• Yumurtaların yığılması, daşınması, yuyulması v ə çe­şidl ə nm ə si üçün avadan­­­­lıq.
  • Yumurtaların yığılmasının v ə daşınmasınınaxın x ə tti
  • M-4 yumurtayuyan maşını
  • MSƏ yumurtaçeşidl ə y ə n maşın
  • 2. İnkubatorlar.
  • M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n




    Download 2.7 Mb.
    bet20/25
    Sana27.12.2019
    Hajmi2.7 Mb.
    #5615
    1   ...   17   18   19   20   21   22   23   24   25

    MÜHAZİRƏ № 10


    P L A N

    1. Yumurtanın yığılması və çeşidlənməsinin mexanikləşdirilməsi.

    2. İnkubatorlar.

    3. Quşların kəsilməsi və emalının mexanikləşdirilməsi.



    G Ə N C Ə 2017

    1. Yumurtanın yığılması və çeşidlənməsinin mexanikləşdirilməsi.

    Yumurtanın əmtəəlik keyfiyyəti, qablaşdırılması və çeşidlənməsi. Yumurta­nın saxlanılma şəraiti və emalı onlarda qidalı maddələrin saxlanılmasına və deməli, yumurtanın qida məhsulu kimi yararlılığına təsir edir. Yığılma, daşınma, təmiz­lənmə və qablaşdırılma prosesində yumurta mexaniki təsirlərə məruz qalır. Texnoloji avadanlığın parametrlərini və iş rejimini düzgün müəyyən etmək, yumurtanın fiziki-mexaniki xassələrini: kütləsini, forma və ölçülərini, möhkəmliyini, statik və dinamik yuklərə dayanıqlıq xassələrini btlmək lazımdır.

    Texniki şərtlərə görə toyuq yumurtaları saxlanılma müddətindən, onların keyfiyyətindən və kütləsindən asılı ola­raq pəhriz və xörək yumurtalarına ayrılır. Sınıq yumurtalar uzun müddət saxlanıla və daşına bilməz; onlar çörəkxana və qən-nadı sənayesində xırda (ədədlə) xəmir məmulatlarının bişi­rilməsində istifadə oluna, ya da yerli ticarət şəbəkəsi vasitəsilə satıla bilər.

    Yumurta ayrıca olaraq növləri və kateqoriyaları üzrə taxta yeşiklərə aralarına yonqardan araqatı qoymaqla 4 cərgə, hərəsinə 360 ədəd, həmçinin, qabarıq apa-ratları olan büzməli karton yeşiklərə qablaşıdırılır. Yumurta üçün möhkəm, təmiz, quru, kifsiz və kənar qoxusuz taralar seçilir. Yonqar küknar ya da ağ şam ağacından, nəmliyi ən çox 15%, kifsiz və kənar qoxusuz olmalıdır. Pəhriz yumurtaları və təzə yumurtalar, həmçinin ölçüləri yumurtanın kateqoriyasına uyğun gələn karton qutu-larda hərəsinə 10 ədəd olmaqla qablaşdı­rıla bilər. Karton qutunun hər iki tərəfinə etiketlər yapışdırılır, onlarda müəssisənin adı ıə ya malın nişanı, yumurtanın növü və kateqoriyası, onun çeşidlənmə tarixi göstərilir. Qabığı çirklənmiş yumurtalar növlərə və kateqoriyalara ayrılıb qablaşdırılır və qutunun baş tərəfinin sağ aşağı küncünə "çirk­lənmişlər" sözü yazılır.

    Hər bir pəhriz yumurtası zərərsiz rənglə qabığında ni­şanlanır:

    I kateqoriya yumurtalar - qırmızı rənglə,

    II katoqoriya yumurtalar - göy rənglə.

    Nişanlanma ştampında yumurtlama günü və ayı həmçi­nin, yumurtaların kate-qoriyaları göstərilir. Yumurta doldurul­muş qutular soyuducuda taxta aparatlar üzə-rində yerləşdirilib, hər dörd sıradan bir aralarına araqatı qoyulmaqla yığılmalı və 1,3- 2,3 0C temperatur, 85-88% nisbi rütubət şəraitində saxla­nılmalıdır.

    Yumurtaların yığılması, daşınması, yuyulması və çe­şidlənməsi üçün avadan­­­­lıq. Quşçuluq təsərrüfatı sənaye əsas­larına keçirildikdən və torlu maili döşəməsi olan mexanikləş­dirilmiş yuvalar tətbiq edildikdən sonra yumurtaların yığılması və daşın-ması üçün axın xəttinin yaradılması mümkün olmuş­dur.

