• AOL-012-3S elektrik müh ə rriki
  • 3. Qırxın m ə nt ə q ə l ə rinin quruluşu v ə t ə tbiq edil ə n texnika.
  • Qırxım
  • Hidrosistem ə
  • Supportlu
  • VSÜ - 24/200 s ə yyar qırxım sexi
  • 4. Qırxım məntəqəsinin maşınları.
  • Ümumiyyətlə, maşınkanın hərəkət sürəti 1 m/san, onun kütləsi 3 kq dan artıq olmamalıdır.
  • M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n




    Download 2,7 Mb.
    bet15/25
    Sana27.12.2019
    Hajmi2,7 Mb.
    #5615
    1   ...   11   12   13   14   15   16   17   18   ...   25

    2. Qırxım maşın və qurğuları.

    Qırxım maşınları qoyunları qırxmaq üçündür. Hazırda sənayemiz qırxım maşınlarının iki modelini istehsal edir. MSO-77B elastik val ilə elektrik mühər-rikindən hərəkətə gətirilən və MSO-200 içərisində yüksək tezlikli elektrik mühər-riki quraşdırılan.

    MSO-77B maşını (şəkil 5.2) kəsici aparatdan, sıxıcı, ekssentrik və oynaq mexanizmlərindən və gövdədən ibarətdir. Maşının kütləsi 1,1 kq; kəsici aparatın en götürümü 76,8 mm; bıçağın dəqiqədə ikiqat gedişlərinin sayı 2300-dur.

    Kəsici apparat yunu kəsmək üçün olub, daraqdan (1) bıçaqdan (2) ibarətdir; onlar legirlənmiş poladdan hazırlanmış, kontakt səthləri cilalanmışdır. Qalınlığı 3,2 mm olan lövhə­şəkilli daraqda 6,4 mm addımlı 13 dişdən ibarətdir. Qoyunun yununa yaxşı daxil olması və dərinin zədələnməməsi üçün darağın dişləri nazik hazırlanmış və aşağıdan dəyirmiləşdi­ril­mişdir. Daraqda itiləyici aparatın tutqacına bərkitmək üçün iki deşik və maşının gövdəsinin (15) qabaq hissəsinə bərkitmək üçün iki yarıq nəzərdə tutulmuşdur. Darağın bıçaqla təmas sahəsini azaltmaq üçün onun iş səthində əyrixətli yarıq açlmışdır. Kəsici aparatın bıçağının addımı 19,2 mm olan dörd dişlə təchiz edilmişdir. Bıçağın forması qutuşəkilli olub, divarlarının qalınlığı 1,1-2 mm-dir.

    Divarların nazikliyi ona elastiklik, qutu şəkilli olması ilə konstruksiyaya sərtlik verir. Kəsici aparatda bıçaq darağın üstünə quraşdırılır və onun altı deşiyi vardır: iki-si konusvarisi sıxıcı pəncələrin bıçaqları altında və ikisi itiləmə zamanı bıçağın itilə-yici aparatın tutqacına bərkitmək üçündür.

    Sıxıcı mexanizm bıçaq və darağın işlək müstəviləri arasında lazımı minimal araboşluğunu təmin edir. O, bir ucu maşının gövdəsinə (15) quraşdırılmış ştuserdən (10) ibarətdir. Ştuserin ikinci ucuna sıxıcı qayka (13) burulub taxılır. O, sıxıcı pat-ronun (11) dayağı (12) və mil (8) vasitəsilə maşının linginə (29) təzyiq edir. Lingin qabaq hissəsinə təzyiqi bıçağa ötürən və onun darağa sıxılmasını təmin edən ikibu-ynuzlu pancələr (3) taxılır. Sıxıcı qayka boşalan zaman milin (8) düşməməsi üçün onun başına vintlə (33) lingə bərkidilmiş yay (7) taxılır.

    Ekssentrik mexanizm valın (20) fırlanma hərəkətini lingin (29) bıçağı hərəkətə gətirən rəqsi hərəkətinə çevirir. Vala (20) barmaqlı ekssentrik (18) burulub bərkidil-mişdir ki, ona diyircək (17) taxılır.

    Val fırlandıqda lingin (29) yarığında yerləşən diyircək yarıq boyu hərəkət edərək onun quyruq hissəsini orta vəziyyətdən sağa və sola göndərir ki, bununla da sıxıcı pəncələr vasitəsilə bıçağın rəqsi hərəkəti təmin olunur. Pəncərələr linglər (29) yayla (4) saxlanılır və ona qaykalı (5) vintlə bərkidilir. Link (29) hündürlüyə görə tənzimlənən dayaqda (30) quraşdırılmışdır. Fırlanma mərkəzi (32) öz-özünə burulub açılmaqdan əksqayka ilə saxlanılır. Lingin fırlanma mərkəzinin tənzimlənməsi sıxıcı mexanizmin bıçağa ötürdüyü təzyiqin paylanmasını təmin edir.

