A s m a k o n v e y e r ə (şəkil 1.5) karetka və asqıları olan dartı zənciri, uzunluğu 93 m olan asma rels və intiqal stansiyası daxildir. Yumrubəndli dartı zənciri diyircəklərdə hərəkət edən karetkaya bərkidilir. Hər iki karetdan bir asqı quraşdırılmışdır. Konveyerin cəmi 510 karetkası və 170 asqısı vardır. Asqılar quşun başını və ayaqlarını bərkitmək üçün tərtibatla təchiz edilmişdir; quşların yellənmək qarşısını almaq üçün isə zəncirlə bir-biri ilə əlaqələndirilmişdir. Asqıların hərəkət sürəti 0,08 m/saniyədir.
Transportyorun intiqalı elektrik mühərrikindən, sonsuzvint reduktorundan və pazvarı qayış ötürməsindən ibarətdir. İntiqal qasnağı reduktorun valına civi ilə bərkidilmişdir, mümkün olan artıq yüklənmələrdə o, kəsilir və transportyorun sın-masının qabağını alır.
Şəkil 1.5. Quşun kəsilməsi və emalı axım xətti konveyerinin asqısı:
1-ayaqların bərkidicisi; 2-başın bərkidicisi; 3-asqı; 4-birləşdirici zəncir; 5- asqı zənciri; 6- dartı zənciri; 7- diyircək; 8- karetka; 9- asma rele.
|
Şəkil 6.19. Quşu elektrik cərəyanı ilə keyləşdirmə aparatı:
1-özül; 2- ğövdə; 3- kontakt bölmələri; 4-hündürlüyü tənzimləyən vint.
|
Elektrik cərəyanı ilə keyləşdirmə aparatı (şəkil 1.6) gövdədən (2), özül-dən (1) və elektrik avadanlığından ibarətdir. Yüksək gərginlikli kontakt bölmələri (3) gövdə daxilində yerləşdirilir və farfor izolytorlarda qoyulmuşdur. Gövdə vintin kö-məyi ilə boruşəkilli özülə nəzərən hündürlüyə görə öz vəziyyətini dəyişə bilir. Aparatın elektrik avadanlığı gövdədə quraşdırılmış şkafda yerləşdirilmişdir. Elektrik avadanlığının işinə siqnal lampaları ilə nəzarət edilir. Elektrik avadanlığının əsas hissəsi yüksəldici transformatordur (220 V-dən 650, 750, 850 və 950 V-yə qədər). Gərginlik çevirgəcin köməyi ilə dəyişdirilir. Broylerlər 650-750 V gərginlikdəə. İri yaşlı toyuqlar isə 850-950 V gərginlikdə cərəyanla keyləşdirilir. Elektriklə keyləş-dirmə aparatının gövdəsi üzərində iki tənzimlənən istiqamətləndiricilər quraşdırıl-mışdır. Onlara paslanmayan poladdan kontakt zolaqları qaynaq edilmişdir.
Keyləşdirmə prosesi belə gedir: quş konveyerin asqılarında bərkidilir və apa-ratın kontakt bölmələrindən keçir. Bu halda istiqamətləndirici, asqı, quşun bədəni və kontakt bölmələri vasitəsilə dövrənin qapanması baş verir. Cərəyanın təsiri ilə quş keyləşir.
Kəsmə və qanın yığılması üçün təknənin təmizlənən dayaqlarda qurulmuş altlığı vardır. Təknənin uzununa oxu boyu arakəsməsi, böyürlərdə isə açılan lövhə-ləri vardır. Konveyerin asqılarında bərkidilmiş quş cəmdəkləri təknənin sonunda dönməklə iki qarşıaxınla təknə üzərində hərəkət edir. Lövhələrin açıq vəziyyətində təknənin ölçüləri 4926 x 2230 x1580 mm-dir.
Şəkil 1.6. Quşu istiliklə emal aparatı:
1-dayaq; 2-asqı; 3-qapaq; 4-oxuna nasosu; 5-divarcıq; 6-cib; 7-barmaqlıq; 8-köpüksöndürən.
İ s t i l i k l ə e m a l a p a r a t ı (şəkil 1.6) gövdədən, köpüksön-dürəndən, oxuna nasoslardan, buxar kəmərindən və intiqaldan ibarətdir. oxuna nasoslar hərəinin həcmi 25 mq olan ciblərdə yerləşdirilmişdir. ciblərin üst hissəsində pəncərə düzəldilmişdir. nasos oradan cəmdəyi yuyan qızdırılmış su vurur. Yuma vaxtı əmələ gələn köpük, köpüksöndürücüyə yönəldilir, orada forsunkadan vurulan su ilə sön-dürülür. aparatdakı su ilə söndürülür.aparatdakı su üç ədəd səssiz suqızdlırıcılarda buxarla qızdırılır.
