• G Ə N C Ə 2017 1. Yem paylanmasının mexanikl ə şdirilm ə s i
  • KTU -10 A markalı yem paylayıcı
  • İş prinsipi.
  • RSP-10 qarışdırıcı yempaylayan maşının
  • TBK-80A markalı yempaylayan.
  • TBK-80B markalı yempaylayan.
  • Elektrik avadanlığı
  • Texniki qulluq.
  • M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n




    Download 2.7 Mb.
    bet10/25
    Sana27.12.2019
    Hajmi2.7 Mb.
    #5615
    1   ...   6   7   8   9   10   11   12   13   ...   25

    MÜHAZİRƏ № 6

    FERMANIN DAXİLİNDƏ MEXANİKLƏŞDİRİLMİŞ

    İŞLƏR

    P L A N
    1. Yemin paylanmasının mexanikləşdirilməsi.

    2. Peyinin təmizlənməsinin mexanikləşdirilməsi.

    3. Binaların havalandırılması.

    G Ə N C Ə 2017

    1. Yem paylanmasının mexanikləşdirilməsi

    Bütün növ yemləri paylamaq üçün sənaye tərəfindən buraxılan yempaylayıcı aqreqatlar iki sistemdə olur: mobil və stasionar.

    Mobil tipli yempaylayıcılar o maşına deyilir ki, başqa maşına aqreqatlaş-dırılır və ya özü hərəkət etməklə istilənən istiqamətdə yer dəyişə bilir (cədvəl 1.1).


    Cədvəl 1.1.

    Mobil tipli yempaylayıcıların texniki xarakteristikaları



    Göstəricilər

    KTU-10A

    RMM-
    5

    RSP-1
    0

    KTU-3,0BM

    Yükqötürmə qabiliyyəti,kq

    3500

    1750

    4000

    3000

    Kuzanın həcmi, m3

    5,75

    4,57

    10

    3

    Məhsuldarlığı, t/saat

    20-50

    3-3,8

    80

    22-54

    Sürət, km/saat:













    İşçi sürəti

    1,7-2,5

    0,86-2,8

    1,5-5,0

    3,7

    Nəqliyyat sürəti

    23

    16

    20

    35

    Qabarit ölçüləri,mm:













    Uzunluğu

    6175

    5260

    5570

    6050

    Eni

    2300

    1870

    2320

    2660

    Hündürlüyü

    2440

    1920

    2625

    2660

    Kütləsi, kq

    2380

    1490

    3800

    1400

    Xidmət edənlərin sayı, nəfər

    1

    1

    1

    1

    Stasionar maşınlar isə əksinə, daimi bir yerdə duraraq vəzifəsini yerinə yeti-rir (cədvəl 1.2).

    Cədvəl 1.2.

    Stasionar tipli yempaylayanların texniki xarakteristikaları



    Göstəricilər

    TVK-80A

    TVK-80B

    KLO-75

    KLK-75

    Yem təknəsinin uzunluğu, m

    70–74,4

    74,4

    75,0

    75,0

    Xidmət etdiyi heyvanların sayı,başla

    60-62

    62

    62

    175-200

    Məhsuldarlığı,t/saat:

    Mexaniki yükləmə

    Əl ilə yükləmədə


    25,6

    5,8


    38

    10


    33,8

    -


    33,8

    -


    Mühərrikin gücü, kVt

    5,6

    5,5

    5,5

    5,5

    Transportyorun (lentanın)

    Hərəkət sürəti, m/s:

    Mexaqniki yükləmədə

    Əl ilə yükləmədə



    0,44

    0,11

    0,516

    0,134


    0,57


    -

    0,256-0,3

    -


    Təmizlədikdə

    -

    -

    0,78

    0,79

    Yemin paylama müddəti , dəq

    2,8

    3

    3

    4,5

    Lentanın eni,mm

    -

    500

    550

    1100

    Qabarit ölçüləri,m:













    Uzunluğu

    70000

    76950

    1450

    1415

    Eni

    685

    970

    2190

    1610

    Hündürlüyü

    1250

    860

    2100

    670

    Kütləsi,kq

    3930

    3300

    1470

    2100

    Xidmət edənlərin sayı,

    Nəfər


    1

    1

    1

    1

    Əsasən mobil tipli paylayıcılar malqaranın bağsız və bağlı saxlanma şəraitin-də, stasionar paylayıcılar isə bağlı saxlanma vaxtı geniş tətbiq oluna bilir.

    Yempaylayıcı maşınlar aşağıdakı tələbatları ödəməlidir:

    1. Bütün növ yemləri paylamaq imkanına malik olsun.

    2. Yüksək məhsuldarlığa malik olmaqla bir tövlədə ye­min paylanma işini dəqiqədə yerinə yetirsin.

    3. Malqaranın tələbatına uyğun olaraq, verilən yemi nizamlamaq imkanına malik olsun.

    4. Tövlə daxilində keçid yollarını kəsməməklə başqa işlərin yerinə yetiril-məsində texnoloji prposeslərin pozulma­sına maneçilik törətməsin.