    Oynaq mexanizmi iş prosesində qırxım maşının idarə edilməsini asanlaşdırır və maşının hər hansı vəziyyətində burucu momentin elastik valdan ötürülməsinə imkan yaradır. Oynaq mexanizm xarici və daxili örtüklərdən, örtükləri ayrılmaqdan qoru-yan oynağın kilidindən (23), ötürücü valdan (26) və iki dişli çarxdan (25 və 21) iba-rətdir. Oynaq mexanizm yun düşməsinə yol verməmək üçün örtüklərlə qorun-muşdur. Xarici örtüyə maşının elastik valının sipərinin ucluğu taxılır; bu halda örtü-yün barmağı sipərin ucluğunun fiqurlu yarığınan kirir və yayla (27) özbaşına ayrıl-maqdan saxlanılır.

    Gövdə (15) maşının bütün mexanizmlərini birləşdirir və üzərində üç ədəd yaylı deşik açılmış dəstək vəzifəsini yerinə yetirir; üst deşik tıxacla (16) baxış deşiyi, ekssentrikin diyircəyini yağlamaq üçün qoruyucu vintli (14) deşik və alt deşiklingin (9) fırlanma mərkəzini (32) bərkitmək üçün. Gövdənin qabaq hissəsində darağı bərkidən iki vintli meydança vardır; arxa hissədə oynaq mexanizmli və yağlamaq üçün tıxacla bağlamaq deşiyi olan oymaq (19) yerləşmişdir. İşin rahatlığı məqsədilə maşının gövdəsinə keçə və ya mahuddan örtük çəkilmişdir.



    VQ-10 elastik valı fırlanmanı elektrik mühərrikindən maşına ötürür. Elastik valın diametri 10 mm-ə bərabər olan içliyi müxtəlif istiqamətlərdə bir-biri üzərində dolanmış dörd polad mətfil spiraldan hazırlanmışdır. Üst spiralın sarğısı sağadır; bu da nüvə işlədikdə onun spirallarına açılmaq imkanı vermir; eletrik mühərrikinin valı sola fırlanır. İçliyin uclarına qaykalarla bərkidilən kəsik ucluqlar taxılmışdır. İçlik üstdən profil polad lentdən hazırlanmış boruşəkilli zirehliə örtülür. Zirehin də elektrik mühərrikinə və maşına bərkidilmək üçün ucluqları vardır. VQ-10 valının kütləsi 1,6 kq-dır.

    AOL-012-3S elektrik mühərriki (asinxron üçfazalı) hərəkəti elastik val vasitəsilə maşına vermək üçün nəzərdə tutulmuşdur. Mühərrikin yuxarı hissəsində bənd vardır. Mühərrikin gücü 0,12 kVt; gərginlik 220/380B; 46,6 san-1 də cərəyanın şiddəti 0,59-0,35A kütləsi 3,4 kq-dır.

    GSA-12Q aqreqatının güc və işıqlandırma şəbəkələri elektrik enerjisini qida-landırma mənbəyindən elektrik mühərriklərinə və işıqlandırma lampalarına verir. Şəbəkə dörddamarlı SRPS şnurundan ibarət olub, üç damar cərəyankeçirən, dördün-cüsü isə elektrik mühərriklərinin və itələyici aparatın gövdələrini yerlə birləşdirmək üçün nəzərdə tutlmuşdur.

    Elektrik mühərrikləri düyməli PNB-30 işə salıcıları ilə idarə olunur. İş yerlərini işıqlandırmaq məqsədilə elektrik lampaları üçün şəbəkədən patronlu altı qol ayrıl-mışdır. Şəbəkə UARV-60S paylaşdırıcı qutusu ilə təchiz edilmişdir. Qutu metal göv-dədən ibarət olub, yan divarlarında ştepsel birləşmələri vardır. Sol birləşmə paylaş-dırıcı qutunu şəbəkəyə qoşmaq üçün, sağ presi və ya başqa aqreqatları qoşmaq üçün nəzərdə tutulmuşdur. Stelsel birləşmələrinin yerləbirləşmə üçün dördüncü kontaktı vardır. Şəbəkənin yerləbirləşdirmə qurğusu iki ədəd metal boru – yerləbirləşdirici-dən və PRQ-500-2,5 markalı məftildən ibarətdir.

