• Heyvan v ə quş saxlanılan binalar.
  • 2. Donuz, qoyun və quşçuluq kompleksləri
  • Quş saxlanılan tövl ə l ə r.
  • Qoyun tövl ə l ə ri.
  • MÜHAZİRƏ № 3 İSTEHSAL XƏTLƏRİNİN TEXNOLOJİ SXEMLƏRİ P L A N 1. Yemlərin hazırlanmasına qoyulan zootexniki tələbləri.
  • Yemin mexaniki üsullarla hazırlanmasına
  • Kimy ə vi üsul
  • Qaba yeml ə r
  • Sulu-şir ə li yeml ə r
  • Qaba yem xırdalayan maşınlar.
  • M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n




    Download 2,7 Mb.
    bet3/25
    Sana27.12.2019
    Hajmi2,7 Mb.
    #5615
    1   2   3   4   5   6   7   8   9   ...   25

    Quşçuluq fabrik və kompleksləri.

    Quş­çuluq əhalinin ərzağa olan tələbatında böyük rol oynayır. Quşçuluq heyvan-darlığın digər sahələrinə nəzərən yüksək surətdə mexanikləşdirilməklə, məhsul is-tehsalı qapanmış axım xəttini əhatə edir (şəkil 1.7).

    Quşçuluq fabrikləri iri dövlət müəssisəsi olmaqla tam me­xa­nikləşdirilmiş və məhsulu özündə qapalı sikllə yerinə yeti­rilmiş təsərrüfatdır. Burada 1,5 mln-dək yumurtlaq toyuq­lar saxlanılır.

    Quşçuluq sovxozları fabrikdən kiçik olub 50…200 minədək yumurtlaq toyuq saxlamaq imkanına ma­likdir. Fab­rikdən onun fərqi öz təsərrüfatında tələbata uyğun yem isteh­sal edilməsidir, lakin bəzi hallarda yemqarışığını dövlətdən də ala bilər.

    Quş fermaları daha kiçik olan quşçuluq təsərrüfatı­dır. Burada 16, 20, 50 min başa qədər yumurtlaq toyuq olur.

    Quşçuluqda aşağıdakı əsas işlərin görülməsi nəzərdə tutulmuşdur:

    - quşların qəfəslərdə maksimum yerləşdirilməsi;

    - avtomatik rejimdə işləyən transportyorların tətbiq olunması;

    - fasiləsiz işləyən avtomatik yempaylayanların, peyin təmizləyi­ci­lərin, suva-rıcıların, yumurta yığan və növlərinə ayıranın, kəsilmiş quşların yüklənməsi, optimal mikroklimatik yaradıl­masının və yemin hazırlanmasının tətbiq olunması və s.

    Sənaye tərəfindən quşçuluq üçün 30-a qədər avadanlıq buraxılır. Əsaslarından KBN-3 üç yaruslu qəfəsli batareya, BSK-10 konsentrat yem qəbul edib saxlayan, troslu-kürəkli peyin təmizləyən, TS-20 yumurta yığıb növlərinə ayıranı göstərmək olar.

    Quş tövlələrində optimal mikroiqlim saxlamaq üçün "Klimat-2", "Klimat-3", "Klimat-4", "Klimat-70" ava­dan­lıq­larından istifadə olunur. Baytar-sanitar işlə-rindən ötrü universal yuyan-təmizləyən dezinfeksiyaedici qurğudan istifadə olunur.

    Quş fabriklərindən birinin nümunəsi olan 819-90 layi­həsidir ki, burada 600 min yumurta toyuqlar saxlanılıb il ərzində 158,6 mln. ədəd yumurta istehsal olunur. Burada 6 ədəd əsas toyuq saxlanılan binalar, inqubator, cavanların təmiri, ana toyuq, qoyunların kəsilməsi və peyin anbarı böl­mələri vardır (şəkil 1.7).

    Yumurtlaq toyuqlar pəncərəsi olmayan süni işıqlandırı­lan və mikroiqlimi normal saxlanılan binalarda saxlanılır. Sənaye və təmir olunan quşlar birmərtəbəli izolə olun­muş tövlələrdə saxlanılır. Toyuqların yemləndirilməsi qarışıq yem­lə mər-kəzləşdirilmiş və avtomatlaşdırılmış texnika vasitə­si ilə yerinə yetirilir. Burada hər toyuqdan orta hesabla ilə 240 ədəd yumurta alınır, 1000 ədəd yumurtaya 263 yem vahidi, 0,7 s əmək sərfi edilir. İşçilərin sayı 522 nəfərdir, o cümlədən 82 quşa baxan vardır.

