şəkil 1.8. Kürəkcikli arabacıq:
1-dayaq; 2-dartı; 3-kürəkcik; 4-təkər; 5-çərçivə.
Kürəkcikli arabacığın (şəkil 1.5.) qaynaq edilmiş çərçivəsi(5) və üzərinə rebordalı təkərlər(4) qoyulmuş dörd oxu vardır. Çərçivəyə bir-biri ilə dartqılarla əlaqələndirilmiş iki kürəkcik (3) oynaq asılmışdır. Bir tərəfə hərəkət etdikdə kürəkciklər zılı nəql etdirir, əks tərəfə hərəkət etdikdə onlar dönüb zalı altdan buraxırlar. Kürəkciklər dartı trosu ilə qaldırılır və endirilir. Dartının gedişi və kürəkciklərin dönməsi dayaqlarla məhdudlaşdırılmışdır.
Kənar vəziyyətlərdə uc açarları ilə intiqal stansiyasının elektrik mühərrikinin fırlanma istiqamətinin dəyişdirilməsi nəticəsində kürəkcikli arabacıq öz hərəkət istiqamətini dəyişir. İntiqal stansiyası fraksion bucurqat şəklində hazırlanmış və üzərinə gücü 3 kVt olan elektrik mühərriki, reduktor, intikal və tarımlayıcı barabanlar quraşdırılmış çərçivəsi vardır.
Kürəkcikli arabacıq zılı TSN-3,0B tipli köndələn kürəkcikli transportyorun novuna atır, o isə zılı nəqliyyat vasitələrinə verir. Quşlar üçün tam zıl qutularının üstündə yerləşdirilir. Qutu betonlaşmış yan hissələrdən, köndələn tirlərdən və tar əmələ gətirən, üzərində yem qutuları və su qabları yerləşdirilən çıxarıla bilən lövhələrdən ibarətdir.
Şəkil 1.9. Mexanikləşdirilmiş bacalar:
1-linğ; 2-agaç çərçivə; 3-kronşteyn; 4-dartı məftili; 5-sıxac; 6-tros; 7-
diyircək; 8-yük.
Bacalar (şəkil 1.6.) quşları gəzinti meydançalarına buraxmaq üçün nəzərdə tutulmuş və quş damının yan divarlarında quraşdırılır. Onlar qapıcıqlı ağac çərçi-vədən və kronşteyndən, dartı məftilindən, lingdən və kütləsi 16 kq olan beton yükdən ibarət ling mexanizmindən ibarətdir. Ling sol kənar vəziyyətində sağ kə-nar vəziyyətinə hərəkət etdirildikdə bacaların qapıcıqları açılır, əks hərəkətində isə bağlanır. Hazırda yumurtlayan ana toyuq sürüsünü döşəmədə saxlamaq üçün KMK-4 və KMK-7 (cədvəl 1.2) avadanlıqları komplekti istehsalatda tətbiq edilir.
Bu komplektlər ölçüləri 12x72; 12x84; 12x96; 18x72; 18x84 və 18x96 m olan binalarda yerləşdirilmək üçün nəzərdə tutulmuş və uyğun olaraq 3,5; 4; 4,5; 13,6; 16 və 18,5 min toyuğa xidmət edir.
"Promışlennıy" komplektindən fərqli olaraq burada quşların gəzintisiz saxlanılması texnologiyası (bacalar yoxdur) qəbul edilmiş, KUB-2 bunkerli yem qutusu olan RTŞ tipli tros-şaybalı boruşəkilli yempaylayıcı və AKP-2 kasalı suvarıcıları olan SPA-2 suvarma sistemi tətbiq edilmişdir.
