Fermanın general (baş) planının layihələşdirilməsi




Download 2.7 Mb.
bet23/25
Sana27.12.2019
Hajmi2.7 Mb.
#5615
1   ...   17   18   19   20   21   22   23   24   25

Fermanın general (baş) planının layihələşdirilməsi.

Bütün istehsalat və köməkçi tikintilərin əlaqədar yerləş­dirilməsi, yollar, yaşıl-lıqlar, mühəndis-texniki işlər və s. layihə tapşırığının qrafik hissəsi fermanın baş planı adlanır (mərkəzi şöbə, sahə və s.). Layihənin baş planının mühüm prinsipi ondan ibarətdir ki, heyvandarlığın məhsuldarlığının yüksəldilməsi; məhsulun maya dəyərinin aşağı salınmasında bütün kompleks faktorlar nəzərə alınsın.

Fermanın yerləşdirilsməsi üçün sahənin seçilməsi, təsər­rüfatın təsərrüfat-təşkilat quruluşu ilə əlaqədar olma­lı­dır. Ferma ittifaq magistrat yolundan 200 m-dən az olmayaraq, respublika nəqlityat yolundan 100 m-dən yaxın olmayan məsafədə yerləşdirilməlidir.

Ferma tikintilərinin yaşayış məntəqələrindən və bir-birindən aralı olması 7.1. saylı cədvəldə verilir.

Ayrı-ayrı tikintilərin yerləşməsi tələb olunan texnolog­iyanın tələbinə uyğun yerləşdirilməli və fermanın vahid tex­nologiya sisteminə uyğun olaraq əlaqələn-dirilməlidir.

Cədvəl 1.1. Oda davameliliqdan asılı olaraq yanğın əlehinə olan

binalar və qurğular arasında məsafələr, m


Binanın odada­vamlılıq dərəcəsi

Qonşu binanın odadavamlılıq dərəcəsindən asılı olaraq aralar

II

III

IV və V

II

10

12

16

III

12

16

18

IV və V

16

18

20

7.2 saylı şəkildə (a, b) misal üçün Ukrayinanın Elmi-tədqiqat heyvandarlıq institutunun "Kutuzovka" təcrübə təsərrüfatında iri buynuzlu qaramal fermasının tikintilərinin yerləşdirilməsi sxemi verilir.





Fermanın layihələndirilməsində onların əraziyə buraxıl­ması və daxil olması üçün nəzarət-buraxılış məntəqəsinin yerləşdirilməsi də nəzərdə tutulur. Onlar təsa-düfi epizootoloji tədbirlərə xidmət edən işçilərin ayaqqabilarinin, xüsusi geyim paltarlarının, fermaya daxil olan nəqliyyatın təkərlərini dezin­feksiya üçün nəzərdə tutulur. Giriş və çıxış yerləri barı kimi çəpərlərin, onun eni, girişin eninə uyğun olmalı; uzunu - 1,0 - 1,5 m və dərinliyi 0,10-0,12 m.

Dezinfeksiya olunan yerin mərkəzi döşəməsində soyuq vaxtlarda dezinfeksiya edici maddələrin isindirilməsi üçün isindirici boru yerləşdirilir.

Hər fermanın ərazisində tipik baytarlıq məntəqəsi və apteki, izolyatoru, lazım gələrsə kəsim meydançası və bioter­miki arx yerləşdirilməlidir. Fermada bu məntə-qələrin yerləş­dirilməsi baytarlıq və sanitar nəzarət orqanları ilə razılaşdırıl­malıdır.

Ferma üçün ayrılmış sahə düz olmalı, yaxşı olar ki, cə­nub tərəfi yağış və sel suların axması üçün nisbətən maili olsun. Həyətin qabarıq tərəfini tikintinin cənub tərəfinə çevirmək məsləhət görülür. Qrunt suları 2 m-dən yuxarı olmamalıdır.



Baş planda istehsalat tikintilərinin işıqlandırılması, üstünlük təşkil edən küləyin istiqaməti qrafikdə göstərilir. Planlaşdırılan rayonların fermaları üçün 500 şimal dairəsi, tikintinin istiqaməti şimali cənub, cənub dairəsi - 500 - şərqdən qərbə, im-kan daxilində bu dəyişiriklik - 450 olur. Planda giriş ferma daxili yollar, su xətti, kanalizasiya, elektrik xətləri, telefon qovşağı və s. göstərilir. QOST-da ("Kənd təsər-rüfatı müəssisələri və yaşayış yerlərində tikintinin yanğına qarşı normativlər" BSN-01-58) layihələşdirmə zamanı xüsusi çap olunmuş normativ və təlimatda yanğına qarşı təlabat nəzərə alınmalıdır.





Download 2.7 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   25




Download 2.7 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Fermanın general (baş) planının layihələşdirilməsi

Download 2.7 Mb.