    Heyvan və quş saxlanılan binalar. Heyvan və quş saxlanılan kompleks və fermalarda əsas tikintilərə heyvan və quş saxlanılan tövlələr, bunların daxilin­də­ avadanlıq, tövlədaxili dəzgahlar, mikroiqlimi normalaşdır­maq üçün qurğular, su kəmərləri və bu məqsəd üçün qurğular, peyin anbarı, yem sexi və yem saxlamaq üçün tikintilər (xən­dək, qüllələr, anbarlar, ot tayları üçün yer və s.), baytar sanitar tikintilər (qoyunları çimizdirmək üçün vannalar, qırxım mən­təqəsi), maşın və nəqliyyat vasitələrini saxlamaq üçün çardaq və s. daxildir. Ümumiyyətlə tikintilər əsas və köməkçi olmaqla iki yerə bölünür. Birincilərə heyvan saxlanılan tikin­tilər, ikincilərə isə müxtəlif texnoloji proseslərin yerinə yeti­rilməsi üçün istifadə olunanlar daxildir.

    Qaramal saxlanılan tövlələr süd verən inəklər, kökəldi­lən və cavan heyvanlar, buzov saxlanılan binalardan ibarətdir. Sağmal inək üçün ən geniş istifadə olunan 200 başlıq tövlədir. Bu layihə inəklərin bağlı saxlanma şəraitində tətbiq olunur. Burada heyvanlar dörd cərgədə saxlanılır. Tövlə daxi­lində heyvanların bağlanması üçün bağ vasitəsi, axur avtoma­tik suvarıcılar, sağım qurğusu, havalandırma qurğuları yerləş­dirilir. Tövlənin planında heyvanların saxlanması üçün dö­şəmə, yempaylama və peyin təmizlənməsi üçün sahə nəzərdə tutulur. Yemin paylanmasından ötrü mobil və ya stasionar tipli yempaylayanlardan istifadə oluna bilər. Yempaylama mobil aqreqatla yerinə yetirilirsə, sahənin eni 2,2 m, stasionar yem­paylayanlardan istifadə olunduqda 1,2 m nəzərdə tutulur. Peyin zonasında peyinin təmizlənməsi kürəkli və ya ərsinli qurğular vasitəsi ilə yerinə yetirilir.

    Heyvan saxlanılan döşəmələr qısa və uzun olmaqla iki cür olur. Kompleks-lərdə sağlam inəyi qısa döşəmələrdə sax­layırlar, halbuki inəkdən ixrac olunan peyinin 90%-i peyin kanalına tökülür. Ümumiyyətlə istər qısa və ya uzun döşəmə­lərin hər ikisində layihə elə olmalıdır ki, inəkdən ixrac olu­nan peyinin maksimum hissəsi peyin kanalına tökülsün. Bu halı nəzərə alıb döşəmənin uzunluğunu aşağıdakı ifadə ilə hesablamaq olar.
    L döş = a+0,8 Lin, (1.1.)
    burada L döş - döşəmənin uzunluğu, m-lə;

    a - axurun arxa di­varından inəyin qabaq ayaqlarına qədər olan

    məsafə, m-lə;

    L döş- döşəmənin uzunluğu, m-lə;

    Lin - inəyin arxa tərəfindən qabaq ayaqlarınadək olan məsafə, m-lə.

    Qısa döşəmənin uzunluğu 1400…1550 mm qəbul edilir. Lakin aparılmış təd-qiqat işləri göstərir ki, qısa döşəmələrdə inəyin arxa ayaqları tez yorulur, dırnaqları sıradan çıxır, yatan zaman onun əmcəyi metal qəfəsin üzərinə düş-düyündən soyuq-layıb xəstəlik əmələ gəlməsinə səbəb olur. Ümumiy­yətlə döşəmənin uzunluğu inə-yin bədən uzunluğundan 100…150 mm çox olmalıdır. Qısa döşəmələrdə peyin metal qəfəsin üzərinə tökülür, oradan keçərək kürək yerləşən xən­dəyə verilir. Burada peyinin təmizlənməsi öz axını və ya kürəklər tərəfindən yerinə yetirilə bilər.

    Tövlədaxili avadanlıqlardan biri də inəklərin bağlanma­sını təmin edən bağ vasitələridir. Onlar axurun qabaq hissə­sində yerləşdirilir. Onlar elə olmalıdır ki, inə-yin öz sahəsindən artıq yerdəyişməsinə imkan verməsin, rahatlığını tam təmin etsin. Döşəmənin uzunluğundan asılı olaraq bağlama vasitələri möhkəm və zəncirli olur.

    Sənaye tərəfindən OSK-25 A markalı 25 inəyin qrup halında açılıb bağlanma sını təmin edən UQOS-100,100 başlıq universal qrup bağ vasitələri buraxılır. Zən-cirin aşağıdan uc hissəsi döşəməyə, yuxarıdakı hissəsi isə çərçivəyə bərkidilir. Tarımlanmış zəncirə, aşağı və yuxarıya sərbəst hərəkət edən zəncir birləşdirilir ki, bu da inəyin başına geydirilir.

