənaye tərəfindən OSK-25 A markalı 25 inəyin qrup halında açılıb bağlan-ma sını təmin edən UQOS-100,100 başlıq universal qrup bağ vasitələri buraxılır. Zəncirin aşağıdan uc hissəsi döşəməyə, yuxarıdakı hissəsi isə çərçivəyə bərki-dilir. Tarımlanmış zəncirə, aşağı və yuxarıya sərbəst hərəkət edən zəncir birləş-dirilir ki, bu da inəyin başına geydirilir.

Avtomatik fərdi bağlama qurğu fərdi istifadə oluna bilər. Heyvan axura yaxın-laşıb yem qəbul etdikdə həlqə onun boy­nuna keçərək avtomatik bağlayır. Üstünlüyü ondan ibarətdir ki, onun üzərinə sağım qurğusunun boru kəməri, avto-matik suvarıcılar bərkidilir. O, heyvanların bağlı saxlanma şəraitində habelə ayrıca sağım zallarında tətbiq olunur.
Tikililər arasında zoobaytar məsafələri




Tikili

İnək damı

Buzov damı

Donuz damı

Ağıl

Quş damı

Süd bloku

1

İnək damı

Ym

30

150

150

200

Ym

2

Buzov damı

30

Ym

150

150

200

Ym

3

Donuz damı

150

150

Ym

150

200

150

4

Ağıl

150

150

150

Ym

200

150

5

Quş damı

200

200

200

200

Ym

200

6

Peyin anbarı

50

50

50

50

50

150

Qeyd: Ym-yanğın əleyhinə ara məsafəsi.


Bağsız saxlanmada heyvanlar qrup halında (48 baş) boks və ya kombiboks-larda saxlanılır. Tövlənin heyvan saxlanılan yeri iki hissədən: yemləmə və istira-hət zonalarından ibarətdir. Hər inək üçün 700…900 mm, uzunluğu 1500…1900 mm olan metal hasar çəkilir. Bu hasar çəkilir. Bu hasar bir baş heyvana hesablanmışdır. Yem zonası ilə istirahət zonası arasında metal qəfəs qondarıl-mışdır ki, bu da heyvanlardan ixrac olunan peyi­nin kanala tökülməsinə şərait yaradır. Hasarın üstünlüyü ondan ibarətdir ki, heyvan hansı zonada olur-olsun oraya başı tərəfi ilə qəfəsə daxil olur. Arxa tərəfi daima metal qəfəsə istiqa­mətlənir ki, bu da peyinin onun üzərinə tökülməsinə şərait yaradır.

Yemləmə zonası ilə peyin yolunun ümumi uzunluğu 2500…3000 mm olur.



Donuz tövlələri. Sənaye istiqamətli kompleks­lərdə ana donuzlar birinci mərhələdə çoşqalarla birlikdə fərdi saxlanılır, ikinci mərhələdə isə 10…15 baş birlikdə qrup halında saxlanılır. Yetişdirmə sexində 20...25 baş çoşqalar bir yerdə saxlanılır.

Müasir donuzçuluq komplekslərində donuzların saxlan­ması üç variantdan olur. Ana donuzlar balaladıqdan 20…35 gün sonra süni mayalandırılmaq üçün öz balalarından ayrılıb başqa saxlanma yerinə köçürülür. Balaları isə əvvəlki yerlə­rində yemləndirilərək kökəldilir. İki faza saxlanma üsulunda çoşqalar anasından 26…35 günlüyündə ayrılıb üç ay ərzində əvvəlki yerində saxlanıldıqdan sonra kökəltmə şöbəsinə köçürülür.

Üçfazalı saxlanmada çoşqalar anasından 26…45 günlüyündə aralanıb 60 gün ərzində yetişdirildikdən sonra kökəltmə sexinə göndərilir. Kökəltmə sexində onlar 90…120 gün saxlanılır.

