• MÜHAZİRƏ № 5 SİLOSUN VƏ SENAJIN HAZIRLANMASININ MEXANİKLƏŞDİRİLMƏSİ P L A N
  • G Ə N C Ə 2017 1. Silosun hazırlanmasının mexanikl ə şdirilm ə si.
  • Vitaminli ot ununun hazırlanmasının mexanikl




    Download 2,7 Mb.
    bet7/25
    Sana27.12.2019
    Hajmi2,7 Mb.
    #5615
    1   2   3   4   5   6   7   8   9   10   ...   25

    3. Vitaminli ot ununun hazırlanmasının mexanikləşdirilməsi

    Vitaminli ot unu hazırlayanlara AVM- 0,4; AVM- 0,4A; AVM- 0,65 və AVM-1,5 aqreqatları aiddir. Bunların vəzifəsi yaşıl yem kütləsindən vitaminli ot unu əldə etməklə bərabər taxıl, yem çuğundurunu və s. yemləri qurutmaqdır. Bu maşına iki və ya üç nəfər şəxs qulluq edir. Maşının hissələrinə çərçi­və, yanacaq aparatı, burulğan kamerası, quruducu baraban, transportyor, dəyirman, elektrik idarəedici qutu, yemin hərəkət etdirilməsi üçün boru, dozator və yemi kisələrə bölüşdürən daxildir. Quruducu baraban üç ədəd silindrdən ibarət olub, onun daxi-lində yemin hərəkət etdirilməsi üçün kürəklər qondarılmışdır. Daşıyıcı, yaşıl yem kütləsini quruducu baraba­na vermək üçün istifadə olunur. O, çərçivədən hərəkət ötürü­cü­dən aparan və aparılan barabanlardan, biter­lər­dən və sonsuz lent ötürmə-sindən ibarətdir.



    Texnoloji iş prinsipi aşağıdakı kimi yerinə yetirilir: əvvəlcə yanma kamera-sına maye yanacaq sorularaq hava ilə qarışıb işçi qarışığı hazırlanır. Həmin işçi qarışığı elektrik şamı vasitəsilə alışdırılır. İsti hava barabanın sonunda qondarılmış hava soran vasitəsi ilə sorularaq quruducu barabanda yaş kütləni qurudur. Yaşıl yem kütləsi sorulmuş havanın təsiri ilə hərəkət etdikcə lazımi qədər qurudulur. Sonra baş burulğan kamerasına ötürülərək əsas hissə çəkicli yem xırdalayana, isti hava isə burulğan kamerasının digər tərəfindən xaric olunur (şəkil .14).


    Şəkil 3. AVM-1.5 aqreqatının texnoloji iş prinsipinin sxemi:

    1-qidalandırıcının növu; 2-konveyerin növu; 3-şnek; 4-transportyor; 5-forsunka; 6-odluğun ventilyatoru; 7-odluq; 8-quruducu baraban; 9-ventilyator; 10-siklon; 11-un siklonu; 12-şnek; 13-torbalar;14-ventilyator; 15-xırdalanayıcı; 16-dayaq intiqal diyircəkləri.

    Xırdalayıcıya verilən qurudulmuş yem, un halına salınaraq kiçik siklonlara ötürülür, oradan isə dozatorlar vasitəsi ilə eninə paylayıcı şnekə verilir, oradan isə kisələrə doldurulur. Yaşıl yem kütləsini quruducu barabana yükləmək üçün KTU-0 K mobil tipli yempaylayıcı aqreqatdan istifadə olunur.

    Maşının əsas hissələrinin quruluşu və iş prinsipi aşağıdakı kimidir.