    Avtomatik fərdi bağlama qurğu fərdi istifadə oluna bilər. Heyvan axura yaxınlaşıb yem qəbul etdikdə həlqə onun boy­nuna keçərək avtomatik bağlayır. Üstünlüyü ondan ibarətdir ki, onun üzərinə sağım qurğusunun boru kəməri, avto-matik suvarıcılar bərkidilir. O, heyvanların bağlı saxlanma şəraitində habelə ayrıca sağım zallarında tətbiq olunur.


    Tikililər arasında zoobaytar məsafələri




    Tikili

    İnək damı

    Buzov damı

    Donuz damı

    Ağıl

    Quş damı

    Süd bloku

    1

    İnək damı

    Ym

    30

    150

    150

    200

    Ym

    2

    Buzov damı

    30

    Ym

    150

    150

    200

    Ym

    3

    Donuz damı

    150

    150

    Ym

    150

    200

    150

    4

    Ağıl

    150

    150

    150

    Ym

    200

    150

    5

    Quş damı

    200

    200

    200

    200

    Ym

    200

    6

    Peyin anbarı

    50

    50

    50

    50

    50

    150

    Qeyd: Ym-yanğın əleyhinə ara məsafəsi.

    Bağsız saxlanmada heyvanlar qrup halında (48 baş) boks və ya kombibokslarda saxlanılır. Tövlənin heyvan saxlanılan yeri iki hissədən: yemləmə və istirahət zona-larından ibarətdir. Hər inək üçün 700…900 mm, uzunluğu 1500…1900 mm olan metal hasar çəkilir. Bu hasar çəkilir. Bu hasar bir baş heyvana hesablanmışdır. Yem zonası ilə istirahət zonası arasında metal qəfəs qondarılmışdır ki, bu da heyvanlardan ixrac olunan peyi­nin kanala tökülməsinə şərait yaradır. Hasarın üstünlüyü ondan ibarətdir ki, heyvan hansı zonada olur-olsun oraya başı tərəfi ilə qəfəsə daxil olur. Arxa tərəfi daima metal qəfəsə istiqa­mətlənir ki, bu da peyinin onun üzərinə tökül-məsinə şərait yaradır.

    Yemləmə zonası ilə peyin yolunun ümumi uzunluğu 2500…3000 mm olur.


    2. Donuz, qoyun və quşçuluq kompleksləri.

    Sənaye istiqamətli kompleks­lərdə ana donuzlar birinci mərhələdə çoşqalarla birlikdə fərdi saxlanılır, ikinci mərhələdə isə 10…15 baş birlikdə qrup halında sax-lanılır. Yetişdirmə sexində 20...25 baş çoşqalar bir yerdə saxlanılır.

    Müasir donuzçuluq komplekslərində donuzların saxlan­ması üç variantdan olur. Ana donuzlar balaladıqdan 20…35 gün sonra süni mayalandırılmaq üçün öz balala-rından ayrılıb başqa saxlanma yerinə köçürülür. Balaları isə əvvəlki yerlə­rində yemləndirilərək kökəldilir. İki faza saxlanma üsulunda çoşqalar anasından 26…35 günlüyündə ayrılıb üç ay ərzində əvvəlki yerində saxlanıldıqdan sonra kökəltmə şöbəsinə köçürülür.

    Üçfazalı saxlanmada çoşqalar anasından 26…45 günlüyündə aralanıb 60 gün ərzində yetişdirildikdən sonra kökəltmə sexinə göndərilir. Kökəltmə sexində onlar 90…120 gün saxlanılır.

    Donuzların tövlədaxilində saxlanması üçün sənaye tərə­findən müxtəlif quruluş-da dəzgahlar buraxılır. Bunlardan ən geniş yayılanı OSM-120 və OSM-60 dəzgah-larını göstər­mək olar. OSM-120 dəzgahı 120 baş çoşqaları 30 günlük olan ana do-nuzlar üçün hesablanmışdır. OSM-60 iki quruluşda buraxı­lır, onlardan OSM-60-1 nəm yemlərin mobil yempayla­yı­cı­larla paylanması üçün OSM-60-11 quru yemlərin troslu şay­balı yempaylayıcılarla işləməsini təmin edir. Burada verilən quru yem axurlarda nəmləndirilir. Bu dəzgahlar bir baş ana donuz üçün PSS-1, qrup halında çoşqalar üçün KPS-108 av­tomatik suvarıcılarla təchiz olunmuşdur. Bəzən çoşqaların su­varılması rezin əmcəyi olan PBP-1 markalı suvarıcılar vasitəsi ilə yerinə yetirilir. Ana donuzlar üçün suvarıcılar yerdən 650…750 mm çoşqalar üçün 300…450 mm hündürlükdə qon­darılır.