Donuzların tövlədaxilində saxlanması üçün sənaye tərə­findən müxtəlif quruluşda dəzgahlar buraxılır. Bunlardan ən geniş yayılanı OSM-120 və OSM-60 dəzgahlarını göstər­mək olar. OSM-120 dəzgahı 120 baş çoşqaları 30 günlük olan ana donuzlar üçün hesablanmışdır. OSM-60 iki quruluşda buraxı­lır, onlardan OSM-60-1 nəm yemlərin mobil yempayla­yı­cı­larla paylanması üçün OSM-60-11 quru yemlərin troslu şay­balı yempaylayıcılarla işləməsini təmin edir. Burada verilən quru yem axurlarda nəmləndirilir. Bu dəzgahlar bir baş ana donuz üçün PSS-1, qrup halında çoşqalar üçün KPS-108 av­tomatik suvarıcılarla təchiz olunmuşdur. Bəzən çoşqaların su­varılması rezin əmcəyi olan PBP-1 markalı su-varıcılar vasitəsi ilə yerinə yetirilir. Ana donuzlar üçün suvarıcılar yerdən 650… 750 mm, çoşqalar üçün 300…450 mm hündürlükdə qon­darılır.

Son vaxtlar quşçuluqda olduğu kimi, donuzların saxlan­masında batareya qə-fəsli qurğulardan istifadə olunur. Onun üstünlüyü ondan ibarətdir ki, binanın sahəsindən səmərəli istifadə etməklə bəzi texnoloji proseslərin mexanikləş-dirilməsi və avtomatlaşdırılmasını təmin edir. Burada da heyvanların saxlanılması 3 fazada olur. Birinci fazada 4 günlüyündən 35 günədək üç yaruslu batareyalarda, ikinci fazada 30 gün-lükdən 105 günədək iki yaruslu qəfəslərdə saxlanılır. Çoş-qalar birinci mərhələdə nəm və ya quru yemlə, ikinci mərhələdə dənəvər­ləşdirilmiş quru yemlərdə yemlən-dirilir. Peyin heyvanların altında maili qonda-rılan altıqlara tökülür, oradan TS-1 daşı-yıcısı ilə təmizlənib sonra suyun köməyi ilə axıdılır. Bun­dan ötrü həcmi 0,8…1 m3 olan bu bakından istifadə olunur.

Quş saxlanılan tövlələr. Quşlar iki üsulda: döşəmə üzərində və qəfəsdə saxlanılır. Döşəmə üzərində toyuqlar xoruzlarla qarışıq 60 gündən 140 günədək, cücələr isə 1 günündən 70 gününədək saxlanılır. Bu halda tövlə daxi­lində "Pro-mışlennıy 1", "Promışlen-nıy 2" aqreqatların­dan isti­fadə olunur.

Quşların yemləndirilməsi qrup yemlərlə yerinə yetirilir. Yem qarışığı ZSK-10 yük maşını ilə BSK-10 yemsaxlanılan bunkerədək şnekə, sonra isə dozatordan keçərək KB yempay­layana verilir. Buradan yem 4 cərgədə yerləşən 28 ədəd avto­matik axurlarla ötürülür. Suvarılma çardaqdan asılan novla yerinə yetirilir. Toyuq-lar mexanikləşdirilmiş hinlərdə yumurt­layır. Həmin döşəmə maili olub, yumur-tanın qırılmasının qar­şısını almaq məqsədi ilə rezinlə örtülmüşdür. Toyuq yumurt-la­dıqdan sonra yumurta öz axımı ilə yuvadan diyirlənib eninə lentalı transportyorla verilir.

Eninə transportyor gündə bir neçə dəfə işə duşərək ona verilmiş yumurtaları yumurta növayırı­mına verir.

Toyuqlardan ixrac olunan peyin qəfəsli döşəmənin kü­rək­li arabacıqlarıyla toplanıb eninə transportyora verilir. Buradan həmin daşıyıcı peyini tövlənin kənarına, oradan isə peyin anbarına daşıyır. Tövlə daxilində olan avadanlıqlar elek­trik mühərrikləri ilə vaxt relesinin köməyi ilə avtomatik rejimdə istifadə olunur. Cücələrin bu üsulla saxlanılması zamanı "Broyler 10", "Broyler 20" və BK-10, BK-20 ava­danlıqda istifadə olunur. Cücələr tövlələrə yerləşdirilməz­dən əvvəl tövlənin döşəməsilə 1m2 sahəyə 0,5…1 kq sönmüş əhəng səpilir, onun üzərindən 100…150 mm qalınlığında hər başa 2 kq-a qədər döşəmə materialı səpilməlidir.