Şəkil 1.7. Billi maşın
1-baraban; 2-rezin billər; 3-tənzimlənən dayaq; 4-tava; 5-elektrik mühərriki;
6-pazvari qayışötürməsi; 7-ğövdə.
B i l l i m a ş ı n (şəkil 1.7) quş cəmdəklərindən tükü çıxartmaq üçün tətbiq edilir. O, iki ədəd qaynaq olunmuş gövdədən (7) və tənzimlənən dayaqlardan (3) ibarətdir. Hər bir gövdədəımoval rezin billəri (2) olan iş barabanı (1) fırlanır. Billərin ölçüləri barabana girişdə böyük, mərkəzdə - orta və çıxışda kiçikdir. Barabanın 96 böyük, 88 orta və 85 kiçik bili vardır. Barabanlar 6,2 san-1 tezliklə qarşıqarşıya fırlanır. Quş cəmdəyi onların arasınadək keçdikdə tük yolunur. Barabanların intiqalı pazvarı qayış ötürməsi vasitəsilə elektrik mühərrikindən icra edilmişdir. Maşının barabanlarının vəziyyətini enə və hündürlüyə görə dəyişən tənzimlənmə imkanı vardır.
Çıxarılmış tük billi maşının altında döşəmədə yerləşən nova düşür və su ilə tullantılardan istifadə sexinə nəql etdirilir.
Quşların tüklərdən təmizlənmiş cəmdəkləri billi maşından q a y n a r s u a p a r a t ı n a daxil olur. Aparat borulardan ibarət karkas üzərində yerləşdirilib qay-naq edilmiş gövdədən ibarətdir. Gövdənin yerləşmə vintli mexanizmlə tənzim edilir. Aparatın gövdəsinə yuxarıdan vəziyyətlərini hündürlüyə və enə görə tənzimləmə imkanı verən iki cüt istiqamətləndirici (yuxarıdakı - qanadlar üçün, aşağıdakı - baş üçün) bərkidilmişdir.
Q a l a n t ü k l ə r i ə l i l ə y o l m a q ü ç ü n t ə k n ə hündürlüyə görə təmzimlənən dayaqlar üzərində yerləşdirilmiş altlıqdan ibarətdir. Qalan tüklər təknənin hər iki tərəfindən əl ilə yolunur. Yolunmuş tük altlığı atılır, oradan qısaborulu vasitəsilə vaxtaşırı su ilə birlikdə təmizlənir.
İ ç a l a t ı y a r ı t ə m i z l ə m ə stolunun hündürlüyə görə tənzimlənən dayaqlarda quraşdırılmış altlığı vardər; bu, suyun axması üçün lazımi maillik yaradıl-masına imkan verir. Altlığın üstündə stolun hər iki tərəfinə mailliyi olan, asanlıqla çıxarılan qapaq qoyulmuşdur. Qapağın uzununa oxu boyu, tullantıları qapaqla altlığın yan divarcığı arasındakı yarıqdan yumaq üçün su dolu deşikli boru çəkilmişdir. Tullantılar altlıqdan yığıcıya verilir. İçalatın yarıtəmizlənməsi işini dörd qadın, stolun hər tərəfində iki nəfər olmaqla, əl ilə yerinə yetirirlər. Stolun ölçüləri 2700 x 820 x 1070 mm-dir.
Y u m a k a m e r a s ı hündürlüyə görə tənzimlənən dayaqlarda (5) quraş-dırılmış altlıqdan (4) ibarətdir (şəkil 1.7); belə dayaqlar suyun axması üçün lazımi maillik yaradılmasına imkan verir. Altlığın üstündə yan lövhələr (3) qoyulmuşdur. Onlara yastı şırnaq yaradan 44-forsunkalı su boruları bərkidilmişdir. Fəza konveyerinin hərəkəti zamanı cəmdəklər yan lövhələr arasında yuyulur. Yumadan sonra su altlığa və sonra qısaboru vasitəsilə kanalizasiyaya gedir.
Şəkil 6.20. Yuma kamerası:
1-asqı; 2-boru; 3-yan lövhə; 4-altlıq;
5-dayaq; 6- qısaboru.
Kameranın yerləşmə hündürlüyü və şırnağın verilmə bucağı elə tənzimlənir ki, şırnaq bütün cəmdəyi əhatə edir. Yuma kamerasının ölçüləri 2650 x 682 x 1640 mm-dir.