    Ocaq və onun yanacaq aparatı yaşıl yem kütləsini qurut­maqdan ötrü istifadə olunur. O, gövdə, yanma kamerası, izolə edilmiş kərpiclər, ön divar, arxa divar, boşaldıcı nov və müşahidə aynasından təşkil olunmuşdur. Peçin arxa tərəfində boru qondarılmışdır ki, həmin boru qurtarma kamerası ilə əlaqələnir. Yanacaq aparatı forsunkadan, ventilyatordan, foto­elementdən, elektromaqnit və qoruyucu klapanlardan, nasos­dan, filtrdən, qızdırıcıdan, monomentr və termometrdən iba­rət­dir. Havalandırıcı havanı xaricdən soraraq forsunka tərəfin­dən püskürülən yanacağın tozlanmasına imkan yaradır, AC 1/2 elektromaqnit klapanı yanacağın sərfiyyatını sorulan havanın temperaturundan asılı olaraq nizamlayır. Qoruyucu klapan yanacaq aparatının əmələ gələn təzyiqdən qoruyur.

    Quruducu aparatda yaşıl yem kütləsi qurudularaq sorucu burulğan kamerasına ötürülür. Qurucu apparat gövdədən və çərçivədən ibarətdir. Onun güc qurğusu isə elektrik mühər­rikin­dən, variatordan, zəncirli yarım muftadan, muftalı zəncir­dən, aparan ulduzcuqdan, barabanın intiqalının zəncirindən, hərəkət ötürücü vərdənə-lərdən, tarımlayıcı ulduzcuqlardan ibarətdir. Zəncir ötürməsi və tarımlayıcı xüsusi örtük vasitəsi ilə örtülmüşdür. Xarici və daxili lövhələr polad vərəqələrdən hazırlanmışdır. Barabanın daxilində bir neçə ekranlar qondarıl­mışdır. Ekranların arasında pərlər yerləşdirilmişdir. Quruducu­nun daxilində material həm mexaniki və həm də pnevmatik qurğunun köməyi ilə hərəkət etdirilir.

    Yaşıl kütləni yükləyən qurğu iki daşıyıcıdan ibarətdir. Onlardan biri zəncirli kürəkli maili daşıyıcıdan, digər isə şnek daşıyıcısından ibarətdir. Hər iki daşıyıcı bir ədəd elektrik mühərriki vasitəsi ilə hərəkətə gətirilir. Yaşıl yem kütləsi verən daşıyıcı, elektrik mühərrikindən, reduktordan, variator­dan, zəncirli yarım mufta-dan, valikdən, zəncir ötürməsindən, maili daşıyıcının intiqalından, şnekin intiqa-lından və tarımlayı­cı ulduzcuqlardan ibarətdir. Yaşıl kütləni verən mexanizm ayrı-lıqda elektrik mühərriyi vasitəsi ilə hərəkətə gətirilir. Tullayıcının güc qurğusu elektrik mühərriyindən, universal reduktordan, zəncir ötürməsindən ibarətdir. Maili konveyer dayaqlardan, yükləyicidən, aparan və aparılan ulduzcuqların valından, qoruyucu örtükdən, yastıqlardan və zəncirlərdən iba­rətdir. Şnek örtük-dən, vintdən silkənən yastıqlardan ibarətdir.

    Çəkicli yem xırdalayan yuxarı gövdədən, ona birləşən pnevmatik borulardan, aşağı gövdədən, boşaldıcıdan, rotordan, dəyişirilən ələklərdən, çərçivə və elektrik mühərrikindən iba­rət­dir. Elektrik mühərriki rotora elastiki mufta vasitəsi ilə bir­lə­şir. Rotorun valı yastıqlar üzərində fırlanır. Rotora dayaq həl­qə­ləri, daxili həlqə-lər, çəkiclər və çubuqlar daxildir.