    MSU-200V yüksək tezlikli qırxılmasını (şəkil 5.4) qırxıcı bağlıqdan elektrik mühərrikindən və qidalandırma şunurundan ibarətdir. Qırxıcı başlığın gövdəsi, kəsi-ci aparatı, ekssentrik və sıxıcı mexanizmləri, qidalandırma naqili vardır. Kəsici ap-paratı, ekssentrik və sıxıcı mexanizmləri MSO-77V maşınının uyğun yığma vahid-lərinə oxşadır. Maşının qısa qapanmış rotorlu üçfazlı asinxron elektrik mühərriki soyudulmaq üsün qabırğaları və qırxıcı bıçaqla birləşdirmək üçün flansı olan silindr şəklində alüminium gövdədə yerləşdirilmişdir. Elektrik mühərriki rotoru valının arxa ucunda çivi ilə bərkidilmiş iki pərli ventilyator quraşdırılmışdır.

    Elektrik mühərrikinin gücü 0,13 kVt, gərginliyi 36V, rotorun fırlanma tezliyi 183 san1-dir. Maşının kütləsi 1,5 kq, bıçağın dəqiqədə ikiqat gedişlərinin sayı 2200-dür.

    Uzunluğu 2,5 m olan qidalandırma naqili elektrik enerjisini çeviricidən PNV-30 işəsalıcısı vasitəsilə maşının elektrik mühərrikinə verir. Qidalandırma naqilinin elek-trik mühərriki ilə ayrılmayan birləşmə yerində qırxım maşınını qidalandırma naqilini verdiyi vibrasiyanı (titrəyişi) söndürmək üçün rezin ucluq qoyulmuşdur. Ekssentrik valın fırlanma tezliyini azaltmaq məqsədilə onunla elektrik mühərrikinin rotoru ara-sına azaldıcı reduktor qoyulmuşdur.

    MSO-200B qırxım maşınlarının MSO-77B maşınlarına nisbətən bir sıra üstün-lükləri vardır: elastik valın yaratdığı reaktiv momentin olmaması; elektrik mühər-rikinin alçaq gərginliklikli (36V) cərəyanla qidalandırılması; daha yüksək məhsul-darlıq (20-40 %).

    3. Qırxın məntəqələrinin quruluşu və tətbiq edilən texnika. Qoyunlar qırxım məntəqələrində qırxılır. Qırxın məntə­qəsi üçün ayrılan torpaq sahəsi əvvəldən plan-laşdırılır.Qırxım məntəqəsinin ətrafında bazalar yerləşdirilir; həmin bazalarda qırxıl-dıqdan sonra qoyunların baytar əməliyyatları aparılır, quzuları nişanlayır və qoyun-ları ağıla sürürlər. Qırxım məntəqələrinin tikintisi üçün 12 və 24 maşınlıq birtipli layihələr işlənib hazırlanmışdır.

    Təsərrüfatda qırxım məntəqələrinin sayı təkcə sürünün böyüklüyü və qoyunlar saxlanılan normal massivlərinin ərazicə yerləşməsi ilə deyil, həm də sürünün bay-tarlıq-sanitariya vəziyyəti ilə təyin edilir. Son illər qoyunçuluq təsərrüfatlarında, 24, 36 və 48 qırxım yeri olan iri qırxım məntəqələrinin tikintisi başlamışdır; bu da qır-xım maşınlarının istifadəni xeyli yaxşılaşdırır, işin keyfiyyətini artırır, əlavə xərcləri azaldır və əmək şəraitini yüngülləşdirir (cədvəl 5.5., şəkil 5.5).


    Cədvəl 5.5. Elektrik qırxım aqreqatları

    Elektrik qırxım aqreqatı

    Qırxım maşının tipi

    Aqreqatda qır­xım maşınla­rın miqdarıı

    Gündəlik məhsuldarlığı (qoyun)

    Qoyunların sayına görə məsləhət görülür, min.

    GSA – 12

    MSO-77B

    1

    40-50

    1

    GSA-12 Q

    MSO-77A

    12

    800

    8-12

    GSA-12/200

    MSO-200 M

    12

    800-1000

    8-12

    AST-36

    MSO-77B

    36

    2500

    20-30

    KTO-24

    MSO-77B

    24

    1200-1600

    20

    KTO-48

    MSO-77B

    48

    2400-3200

    20-dən artıq

    Aqreqatın GSA-12 tərkibində 12 qoyunqırxan maşın, 12 elastik valı, 12 elektrik mühərriki, güc və işıqlandırma şəbəkəsi, itiləmə aparatı və elektrik stansiyası vardır.

    KTO-24 dəstinə 24 ədəd GSA-1D elektrik qırxım aqreqatı, DAS-350 və TA-1 itiləmə aparatları, TŞ-0,5B yun transportyoru, yunu növlərə ayırmaq üçün SKŞ-200 stolu, RUM-VÜP-25 və VPQ-500 tərəziləri, PTŞ-1,0 presi, xalis yunun faizini müəyyən etmək üçün SS-53A cihazı, DP-ES-20, PES-15 və ya SNT-12 elektrik stansiyaları daxildir.