    Son vaxtlar quşçuluqda olduğu kimi, donuzların saxlan­masında batareya qəfəsli qurğulardan istifadə olunur. Onun üstünlüyü ondan ibarətdir ki, binanın sahəsindən səmərəli istifadə etməklə bəzi texnoloji proseslərin mexanikləşdirilməsi və avtomat-laşdırılmasını təmin edir. Burada da heyvanların saxlanılması 3 fazada olur. Birinci fazada 4 günlüyündən 35 günədək üç yaruslu batareyalarda, ikinci fazada 30 gün-lükdən 105 günədək iki yaruslu qəfəslərdə saxlanılır. Çoşqalar birinci mərhələdə nəm və ya quru yemlə, ikinci mərhələdə dənəvər­ləşdirilmiş quru yemlərdə yemlən-dirilir. Peyin heyvanların altında maili qondarılan altıqlara tökülür, oradan TS-1 daşı-yıcısı ilə təmizlənib sonra suyun köməyi ilə axıdılır. Bun­dan ötrü həcmi 0,8…1 m3 olan bu bakından istifadə olunur.



    Quş saxlanılan tövlələr. Quşlar iki üsulda: döşəmə üzərində və qəfəsdə sax-lanılır. Döşəmə üzərində toyuqlar xoruzlarla qarışıq 60 gündən 140 günədək, cücə-lər isə 1 günündən 70 gününədək saxlanılır. Bu halda tövlə daxi­lində "Promışlen-nıy 1", "Promışlennıy 2" aqreqatların­dan isti­fadə olunur.

    Quşların yemləndirilməsi qrup yemlərlə yerinə yetirilir. Yem qarışığı ZSK-10 yük maşını ilə BSK-10 yemsaxlanılan bunkerədək şnekə, sonra isə dozatordan keçə-rək KB yempay­layana verilir. Buradan yem 4 cərgədə yerləşən 28 ədəd avto­matik axurlarla ötürülür. Suvarılma çardaqdan asılan novla yerinə yetirilir. Toyuqlar mexa-nikləşdirilmiş hinlərdə yumurt­layır. Həmin döşəmə maili olub, yumurtanın qırıl-masının qar­şısını almaq məqsədi ilə rezinlə örtülmüşdür. Toyuq yumurtla­dıqdan son-ra yumurta öz axımı ilə yuvadan diyirlənib eninə lentalı transportyorla verilir.

    Eninə transportyor gündə bir neçə dəfə işə duşərək ona verilmiş yumurtaları yumurta növayırı­mına verir.

    Toyuqlardan ixrac olunan peyin qəfəsli döşəmənin kü­rək­li arabacıqlarıyla toplanıb eninə transportyora verilir. Buradan həmin daşıyıcı peyini tövlənin kənarına, oradan isə peyin anbarına daşıyır. Tövlə daxilində olan avadanlıqlar elek­trik mühər-rikləri ilə vaxt relesinin köməyi ilə avtomatik rejimdə istifadə olunur. Cücələrin bu üsulla saxlanılması zamanı "Broyler 10", "Broyler 20" və BK-10, BK-20 avadan­lıqda istifadə olunur. Cücələr tövlələrə yerləşdirilməz­dən əvvəl tövlənin döşəməsilə 1m2 sahəyə 0,5…1 kq sönmüş əhəng səpilir, onun üzərindən 100…150 mm qalın-lığında hər başa 2 kq-a qədər döşəmə materialı səpilməlidir.

    Cücələrin qızdırılması üçün 200 mm hündürlükdən qızdırıcılar asılıb 20 gün ərzində 305…308 K temperaturunda saxlanılır. Bu müddətdən sonra temperatur 295…297 K kimi aşağı salınır. Bir buruder altında 500….550 baş cücə olur. Bru-derin kənar­larında çətirdən 0,5…0,7 m aralı, hündürlüyü 0,4 m çəpər çəkilir. Yemin paylanmasının mexanik­ləşdirilməsi, cücələrin 20 günlüyündən sonra başlanır. Burada yerləşdirilən avadan­lıqlara BK-10 və BK-20 kompleksi, BKS-10 anbarı, zəncirli-şaybalı yempaylayıcı transportyor və s. aiddir.

    Qəfəsli batareya quşların 1 günündən 140 gününədək əvəzedici quşların yetiş-dirilməsində, yumurtlayan toyuqların, ətlik üçün quşların kökəldilməsində və cücə-lərin yetişdiril­məsində istifadə olunur. Qəfəsli batareya qəfəslərin sayına görə bir, iki, üç, dörd və beş yaruslu olur.