    Yumurtaların yığılmasının və daşınmasınınaxın xətti me­xanikləşdirilmiş yuvalardan, lentli yumurta transportyorların­dan və qəbuledici-yığıcı stollardan ibarətdir.

    İri quşçuluq fabriklərində və quşçuluq fermalarında quş damlırından yığılmış yumurtalar əsas istehsal prosesləri mexa­nikləşdirilmiş yumurta anbarlarına daxil olur. Yumurtaların quş damından yumurta anbarına daşınması üçün transportyorlar və ya avtomobillər tətbiq edilir. Anbarda yaş üsulla təmizlənir, dezinfeksiya edilir, qurudulur, çeşidlənir, markalanır və qab­laşdırılır.



    M-4 yumurtayuyan maşını (şəkil 1.1) quşçuluq fab­riklərində və 50-10 min başlıq yumurtlayan toyuq fermala­rında yumurtanı yumaq, dezinfeksiya etmək və sonradan qurutmaq üçün tətbiq edilir. O, örtüklü gövdədən, vintli bara­bandan, şot-kalardan, ventilyatordan və intiqaldan ibarətdir. Çirkli yumurtalar giriş novuna verilir; orada yumurtaayırıcı vasitəsilə fırlanan kobud təmizləmə kapron şotkası boyunca hərəkət etdirilən vintli barabana yönəldilir. Onun üzərinə toz­landırıcıdan susuzlaşdırılmış sodanın 2%-li məhlulu vurulur. Vintli barabanın sonunda yumur-ta, qurutma xəttinə hərəkət etdirilir, orada yumşaq quru şotka ilə silindr və fırla-nan disk lə lentli transportyora keçirilir, oradan yumurtaçeşid­ləyən maşına yönəl-dilir.

    Şəkil 1.1. M-4 yumurtayuyan maşını:

    1-disk; 2-sonsuzvint; 3-şotkalar; 4-transportyor; 5-ventilyator.-

    Yuma xəttinin başlanğıcında çəndən dezinfeksiyaedici məhlulun verilməsi nəzərdə tutulmuşdur. M-4 maşınının inti­qalı gücü 0,18 kVt olan elektrik mühər-rikindən qidalanır. Maşın bir saatda 1500 yumurtanı təmizləyir.



    Təmizlənmiş yumurtalar çeşidləyici maşına verilir.

    MSƏ yumurtaçeşidləyən maşın (şəkil 6.15) yumur­taları kütləsinə görə üç kateqoriyaya ayrılır. Pəhriz yumurtaları 44 q-a qədər xırda, 44-dən 58 q-a qədər ikinci kateqoriya, 58 q və ondan ağırlar birinci kateqoriyaya bölünür. Uyğun olaraq xörək yumurtaları da kutləsinə görə çeşidlənir: xırdalar 40 q-a qədər, ikinci kateqoriya 40-47 q və birinci kateqroriya 47 q və daha böyük.

    Şəkil 1.2. MSƏ-1 yumurtaçeşidləyən maşını:

    1-yükləmə stolu; 2-verici transportyor; 3-ovoskop; 4-tərəzi mexanizmi;

    5- paylaşdırıci mexanizm.


    Maşının iki özü idarəolunan xətti vardır. Yumurtalar yükləmə stolu­na (1) əl ilə verilir. Diyircəklər üzrə hərəkət edərək onlar böyük oxları ilə üfiqə səmtlənir və ovoskopun (3) altından keçir, orada operator tərəfindən yoxlanı­lır. Transpor­tyorda yumurtalara baxış şəraitini yaxşılaşdırmaq məqsədilə güzgülü qaranlıqlaş-dırıcı sipər quraşdırılmışdır.

    Qüsurlu (ləkəli, sınığı olan və s.) yumurtalar əl ilə seçi­lir, qalanlar isə əvvəlcə tərəzi qurğusuna və sonra isə marka­layıcı mexanizmə yönəldilir; həmin mexanizm hər bir yumur­taya kateqoriyasını və emal tarixini vurur. Sonra nişanlanmış yumur-talar novla lentli transportyora verilir və yığım stoluna çatdırılır; oradan yumurtalar əl ilə qablara yığılır və istehlak­çılara göndərilir. İri quşçuluq fabriklərində yumurtalar yiğım stolundan xüsusi göz-göz işlək orqanlarla qablara pay­laşdırılır.