    KTO-48 dəstinə 48 ədəd GSA-ID aqreqatı, DAS-350 və üç ədəd TA-1 itiləmə aparatı; SKŞ-200 stolu, iki ədəd VÜP-25 tərəzisi; iki ədəd PQŞ-1,0 presi; DES-40 EMS səyar elektrik stansiyası daxildir. 5.4-cü şəkildə KTO-48 qırxım məntəqəsinin ümumi görünüşü təsvir edilir.

    GSA-12/200M aqreqatının MSU-200M qırxım maşın­ları­nın elektrik mühərriki dəstəyə quraşdırılmışdır. Bu, qırxım ma­şın­larının məhsuldarlığının 15-35% artması-na imkan vermişdir.

    GSA-12/200M elektrik qırxım aparatı gərginliyi 220-380 V olan istənilən mənbədən qidalanıb işləyə bilər.



    Qırxım məntəqələri avadanlığının quraşdırılması. Elek­trik qırxım aqreqatlarını quraşdırmaq üçün meydança ayırırlar, dirəklər basdırılır, döşənək döşəyirlər, damın üstünü örtürlər. Elektrik stansiyasını məntəqədən 20 m-ə aralı çardaq altında, yaxud örtülü binada yerləşdirirlər.

    Bina hazır olduqdan sonra aqreqatı açırlar, qırxım maşınını kerosinlə yuyurlar, güc şəbəkəsini çəkirlər, qırxım maşınlarını yığırlar, elektrik mühərrikini, stolları və boyuna tiri (həmin tirdən bütün maşınlar dəstini asırlar) qururlar; elektrik mühər-riklərinin sıxıcılarını yoxlayırlar və elektrik mühərrik­lərini güc şəbəkəsinə qoşurlar. Elektrik mühərriklərinin göv­də­lərini güc şəbəkəsi kabelinin sıfır məftili ilə birləş-dirirlər. Sonra itiləmə dəzgahını, yun transportyorunu və qalan avadanlığı qurular. Transportyorun intiqal və dartma stansiya­ları arasında lentli tarım çəkir və qırxım maşınlarını asmaq üçün kronşteyini bərkidirlər. Kabelə elektrik mühərriklərini, çıxış tıxaclarına və elektrik stansiyasına birləşdirirlər. Sıfır məftilini yerlə birləşdirirlər.

    Elektrik mühərriklərini qurduqdan sonra generator dolaqlarının müqavimətini meqometrlə yoxlayırlar. Bütün avadanlığı, hazırlandığı zavodun texniki layihəsi və təlimatına uyğun olaraq quraşdırırlar.

    Quraşdırılmış avadanlığı yağlayırlar, işlədib uyğunlaş­dırırlar, aşkar edilmiş catışmazılıqları aradan qaldırırlar.


    Şəkil 5.6. Qırxın məntəqəsinin stasionar texnoloji

    avadanlığının planlaşdırılması sxemi:
    I-yun üçün tərəzi; 2-pres; 3-yun üçün bokslar; 4-siniflərə ayırmaq üçün stol; 5-qoyun yunu üçün tərəzi; 6-yun transportyoru; 7-qırxım maşınları; 8-qoyunqırxanların iş yerləri; 9- qoyunlar üçün xırda ağıllar; 10-məntəqənin binası; 11-itiləyici aparatlar.
    Şəkil 5.6-da stasionar qırxım məntəqəsinin səmərəli planlaşdırılma sxemi göstərilmişdir. Qırxım məntəqəsində yunu emal edən sahə, növlərinə ayrılmaq yun üçün bokslar, qırxım sahəsi, xırda ağıllar, köməkçi otaqlar vardır.

    Qırxım sahəsində güc şəbəkəsi döşəmədən 1,5 m hündürlükdə qırxım stolla-rının üstündəki taxta üzərində yerləşdirilir. Düyməli açar maşının elektrik mühər-rikindən 0,3-0,4 m solda taxtaya bərkidilir. İşıqlandırma patronları qoyun qırxın-larının iş yerləri arasında kronşteynlərə bərkidilir. Qırxım maşınlarının elektrik mühərrikləri uzununa tirlərlə döşəmədən 1,6-1,8 m hündürlükdə qarmaqla asılır. Qarmaqlararası məsafə 1,7-1,8 m-dir.



    Şəkil 5.7. Qırxım məntəqəsinin ümumi görünüşü (a) və

    KTO-48 avadanlıq dəsti (b):


    1-elektrik mühərriki; 2-zirehli elektrik valı; 3-qoyun qırxan MSO-77B maşını; 4-yun transportyoru; 5-itiləyici apparat; 6-yun üçün tərəzi; 7-yunu çeşidlərə ayırmaq üçün stol; 8-yun PQŞ-0,7 üfiqi presi; 9-yun tayları üçün tərəzi;

    A-qırxılmış qoyunlar üçün ağıl; B-qırxılacaq qoyunlar üçün ağıl; V-qoyunları qırxmaq üçün bina; Q-istehsalat meydançası.