Cücələrin qızdırılması üçün 200 mm hündürlükdən qızdırıcılar asılıb 20 gün ərzində 305…308 K temperaturunda saxlanılır. Bu müddətdən sonra temperatur 295…297 K kimi aşağı salınır. Bir buruder altında 500….550 baş cücə olur. Bru-derin kənar­larında çətirdən 0,5…0,7 m aralı, hündürlüyü 0,4 m çəpər çəkilir. Yemin paylanmasının mexanik­ləşdirilməsi, cücələrin 20 günlüyündən sonra başlanır. Burada yerləşdirilən avadan­lıqlara BK-10 və BK-20 kompleksi, BKS-10 anbarı, zəncirli-şaybalı yempaylayıcı transportyor və s. aiddir.

Qəfəsli batareya quşların 1 günündən 140 gününədək əvəzedici quşların yetiş-dirilməsində, yumurtlayan toyuqların, ətlik üçün quşların kökəldilməsində və cücələrin yetişdiril­məsində istifadə olunur. Qəfəsli batareya qəfəslərin sayına görə bir, iki, üç, dörd və beş yaruslu olur.

Sənaye əsasında yumurtlaq toyuqlar üçün KBN qəfəsli batareyadan istifadə olunur. Bu iki cərgəli dörd yaruslu olmaqla, üzərinə yempaylayan, yumurta daşı-yan və troslu skreperli peyintəmizləyici transportyor qondarılır.

Quş fabrikində OBN-1 yaruslu batereyadan istifadə edi­lir. Onun komplek-tində yem bunkeri BSK-10, dozatorla təchiz olunmuş üfiqi transportyor, zəncirli şaybalı yem daşıyıb pay­layan yerləşdirilmişdir.

Yumurtaların yığılıb daşınması üçün lentalı daşıyıcıdan, peyinin təmizlən-məsi üçün kanatlı skreperli qurğulardan istifadə olunur.

Əvəzedici quşların saxlanması üçün KBU-2 qəfəsli batareyadan istifadə olunur. Bir günlük cücələr 30…36 baş birlikdə uzunluğu 900 mm olan qəfəsdə yerləşdirilir. Burada nipsli suvarıcıdan istifadə olunur. 15 gündən sonra hərəsi 10…12 baş tutan qəfəslərdə yerləşdirilir., 35…45 günlük quşlar üçün həmin qəfəsin həcmi böyüdülür. Digər işlərin mexanikləşdirilməsi üçün şərait yaradılır.



Qoyun tövlələri ölkənin müxtəlif iqlim zonala­rını nəzərə alaraq qoyunların saxlanma üsulları da müxtəlifdir. Belə ki, tam açıq, yarım otarma və fasilədən asılı olaraq sazla­nılır. Otlaq şəraitində qoyunçuluq komplekslərində 5,10 və 15 min baş qoyun olan təsərrüfatlar bir neçə sexlərə bölünərək, ana, qısır, şişək, qoç, quzu sürülərindən ibarət olur.

819-154 layihədə qoyunlar isti havalarda çöldə otarılır, soyuqda isə tövlə daxilində saxlanılır.

Qoyunların tövlə daxilində saxlanma günlərinin sayı soyuq olan yerlərdə 150 gün şişəklərin sax­lan­ması 60 gün qəbul olunur. Burada onların yemləndirilmə­sində lentli yempaylayıcılar, qrup suvarıcılar QAO-4 və ya avtomatik PBS-1 suvarıcılardan istifadə olunur.

Peyinin təmizlənməsi ildə bir dəfə tövlədə saxlanma müddəti qurtar­dıqdan sonra buldozer vasitəsi ilə yerinə yetirilir. Qırxım isə məntəqələrdə mexanikləş-dirilmiş halda aparılır.

Bu layihəyə əsasən peyin US-15 kürəkli təmizləyicilər vasitəsi ilə saxlanılan döşəmənin alt tərəfindən təmizlənir. Heyvanların yemləndirilməsi quşçuluqda tətbiq olunan troslu şaybalı yempaylayıcılarla yerinə yetirilir. Yemlərdə qranul nəzərdə tutulmuşdur.

