|
Mühitin çirkləndirilməsinin buraxılabilən qatılıq həddi (BBQ)Bog'liq M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra 12. Mühitin çirkləndirilməsinin buraxılabilən qatılıq həddi (BBQ). Buraxılabilən
qatılıq həddində hər hansı bir zərərli maddə insana və onun nəslinə birbaşa və ya bilavasitə təsir
etdikdə, onlarda mənfi dəyişikliklər yaratmır.
Suda, torpaqda və qida məhsullarında çirkləndirici maddələrin BBQ aşağıdakı cədvəl 3.1
və cədvəl 3.2-də verilmişdir.
Cədvəl 3.1.
Su hövzəsində, mq/m
3
suda
Maddə
Sanitar məişət
Balıq təsərrüfatı
Civə
0,0005
0,001
Qurğuşun
0,03
0,1
Neft məhsulları
0,001
0,001
Benzol
0,5
0,5
Anilin
0,1
0,1
Xlorofos
0,05
0,0
Cədvəl 3.2.
Torpaq və qida məhsullarında, mq/kq məhsulda
Maddələr
Torpaq
Dənli
bitkilər
Çörək
Tərəvəz
Civə
2,1
0,03
0,02
0,05
Mışyak
2,0
0,2
0,2
0,2
Qurğuşun
32,0
0,3
0,3
0,3
Sürmə
4,5
0,1
0,1
0,3
Mis
3,0
10,0
10,0
5,0
Sink
23,0
50,0
50,0
10,0
Nikel
4,0
0,5
0,5
0,5
Xrom
6,0
0,2
0,2
0,2
Göstərilən cədvəllərdə hər bir komponentin BBQ-ı göstərilmişdir.
3.2. Biosferdə maddələrin dövretməsi
Maddələrin dövretməsini iki yerə ayırmaq olar:
– İrihəcmli və ya geoloji (quru və okean arasında) və kiçik və ya bioloji (ekosistem
həddində).
Kiçik dövretməyə geoloji dövretmənin bir elementi kimi baxmaq olar. Həyat üçün istifadə
olunan, biosferdə dövr edən kimyəvi elementlərin və qeyri-üzvü birləşmələrin hərəkətinə
elementlərin dövr etməsi və ya biogen elementlərin dövretməsi deyilir.
Dövretmə “dövretmə sürəti” və “dövr vaxtı” ilə xarakterizə olunur. “Dövretmə sürəti”,
müəyyən zamanda, əsas hissədən ayrılan maddənin miqdarıdır. “Dövr vaxtı”, maddənin tam
dəyişilməsinə sərf olunan vaxtdır. Məsələn, komponentin tərkibində 1000 ədəddən ibarət maddə
varsa, ondan bir saat ərzində 10 ədəd ayrılırsa, onda “dövrü sürət” 10/1000, yəni 1 % olacaqdır.
“Dövr vaxtı” isə 1000/10, yəni 100 saat olacaqdır.
Biosferin mövcudluğunun təmini baxımından biokimyəvi dövretməni iki yerə bölürlər:
– Atmosferdə və hidrosferdə olan ehtiyat fondu ilə birlik- də qazşəkilli maddələrin
dövretməsi;
– Yer qabığının ehtiyat fondu ilə birlikdə çökmə dövrü.
Ekosistemdə maddələrin dövretməsi dedikdə, əsasən, onları təşkil edən kimyəvi
elementlərin: C, O, N və P-nin dövretməsi başa düşülür. Bu elementlər biogen, yeni həyat
yaradan elementlər adlandırılır.
|
| |