    Dozator və kisədolduran ümumi bir elektrik mühər­rikindən ibarət olub, universal reduktordan, aparan və aparılan ulduzcuqlardan, zəncir və yarım muf-talardan ibarətdir. Dozator gövdədən, rotordan təşkil olunmuşdur. Dozatorun vəzifəsi pnevmadaşıyıcı vasitə ilə verilmiş kütləni havadan ayırır. Dozatorun kipliyi, rezin həlqələr vasitəsi ilə nizamlanır. Rotor silkələnən yastıqlar üzərində oturur. Kisə dolduran bünövrə­dən, gövdədən, şnekdən və hərəkət edən lövhə-lərdən ibarətdir. Şnekin gövdəsi əsas beş ədəd boğazcıqlardan ibarətdir, bunlara kisələr bərkidilir.

    Baş burulğan kamerası, baş qurudulmuş kütlədən havanı ayırmaqla onu bərabər layda xırdalayıcıya ötürür. Dozator aşağı və yuxarı gövdələrdən, rotordan, kipləşdiricidən və güc qurğusundan ibarətdir. Rotorun intiqalı elektrik mühər-rikindən və universal reduktordan ibarətdir. Reduktorun valı rotorun valı ilə zən-cirli yarımmufta vasitəsi ilə əlaqələnir.

    Baş burulğan kamerasında yem kütləsi ilə quruducu hava biridigərindən ayrılır. O,silindirik və konusvari bölmələrdən, pəncərələrdən ibarətdir. Burulğan kamerasının silindrik olan hissəsində spiralvari başlıq yerləşmişdir. Baş ventil-yator işlən­miş qazın xaric olunan borusunun üzərində yerləşdirilmişdir. O, gövdə-nin, bünövrədən, çərçivədən, rotor və güc qurğusundan ibarətdir.

    Havalandırıcının rotorunun valı rolikli yastıqlar üzərində fırlanır. Elektrik mühərriyinin valı ventilyatorun valı ilə birbaşa elastiki mufta vasitəsi ilə birləşir. Qurudulmuş kütlənin hərəkət etdirilməsi üçün istifadə olunan pnevmatik daşıyıcı baş burulğan kamerasının dozatoru, xırdalayıcı, burulğan kamerası və pnevmatik ventilyator ilə əlaqələnir. Bu sistemin əsas vəzifəsi qurudulmuş kütləni baş burulğan kamerasının alt hissəsindən sormaq, pnevmatik daşıyıcının burulğan kamera­sını yükləmək, xırdalayıcıya verməklə onu boşaltmaqdan və həmçinin kisə doldurana ötürməkdən ibarətdir. Pnevmatik daşıyıcının ventilyatoru gövdədən, çərçivədən, rotordan sorucu boğazcıqdan ibarətdir. Ventilyatorun hərəkət ötürmə mexanizmi elektrik mühərriyi vasitəsi ilə hərəkətə gətirilir.

    Rotor elektrik mühərriyinin valı üzərində qondarılır. Pnevmatik daşıyıcının burulğan kamerası havanı daşıyan materialdan ayırır. O, boğazcıqdan, silindrik hissədən və konusvari hissədən ibarətdir.

    Yaşıl kütlənin qurudulma texnologiyası (2.5 saylı cədvəldə göstərilmişdir) barabanın giriş hissəsindəki temperaturdan, verilən yaşıl yemin nəmliyindən asılı olaraq nizamlanır. Giriş hissəsində istilik aşağıdakı kimi olmalıdır.
    Cədvəl 1.3. Yaşıl kütlənin nəmlikdən asılı olaraq qurudulma temperaturu