Qoyunların suvarılması AP-1A fərdi və ya QAO-4, AQM-4 qrup surıcılarının köməyi ilə olur. Qoyun­ların hər komplekti 2000 baş üçün hesablanmış qırxım məntə­qələrində yerinə yetirilir.


MÜHAZİRƏ № 2


HEYVANDARLIQ FERMER VƏ KOMPLEKSLƏRİ

P L A N


1. Heyvandarlıq südçülük kompleksləri.

2. Donuz, qoyun və quşçuluq kompleksləri.

1. Heyvandarlıq südçülük kompleksləri.

Ferma heyvan saxlanılan, heyvandarlıq məhsulları istehsal edən və cins heyvan yetişdirilən kənd təsərrüfatı müəssisədir.

Fermalar cins heyvan yetişdirən və əmtəə istiqamətində olur. Cins yetişdirən fermaların məqsədi heyvanların tərkibinin yaxşılaşdırılmasına yönəldilir. Əmtəə isti-qamətli fermalar isə əhalinin və sənayenin heyvandarlıq məhsullarına olan süd, ət, yumurta və s. tələbatının ödənilməsindən ibarətdir. Fermalar heyvanların bioloji növündən asılı olaraq iribuynuzlu qaramal, donuz, qoyun, quş və vəhşi heyvanlar fermasına bölünür. Damazlıq fermalarında mal cinslərinin seleksion təkmilləşdi­rilməsi işləri aparılır, reproduktor fermaları isə qiymətli cins­lərin artırılması üçün nəzərdə tutulmuşdur. İribuynuzlu mal saxlanılan fermalar südlük, südlük-ətlik, ətlik istiqamətində olur. Fermalar kimi heyvandarlıq komplekslərinə də ümumi texnoloji proseslə birləşdirilmiş əsas və köməkçi heyvandarlıq tikililəri və mühəndis-texniki kommunikasiyalar daxildir. Heyvandarlığın sənaye təməli ilə inkişaf etdirilməsi ilə əlaqə­dar olaraq ferma və kompleks arasın-dakı fərq aradan götürülür. Heyvanların saxlanma sistemini, fermaların tipini və ölçülərini, binaların konstruksiyasını və inkişaf materiallarını, istehsalın texnologiyasını və mühəndis texniki təşkilini seçmək üçün təbii iqlim şəraitləri mühüm rol oynayır. Qışı qısa və mülayim olan yerlərdə fermalardakı işlərin çox hissəsi bina­lardan kənarda görülə bilər. Soyuq iqlim şəra-itində birləşdi­rilmiş binaların tikilməsinə üstünlük verilir. Heyvandarlıq fer­mala­rının baş planından asılı olaraq istehsalat, yemləmə və sanitar zonaları olur. Burada olan binalar əsas və köməkçi binalardan ibarətdir. Məsələn: qaramal fermasında inək, buzov, cavan heyvan saxlanılan əsas binalardan, sağım və südün ilk emalı, baytarlıq işləri üzrə, yem hazırlama və ya yem sexi, gəzinti meydançası kimi köməkçi bina-lardan ibarət olur. Bun­larla yanaşı fermada müxtəlif mühəndis tikinti qurğuları, qaraj, çardaq, yem anbarları, senaj və silos tikintiləri, peyin anbarı və s. olur.

Kompleks müəyyən qədər fermalardan fərqlənir. Belə ki, kompleks heyvan saxlanılma heyvandarlıq məhsulları istehsal edən və onun istehsalında elmin yeni nailiyyətləri tətbiq olunaraq yeni texnologiya və əməyin düzgün təşkili əsasında işini təşkil edən yüksək mexanikləşdirilmiş və avto­matlaşdırılmış müəssisəyə deyilir. Komplekslərin aşağıdakı xüsusiyyət-ləri vardır. Sahibliyinə görə kəndli-fermer təsərrü­fatlar, səhmdar cəmiyyətlər, dövlət kənd təsərrüfatı müəssi­sələr, digər özəl qurumlar və s. tərkibində olurlar. Yem təmi­natına görə, dövlət, dövlət və təsərrü-fatın özünün iştirakı ilə, həmçinin yeni təsərrüfatçılıq formalarının təşəkkülü şəra-itində onların özü tərəfindən olur. İstiqamətinə görə südlük, ətlik, düyə yetişdirən, yumurta, yun və s. istiqamətlərdə olur. Məh­sul istehsalına görə tam istehsal prosesi və ya hissə-hissə başa çatdırılan istehsalat proseslərinə bölünür. Komplekslərdə işin təşkili və yerinə yetirilməsi sənayeyə uyğun gəlir. Ona görə də heyvandarlığın səna-ye təməli ilə inkişaf etdirilməsi termini işlədilir. Bunun mahiyyəti heç də hamı üçün tam aydın deyil­dir. Ona görə də bu kitabın müəllifi mövzudan kənara çıxaraq onu izah etməyə özünə borc bilir.