    5. Yem payladıqdan sonra qalıq yemlərinin təmizlənməsi imkanına malik olsun.

    6. Quruluşu sadə və etibarlı olsun.

    7. Maşın xarab olduqda başqa usullar ilə yemin paylan­masına imkan versin.

    8. İş prosesinin yerinə yetirilməsin avtomatlaşdırmaq mümkün olsun.



    KTU-10A markalı yem paylayıcı. Bu maşının əsas vəzifəsi iribuynuzlu qaramal fermasında yemləri daşıyıb paylamaqdır. Onun vasitəsilə yemi yay düşər-gələrində, gəzinti meydançalarında və paylama məsafəsi 2 m-dən az olmayan pəyələrdə tərtib etmək olar. Bu halda tövlədə axurların hündürlüyü 750 mm-dən çox olmamalıdır. Bu maşın traktora qoşulmaqla xırdalanmış yaşıl kütləni, silosu, xırdalanmış qaba yemi və müxtəlif nəmli yem qarışığını paylayır. O, paylanacaq yemi axurlara bir tərəfdən və ya hər iki tərəfdən boşalda bilir. Lazım gəldikdə silos kütləsini xəndəyə boşaltmaq, paylama məsafəsi aralı olan axurlara yemi tökmək üçün əlavə təchizat qondarılır. Yempaylayıcı MTZ tipli traktorlarla aqreqatlaşır (şəkil 1.1).

    Yempaylayıcı hərəkət hissəsindən, uzununa daşıyıciları olan kuzadan, pay-layıcı qurğudan, intiqaldan, tormoz qutusudan və elektrik avadanlığından ibarətdir.



    Yem paylayıcının hərəkət hissəsi arxa və qabaq çərçivəsindən ibarət olub, dörd təkər üzərində qurulub. Çərçivələr şarnir birləşməsi üzərində qurulub ki, o da relyefdən asılı olaraq öz vəziyyətini dəyişə bilir.

    Şəkil 1.1. KTU-10A yempaylayıcı:

    1 - kuzovun döşəməsi; 2 - arxa bort; 3 - yan bort; 4 - əlavə bort; 5 - mü­ha­fizə lövhələri; 6 - yan tərəf; 7 - biterlər bloku; 8 - qabaq bort; 9 - alt yeşiyi; 10 - köndələn transportyor; 11 - kardan valı; 12 - tormoz qurğüsu; 13 - hərəkət hissəsi;14 - arxa fənər və dönmə ğöstəricisi.
    Kuzovun oturacağı metal karkasdan və taxta döşəmədən ibarətdir. Kuzovun döşəməsində iki ədəd sonsuz zəncir ötürməsi üzərində metal tamasların qaynaq edilməsindən əmələ kələn daşıyıcılar yerləşdirilmişdir. Paylayıcı qurğu 3 ədəd biterdən, eninə əsas və köməkçi daşıyıcıdan ibarətdir. Biterlər kuzovun qabaq hissəsinə bərkidilmiş sürüşkən yastıqlarda fırlanır. Biterlər arasında yemin keç-məsi üçün ara məsafə olur. Eninə daşıyıcı biterdən yemi qəbul edərək onu əlavə daşıyıcıya və ya birbaşa axura ötürür. Əlavə daşıyıcı aparan və aparılan val ilə birlikdə çərçivənin özünə birləşdirilir. İntiqal hissəsi teleskopik valdan, konusvari reduktordan, paylayıcı biterlərdən, eninə, uzununa və ehtiyat daşıyıcılardan ibarətdir.

    İş prinsipi. Yem paylayan tövləyə daxil olduqdan sonra traktorun gücayırma valı işə salınır. Paylayıcı yem keçidi ilə hərəkət edərək yemi bir və ya iki tərəfdən axurlara paylayır.