    Qırxın məntəqəsi avadanlığının tərkibinə KTO-24 komplekti ilə birlikdə TŞ-05 yun transportyoru, PQŞ-1, OB hidravlik yun presi, yunu növlərinə ayırmaq üçün SKŞ-200 stolu, VÜP-25 əqrəbli tərəzisi, iki GSA-12Q qırxın aqreqatı, TA-1 itiləyici birdiskli aparat, supportlu itiləyici DAS-350 aparatı daxildir.

    TŞ-0,5 transportyoru (şəkil 5.8) Qırxılmış yunu iş yer­lərindən tərəziçi-hesab-layıcıya verir; bu yığma fermanın iki yarımbölməsi şəklində hazırlanaraq dayaqlar üzərində quraş­dı­rıl­mışdır. Fermalara dayaq və saxlayıcı diyircəklər bərkidilir, on-ların üzəri ilə eni 1 m olan rezinləndirilmiş lent 8 m/dəq sürətlə hərəkət edir. Trans-portyorun qabaq qurtaracağında elektrik paylaşdırıcı qutu və işəsalıcı ilə intiqal stan-siyası, arxa ucunda isə tarımlayıcı barabanı hərəkət etdirməklə lentin tarımlığını təmin edən tarımlayıcı quruluş yerləşdirilmişdir.

    Şəkil 5.8. TŞ-0,5 transportyoru:

    1-yan lövhələr; 2-saxlayıcı diyircəklər; 3-çərçivə; 4-dayaq; 5-intiqal

    stansiyası; 6-rezinləşdirilmiş lent.


    Transportyor lentinə zəncir ötürməsi və intiqal stansiyasının aparan barabanın vasitəsilə gücü 0,6 kvt olan elektrik mühərrikindən verilir. transportyorun çərçivə-sində qırxın maşınlarının elektrik mühərriklərini asmaq üçün qarmaqlı 24 kronşteyn (hər tərəfdən 12 ədəd) qurulmuşdur. çərçivəyə hər iki tərəfdən transportyorun nö-vünü əmələ gətirən, təbəqə poladdan çəpər lövhələri bərkidilmişdir. Transportyo-run uzunluğu 24 m-ə, məhsuldarlığı saatda 200 qoyun yunudur.

    PQŞ-1B presi (şəkil 5.9) yuyulmamış yunu torbalara yığıb, polad məftillə bağlamaqla presləmək və qablaşdırmaq üçün nəzərdə tutulmuşdur. O, çərçivədən (1), mühərrik kameradan (II) presləyici tavadan (9), mühərrik kameranın hidros-lindirindən (8), hidroslindirdən (7), gücü 7,5 kVt olan elektrik mühərrikindən (6), hidronasosdan (5) ibarətdir.


    Şəkil 5.9. Yun üçün PQŞ-1,0 presi:

    1-çərçivə; 2-tutucular; 3-tarımlayıcılar; 4-gövdə; 5-hidronasos; 6-elektrik mühərriki; 7-presləyici tavanın hidrosilindiri; 8-mühərrik kameranın hidrosilindiri; 9-presləyici tava; 10-mütəhərrik kameranın qapağı; 11- kamera; 12-rolqanq; 13-Zolotnik.


    Hidrosistemə (şəkil 5.10) dişli çarxlı nasos və elektrik mühərriki (1) daxildir. Nasosun iş təzyiqi məhsuldarlıq 60 dm3/dəqiqə-yə qədər olduqda 10-11 MPa-dır. Presləyici tavanı və mütəhərrik kameranın 10 və 11 hidrosilindrlərini ikizolottnikli paylaşdırıcı (6) idarə edir. Paylaşdırıcının gövdəsində qoruyucu (7) və buraxılış (8 klapanları, iki zolotnik (9) vardır. Zolotniklər iki lingli ilə hərəkət edir. Bütün hidrosilindirlər ikiqat təsirlidir.