1-140 günlük təmir cavan quşların döşəmə üzərində saxlanılmasında quş damlarında çox zəhmət tələb edən işlərin kompleks mexanikləşdirilməsi və qismən avtomatlaşdırılması üçün KRM-11 və KRM-18,5 komplektləri buraxılır; onlar eni 12 və 18 m olan binalarda yerləşdirilmək üçün nəzərdə tutulmuş və 9-18,5 min quşa xidmət edir. Avadanlığın tərkibi ÜBK komplektinin tərkibinə oxşardır (cədvəl 1.2.).
cədvəl 1.2. yumurtlayan toyuqların ana sürüsünü döşəmə üzərində saxlamaq üçün komplektin tərkibi
Maşınlar
(avadanlıq)
|
Markası
|
Komplektdəki maşınların
(avadanlıqların sayı)
|
KMK-4
|
KMK-7
|
Binanın ölçüləri, m
|
12x96
|
12x84
|
12x72
|
18x96
|
18x81
|
18x72
|
Quru yemləri saxlamaq üçün bunker
|
BSK-10
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Boruşəkilli trosşay-balı yempaylayıcı
|
RTŞ
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Bunkerli yem qutuları
|
KÜB-2
|
18
|
16
|
14
|
28
|
24
|
20
|
Suvarma sistemi
|
SPA tipli
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Kasalı suvarıcılar
|
AKP-2
|
44
|
33
|
32
|
66
|
57
|
48
|
Yuvalar
|
SQD-00
|
46
|
42
|
36
|
72
|
62
|
54
|
Tamasalı deşənək
|
NPR-A
|
2
|
2
|
2
|
3
|
3
|
3
|
Təmizləmə üçün kanatlı-kürəkcikli qurğu
|
MPS-2M
(MPS-3M)
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Zılı təmizləmək üçün kürəkcikli transportyor
|
NKÜ-7/18
|
-
|
-
|
-
|
1
|
1
|
1
|
İdarəetmə şkafı
|
-
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Qəfəsli batareyalar. Son illər ölkəmizin quşçuluq təsərrüfatlarında quşların qəfəsdə saxlanılması daha geniş yayılır. Qəfəsli batareyaların tətbiqi istehsal proseslərinin kompleks mexanikləşdirilməsinin və avtomatlaşdırılmasının tətbiq edilməsinə, həmçinin quş damının hər 1 m2 sahəsinə quşların oturdulma sıxlığının 2,5-3 dəfə artırılmasına imkan verir.
Cədvəl 1.3. 1-140 günlüyə qədər təmir cavan quşları döşəmə üzərində yetişdirmək üçün maşın və avadanlıqlar komplektinin tərkibi
Maşınlar
(avadanlıq)
|
Markası
|
Komplektdəki maşınların
(avadanlıqların ) sayı
|
KRK-11
|
KRM-18,5
|
Binanın ölçüləri,m
|
12x96
|
12x84
|
12x72
|
18x93
|
18x81
|
18x72
|
Quru yemləri saxlamaq üçün bunker
|
BSK-10
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Boruşəkilli tros-şaybalı yempaylayıcı
|
RTŞ
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Suvarma sistemi
|
SPA-2tipli
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Kasalı suvarıcılar
|
AKP-1,5
|
88
|
76
|
64
|
132
|
114
|
96
|
Çəpərli elektrik bruderi
|
BP-1A
|
22
|
20
|
16
|
36
|
32
|
2 8
|
Tava
|
L-1
|
110
|
100
|
80
|
180
|
160
|
140
|
Novşəkilli yem tərkibləri
|
K-1A
|
110
|
100
|
80
|
180
|
160
|
140
|
Vakuum suvarıcıları
|
PB
|
110
|
100
|
80
|
180
|
160
|
140
|
İdarəetmə şkafı
|
-
|
1
|
1
|
1
|
1
|
1
|
|
Şaqul üzrə cərgələrinsayından asılı olaraq qəfəslər bir, iki, üç və dördyaruslu ola bilir. Yarusların pillə ilə yerləşdirilməsi kaskad batareyalarını yaradır. Üfiqi müstəvidə qəfəs cərgələrinin sayına görə batareyalar bir, iki və dörd yaruslulara ayrılır. Batareyalara xidmət göstərilməsini asanlaşdırmaq məqsədilə onlar 3-4 yarus hündürlüyündə hazırlanır. Batareyalar arasındakı keçid ən azı 800 mm enində düzəldilir. Qəfəslərin yan divarları şaquli qoyulmuş polad millərdən ibarətdir.