    Göstəricilər

    Nəmlik, %

    Qurutma temperaturu, oC

    Paxlalı bitkilər

    72-75

    500-700

    Yonca

    72-75

    650-700

    Yaşıl ot

    72-75

    500-700

    Qara yonca

    72-75

    400-600

    Əgər yaşıl yem kütləsi yağışlı havada tədarük edilirsə, onda onu yuxarı temperaturda qurutmaq lazımdır. Havanın ən yüksək temperaturası 950 0C-yə qədər qaldırıla bilər. Yüksək temperaturda qurğu sıradan çıxmaqla bərabər, qurudulan kütlə öz tərkibini itirə bilər. Havanın temperaturu loqomer termometri vasitəsi ilə ölçülür. Bu da xüsusi boru içərisində yerləşdirilib yanma kamerasında yerləşdirilər. Havanın tempe­ra­uru yanacağın verilməsindən asılı olaraq nizamlanır. Çıxışda temperatur elə nizamlanmalıdır ki, materialın qurudulmasında nəmlik 10-12%-ə çatmış olsun. Çıxışda temperaturun çoxal­dıl­ması materialın çox qurul-masına səbəb olmaqla onun keyfiyyətinin azalmasına səbəb ola bilər. Çıxışdakı tempera­turun 110-150 0C-də olması məsləhət görülür. Burada temperatur mono-metrli termometr vasitəsi ilə ölçülür. Tempera­turanın nizamlanması yaşıl yemin nəmliyi və ya buxarılması vasitəsi ilə yerinə yetirilir. Əgər temperatur yüksələrsə, onda verilən yaşıl yem kütləsinin sürətini artırmaq lazım deyil və əksinə olarsa, sürəti azaltmaq lazımdır.

    Qurutmanın məhsuldarlığı girişdə və çıxışda olan temperaturdan, yemin nəmliyindən asılıdır. Nə qədər yemin nəmliyi çox olarsa, maşının məhsuldarlığı da müvafiq sürətdə azalacaqdır.

    Yemin nəmliyini aşağıdakı kimi hesablamaq lazımdır.
    G = (2.127)
    burada yemin nəmlik faizi; qurudulmuş yemin nəmli­yi; G daxil olan yemin kütləsi, kq-la; G quru yemin kütləsi, kq.

    Yemin keçid sürətini yemin nəmliyindən asılı olaraq barabanın 3 döv/dəq sürətlə fırlanmasını təmin etmək lazımdır. Yemi qurudan zaman onu xırdalamaq məsləhət görülür. Əgər yem qalındırsa, onu xırda ölçülərdə, nazik olanda isə uzun ölçülərdə xırdalamaq lazımdır. Daha kiçik ölçülərdə xırdalamaq üçün çəkicli xırdalayıcıdan istifadə olunur. Xırdalanmış kütlə 10-12% nəmlikdə uzun müddət saxlana bilər. Bu zaman o, tutumu 20-30 kq olan kisələrdə saxlanılır. Həmin kisələrin tayalarının hündürlüyü 3-4 m ola bilər.


    Maşının texniki xarakteristikası

    Maşının uzunluğu, mm 5186

    Hündürlüyü, mm 2430

    İşçi təzyiqi, kq/sm2 2,8-4

    Forsunkaların sayı, ədəd 1

    Kütləsi, kq 6080

    Yaşıl yemi verən daşıyıcının tələbetdiyi

    güc, kVt 2,2

    Zəncirin sürəti, m/dəq 1,02-7,5

    İşçi eni, mm 1450

    Maksimum işçi uzunluğu, mm 6700

    Materialın eni, mm 90-130

    Mailik bucağı 38

    Biterin tələb etdiyi güc, kVt 1,1

    Biterin tipi barmaqlı

    Biterin fırlanma tezliyi, döv/dəq 1500

    Barmaqların sayı, ədəd 29

    Biterin diametri, mm 850

    Şnekin diametri, mm 400

    Şnekin uzunluğu, mm 4410

    Kütləsi, kq 3250

    Barabanın tələb etdiyi güc, kVt 5,5

    Dövrlər sayı, el.müh 1500

    Roliklərin gedişlərinin sayı 4

    Barabanın fırlanma tezliyi döv/dəq 12

    Roliklərin diametri, mm 380

    Dayaq roliklərin sayı, ədəd 4

    Xarici diametr, mm 2290

    Çərçivənin uzunluğu, mm 2500

    Quruducu barabanın uzunluğu, mm 9050

    Kütləsi, kq 8470

    Baş ventilyator

    Fırlanma tezliyi, döv/dəq 1500

    Sorucu deşikliyin diametri, mm 888

    Pərlərin sayı, ədəd 24

    Rotorun oxunun hündürlüyü 1390

    Qabarit ölçüləri, mm:

