• Şəkil
  • Quşun k ə silm ə v ə emalı x ə tl ə rinin avadanlığı.
  • M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n




    Download 2.7 Mb.
    bet21/25
    Sana27.12.2019
    Hajmi2.7 Mb.
    #5615
    1   ...   17   18   19   20   21   22   23   24   25

    3. Quşların kəsilməsinin və emal edilməsinin mexanikləşdirilməsi

    İstehsal prosesinin texnologiyası. Quşların kəsilməsinin və emal edilməsinin texnoloji xətti (şəkil 6.17) keyləşdirmə, kəsmə və qansızlaşdırma, tükdən təmizlən-mə, içalatın təmiz­lənməsi, yuyulması, cəmdəklərin çeşidlənməsi və qablaşdı­rılması, həmçi-nin soyudulma və saxlanılma sahələrindən iba­rətdir. Texnoloji xəttin bütün sahələri asma fəza konveyeri ilə bir-birilə əlaqələndirilmişdir.

    Kəsilməyə daxil olmuş quş konveyerin asqılarında (1) bərkidilir və sonra nəql etdirildikdə elektriklə keyləşdirmə aparatına (2) verilir. Elektriklə keyləşdirildikdən 30 saniyə keçməmiş quş təknə(3) üzərində əl ilə öldürülür və 2 dəqiqə ərzində qanın axmasına imkan verilir. Sonra quş aparata (4) daxil olur, orada 2 dəqiqə ərzində temperaturu 51-54 0C olan su ilə emal edilir. Bundan sonra ləyənin çıxa-rılması üçün billi maşına (5) gətirilir, oradan apa­rata (6) daxil olur və 30 saniyə ərzində temperaturu 59-63 0C olan su ilə yuyulur.

    Asma konveyerin 7 nöqtəsində quş cəmdəkləri yenidən asılıdır,başları bərki-dilir və ikinci billi maşına (8) verilir, orada quşun qanadlarının uclarında, boynunda və başında qalan tük­lər təmizlənir. Konveyerin sonrakı hərəkəti zamanı təknənin (9) üzərində cəmdəklərdə qalan tüklər əl ilə təmizlənir, qalan sapaoxşar tüklər qazla ütmə kamerasında (10) təmizlənir.

    11 stol üzərində cəmdəklərin içalatı yarı təmizlənir, sonra onlar yuma kame-rasına (12) verilir və 30 saniyə ərzində temperaturu 18-20 0C olan su ilə yuyulur. Yuyulmuş cəmdək­lər çeşidlənmə, nişanlanma və qablaşdırılma üçün 13 stoluna veri-lir, sonra isə soyudulmaq və saxlanılmaq üçün anbara gön­dərilir.



    Şəkil 1.4. Quşların kəsilməsinin emal edilməsinin texnoloji xətti:

    1-asma konveyer; 2-elektriklə keyləşdirmə aparatı; 3-kəsmə və qanın yıgılması təknəsi; 4-istiliklə emal aparatı; 5,8-billi maşınlar; 6-qaynar su­ya salma aparatı; 7-asqı nöktəsi; 9-qalan tükləri əl ilə yolma təknəsi; 10-qazla ütmə kamerası; 11-içalatın yarıtəmizlənmə stolu; 12-yuma kamera­sı; 13-çeşidləmə və qablaşdırma stolu; 14-tarımlama stansiyası; 15,16,17-sorucu cətirlər


    Su quşlarının kəsilməsi və emal edilməsi də həmin tex­noloji ardıcıllıqla apa-rılır. Bu halda ördək və qazların qansız­laşdırılma müddəti 2,5 dəqiqəyə qədər artırılır və istiliklə emal zamanı suyun temperaturu 75-80 0C-yə qədər qaldırılır. Su quşları cəmdəklərindən tüklər ardıcıl olaraq bir neçə maşında təmizlənir. Əgər emaldan sonra cəmdəklərdə tük və ləkələr qalarsa, onlar əl ilə yolunur və mum kütləsi ilə son təmizləmə aparılır.

    Quşun kəsilmə və emalı xətlərinin avadanlığı. Sənaye­miz tərəfindən buraxı-lan quşlar üçün kəsim xəttinin texnoloji avadanlığı üç qrupa bölünür: məhsuldar-lıqları dəqiqədə 60, 125 və 250 başa qədər olanlar.

    Kəsim xəttinin avadanlıqları komplektinə asma kon­veyer, quşların elektrik cərəyanı ilə keyləşdirilməsi üçün apparat, kəsmək və qanı yığmaq üçün təknə, isti-liklə emal aparatı, billi maşın, qaynar suya salmaq üçün apparat, əl ilə qalan tükləri yolmaq üçün təknə, qazla ütmə kamerası, yuma kamerası, içalatı yarımçıxarmaq və çeşidləmək üçün stollar daxildir. Quşun kəsilmə və emalı istehsal xətlərinin üçünün də eyni tipli, lakin müxtəlif komplektli avadanlıqları vardır.




    Download 2.7 Mb.
    1   ...   17   18   19   20   21   22   23   24   25




    Download 2.7 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n

    Download 2.7 Mb.