    Uzununa daşıyıcı irəli hərəkət edən zaman onun üzərində yerləşən yem biterə verilir. Biterlər fırlanaraq yem qatını eninə daşıyıcılara verir və o da öz növbəsində eninə daşıyıcılar vasitəsi ilə axurlara paylayır. Uzununa daşıyıcının inti­qalı xırxıra mexanizmi vasitəsilə işə düşür. Xırxıra mexa­nizmi daşıyıcının hərəkət sürətini böyük diapazonda dəyişir və yemin paylanmasını nizamlayır. Aşağı biterin valı bir dövr etdikdə ştok bir addım hərəkət edir, dilçə xırxıra tə-kərinə ilişərək onu lazımi qədər döndərir. Habelə xırxıra təkəri uzununa daşıyı-cının valı üzərində sancaq vasitəsilə oturularaq onu irəli hərəkət etdirib yemi biterlərə ötürür. Əgər örtüyü irəli sola döndərsək, o xırxıra təkərinin dişlərinin bir hissəsini örtəcək və dilçə onu kiçik bucaq altında döndərəcək, daşıyıcı çox irəli hərəkət edərək, çox miqdarda yem paylanmaya gedəcəkdir. Yemin paylanması zamanı traktorun hərəkət sürəti 1,67 və ya 2,85 km/saat olmalıdır. Traktorun və uzununa daşıyıcının sürətini dəyişməklə yemin paqon metrə verilməsini dəyişmək olar. Belə ki, bir tərəfli paylanmada bir paqon metrə 1 - 30 kq, ikitərəfli paylanmada isə 4 - 72 kq-a qədər nizam­lamaq olar.



    RSP-10 qarışdırıcı yempaylayan maşının vəzifəsi yem rasionunda olan komponentləri qəbul etmək, nəql etdirmək, qarışdırmaq və alınmış yem qarışığı-nın fermada bərabər paylamaq, habelə açıq sahədə müxtəlif yükləyicilərə yüklə-məkdir.

    RSP-10 maşını kuzovdan, çərçivədən, aşağı şnekdən, yuxarı şneklərdən, bo-şaldıcı transportyor siyirtmədən, təknə­dən, işçi orqanlarından, intiqaldan, hərəkət edən hissədən, tormoz sistemindən ibarətdir.

    Paylayıcı-qarışdırıcı 1,4 t sinfinə malik olan traktorlara aqreqatlaşdırır, hərə-kəti traktorun güc ötürücü valından alır. Maşına bir nəfər qulluq edir.

    Üstünlüyü: maşın eyni zamanda yempaylayıcıdan və yem qarışdırıcıdan ibarətdir.



    TBK-80A markalı yempaylayan. Bu maşının vəzifəsi iribuynuzlu qaramal tövləsində bütün nəzərdə tutulan yemləri (konsentrat yemdən başqa) paylamaqdır. O, uzunluğu 80 m-ə qədər olan tövlələrdə tətbiq oluna bilər. Maşın kürəkəli trans-portyordan, intiqaldan, dartı stansiyasından, yem novundan və elektrik avadanlığından ibarətdir.

    Kürəkli transportyor lövhəli zəncirdən, ayrı-ayrı lövhə­lər­dən və ağac kürəklərdən ibarətdir. Ağac kürəklər hər 640 mm-dən bir zəncirin üzərinə bərkidilir.

    Yem axuru ağac bölmələrindən ibarət olub, onun dib hissəsinə kürəkli daşıyıcı yerləşir. Hər ağac dayağın üzərinə inəklərin bağlanması üçün həlqə bərkidilmişdir.

    İntiqal stansiyası transportyorun kürəklərini hərəkətə gətirmək üçün istifadə olunur, o, aşağı və yuxarı çərçivə üzə­rin­də yerləşən elektrik mühərrikindən iba-rətdir. Aşağı çərçi­və­yə kürəkli transportyorun aparan valı bərkidilmişdir, hansına ki hərəkət zəncir ötürməsi vasitəsilə reduktordan ötürülür.

    Yem bunkeri yemləri qəbul edərək onu hərəkət edən transportyora ötürmək üçün istifadə edilir.

    Dartı stansiyası zənciri tarım vəziyyətdə saxlamaq üçündür. O, çərçivədən, bunkerdən və tarımlayıcı ulduzcuqdan ibarətdir.

    Elektrik avadanlığı: elektrik şkafından, son elektrik açarından və iki ədəd idarəetmə düyməsindən ibarətdir.

    Yempaylayıcının qondarılması və işə hazırlığı aşağıdakı kimi yerinə yetirilir. Yempaylayıcı tövlənin ortasında və ya divara tərəf kənarlarında qondarılır. Kənarlarda qondarılarkən divardan minimum məsafə 800 mm olmalıdır. Yığıl-mazdan əvvəl maşının hissələri təmizlənməklə bərabər, paylayıcının alt hissəsi 10-15 sm dərinlikdə torpaqla örtülür, intiqal hissəsi isə betonda düzəldilir. Bundan sonra yem axurları, kürəkli transportyor, elektrik avadanlığı və avtomatik suvarı-cılar qondarılır.



    İş prinsipi: paylanacaq yem traktora qoşulan paylayıcılar və ya əl ilə qəbul bunkerinə boşaldılır. Bundan sonra maşın işə salınır və yem bunkerdən kürəklər vasitəsilə tutularaq axurun içərisi ilə sona qədər nəql etdirilir.

    Yem sona çatan kimi elektrik açarı dairəni açaraq yemin paylanmasını dayan-dırır. Maşın təkrar işə salınmazdan əvvəl onun döşəməsi yem qalığından təmiz-lənməlidir.