    Sənaye əsasında yumurtlaq toyuqlar üçün KBN qəfəsli batareyadan istifadə olunur. Bu iki cərgəli dörd yaruslu olmaqla, üzərinə yempaylayan, yumurta daşıyan və troslu skreperli peyintəmizləyici transportyor qondarılır.

    Quş fabrikində OBN-1 yaruslu batereyadan istifadə edi­lir. Onun komplektində yem bunkeri BSK-10, dozatorla təchiz olunmuş üfiqi transportyor, zəncirli şaybalı yem daşıyıb pay­layan yerləşdirilmişdir.

    Yumurtaların yığılıb daşınması üçün lentalı daşıyıcıdan, peyinin təmizlənməsi üçün kanatlı skreperli qurğulardan istifadə olunur.

    Əvəzedici quşların saxlanması üçün KBU-2 qəfəsli batareyadan istifadə olunur. Bir günlük cücələr 30…36 baş birlikdə uzunluğu 900 mm olan qəfəsdə yerləşdirilir. Burada nipsli suvarıcıdan istifadə olunur. 15 gündən sonra hərəsi 10…12 baş tutan qəfəslərdə yerləşdirilir, 35…45 günlük quşlar üçün həmin qəfəsin həcmi böyüdülür. Digər işlərin mexanikləşdirilməsi üçün şərait yaradılır.



    Qoyun tövlələri. Ölkənin müxtəlif iqlim zonala­rını nəzərə alaraq qoyunların saxlanma üsulları da müxtəlifdir. Belə ki, tam açıq, yarım otarma və fasilədən asılı olaraq sazla­nılır. Otlaq şəraitində qoyunçuluq komplekslərində 5,10 və 15 min baş qoyun olan təsərrüfatlar bir neçə sexlərə bölünərək, ana, qısır, şişək, qoç, quzu sürülərindən ibarət olur.

    819-154 layihədə qoyunlar isti havalarda çöldə otarılır, soyuqda isə tövlə daxi-lində saxlanılır.

    Qoyunların tövlə daxilində saxlanma günlərinin sayı soyuq olan yerlərdə 150 gün şişəklərin sax­lan­ması 60 gün qəbul olunur. Burada onların yemləndirilmə­sində lentli yempaylayıcılar, qrup suvarıcılar QAO-4 və ya avtomatik PBS-1 suvarıcılardan istifadə olunur.

    Peyinin təmizlənməsi ildə bir dəfə tövlədə saxlanma müddəti qurtar­dıqdan sonra buldozer vasitəsi ilə yerinə yetirilir. Qırxım isə məntəqələrdə mexanikləş-dirilmiş halda aparılır.

    Bu layihəyə əsasən peyin US-15 kürəkli təmizləyicilər vasitəsi ilə saxlanılan döşəmənin alt tərəfindən təmizlənir. Heyvanların yemləndirilməsi quşçuluqda tətbiq olunan troslu şaybalı yempaylayıcılarla yerinə yetirilir. Yemlərdə qranul nəzərdə tutulmuşdur.

    Qoyunların suvarılması AP-1A fərdi və ya QAO-4, AQM-4 qrup surıcılarının köməyi ilə olur. Qoyun­ların hər komplekti 2000 baş üçün hesablanmış qırxım mən-tə­qələrində yerinə yetirilir.



    MÜHAZİRƏ № 3

    İSTEHSAL XƏTLƏRİNİN TEXNOLOJİ SXEMLƏRİ

    P L A N

    1. Yemlərin hazırlanmasına qoyulan zootexniki tələbləri.

    2. Qaba yem hazırlayan maşınılar.

    3. Qaba yemləri hazırlayan maşınlar.

    G Ə N C Ə - 2017
    1. Yemlərin hazırlanmasına qoyulan zootexniki tələbləri.

    Əsas yemlər bitki mənşəlidir. Qaba (saman, quru ot, püfə), şirəli (silos, bostan bitkiləri, kökümeyvələr), yaşıl (ot, gövdə və yarpaqlar), qüvvəli (taxıl, cecə, quru cecə və s) yemlər vardır. Süd, ət və balıq sənayesinin tullantıları, üzsüz süd, ət-sümük və balıq unu heyvan mənşəli yemlər qrupunu təşkil edir. Mineral (tabaşir, duz, əhəngdaşı və s), sintetik (karbolid, ammonyak suyu), vitamin və mikro-elementlər (mis, kobalt, dəmir və s) həmçinin, antibiotiklər daxil edən əlavə yemlər heyvandarlığın yem bazasını tamamlayır.

    Yemləri mexaniki, kimyəvi, termiki və bioloji üsullarla hazırlayırlar. Onlar seçilmiş texnologiyaya uyğun olaraq ayrı-ayrı və bir-birilə əlaqəli tətbiq edilir.