    Uzunluğu 2950

    Eni 2000

    Hündürlüyü 2150

    Kütləsi, kq 1820

    Xırdalayıcı

    Növü çəkicli

    Tələb etdiyi güc, kVt 55,0

    Fırlanma tezliyi, döv/dəq 3000

    Dozatorun uzunluğu, mm 460

    Çəkiclərin sayı, ədəd 36

    Ələyin diametrləri, mm 3,3…6,4

    Kütləsi, kq 1280

    Kisə dolduran

    Tələb etdiyi güc, kVt 1,1

    Fırlanma tezliyi döv/dəq 1500

    Şnekin uzunluğu, mm 3000

    Şnekin diametri, mm 350

    Aynaların sayı 5

    Çəkicli dozatorla birlikdə, kq 552



    MÜHAZİRƏ № 5

    SİLOSUN VƏ SENAJIN HAZIRLANMASININ

    MEXANİKLƏŞDİRİLMƏSİ


    P L A N

    1. Silosun hazırlanmasının mexanikləşdirilməsi.

    2. Yem dozatorları, qarışdırıcılar və pörtlədicilər.

    3. Fermanın suya, elektrik enerjisinə və buxara olan tələbatı.



    G Ə N C Ə 2017

    1. Silosun hazırlanmasının mexanikləşdirilməsi.

    Senaj otların (əsas çoxillik) anasrob (oksigensiz) şəraitdə saxlanılmaqla 50-55% nəmliyə qədər soluxdurulması yolu ilə hazırlanan yemdir. Belə nəmlikdə otun saman üçün yığılmasında olduğuna nisbətən mexaniki itkilər azdır. Bağlı anbarda qaranlıqda senaj kütləsinin bitki hüceyrələrinin tənəffüsü hesabına hava-nın oksigeni karbon qazı ilə əvəz edilir. Havada oksigenin olmaması və nəmliyin azlığı kif göbələklərinin və bakteriyaların inkişafının qarşısını alır.

    Yem üstünlüyünə görə senaj (otsilos) həm quru otdan, həm də həmin otlar-dan hazırlanmış silosdan üstündür. 1 kq senajda ən azı 0,35 kq yem vahidi (50-65 q həzm olunan protein və 30-40 mq karotin) olmalıdır. Senaj saxlandıqda qıcqırma prosesi siloslamada olduğuna nisbətən zəif gedir; orada şəkərin çox hissəsi sax-lanılır. Senajın hazırlanması və saxlanılmasında qidalı maddələrinin itkisi 10-12% - dən artıq olmur; halbuki siloslamada bu itkilər 18-20% otu qurutduqda isə 25-40% olur.