Quş cəmdəklərinin çeşidlərə ayrılması üçün olan stol paslanmayan polad və boru karkasdan düzəldilmiş döşənəkdən ibarətdir. Stolun ölçüləri 1250 x 800 x 800 mm-dir.
Quşun içalatının çıxarılması, başının, ayaqlarının və qanadlarının uclarının kəsilməsi üçün pnevmatik qayçılar, markalamaq üçün isə elektrik damğalı cihaz tətbiq olunur.
Tullantılardan istifadə edilməsi. Lələk və tüklərin tullantılarından zülali yem unu hazırlanır. Kəsim sexindən alınmış lələk, tük və tullantılar qazana doldurulur və su əlavə edilir. İş prosesi iki fazada gedir: hidroliz və xammalın sterilizasiyası, sonra alınmış kütlənin qurudulması hidroliz nəticəsində nəmliyi 45-53% olan boz rəngli sıyıqşəkilli kütlə alınır. Kütlə 9% nəmliyə qədər qurudulur, qazandan boşaldılır və soyudulur; sonra xırdalanır, ələnir, qablaşdırılır və qarışıq yem zavoduna göndərilir. Proses 7-9 saat davam edir.
Quşçuluqda istehsalın sənaye üsulları quş zılının çıxışının artmasına səbəb olmuşdur. Tədqiqatlar göstərmişdir ki, yüksək temperaturda qurudulmuş zılın daşınması rahatdır və o, uzun müddət saxlanıldıqda qida maddələri itmir. Zılı səna-yedə qurutmaq üçün baraban tipli quruduculardan istifadə olunur. Belə qurğulardan Rusiyada Moskva vilayətinin Qlebov quşçuluq fabrikində və Krasnodar diyarının Adler quşçuluq fabriklərində istifadə olunur.
Quruducu aqreqatın əsas yığma hissələrinə quruducu valsız baraban, odluq, inti-qal və dayaq vərdənələri, nəm zılın qəbul bunkeri, quruducu barabanı yükləyən maili transportyorlar, quru zılın bunker-yığıcısı və boşaldıcı qurğu daxildir. Qurudu-cu barabanın silindrinin daxili divarına qurutma prosesində zılın hərəkətini təmin edən spiral qaynaq edilmişdir.
İlkin materialın nəmliyi 60 % -ə yaxın olduqda aqreqatın məhsuldarlığı maye yanacağın sərfi 60 -70 kq olmaqla 1,0 -1,5 t/saat təşkil edir.
MÜHAZİRƏ № 11
FERMADA TEXNOLOJİ PROSESLƏRİN LAYİHƏLƏNDİRİLMƏSİ
P L A N
1. Fermaların layihələndirilməsi, haqqında ilkin məlumatlar.
2. Fermanın baş planının tərtibi.
3. Layihənin texnoloji hissəsinin əhəməyyəti.
G Ə N C Ə 2017
1. Fermaların layihələndirilməsi, haqqında ilkin məlumatlar və mülahi-
zələr.
Fermalarda əsaslı tikintilər onların layihələşdirilməsindən başlayır. Kənd təsər-rüfatı müəssisələrinin layihələşdirilməsi ümumdövlət xalq təsərrüfat planı əsasında aparılır. Kənd təsərrüfatı müəssisələrinin proekti nəzərdə tutulmuş tikintinin yerinə yetirilməsi üçün tələb olunan kompleks texniki sənədləşdirmə (izah edici yazılar, çertyojlar və sxemlər, iqtisadi və texniki hesablamalar, smeta v. s. formasında) işlə-nilir və təqdim olunur.
Tam kompleks layihə işi - layihə qabağı və layihə dövrlərinə bölünür. Layihə qabağı görüləcək işlər gələcək tikintilərin perspektiv və texniki layihə işləri ilə əlaqəli məsələlərini həll edir. Texniki-iqtisadi hesablamalar əsasənda layihələşdirmə üçün tapşırıqlar işlənilir və lazımı texniki axtarışlar aparılır.
Xüsusi layihə işləri bir qayda olaraq iki dövrə bölünür:
1) layihə üzrə tapşırıqlar;
2) ikinci - işçi çertyojlar.
Bəzi hallarda, layihələşdiricilərdə tikinti haqda kifayət dərəcədə texniki - iqtisadi faktorlar olduqda layihənin bir dövr (stadiya) üzrə aparılmasına icazə veri-lir. Uyğun tipik layihə olduqda fermanın layihələşdirilməsi istisna olaraq bir stadiyada aparılır.