    Yemin mexaniki üsullarla hazırlanmasına təmizləmə, yuma, xəlbirləmə, sovurma, doğrama, xırdalama, parçalama, yarma, yoğurma sürtmə, yastılama, qarış-dırma, dozalaşdırma, presləmə, dənəvərləşdirmə, briketləşdirmə və s. aid edilir.

    Xırdalama (kəsmə, xırdalama, üyütmə və s) texnoloji prosesin başqa əməliyyat-ları üçün, məsələn, yemi dozalaşdır­maq və qarışdırmaq üçün yaxşı şərait yaradır. Xırdalanmış halda cecə, əhəngdaşı parçaları və s. kimi yemlərlə heyvanları yemlə-mək mümkündür. İlkin yemlərin xırdalanması nəticə­sində böyük ümumi səthə malik olan məhsul yaranır ki, o da heyvan orqanizmasının yemi yaxşı həzm etməsini və mənimsəməsini təmin edir.



    Kimyəvi üsul müəyyən növ yemlərə kimyəvi maddələrin (xörək duzu, əhəng suyu, qələvilər) təsirinə əsaslanır. Maşın­la­rın metal konstruksiyalarına təsir edən aktiv maddə­lərin işlədilməsi ilə əlaqədar olan çətinliklərə görə onlar az tətbiq edilir.

    Emalın termiki üsula yemin növündən və onun təyina­tın­dan asılı olaraq pört-lətmə, qurutma, qaxacetmə, bitirmə, buğa vermə, sterilizasiya, qızartma, dəmləmə və s. daxildir.



    Bioloji üsullar (öz-özünə qızdırma, maya qatma, silos basdırma, qıcqırtma və s) yemləmə müxtəlif mikroorqanizm­lərin və fermentlərin təsirinə əsaslanmışdır. Onlar çox geniş yayılmışdır.

    Bütün bu üsulların ümumi məqsədi vardır: yemin heyvanlar tərəfindən tam yeyilməsini təmin etmək üçün onu daha qidalı, faydalı və dadlı etməkdən ibarətdir. Zootexniki şərtlərlə yem hissəciklərinin aşağıdakı ölçüləri müəyyən edilmişdir: inək üçün saman və onun xırdalanması 3-4 sm, at üçün - 1,5-2,5 sm qoyun üçün - 1-1,5 sm. Kökümeyvəlilərin kəsilmə qalınlığı inək üçün 1,5 sm, cavan heyvanlar üçün - 0,5-1,0 sm, donuzlar üçün - 0,5-1,0 sm və quşlar üçün - 0,3-0,4 sm. İnək üçün cecə 10-15 mm ölçüyə qədər xırdalanır. Xırdalanmış qüvvəli yem hissəciklərinin ölçüləri inək üçün 1,8-4,0 mm, donuz və quşlar üçün - 1 mm-ə qədər (narın üyüdülmə) və 1,8 mm-ə qədər (orta üyüdülmə) olmalıdır. Saman(ot) unu hissəciklərinin ölçüləri quşlar üçün 1 mm-dən və başqa heyvanlar üçün 2 mm-dən böyük olmamalıdır. Yaş kökümeyvəlilər əlavə edilməklə silos basdırıldıqda onların doğranıları 5-7 mm-dən böyük olmamalıdır. Qarğıdalının silosu vurulan gövdələri 1,5-8,0 sm-ə qədər xırdalanır.

    Yemin, kökümeyvəlilərin 0,3%-dən çox çirklənməsinə yol verilmir, taxıl yemlərin: 1% (q mm; 0,004%) (kəkrə acıyonca; çovdar mahmızı) və 0,25% (qara-çörək, ot, sürmə, dəlicə buğda).

    Zootexniki tələbələrə uyğun olaraq hər bir yem növü, onu kənd təsərrüfatı heyvanlarına yedizdirdikdə ən yaxşı effekti təmin edən vəziyyətə gətirilir.



    Qaba yemlər - saman və qaba gövdəli ot - aşağıdakı texnologiya üzrə hazır-lanır:

    - xırdalama - dozalaşdırma - qarışdırma;

    - xırdalama - buğa vermə - dozalaşdırma qarışdırma;

    - xırdalama – bioloji (biokimyəvi) və ya kimyəvi emal - dozalaşdırma qarış-dırma.

    Ot unu hazırladıqda bu sxemdən istifadə edilir: xırda­lama (kəsmə uzunluğu 8-12 mm) - qurutma - üyütmə. Ot unu müxtəlif yem qarışıqlarına əlavə edilir. Ot kifa-yət qədər quru olduqda yem bu sxem üzrə hazırlana bilər: üyütmə – dozalama – qarışdırma.