Məlumdur ki, kənd təsərrüfatının iki iri sahəsi – tarlaçı­lıq və heyvandarlıq mövcuddur, bu iki sahənin xüsusiyyətləri biri digərinə uyğun gəlmir. Ona görə də müqayisə üçün sənayenin ən geniş sahələri olan zavod və ya fabriki götürüb onlarla müqayisə edək. Zavod və ya fabrikin kobud mənada desək, iki qapısı var: biri giriş, digəri çıxış qapısı. Girişdən xammal daxil olur, çıxışdan isə hazır məhsul istehsal olunur, lazım olan yerə verilir. Hər iki qapı arasında olan məhsul müxtəlif texnoloji proseslərdən keçərək axım üsulu ilə hazır­lanır. Heyvandarlıqda da belədir: fermaya və ya kompleksə giriş qapısından yem daxil olur, çıxış qapısından isə hazır halda heyvandarlıq məhsulları əhalinin tələbatının ödənilməsinə verilir. Burada olan isteh-salat proseslərini zavod və fabrikdəki kimi axım üsulu ilə yerinə yetirməyə tam imkan vardır. Lakin bunları tarlaçılıqda tətbiq etmək qeyri mümkündür.

Hazırda heyvandarlıqda əsas vəzifələrdən biri mövcud fermalarda sənaye texnologiyasını və yeni texnikanı tətbiq etməklə onların yenidən qurulmasıdır.

Yemlə etibarlı təmin olunma, həmçinin istehsal-texno­loji proseslərin mexanik-ləşdirilməsi və avtomatlaşdırılması şərtilə yenidən qurulmuş fermalar səmərəlilik göstəricilərinə görə xeyli yaxşılaşmalıdır.

Fermalar kimi heyvandarlıq komplekslərinə də ümumi texnoloji proseslə birləşdirilmiş əsas və köməkçi heyvandar­lıq tikililəri və mühəndis-texniki kommu-nikasiyalar daxildir.

Saxlanılma üsuluna görə iki əsas sistem mövcuddur: heyvanların yerləşdikləri binalardan sərbəst kənara çıxması və bina daxilində onların mövcud hərəkəti. Sis-temin seçil­məsi və təbii iqlim şərtləri, heyvanların növləri və cins-yaş xüsusiy­yətləri, təsərrüfatın tipi, ölçüsü, istiqaməti və başqa amillər çox təsir edir. Maşınların və texnologiyanın seçilməsi qəbul edilmiş sistemdən asılıdır. İstehsalın mühəndis-texniki təşkili bütün amillərin hər bir konkret təsərrüfata tətbiqinin səmərəli hesab-lanmasına əsaslanır, o, həmçinin, təsərrüfatın əsas planında fermaların yerləşdiril-məsi, ayrı-ayrı ferma və ya komplekslərin planlaşdırılması, onların gücü, kommunu­ka­siyaların olması və s. ilə əlaqədardır. Adətən, əmtəəlik isteh­salat bilavasitə yol kommunikasiyalarının və növbəli yem əkinlərinin yaxınlığında yerləşdirilir. Ferma-nın yaxınlığında səpilmə otlaqlar yaradılır. Damazlıq cavan heyvan və təmir sürüsü yetişdirən fermalar təsər-rüfatın uzaq ərazisində yer­ləş­dirilir. Heyvanların saxlanıl-ma sistemini, fermaların tip və ölçülərini, binaların konstruksiyasını və inşaat materiallarını, istehsalın texnologiyasını və mühəndis-texniki təşkilini seç­mək üçün təbii iqlim şərtləri mühüm rol oynayır. Soyuq iqlim şəraitində birləşdirilmiş binaların tikilməsinə üstünlük verilir.