Qəfəsli batareyaların sxemi 6.10. saylı şəkildə göstərilmişdir.
KBU-3 universal qəfəsli batareyası (şəkil 1.11) iri quşçuluq fermalarında və quşçuluq fabriklərində təmir cavan quşlarını başqa batareyalara keçirmədən 1 günlükdən 140 günlüyə qədər yetişdirmək üçün nəzərdə tutulmuşdur. KBU-3 batareyası metal karkasdan, yempaylayıcıdan, yem qutuları və su qablarından zıl təmizləyən mexanizmdən, intiqaldan və idarəetmə lövhəsi olan elektrik avadan-lığından ibarətdir.
Şəkil 1.10. Qəfəsli batareyaların sxemi:
a-şaquli bir cərgəli dörd yaruslu; b- şaquli iki cərgəli dörd yaruslu;
c-kaskadlı üç cərgəli; ç-kaskadlı dörd cərgəli; d-üfüqi dörd cərgəli.
Batareyanın karkası hündürlüyü üzrə üç yarusa bölünmüşdür. Onlardan hər birinin asbest-sement tavalardan zıl döşənəyi vardır. Döşənəkdən yuxarıda şəbə-kəli taxcacıqlar quraşdırıl-mışdır. Taxcacıqların məftillərini korroziyadan qorumaq üçün üzərinə polietilen örtük çəkilmişdir. Taxcacıqlar üzərindəki boşluq arakəs-mələrlə hərəsinin uzunluğu 900 mm olan qoşalaşdırılmış 40 qəfəsə bölünmüşdür.
Qəfəslər çıxarıla bilən qapıcıqlarla bağlanır. Batareyada taxcacıqdan yem qutusunun kənarına qədər olan məsafəni tənzim etməyə imkan verən qurğu və quşların ilk yetişdirilmə dövründə yem qutularına qoyulan çıxarılan içlikləri vardır.
Şəkil 1.11. KBU-3 qəfəsli batareyası:
1-qəfəslər bölməsi; 2-yem qabı; 3-yempaylayıcı; 4-karkas.
Yem qutularına yem hərəkətedən asma yempaylayıcı ilə paylanır. Yempay-layıcının batareyasının hər tərəfində üç ədəd qollu dozalara bölən bunker vardır. Yem paylayıcı hərəkət etdikcə yem dozalara bölən bunkerlərdən yem qutularına daxil olur. Yemin verilmə normasının dəyişdirilməsi dozalara bölən bunkerlərdə yerləşən tənzimləyici qapaqlarla təmin olunur. Quşları suvarmaq üçün 10 quşa bir suvarıcı hesabı ilə qoyulan nikkelli suvarıcılar nəzərdə tutulmuşdur. Quşların 1-dən 30 günlüyə qədər yetişdirilməsində hər qəfəsə 30-40, 31-dən 140 günlüyə qədər isə hərəsinə 10 quş yerləşdirilir. Qəfəsi müxtəlif yaşda olan quşlara uyğun-laşdırmaq üçün onun fasad divarında hərəkət etdirilə bilən polietilen barmaqlıq vardır.
Zıl təmizləyən mexanizmin kürəkcikləri, dartı kanatı və intiqalı vardır. Yemin verilməsi və zılın təmizlənməsi xətləri batareyanın qabaq baş divarcığında yerləşdirilən pultdan idarə olunur.
Batareyada qəfəslərin miqdarı 252 qəfəsin qabariti 900 x 455 x 455 mm, batareyanın qabariti isə 40517 x 1295 x 2010 mm-dir. Kütləsi 5312 kq-dır.
KBU-3 qəfəsli batareyaları ilə təchiz olunmuş quş damında işlədikdə bir quşabaxan 21 min cücəyə xidmət edir.
|