    Senaj və silos bioloji üsulla hazırlanan qaba (senaj), sulu şirəli (silos) yemlər sırasına daxildir. Bu yemlərin hər ikisi yaşıl yemin quru ota nəzərən itkisini ciddi sürətdə azaltmaqla uzun müddət saxlamaq imkanına malikdir. Məsələn, senajın hazırlanmasında bu itki 13%-ə qədər, quru ot hazırlandıqda 40%-ə qədərdir. Bir hektar sahənin otu senaj hazırlanarsa, quru ota nəzərən 800-1000 yem vahidi qənaət olar. Senaj soluxdurulmuş və nəmliyi 45-50% olan cavan uzun gövdəli paxlalı bitkilərdən hazırlanan yemdir. Silos isə siloslaşma qabiliyyətinə malik olan nəmliyi 70%-dən yuxarı olan yemlərin konservləşməsi nəticəsində alınan yemdir. Senajın hazırlanma texnologiyası aşağıdakı kimidir. Yaşıl yem sahədə biçilib, müəyyən qədər qurudulduqdan sonra 45-55% nəmlik­də 3-4 sm uzunluqda xır-dalanaraq maşınlara yüklənib silos xəndəklərində və ya qüllələrində 3-4 gün ərzində kipləşdirilib basdırılır. Silos isə sahədə biçilib birbaşa xırdalanılır və maşınlara yüklənərək silos xəndəklərində və ya qüllələrində kipləşdirilib yenə 3-4 gün müddətində basdırılır. Senajın və silosun tədarükündə əsas tələbatlar aşağı-dakılardan ibarətdir: hər iki yem qısa müddətlərdə qurğularda basdırıl­malı­dır. Se-naj və silos qurğuları çox kip olmalıdır ki, o nə suyu və nə də ki, xarici havanı daxilə buraxmasın. Əks halda yemdə oksidləşmə gedərək onun qızışmasına səbəb olaraq tez xarab olur. Onlar hazırlanan zaman xəndəklərdəki, məhsul tırtıllı ağır traktorlar­la, qüllələrdəki məhsul isə vibrokipləşdiricilər vasitəsi ilə kipləşdiril-məlidir. Belə ki, xəndəklərdə senajın sıxlığı 450-500 kq/m, silosun sıxlığı 600-800 kq/m olmalıdır.




    Şəkil 2.15. Üstən boşaldılan qüllə:

    1-tullayıcı; 2-qidalandırıcı; 3-boru kəməri; 4-ğötürucu mexanizm; 5-klapan; 6-boşaltma pəncərəsi; 7-transportyor.

    Xəndəklər oturacağı və yan divarları betondan hazırlanıb daxili bitumla suvanmalıdır. Xəndəyin en kəsiyi bərabər yanlı trapes formasında olmalıdır, uzun-luğu 15-20 m, dərinliyi 2,5-3,5 m, aşağı tərəfdən eni 3,0…3,5 m, yuxarı tərəfdən eni 4…4,5 m olur. Xəndəyə nəzərən qüllələrdə senajın və silosun saxlanılması daha keyfiyyətli olur. Bu məqsəd üçün diametri 9, 15 və 12,15 m, həcmi 1600, 2300 və 2800 m3 tutan qüllələrdən istifadə olunur. Ən geniş yayılan qüllə Bela-rusiyada hazırlanan BC-9,5 qüllələridir. Bu qüllələr xüsusi beton pillələrdən yığılır, xaricdən metal kəmərlərlə bərkidilir, daxildən isə 6-7 mm qalınlığında tərkibində hissə sement və hissə yaxşı dənəvər qum qarışığı olan suvaqla kip suvanılır. Qüllələrdə senaj və silosun tədarük edilmə texnologiyası aşağıdakı kimidir (şəkil 1).

    Xırdalanmış kütlə pnev-matik T3B-30 mar­ka­lı verici transpor­tyorla qülləyə dolduru­lur. Qüllənin künbəzin­dən trosla idarə olunan kipləşdirici qurğu qoyul­muşdur ki, həmin qurğunun köməyi ilə vaxtaşırı və ya fasiləsiz olaraq onu kipləş­dir­irlər. Qüllə doldurul­duqdan sonra kipləş­diricini boşaldıcı qurğu ilə əvəz edirlər. Qüllə­dən yemin boşaldılması iki cür yerinə yetirilir: birin-cidə yem qüllənin alt tərəfin-dən kəskili kürəklər vasitəsi ilə; ikincidə yuxarı tərəf­dən fırlanan şnek və pnevmatik verici vasi­təsi ilə, ikinci hal-da qüllənin boyu bərabəri ara bir aynalar qonda­rılır. Həmin aynalar silos istifadə olunma­yan zaman kip bağlı olur. Si-los boşaldılan vaxt isə növbə ilə açılaraq yan tərəfdən silosun boşalmasına şərait yaradır. Bəzi hallarda qüllənin daxilində diametri 200 mm olan dairəvi baca qondarılır, silos üst tərəfdən həmin baca ilə tökülüb qüllənin aşağı tərəfindən yükləyici ilə nəqliyyata yüklənilir.