    Yumurtaçeşidləyən maşının tərəzi qurğusu zərbə və tit­rəyişlərə çox həssasdır, ona görə maşın tarazla dəqiq qurul­malı və özül üzərində yaxşı bərkidilməlidir. Maşının məhsul­darlığı saatda 9 min yumurtadan ibarətdir. Ona 6 fəhlə xid-mət edir.

    İri quşçuluq fabriklərində LOƏ tipli yumurta emalı xətləri tətbiq edilir.


    2. İnkubatorlar.

    İ n k u b a t o r yumurtadan cavan kənd təsərrüfatı quşla­rının-cüçələrin çıvrıl-ması üçün nəzərdə tutulmuşdur. Onlar havanın dəyişdirilməsi, nəmləndirilməsi, temperatur rejimi və məsafədən nəzarət üçün avtomatik sistemlərlə təchiz edilir. İn-kubasiya prosesində yumurtanın daxilində yumurta ilə ətraf mühit arasındakı istilik, nəmlik və hava mübadiləsi ilə əlaqə­dar rüşeymin inkişafının mürəkkəb bioloji pro-sesi baş verir.

    İnkubator-quşçuluq stansiyaları və quşçuluq fabrikləri "Universal-50" və "Universal-55" tipli müasir inkubator­larla təchiz edilir.

    "Universal-50" inkubatoru iki ədəd müstəqil maşından: bir gövdədə üç eyni şkafı olan inkubasiya maşının­dan və ayrıca gövdədə yerləşdirilmiş çıxarıcı şkafdan ibarətdir.

    İnkubasiya şkaflarında yumurta dolu təknələr valda quraşdırılmış döndərici barabanlara qoyulur. "Universal-50" inkubatornun təknəsi 120 toyuq, ya da 90 ördək yumurtası, "Universal-55": inkubatorununku isə 156 toyuq, ya da 116 ördək yumurtası tutur. Şkaflar ağac panellərdən yığılmışdır. Şkafın qabaq hissəsində kilidli ikilaylı qapı quraşdırılmışdır.

    Barabanların fırlanma tezliyi 0,0045 san-1 olub, təknələri 450-yə qədər meyl etdirməyə imkan verir. Barabanlar elektrik mühərrikindən, sonsuzvint reduktorun-dan, sonsuzvintdən və diskli sektordan ibarət olan intiqal mexanizmi (şəkil 1.3) ilə hərəkətə gətirilir. İntiqal inkubatorun arxa divarcığında quraş­dırılmışdır. İntiqal me-xanizminin idarə olunması avtomatlaşdı­rılmışdır. Lazım gəldikdə baraban dəstəyin köməyilə əl ilə döndərilə bilir. Təknələr qoyulduqda və ya çıxarıldıqda bara­banlar üfiqi vəziyyətə gətirilir.


    Şəkil 1.3. Barabanın intiqal mexanizmi:

    1-çərçivə; 2-elektrik mühərriki; 3-sonsuzvint reduktoru; 4-yumrucuqlu mufta; 5,10-vallar; 6-lövhə; 7- sonsuzvint; 8-dəstək; 9-dişli sektor

    Hər bir şkafın içərisində hava dördpərli, fırlanma tezliyi 4 san-1 olan kiçik sürətli ventilyatorla dövran etdirilir. Təmiz hava şkafın arxa panellərindəki deşik-lərdən daxil olur, işlən­miş hava isə üst panellərdəki deşiklərdən çıxarılır. Hava daxil olan deşiklərin qapaqları əl ilə qurulur, çıxış deşiklərində isə onlar avtomatik tənzim edilir. Şkafın arxa və üstpanellərində avtomatik qurulan, hava gələn və çıxan soyuducu qapaqlar quraşdırılmışdır. Hava şkaflarda ümumi gücü 2 kVt olan iki cüt lentli elektrik qızdırıcıları ilə qızdırılır. "Universal-55" inku­batorunda isə iki bağlı tipli boruşəkilli elektrik qızdırıcısı tətbiq edilmişdir. Havanın temperaturu "Univer-sal-50" inku­batorunda membran vericili iki rele və "Universal-55" inku­batorunda platin müqavimət termometri ilə tənzim edilir.