Ferma və komplekslərdə istehsal prosesləri müəyyən ardıcıllıqla aparılan əsas və köməkçi texnoloji əməliyyatların məcmuundan ibarət olur. Hər bir əməliyyat öz növbəsində ayrı-ayrı işlərdən ibarət ola bilər. Əsas texnoloji əməliyyatlara yemin hazırlanması, inəklərin sağılması və s. köməkçi əmə­liyyatlara - əsas əməliyyatların yerinə yetirilməsini təmin edən işlər (südün emalı və saxlanılması üçün süni soyuq-luğun yaradılması, texnoloji ehtiyaclar üçün buxarın alınması və s.) daxildir.

Komplekslərin sənayeyə uyğun gələn bir neçə xüsu­siyyətləri aşağıdakılardır:

Təmərküzləşmə. Bu məqsədlə adi fermalar təsərrüfatın imkanına görə böyü-dülür, heyvanlar cəmləşdirilir və sayı artı­rılır.

İxtisaslaşma. Bu məqsədlə ferma və ya komplekslər ixtisaslaşdırılıb bir növ heyvandarlıq məhsulu istehsal etməyə yönəldilir.

İl boyu bərabər məhsul istehsal etmək. Bu xüsusiyyət sənayedə mövcuddur, heyvandarlıqda buna nail olmaq üçün onları qruplaşdıraraq il boyu bərabər vaxt müddətində süni mayalanma yolu ilə bərabər bala alınır.

İqlimdən asılı olmaması. Tarlaçılıqda görülən işlərdən fərqli olaraq heyvan-darlıqda istehsalat proseslərində ilin fəsil­lərindən, havanın yağmurlu olmasından və ya temperatu­rundan asılı olmayaraq məhsul istehsal olunur;

Əməyin təşkili. Burada ferma və komplekslərdə əməyin təşkilini təmamilə fabrik və ya zavodda olduğu kimi təşkil etmək mümkündür. Bunun üçün hər sahə üzrə mütə­xəssis və işçilər hazırlamalı, hər kəsin konkret işi olmalıdır.

İstehsalat proseslərinin axım üsulu ilə yerinə yetiril­məsi. Bütün bu göstərici-lər heyvandarlıqda rahat tətbiq olunur, nəinki tarlaçılıqda, elə buna görə də heyvan-darlığın bu göstə­ricilərini nəzərə alıb sənaye üsulunda onun inkişaf etdirilməsi məq-sədəuyğun hesab olunur.

Aşağıda müxtəlif istiqamətli heyvandarlıq kompleksləri­nin bəzilərinin xüsusiy-yətlərini nəzərdən keçirək.



Südlük istiqamətli komplekslər. Südlük istiqamətində olan qaramal komp-leksləri əsasən 400, 800 və 1200 başlı olur. Kompleksin ərazisində istehsalat və heyvan saxlanılan binalar: yemlərin saxlanması üçün çardak və tikintilər; köməkçi bina və qurğular; peyin anbarı var. Burada əsasən sağmal inəklər saxlanılır, illik südvermə qabiliyyəti 4000 l-dir. Buzovlar 10-20 gün müddətində saxlanılıb başqa yerə təhvil verilir (şəkil 1.2, 1.3, 1.4).

Bu layihədə (801-315) aşağıdakı istehsalat prosesləri nəzərdə tutulur: yemləmə gəzinti meydançası, heyvanların sax­­lan­ması üçün bokslar; buzovlar üçün fərdi binalar. Töv­lələ­rin döşəməsi qəfəsli metaldan, doğum şöbəsi bütöv halda olur. Yemin paylanma traktora qoşulan mobil yempay­layıcıları ilə, peyinin təmizlənməsi öz axımı və fakel tipli nasos­la, inəklərin sağılması "Eloçka" tipli sağım dəzgahı ilə doğum şöbəsində daşınan vedrə ilə yerinə yetirilir. Bu layi­hədə YC-15 və YC-10 markalı skreperli peyin təmizləyicilər­dən istifadə olunması nəzərdə tutulmuşdur (şəkil 1.1, cədvəl 1.1).