    Şəkil 5.10 Presin hidrosisteminin prinsipial sxemi.
    1-elektrik mühərriki; 2-nasos; 3- yağ bakı; 4-boğazcıq; 5-süzgəc; 6-paylaş-dırıcı; 7-qoruyucu klapan; 8-buraxılış klapanı; 9-zolotnik; 10-11-hidrosilin-dirlər.
    Hidrosistemin iş prosesi ardıcılıqla gedir. Hidronasos yağı yağ bakından (3) sorur və onu magistral ilə paylaşdırıcıya (6) vurur. Paylaşdırıcının dəstəklərinin neytral vəziyyətində yağ qapalı dövrə bak-nasos paylaşdırıcı bak ilə dövr edəcəkdir. Paylaşdırıcının dəstəklərindən biri qoşulduqdan sonra yağ magistral ilə işə qoşulan silindirə vurulacaqdır. Presləşmə prosesi belə baş verir. Presi idarəetmə dəstəkləri tərəfdən baxdıqda kamera və presləyici tava sağ kənar vəziyyətinə qurulur. Dayaq tərəfdən kameraya xüsusi kisə elə geydirilir ki, onun küncləri kameranın küncləri ilə üst-üstə düşür. Kisənin yan tərəfləri kameranın kənarında yerləşdirilir, kamera gey-dirilmiş kisə ilə sol kənar vəziyyətinə qoyulur və qapaqda bağlanan deşikdən yunla doldurulur. Kamera doldurulduqdan sonra qapaq bağlanır və presləmə aparılır; bu halda presləyici tava geriyə ilk vəziyyətinə qayıtdıqda yunu kameranın qabaq hissə-sində saxlayan tutuculardan arxaya basır.

    Boşalmış kamera yunla doldurulur və o preslənir. Adətən iki-üç presləmə aparılır. Sonra presləyici tavaya qarmaqların köməyi ilə klapan acılır, kameranın sər-bəst boşluğu yunla doldurulur və son presləmə aparılır. Kamera ilk vəziyyətinə gəl-dikdə kisə avtomatik olaraq presləşmiş taya geydirilir. Preslənmiş halda tay məftillə beş cərgədə bağlanır.

    Pres 1 saat təmiz vaxtda 5,4-7,9 t yun presləyir. Preslənmiş yun taylarının qaba-riti 800x550x500 mm-dir. Tayın kütləsi 90-102 kq-dır. Presin qabariti 3500 x 940 x 960 mm, kütləsi 1140 kq-dır.

    SKŞ-200 stolu yunu növlərinə görə çeşidləmək və yarmaları, güzəmi və kə-nar qarışıqları ayrılmaq üçün nəzərdə tutlmuşdur. Yunu çeşidləmək üçün ölçüsü 2,2 x 1,35 m olan torlu çərçivə vardır. Torun gözləri 25x25 mm-dir.

    VÜP-25 əqrəbli tərəzisi yunu çəkmək üçün nəzərdə tutlmuşdur. Tərəzinin çəkmə həddi 1,25-25 kq, platformasının ölçüləri 530x540 mm.

    VPQ-500 tərəzisində preslənmiş yun tayını çəkmək üçün istifadə olunur. Tərəzinin çəkmə həddi 25-500 kq, platformasının ölçüləri 630x800 mm-dir.

    TA-1 birdiskli itiləyici aparat qırxım maşınlarının bıçaqlarını və daraqlarını itiləmək üçündür. Diametri 350 mm olan itiləyici disk gücü 0,4 kVt olan elektrik mühərrikindən hərəkətə gətirilir. Diskin fırlanma tezliyi 23 san-1 dir.

    Supportlu DAS-350 tamamlayıcı aparat qırxım maşın­larının bıçaqları və daraqlarını TA-1 itiləyici aparatında itilədikdən sonra onların itilənməsini başa çat-dırmaq üçündür. Kəskili supportun olması aparatla həm DAS-350 aparatının özü-nün, həm də TA-1 aparatının itiləyici diskinin yonulması və kəsilməsi işlərinin apa-rılmasına imkan verir. DAS-350 aparatının bütün yığma hissələri çuqun əsasda bər-kidilir. Aparılan supportunun kombinə edilmiş əl və mexaniki intiqalı vardır. DAS-350 tamamlayıcı apparat, TA-1 itiləyici aparat stolun, yaxud tumbanın üstünə qoyu-lur və dörd boltla bərkidilir. Stol qırxım məntəqəsi otağının işıqlı yerində qoyulur.

    Tamamlayıcı aparatda intiqal pazvarı qayışının tarımlığı və suppotla yönəldici arasındakı araboşluğu təmzinlənir. Normal tarımlanmış qayış qasnaqlar arasında 50-100 H qüvvədən ən çoxu 20-25 mm əyilməlidir. Supportu yönəldiciyə nəzərən tənzimləmək üçün supportun pazının boltunun və dayaq vintlərinin əks qaykalarını boşaltmaq lazımdır. Vintləri bir bərabərdə buraraq supportla yönəldici arasındakı araboşluğunu almaq və vintləri əks-qaykalarla bərkitmək lazımdır. Bundan sonra boltları sona qədər burmaq və supportun gedişinin yüngüllüyünü yoxlamaq lazımdır.