    Sulu-şirəli yemlər (kökümeyvəlilər) bu sxemlər üzrə hazırlanır:

    - yuma - xırdalama - dozalaşdırma-qarışdırma;

    - yuma - buğa vermə - yoğurma - dozalaşdırma qarış­dırma;

    - yuma - xırdalama - dozalama - maya qatma – qarışdır­ma.

    Bəzi əməliyyatların növbəsinə və onların təyinatına görə bu texnoloji sxem-lərin variantları da ola bilər. Birinci sxem qaramal fermalarında, ikinci donuz fer-malarında, üçüncü isə müxtəlif heyvandarlıq fermalarında tətbiq edilir.

    Qüvvəli yemlər aşağıdakı sxemlərdən istifadə edilərək hazırlanır:

    - təmizləmə - xırdalama – qıcqırtma (maya qatma) dozalama qarışdırma;

    - təmizləmə - xırdalama - dozalama - qarışdırma;

    - təmizləmə - xırdalama - dozalaşdırma, qarışdırma bri­ket­ləş­dirmə;

    - təmizləmə - cücərtmə.

    Paxlalı yemlər təmizləndikdən sonra isladılır. İkinci və üçüncü sxemlər üzrə qarışıq yemlər hazırlanır.

    İş sxemləri texnoloji avadanlığın seçilməsinə xidmət edir.

    Qaba yem xırdalayan maşınlar.

    Qaba yemlərin hazırlanmasında məqsəd onların tez həll olmasını təmin etməklə bərabər, yeyilən zaman dadının və mənimsənilməsinin artırılmasıdır. Bu məqsəd üçün bir neçə üsullardan istifadə olunur. Onlardan: xırdalama, pörtlətmə, öz-özünə qıcqırtma, kimyəvi və biotermiki emaletmə üsullarıdır.

    Qaba yemləri xırdaladıqda heyvanlar tərəfindən yaxşı mənimsənilməklə bərabər, onların dozalaşdırılıb paylanması da asanlaşır. Yem xırdalanmadıqda ümumi kütlənin təqribən 20-30%-i itkiyə gedir. Qaramal üçün yemin uzunluğu 3-5 sm məsləhət görülür. Bu ölçüdən kiçik olduqda heyvanların mədəsində həllolma pisləşərək südün yağlılığı 0,3-0,5% aşağı düşür.

    Küləşin pörtlədilməsi onun dadını artırmaqla bərabər, heyvanlar tərəfindən yaxşı mənimsənilib və asan həll olunur. Ən yaxşı üsul konsentrat yemin küləşlə qarışdırılıb pörtlədlməsidir. Bu məqsəd üçün 100 kq qaba yemə 4…5 kq konsen-tratın qarışdırılması məqsədəuyğun sayılır.

    Öz-özünə qıcqırtma yemin tərkibində olan mikroorqa­nizm­lərin təsiri ilə gedir. Bunun üçün xırdalanmış yem 2%-li duzlu su ilə isladılıb kipləşdirilir və müəyyən müddət saxlanıldıqdan sonra onun temperaturu 50–70 0S-yə qədər qaldırılır. Bundan sonra yem yumşalır və heyvanlar onu iştahla qəbul edir. Kim-yəvi üsulda yemin yaxşı mənimsənilməsi ilə bərabər onun həll olunması sürət-ləndirilir, tərkibində olan ziyanverici maddələr zərərləşdirilir. Bu üsulla qaba yem 3%-li əhəng, 4%-li kaustik soda, 17-25%-li ammiak məhsulu ilə emal oluna bilər.

    Yemin kalsiumlaşdırılması zamanı 1 t küləşə 30 kq sönməmiş əhəng, 10-15 kq xörək duzu, 2-2,5 m3 suda həll edib islatmaq lazımdır. Əhəng suda çətin həll oldu-ğundan onu məhlulda tam qarışdırmaq məsləhətdir. Prosesi daha sürətlən­dirmək üçün həmin məhlulu 24-36 saat saxladıqdan sonra 2 saat müddətində buxarla pörtlətmək lazımdır. Belə yolla yemi hazırladıqdan sonra 1 kq kalsium-laşdırılmış küləşin yem vahidi 0,4-0,5 onun tərkibində 30-50 q protein, 18-20 q kalsium 2-3 q fosfor olur.

    Küləşi kaustik soda ilə emal etdikdə onun suda 4%-li məhlulu hazırlan-malıdır. Küləş isladılıb 6-8 saat saxlanılır, əgər isti məhlulla emal edilirsə bu müd-dət qısaldılıb 1,5 saat olur.