801-314 tipli layihədə 800 və 1200 sağmal inəyin bağlı saxlanması nəzərdə tutulur. Burada sağım "Eloçka" tipli sağım meydançasında, peyin təmizlənməsi isə döşəmə altında yerləşən zirzəmidən yerinə yetirilir (şəkil 1.2, cədvəl 1.1).

Bu komplekslərdə heyvanların saxlanması dörd şöbədə sağılmayan inəklər 50…60; təzə doğan inəklər 25; mayalan­dırılan inəklər 60…90; əsas sağımda olan inəklər 200…300 gün olur. Bu cür komplekslərdə orta hesabla bir işçiyə 54 inək, 1 sen süd, əmək sərfi 2,2 saat düşür.

Südlük istiqamətli komplekslərin iqtisadi göstəriciləri aşağıdakı cədvəldə verilmişdir.

Düyə yetişdirmə komplekslərinin vəzifəsi ferma və kompleksləri cins malqara ilə təmin etməklə, yaşlaşmış süd verən inəklərin yerinə əvəz etdirməkdən ibarətdir. Bu məqsəd üçün 819-198, 819-189, 801-395 və s. layihələrdən istifadə olunur. Məsələn, 819-198 layihə malik olan kompleks 3 min baş heyvana hesablanmışdır. Buraya 10…20 günlük 40 kq çəkisi olan buzovlar gətirilir. Burada heyvanlar qrup halında yaşına görə yerləşdirilir. Heyvanların yemləndirilməsi qış fəslində silos, senaj və kombikorma ilə, yay dövründə yaşıl yem və kombikorma ilə olur. Yem mobil tipli yempaylayan­larla axura verilir. Buzovlar karantin vaxtında fərdi qablarda yedizdirilir. Onların suvarılması avtomatik suvarıcılar vasitəsi ilə olur.



Şəkil 1.1.(801-315) tipli 800 başlıq südlük istiqamətli qaramal kompleksi (bağsız saxlanma şəraiti üçün):
1 - sağım bloku; 2 - baytar sanitariya buraxılış qapısı; 3 - gəzinti mey­dan­çası; 4 – qa-zan-xana; 5 - 400 başlıq inək tövləsi; 6 - senaj xəndəyi; 7 - yem sexi; 8 - dogum şöbəsi; 9 – peyin anbarı; 10 - heyvanlar üçün izolyator və stasionar; 11 - birləşdirici tavan; 12 – hey-vanların ğəzitisi üçün meydança.

Peyinin təmizlənməsi kürəkli və ya skreperli daşıyıcı­larla yerinə yetirilir. Düyələrin süni mayalandırılması bokslar­da aparılır. Belə ki, kompleks ildə çəkisi 450 kq olan 1333 düyənin 25 ay ərzində yetişdirilməsini təmin edir. Burada 35 nəfər heyvana qulluq edir. Bir nəfər operatora 240 baş düyə təhkim olunur. Bir düyəyə 60,2 saat əmək sərf olunur.



Şəkil 1.2. 800 başlıq inək kompleksinin baş planı (bağlı

saxlanma şəraiti üçün):

1-400 başlıq inək tövləsi; 2-süd sağım bloku; 3-160 başlıq doğum şöbəsi; 4-baytar sanitar buraxılış məntəqəsi; 5-10 yerli k izolyator; 6-baytarlıq ambulatoriyası; 7-10 yerlik stasionar; 8-traktorlar üçün qaraj; 9-qazanxana; 10-ğəzinti meydançası; 11-birləşdirici qalereya; 12 - 2000 t-luq peyin anbarı; 13-nasos stansiyası; 14 - 1800 t-luq senaj üçün xəndəklər; 15-yem cexi.