    Hava ventilyatorla bir valda fırlanan, disk parça rütubət­vericinin səthindən buxarlanan su ilə nəmləndirilir. İnkubasiya rejiminə şkaflarda yerləşən cihazlarla nə-zarət edilir.

    "Universal-55" inkubatoru "Universal-50" inkuba­torun­­dan yaxşı cəhətlə-rinə görə fərqlənir: yumurta yerlərinin sayı çoxdur, yüksək, yüksək istilik izolya-siyasına malikdir və şkafları germetikdir. Orada yüksək səmərəli, inersiyasız nəm­ləndiricilər tətbiq edilmiş, kameranın həcmi üzrə temperaturun və nəmliyin daha yüksək dərəcədə bərabərliyinə nail olun­muşdur. "Universal" tipli inkubatorların texniki xarakteristi­ka­ları 1.1.-ci cədvəldə verilmişdir.

    İnkubatorun mexanizm və avadanlığına xidmət işləri görüldükdə aşağıdakı qaydalara riayət edilməlidir. Sistematik olaraq valda barabanları bərkidən boltların etibarlı bərkidil­məsi, kilidlərin və arxa dayaq lövhələrin bərkidilməsi və sazlığı yoxlanmalıdır; elektrik mühərrikindən ventilyatora olan qayı­şın düzgün tarımlan-masına diqqət yetirmək lazımdır; belə ki, ventilyatorun hətta qısa müddətdə dayan-ması yumurtaların xarab olmasına, çıxarıcı şkafda isə cücələrin tələf olmasına səbəb ola bilər. Müntəzəm olaraq solenoid klapanının işi yox­lanmalı və elektrik mühər-riklərinin həddən artıq qızmasına, həmçinin, qasnaqların və muftaların vurmasına yol verilmə­məlidir. Yumurtaları döndərmə mexanizminin idarəetmə löv­hələri bağlı halda saxlanılmalıdır. Döndərmə mexanizmi yox­lanıldıqda üc açarlarının işlənmə-sinə diqqət yetirilməlidir. Baraban 450 maillik bucağına və ya üfiqi vəziyyətinə çat­dıq­da mühərrik dayandırmalıdır. Termometrlərin və psi­xro­metr­lərin sazlığı və dəqiqliyi yoxlanmalıdır. Psixrometrlə­ri doldurmaq üçün yalnız distillə edilmiş sudan istifadə olun­malıdır.

    Mövsümdə bir dəfə barabanların reduktorunun gövdə­sində yağ dəyişdirilən və mövsümdə bir dəfədən az olmayaraq sonsuzvint və sektorun, dişləri, həmçinin, dayaq və köndələn valların yastıqları yağlanır.


    Cədvəl 1.1. "Universal" tipli inkubatorların texniki xarakteristikaları

    Göstəricinin adı



    İnkubator üçün göstəricinin qiyməti

    "Universal-50"

    "Universal-55"

    İnkubasiya şkaflarının miqdarı

    3

    3

    Çıxarıcı şkafların miqdarı

    1

    1

    Şkafların ümumi tutumu (toyuq yumurtalarına hesabla) ədəd

    51688

    56000

    O cümlədən:







    İnkubasiya yumurtaları

    44304

    48000

    Çıxış yumurtaları

    7384

    8000

    Barabanın fıplanma tezliyi, san-1

    0,0045

    0,0045

    Zaman relsi ilə barabanın 900 bucaq qədər dönmə vaxtı, saat

    1

    1

    Barabanın şaquli oxdan mak­simal maillik bucağı, dərəcə

    45

    45

    Temperatur relesinin vericiləri

    Membran tipli

    Platin müqavimət termo-metri

    Rütubətlik relesinin vericiləri

    Biskoz lent

    Tənzimlənən maqnit baş-lıqlı kontakt termo­metri

    Temperaturun avtomatik saxla­nılması diapazonu (+0,20C) 0C

    36-39

    36-39

    Nisbi nəmliyin avtomatik tən­zimlənmə diapazonu (+3%), %

    40-75

    40-80


    Ventilyatorun fırlanma tezliyi, san-1

    4

    4

    Tələb olunan güc,kVt

    10,00

    10,00

    Köndələrin qabaritləri, mm: inkubasiya üçün

    5340x2475x2200

    5155x2700x2216

    Çıxarıcı üçün

    2095x2535x2200

    1704x2700x2216

    Kütləsi, kq

    4050

    3800

    Kvartalda bir dəfədən az olmayaraq inkubasiya şkafları dezinfeksiya edilir. Cücələrin hər bir çıxımı qurtardıqdan sonra şkaflar tükdən və çirkdən təmizlənir, inkubatorun təknələri, stajerləri və döşəməsi isə yuyulur. İnkubator uzun müddət işləmədikdə onu konservasiya edirlər.