    Küləşi kalsium soda ilə emal etdikdə xırdalanmış yemi pörtlədiciyə yükləyib 1,5-2 saat ərzində 80-100 0S tempe­ra­turda saxlanılır. Bir ton küləşə 40 kq soda və 800-1000 litr su sərf olunur. Kalsiumlu soda kaustik sodaya nəzərən üstün olub yaxşı dozalaşdırılır, suda asan həll olunur, ucuz və çox tapılandır. Bəzi hallarda küləşi ammiakla da emal edirlər. Hər 100 kq küləşə 12 litr ammiak suyu əlavə olunur.



    Küləşə və ya qaba yemin xırdalanması üçün ən geniş tət­biq olunan maşınlara İQK-30 B daxildir. Bu, yemi xırda­la­maq­la bərabər, xırdalanmış kütləni maşına yükləyir. Bu aqre­qat iki variantda: stasionar və asqılı buraxılır. Birincilərə İQK-30 B-1, ikincilərə İUK-30B-P tipli maşınlar aiddir (şəkil 2.1).



    Şəkil 2.1. İQK-30B xırdalayıcısı

    maşının sxemi.

    1 - elektrik mühərriki; 2- rotor; 3-kürəcik; 4-def­lektor; 5 – istiqa­mət­ve­rici; 6 - deka; 7 - qəbul kamerası; 8 - presləyici transportyor; 9 – qida­lan­dırıcı transport; 10 -çərçivə; 11 - örtük;
    12 -
    elektrik mühərriyinin çərçivəsi

    Stasionar tipli yemxırdalayan elektrik mühərriki mobil tipli isə gücü 14 kVt olan traktorun gücayrıcı valından alır. Aqreqat çərçivədən, ştifli diskili apparatdan, istiqamətverici deflektordan ibarətdir. Pərin rotoru üzərində barmaqcıqlar yerləş-dirilmişdir. Xarici cərgədə barmaqların sayı 18, daxildə 9 ədəd olur. Yemverici maili və üfüqi lövhəli transpor­tyor­lar­dan ibarətdir. Yemvericinin konstruksiyası elə hazırlan­mış­dır ki, onun daxilində olan başqa qatışıqlardan təmizlənir. Xırdalayıcı aparat gövdənin daxilindəki valın üzərində möh­kəm oturdulmuşdur. Ona 105 ədəd polad ştiftlər bərkidilmişdir ki, bunlar da yemi xırdalamaqdan ötrüdür. Maşının iş prinsipi aşağıdakı kimi yerinə yetirilir. Qaba yem üfüqi daşıyıcının üzərinə tökülüb doğrama kamerasına verilməzdən əvvəl sıxılıb kəsiciyə verilir, oradan hava axımının təsiri ilə defektora və sonra nəqliyyat vasitəsinə yükləşir. Maşının normal yüklən­məsi və elektrik mühərrikinə nəzarət ampermetr ilə olur. Ampermetrin göstəricisi 20 A olmalıdır. Əgər maşın həddən artıq yüklənərsə, verici mexanizmini dayandırmaq lazımdır. Təhlükəli göstərici 55 A hesab olunur.

    İQK-30B-1 maşını MTZ-82 traktorun üzərinə asılır.

    Yemin xırdalanma uzunluğu dəyişkən dişli çarxlardan istifadə etməklə və ya diskin üzərində olan ştriflərin sayını artırıb azaltmaqla nizamlanır. Rulon və ya top-lanmış qaba ye­mi xırdalamaq üçün İRT-165 aqreqatından istifadə olunur. Bu da iki vəziyyətdə İRT-165-01 mobil tipli, İRT 165-02 stasio­nar halında buraxılır. İRT-165-01 qaynaqolunmuş çərçivədən, rotordan, rotorun üzərində 40 ədəd çə-kicdən, bunkerdən, üfüqi və maili yükləyici transportyordan, hidravliki intiqaldan ibarətdir. Bu aqriqat T-150 K traktoru ilə aqreqatlaşdırılır.



    İRT-165-02 maşınının birincidən fərqi onun üzərində elektrik mühərriyi, idarəetmə aparatları, şkaf, idarəetmə şiti və s.yerləşdirilməsidir. Yem bunkerə və oradan xırdalanmış yemin kənara tökülməsinin qarşısını almaq məqsədi ilə bunke­rin aşağı tərəfində spiral formalı pəncələr qondarılmışdır. Xırda­la­yı­cı bunkerin alt hissəsində yerləşdirilmiş yastı disklərdən ibarət olur, baş vala şponkaların köməyi ilə birləşir. Diskdən keçən dörd ədəd polad barmaqcığın üzərində 40 ədəd şahmat qaydası ilə oynaq birləşdirilmiş çəkiclər yerləşdiril­mişdir. Hər çəkicin dörd istiqa-mətdə kəsmə imkanı vardır (şəkil 2.2).

    Şəkil 2.2. İRT-165 qaba yem doğrayan:



    Download 2,7 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   25




    Download 2,7 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n

    Download 2,7 Mb.