Tikinti təşkilatçıları işi elə qururlar ki, işin başlanğıcında iqtisadçılar iştirak edirlər, sonralar işə tikinti işçiləri, texniklər, zootexniklər, elektriklər, sanitariya işçi-ləri və b. qoşulurlar. Yalnız birgə yaradıcı mütəxəssis kollektivinin işi sayəsində yüksək keyfiyyətli layihə hazırlamaq olar.
Tikinti üçün layihə xərcləri dövlət xalq təsərrüfatı planına uyğun olaraq ayrılır.
Maliyyələşdirmə -kapital tikinti üçün layihə-smeta sənədlərinin təsdiqindən sonra Bank tərəfindən aparılır və nəzarət edilir.
Xüsusi müəssisələrədə (fermer v. s) layihə və tikinti layihələri üçün vəsait dövlət müəssisələrində aparılan ümumi qayda üzrə aparılır.
Layihə tapşırığının işlənilməsi və lazımı məlumatlar. Layihə tapşırığı üçün ilk dövr layihə işi sayılır. Onun məqsədi - tikinti üçün məqsədyönlü texniki -iqtisadi işləri əsaslandırmaq, bir neçə variant əsasında daha əlverişli layihənin müəyyən-ləşdirilməsi, tikinti və montaj, layihə işlərinin işlənilməsi gələcək istehsalat məntəqəsinin əsas texniki-iqtisadi göstəricilərini müəyyənləşdirməkdən ibarətdir.
Layihəyə sifariş verən, vəsaitə sərəncam verən şəxs sayılır. Dövlət tikinti müəssisələrində bu şəxs - sovxoz direktoru və ya trest müdiri sayılır. Müəssisənin layihələşdirilməsi üçün tapşırıq verən sifarişçi lazımı məlumatları verir. Bu tapşırıqlar sifarişçi tərəfindən tərtib olunur və o, özü bilavasitə proektin təşkilində iştirak edir, proektin işlənilməsində proekt təşkilatı, sifarişçinin maliyyə işi üzrə hissəni yerinə yetirir. Layihə üzrə tapşırıqlar perspektiv layihə əsasında tərtib edilir. Buraya əsasən aşağıdakı məlumatlar daxil edilir: tikintinin və ya məntəqənin yeri, məntəqənin istehsalat gücü, təsərrüfatda heyvandarlığın (quşçuluğun) perspektiv inkişaf planı, nəzərdə tutulan ixtisaslaşma, heyvanların saxlanma üsulu, naxırın tərkibi və məhsuldarlığı, tətbiq olunan yem payı, qəbul olunmuş gündəlik iş qaydası, yaxın beş ildə sahənin inkişafı nəzərə alınmaqla yem bazası haqda məlumat, hazır məhsulun yeri və təhvili üsulu kooperativləşdirmənin istehsalat xarakteri yanacağın növü və hazırkı vəziyyəti; tikinti məntəqələrinin həyata keçirilməsinin növbəliliyi, montaj və tikintinin qurtarması üçün tələb olunan müddət, işçilərin yaşayış şəraiti, layihələrin statiyalar üzrə miqdarı və layihələşdirmə üçün mütləq lazım olan məlu-matlar.
Layihə tapşırığının tərkib sxemi verilir. İzahatda aşağıdakı bölmələr aydın-laşdırılır: ümumi hissədə - ferma tikintisi altında olan ərazinin, əsas və yardımçı istehsalat sahələrinin əsas hissələrinin texnologiyası, istehsalat proseslərinin mexa-nikləşdirilməsi və avtomatlaşdırılması, arxitektor-tikintinin həlli; su ilə təminat və kanalizasiya, tikintinin texniki-iqtisadi effektliliyi və məqsəd-yönlülüyü; tikinti və montaj məntəqələrinin təqvim iş planı daxil olmaqla tikinti və montajın təşkili və s.
Layihə tapşırığının qrafik hissəsinə mərkəzi malikənənin general planı, tex-noloji proseslər, maşın və alətlərin sutkalıq iş qrafiki, elektroenerjiyə tələbat və bu-xarın, soyuğun, qaz və suyun xərclənməsi daxildir. Ayrı-ayrı ferma binalarının fasad və planı bir qayda olaraq masştabda 1:200, bölmədə 1:100, yaxud 1:50 olur.
Tikinti üçün lazım olan materiallar, montaj və onun təminatı cədvəl formasında verilir. Tikinti materialları üçün bu cədvəllər (yekun cədvəli maşın və alətlər üçün) spesifikasiya adlanır.
Şəkil 1.1. Layihə tapşırığının təxmini tərkibi.
|