    TBK-80B markalı yempaylayan. Bu maşının vəzifəsi iribuynuzlu qaramal tövləsində mayevari yemlərdən başqa bütün yemləri paylamaqdır. O, axurdan, zəncirli-lentalı trans­por­tyordan, elektrik intiqalından, dartıcı stansiyadan, yüklə-yici bunkerdən və elektrik avadanlığından ibarətdir. Zəncirli kürəkli transportyor birbaşa axurun içərisində quraşdırılır. Transportyorun hərəkət hissələri zəncir vasitəsilə intiqal stansiyasından alır. Yükləyici bunker və dartı stansiyası transpor-tyorun digər tərəfində yerləşdirilmişdir.

    Zəncirli-lentalı transportyor zəncirdən, eni 500 mm olan lentadan, yükləyici bunkerdən, intiqal və dartı stansiyasından ibarətdir.

    İntiqal stansiyası elektrik mühərriki, sonsuz vint reduktoru və çərçivədən ibarətdir.

    Dartı stansiyası zəncirin tarımlığını nizamlayır. Dartı stansiyasının çərçivə-sinə qəbul bunkeri bərkidilmişdir. Qalıq yemin keçməsi üçün bunkerin arxa divarı şarnirli hazır­lanmışdır.

    Yem təknəsinə ağacdan hazırlanmış dəst axurlar daxildir.

    Elektrik avadanlığı: elektrik şkafından, son elektrik açarından, iki idarəetmə düyməsindən ibarətdir. Düymələrdən biri yükləyici bunkerin yanında, digəri isə idarəetmə şkafının yan divarında yerləşdirilmişdir.

    İş prinsipi aşağıdakı kimi yerinə yetirilir. Yempaylayı­cıya yem KTU-10, RMM-6 markalı mobil tipli yempaylayıcılar vasitəsi ilə verilir. Əl ilə yükləmədə axurlar dolduqdan sonra yemin verilməsi dayandırılır, əmək sərfi isə artır, kürəkli transportyor son elektrik açarı vasitəsilə dayandırılır. Zəncirli-lentalı transportyoru geri hərəkət etdirməklə qalıq yem onun daxilindən təmizlənir.

    Texniki qulluq. Gündəlik texniki qulluqda aşağıdakı işlər görülür: trans-portyorun üzərində başqa əşyaların olmaması, zəncirin və transportyorun tarım-lılığı, hissə və birləşmələrin bərkliyi, elektrik intiqalının vəziyyəti, qoruyucu səthlərin etibarlığı yoxlanılır.

    Fasiləli texniki qulluqda (H 16, H 02) aşağıdakı işlər görülür: gündəlik texniki qulluqdakı bütün işlər, transport­yo­run yağlanması, yastıq birləşmələrinin yoxlanması, reduktor­da­kı yağın miqdarının yoxlanması kürəkli transportyorun sıradan çıxan zəncirlərinin dəyişdirilməsi. Reduktordakı yağ boşaldılır, dizel yana-cağı və ya neftlə yuyulur, yenidən doldurulur.

    Birtərəfli KLO-75 (şəkil 3.2) və ikitərəfli KLK-75 lentli yempaylayıcı maşın-ların əsas vəzifəsi paxlalı və dənli bitkilərin xırdalanmış yaşıl yarpaq gövdələrini, qarğıdalını, küləşi, habelə silosu, senajı, doğranılmış kökümeyvəlini və tərəvəzi, yem qarışığını paylamaq və axurdakı yem qalığını yığmaqdır.

    Paylayıcılardan bütün zonalarda yerləşən həm açıq, həm də bağlı saxlanma şəraiti olan heyvandarlıq binalarında istifadə edilir (şəkil 1.2).


    1.2. KLO-75 axur daxilində qondarılan yempaylayan:

    1 - elektrik intiqalı; 2 - kürək; 3 - lent; 4 - sivirici; 5 - tros.
    Yempaylayıcının poladdan hazırlanmış lentası kərpic axurda yerləşdirilir. Yem paylayıcılar intiqal stansiyasından, polad lentadan, dartıcı kanatdan, hərəkət edən arabacıqdan, tullayıcı kürəkdən, idarəetmə düyməciyindən ibarətdir.

    İntiqal stansiyasının markası NİP-Q-5,5-64/22 və elektrik mühərrikinin gücü isə 5 kVt-dır, yağlama nöqtələrinin sayı-15, nizamlama nöqtələri 8 ədəddir. Yem lentanın üzərinə mobil tipli KTU-10 markalı yempaylayıcılara verilir.




    Download 2.7 Mb.
    1   ...   6   7   8   9   10   11   12   13   ...   25




    Download 2.7 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    M Ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n

    Download 2.7 Mb.