    Şəkil 5.11. VSÜ-24/200 səyyar qırxım sexinin maşın və avadanlığının yerləşdirilmə sxemi:
    1-universal sığıncaq; 2-əlüzyuyan; 3-su qabı; 4-məişət şöbəsi; 5-laboratoriya; 6-işıq armaturu; 7-yun tayı anbarı; 8-ğətil; 9-yun boksları; 10-yun tayı üçün tərəzi; 11-pres; 12-stellaj dəzgahı; 13-yunu siniflərə ayırmaq üçün stol; 14-yun tərəzisi; 15-hesab-darın stolu; 16-xırda ağılların çəpəri; 17-ağılların çəpəri; 18-duşxana; 19-yun transporyoru; 20-qırxım üçün stellaj; 21-cərəyan çeviricisi; 22-itiləyicinin komplekt avadanlığı; 23-itiləyici aparatlar.
    VSÜ - 24/200 səyyar qırxım sexi (şəkil 5.11) otlaqların qoyunları köçürülən hissələrində və mövsümü otlaqların birindən digərinə sürülmə yollarında qoyunların qırxılması və yunun ilk emalı üzrə bütün istehsal proseslərinin kompleks mexanik-ləşdirilməsi və təşkili üçün nəzərdə tutulmuşdur.

    Sexin tərkibinə aşağıdakı avadanlıqlar daxildir: UUP-500 universal gəzdirilən sığınacaq, SNT-12 elektrik stansiyası (traktora asılan) iki GSA-12/200 aqreqatı, cərəyan çeviriciləri, qoyunları qırxmaq üçün gəzdirilən stellajlar, TŞ-0,5 trans­port­yoru, yun və yun tayları üçün tərəzilər; SKŞ-200 stolu, DAS-350 aqreqatı, TA-1 aparatı, itiləyicinin köməkçi avadan­lığı, sazlayıcı üçün stellaj-dəzgah və s.

    İş vəziyyətində səyyar qırxım sexinin 3 əsas istehsal zonası vardır; qırxımı, yunun və ilk emalın məişət, bütün texnoloji avadanlıq yığma-qatlanan metal karkas-dan və onun üzərini örtən brezent parçadan ibarət olan UPP-350 səyyar universal sığınacağın daxilində yerləşdirilmişdir.
    4. Qırxım məntəqəsinin maşınları.

    Qırxım məntəqəsinin hesabatında əsas məq-səd burada olan avadanlıqların seçilməsi və onun texnoloji hesabatını aparmaqdır. Qoyunun qırxılması üçün tələb olunan vaxt



    T = t2 +təl +tqul (5.1)
    ifadəsi ilə təyin olunur.

    Burada t2 bilavasitə qoyunların qırxılmasına sərf olunan vaxt (300-550/san); təl köməkçi işlərin yerinə yetirilməsinə sərf olunan vaxt (44-67 san); t qul qırxım maşınlarına qulluq vaxtı (55-77 san); kəsik cütlərinin möhkəmliyini nəzərə alan əmsaldır (0,4-0,7).

    Ümumi vaxt sərfi qırxıcının ustalığından, avadanlıqlara qulluq vaxtından səmərəli istifadə olunmasından asılı olan kəmiyyətdir.

    Qoyunların qırxılmasına sərf olunan vaxt:



    t2 = (5.2)
    burada F qoyunun bədəninin sahəsi;  maşınkanın en götürümündən istifadə əmsalı (0,5-0,92 qəbul olunur); V maşınkanın heyvan bədənində hərəkət etdirilmə sürəti; tboş=qc -maşınkanın boş gedişlərdə nəzərə alınan sürəti; q bir boş gedişə uyğun gələn vaxt (0,75 san qəbul olunur); c boş gedişlərin sayıdır.

    Zirək və təcrübəli qırxıcılar maşınkanı 55-60 dəfə hərəkət etdirməklə, təcrü-bəsizlər isə 180-210 işçi gedişində qoyunu qırxırlar.

    Qırxıcının məhsuldarlığı müxtəlif faktorlardan asılı olaraq aşağıdakı ifadə ilə təyin olunur:

    W= (5.3)
    Axım üsulu ilə qoyun qırxıldıqda vaxt sərfiyyatı
    T = (m+1) (t1+t2)+ (5.4)
    Burada T bir qoyunun qırxılmasına sərf olunan vaxt; m işçi yer lərinin saı; t1 müxtəlif işlərin yerinə yetirilməsinə sərf olunan vaxt; t2 bir qırxıcının yanında olan qoyunu qırxıcıya ötürdüyü vaxt müddətidir.

    Müxtəlif işlərin yerinə yetirilməsinə sərf olunan vaxt –


    t1 = ; (5.5)
    tf fərdi qırxım zamanı sərf olunan vaxtdır.

    Qoyun verənlərin sayı



    M = (5.6)
    Axım xəttində işləyən şəxslərin sayı
    q = m + M (5.7)
    Burada m axım xəttində bilavasitə qırxımla məşqul olan işçilərin sayıdır.