    İnkubatori içərisində yumurtanın inkubasiyası və cavan quşların çıxarılması üçün lazım olan inkubatorlar və bütün avadanlıqlar quraşdırılmış binadan ibarətdir. İnkubatori quş damlarından və təsərrüfatın başqa obyektlərindən təcrid edil­miş halda yerləşdirilir, onun etibarlı və keyfiyyətli elektrik təchizatı olmalıdır. Elektrik enerjisi ilə təchizatda fasilə olan hallarda ehtiyat elektrik stansiyası nəzərdə tutulur.

    İnkubatori binası quru, təmiz olmalı və havasının tem­peraturu 18-22 0C həd-dində tənzim edilən mikroiqlimdə ol­malıdır. Onlara inkubasiya və cücəçıxarma zalları, yuma otağı və yumurta anbarı daxil edilir.

    İnkubatoridə işləri xüsui briqada yerinə yetirir. Növbətçi operator gecə-gündüz inkubatorlara nəzarət edir.

    İnkubasiya üçün yumurta yumurtlanan günü inkubatori­nin yumurta anbarına gətirilir, orada çeşidlənir və germetik kamerada formaldehid buxarı dezinfeksiya edilir. İnkubasiya prosesinə baxılır və inkubasiyaya qoyulduqda közərmə lampa­sından və gözcüklü tutqun örtükdən ibarət olan ovoskopun köməyilə seçilib ayrılır. Operator yumurtanı gözcüyə yaxın­laşdırıb onun vəziyyətini müəyyənləşdirir. İri inkubatorilərdə yumurtalara təknələrdə baxmaq üçün SMU tipli ovos-kopu olan yiğım stollarından istifadə olunur.

    İnkubatorinin daxilində yumurta və ya cücə dolu qablar, təknələr və digər yüklər əl arabacıqlarında daşınır. Birgünlük cavan quşları (cücələri, hinduşkaları, ördəkləri və qazları) və inkubasiya yumurtalarını daşımaq üçün avtofurqon nəzərdə tutulmuşdur. Onun kuzovunun içərisində bir neçə yarusda yeşiklər qurulur ki, onların da içərisinə cücə dolu qablar və ya yumurta dolu araqublar yerləşdirilir. Furqonun kuzovunda qışda hava qızdırılır, yayda isə soyudulur. Bu halda temperatur, şkalası sürücünün cihazlar lövhəsinə çıxarılmış distansiya kontakt termometri ilə nəzarət edilir. Bir ədəd avtofurqon 500 min yumurtlayan toyuğu və ya 500 min broyleri olan təsərrü­fata xidmət edə bilir.

    Quşçuluq fermasında iqtisadi cəhətdən məqsədəuyğun maşınlar sistemini seçmək üçün bir neçə variantda texnoloji xəritələr hazırlanır. Onlarda quşun növü, saxlanılma və yem­ləndirilmə texnologiyası, ayrı-ayrı istehsalat binalarının tutumu müəyyən edilir; istehsal prosesi əməliyyatlarının siya­hısı müəyyənləşdirilir; nor-malar əsasında gündəlik və illik işlərin həcmi təyin edilir; saatlıq məhsuldarlıqları, mühərrik­lərinin gücü, gündə və il ərzində maşının iş saatlarının miqdarı, xidmətçi heyətin miqdarı göstərilməklə maşın və avadanlıqların axın texnoloji xətti seçilir, illik əmək sərfini, kapital qoyuluşunu, illik istismar xərclərini təyin edirlər.

    Texnoloji xəritənin iqtisadi göstəricilərinin təhlili nəticəsində 1 min ədəd yu-murtaya və ya 100 kq ətə müstəqil əmək məsrəfləri və istismar xərcləri hesablanır. Texnoloji xəritələrin müxtəlif variantları müqayisə edilərək daha faydalı ma-şınlar sistemi və avadanlığın optimal iş rejimi tapılır.



    Download 2.7 Mb.
    1   ...   17   18   19   20   21   22   23   24   25




    Download 2.7 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n

    Download 2.7 Mb.