    Xəndəklərdə senajın və silosun tədarükü aşağıdakı texnologiya ilə yerinə yetirilir: Məhsul 3-4 sm ölçüdə xırdalandıqdan sonra, xəndəyə tökülüb onu ağır zəncirli traktorlar vasitəsi ilə kipləşdirib, üst tərəfini 20 sm küləş tökməklə etilen vərəqlərlə kip örtürlər.

    Onun istifadəsi zamanı yan tərəfi açılıb frez tipli doğrayıcı və yükləyici vasitəsi ilə doğranılıb nəqliyyata yüklənilir. Həmin maşınlar haqqında ayrılıqda məlumat veriləcəkdir.

    Senaj və ya silos tutan xəndəyin ümumi həcmi aşağıdakı ifadə ilə təyin olunur.

    V= K1 K2 D (1.1)
    Burada K 1 ehtiyat əmsalıdır, qurğuda silosun və ya senajın xarab olmasını nəzərə alır (qüllələr üçün 1,2…1,03, xəndəklər üçün 1,05…1,06); K2 yem straxovkanı nəzərə alan əmsalıdır K2=1,1…1,2; q bir heyvana sutkalıq silos və ya senaj normasıdır; mi eyni qrupdan olan heyvanların sayıdır, - silosun sıxlığıdır, onun qiyməti qurğunun tipindən asılı olaraq qüllədə=650…750 kq/m3, xəndəklərdə =550…600 kq/m3 qəbul olunur.

    Xəndəyin maksimum en kəsik sahəsi



    Fmax= (1.2)
    olur. Burada hmin sutka ərzində çıxarılan silos layının qalınlığıdır; qışda hmin=0,05 m, yayda hmin=0,08 m qəbul olunur; H hündürlüyünə malik olan xəndəyin en kəsik sahəsi

    Fhər=bop H = = (1.3)

    burada b xəndəyin eninin orta qiymətidir (15-20 m).

    Həqiqi hündürlüyü

    hg= (1.4)
    qəbul olunur. Xəndəyin ümumi uzunluğu
    L= (1.5)

    Xəndəklərin sayı



    Z = (1.6)
    burada Lct bir xəndəyin layihədə nəzərdə tutulan standart uzunluğudur.

    Silos və senaj kipləşdiricilərin texnoloji hesabatları ədə­biy­yatlarda kifayət qədərdir. Lakin zərbə ilə kipləş­diri­cilərin hesabatı nadir hallarda verilir. Bunu nə-zərə alaraq, aşağıda zərbə ilə işləyən kipləşdiricinin hesabatı verilir.



    Zərbə qüvvəsi akademik V.P.Qoryaçkinin təklif etdiyi düstura görə
    P= (1.7)
    burada M zərbə endirən cismin kütləsi; H zərbə məsafəsi, c; Vson zərbənin sonunda cismin sürəti, m/san; t zərbə müddətidir, san.
    =E (1.8)
    elastiklik əmsalıdır. Zərbə vaxtı

    t = (1.9)
    zərbənin yayılma dərinliyi- kipləşdirilən qatın dərinliyidir.

    Onda


    P= AM (1.10)
    Burada H=100-1700 mm; E = 0,1...0,5
    A = (1.11)

    olar. Onda ümum i zərbə qüvvəsi


    P=Po+AM=Mg+AM (1.12)

    olar.


    Download 2,7 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   25




    Download 2,7 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Vitaminli ot ununun hazırlanmasının mexanikl

    Download 2,7 Mb.