    Axım xəttində fırlanmaya sərf olunan əmək sərfi


    Nq = (5.8)
    Qırxım maşınkasının konstruksiyasından asılı olaraq məhsuldarlıq

    W = b V (5.9)

    olar. Burada b darağın en götürümü; V maşınkanın hərəkət sürəti; işçi gediş-lərindən istifadə əmsalı; maşınkanın en götürümdən istifadə əmsalıdır.



    Ümumiyyətlə, maşınkanın hərəkət sürəti 1 m/san, onun kütləsi 3 kq dan artıq olmamalıdır.

    Maşınkanın hərəkət etdirilməsi üçün müqavimət qüvvəsi



    Fm = Rm +Rn +Fp (5.10)

    ifadəsi ilə təyin olunur. Burada Fm ümumi müqavimət qüvvə­si; Rm maşınkanın kütləsi; Rn intiqalın kütləsi; Fp maşın­ka­nın kəsici hissəsinin müqavimətidir.

    Kəsicinin müqavimət qüvvəsi onun konstruksiyasından, istismar və texnoloji faktorlardan asılıdır.

    Fp=60Ko (5.11)

    Burada n eksentritetin valının fırlanma tezliyi, dəq; bıçağın qoyun bədəninə nəzərən maillik bucağı; KoK1 qoyunun bədəninin tükündən, bıçaqların həndəsi ölçülə­rin­dən asılı olan əmsaldır. Onun qiyməti K1=0,0006, Ko=0,506 arasın­da götürülür.

    Əgər = 0 qəbul edib uyğun qiymətləri yerinə yazsaq
    Fm = Pm + Pn +60 Ko (5.12)

    olar.


    Yun qırxıldıqdan sonra onu çeşidlərinə ayırıb preslə­yirlər. Presləmədə əsas məqsəd onun daşınması xərcini azaltmaq, saxlanılma zamanı əlavə yerlərə qənaət etmək və keyfiyyətli saxlamaqdan ibarətdir. Yunun sıxlığı aşağıdakı ifadə ilə təyin olunur.

    = (5.13)

    Burada sıxma dərəcəsi; D preslənmiş yunun sıxlığı, kq/m3; Do yunun preslənməyə qədər olan sıxlığıdır, kq/m3.

    Bu kəmiyyəti presin ölçülərinə görə də təyin etmək olar.

    = (5.14)
    = (5.15)

    Burada H presin kamerasının hündürlüyü, m; h - preslənmiş yunun hündürlüyü, m; x yunun deformasiya etmə məsafəsidir, m.

    Bunları nəzərə alaraq preslənmiş yunun sıxlığı
    D = Do (5.16)

    olar. Presin bir dəfə gedişi zamanı əmələ gətirdiyi sıxlıq kameraya verilən yunun kütləsindən, kameranın uzunluğundan və onun en kəsik sahəsindən asılıdır.

    D = (5.17)
    Burada L kameranın uzunluğu; l presin bir dəfə gedişinin uzunluğu; S en kəsik sahəsi; m kameraya verilən yunun kütləsidir.

    Əgər pres bir dəfə hərəkət edərsə, onda sıxlıq


    D = (5.18)
    Burada n dəfələrin sayıdır.

    Kamerada yaranan xüsusi təzyiq yunun sıxlığından asılı olub aşağıdakı ifadə ilə təyin olunur.


    P = aDb (5.19)
    Burada P xüsusi təzyiq; ab sabit əmsallar olub yunun növündən, nəmliyindən, elastikliyindən və s. kəmiyyətlərdən asılıdır.

    Yunun presləşdirilməsinə normal sıxlıq 600-650 kq/m3 və bəzi hallarda 500-750 kq/ m3 nəzərdə tutulur.

    Presin kamerasının divarlarının möhkəmliyini nəzərə alaraq buraxılan yan qüvvə hesablanır. Həmin yan qüvvədən əmələ gələn təzyiq
    q = k R (5.20)
    olar. Burada q yan divarlarda göstərən təzyiq, H/m2; k əmsaldır, yan divarlara təsiri nəzərə alır.

    Əgər elastikliyini nəzərə almasaq, tarazlıq şərtinə görə



    Fv = Fo + T (5.21)

    olar. Burada Fv presləməyə sərf olunan qüvvə, H; Fo kame­ranın dibinə təsir edən qüvvə, H; T sürtünmə qüvvə­sidir.

    Qüvvədən səmərəli istifadə əmsalı

    (5.22)
    burada So - yan divarların sahəsidir.


    Download 2,7 Mb.
    1   ...   11   12   13   14   15   16   17   18   ...   25




    Download 2,7 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n

    Download 2,7 Mb.