Ətlik istiqamətli qaramal kompleksləri heyvanların sax­la­nıb yetişdirilməsi, kökəldilib ətliyə verilməsi üçün istifadə olunur. Bunlar 801-306, 819-218, 819-215 və s. layihələr əsasında tikilir. Kökəlmə istiqamətində olan heyvanların kom­pleks daxilində qrup halında metal qəfəsli döşəməsi olan töv­lələrdə bağsız üsulla saxlanıl-ması məqsədəuyğun hesab olu­nur. Ətlik istiqamətində heyvanların saxlanılması üç pillədə yerinə yetirilir: yetişdirmə, böyütmə və kökəltmə. Heyvan saxlanılan binalar örtülü, kombinə edilmiş və açıq halda olur. Birinci halda bütün texnoloji proseslər tövlə daxilində yerinə yetirilir. Kombinə edilmiş variantda heyvanların saxlanması bina daxilində, lakin onların yemləndirilməsi çardaq altında olur. Açıq halda isə heyvanların saxlanılması və onların yem­ləndirilməsi çardaq altında olur.
Cədvəl 1.1.


Göstəricilər

801-315

peyinin təmizlənməsi



801-314

800 başlıq zirzəmili peyin an­barı



Mexaniki üsul

Hidravlik yuma üsulu

800 baş

1200 baş

800
baş

1200 baş




Heyvanların sayı

908

1360

908

1360

908

Südə görə layihə gücü min ton

3126

4,90

3,26

4,90

3,57

İişçilərin sayı,nəfər

56

66

52

63

58

Bilavasitə hey­vana qulluq edən şəxslər, nəfər

46

56

43

54

48

1100 kq südə əmək sərfi saat

4 ,87

6,25

3,30

2,70

3,43

Kompleksin sahsi, ha

3,61

2,84

5,30

8,4

6,4



Şəkil 1.3. 200 başlı inək tövləsinin ümumi görünüşü:


1-inək saxlanılan yer; 2-yem qəbuledici bölmə; 3-tambur; 4-peyin təmizləmək üçün tambur; 5-heyvanların qəbul yeri; 6-süni mayalandırma laboratoriyası; 7-yuma yeri; 8-duş qəbulu; 9-paltar soyulunan yer; 10-giriş tamburu; 11-havalandırma kamerası; 12­-sanuzel; 13-koridor; 14-yuma məhlulun hazırlanma yeri; 15-nasos yerləşdirilən yer; 16-işçilərin otağı; 17-soyuducuxana; 18-laboratoriya; 19-südxana; 20-qabların yuyulma yeri.
Bağlı şəraitdə saxlanma aşağıdakı kimi olur. Kütləsi 45 kq olan 15..20 günlük buzovlar, sayı 360 olmaqla, hər 13 gü­ndən bir kompleksə təhvil götürülür. Buzovlar 115 gün ərzində yemləndirilib çəkiləri 128 kq çatdırılır. Onların hərəsi 18 baş buzov tutan 20 ədəd qrup dəzgahlarında yerləşdirilir. Birinci dövrün müd-dəti qurtardıqdan sonra cavan danalar hər biri 720 baş tutan tövlələrə keçirilərək çəkiləri 450 kq olana­dək, təqribən 277 gün saxlanılır. Ümumi saxlanma günlərinin sayı 392 gün olur. Heyvanların yemləndirilməsi ot, silos, senaj, yazda isə yaşıl ot, silos,senaj, yazda isə yaşıl ot və kombikor­ma ilə olur. Adətən buzovlara fərdi qablarda süd də verilir. Yem sexindən hazır yem pnevmatik daşıyıcılarla verilir. Peyi­nin təmizlənmə-sində metal qəfəslərdən, döşəməaltı öz axımı ilə kanal və nasos qurğularından istifadə olunur. Belə kom­plekslərin ətrafı hazırlanıb yaşıllaş-dırılır. Bu komplekslər 10000 baş heyvana hesablanılıb ildə 2500 t ət verə bilər. Hey­vanlara 44 nəfər qulluq edir, orta hesabla 400 başa bir nəfər qulluq edir. 1 t. ətin istehsalına 35 saat əmək sərf olunur.



Şəkil 1.4. 400 yerlik bağsız sağlanma şəraitin­də inək tövləsinin sxemi.

1-boks; 2-kombiboks; 3-axur; 4-yem üçün keçid yolu; 5-qəfəs; 6-maye peyinin nəql etdirilməsi üçün kanal; 7-peyin kanalı.






Download 2,7 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   25




Download 2,7 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n

Download 2,7 Mb.