• 5. Ekosistemdə informasiyaların tam olmaması prinsipi.
  • 6. Yalançı müvəffəqiyyət prinsipi.
  • 7. Bir və on faiz qaydası.
  • On faiz qaydasına görə
  •  Təbiətdən istifadənin enerji effektivliyinin azalması qanunu




    Download 1,28 Mb.
    Pdf ko'rish
    bet18/113
    Sana01.12.2023
    Hajmi1,28 Mb.
    #109072
    1   ...   14   15   16   17   18   19   20   21   ...   113
    Bog'liq
    M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

    4. Təbiətdən istifadənin enerji effektivliyinin azalması qanunu. Hər hansı bir sistem
    ekoloji müvazinət halından müəyyən gücün təsiri nəticəsində çıxarıldıqda onun bərpası sərf
    olunan enerjidən artıq enerji tələb edir. Məsələn, meşələrin qırılması, suya kimyəvi təsir və s. ilk
    növbədə müəyyən effekt versə də belə, onların əvvəlki vəziyyətə gətirilməsi, bərpası böyük
    qüvvə və vəsait tələb edir.
    5. Ekosistemdə informasiyaların tam olmaması prinsipi. Bu prinsipə müqabil demək
    olar ki, ümumiyyətlə bizim ekosistem haqqında biliyimiz kifayət qədər deyil. Bu, əsasən
    ekosistemin çox komponentli olması, əlaqələrin qarşılıqlı asılılıqlarının çoxluğu və baş verən
    proseslərin dinamiki olması ilə izah edilir. Nəticə etibarilə demək olar ki, hər bir ekosistem öz-
    özlüyündə fərdi xarakter daşıyır. Deməli, ekosistem üçün, praktiki olaraq, analogiya prinsipi
    yaraya bilməz. Hər hansı bir layihənin hazırlanması zamanı, ekosistemin spesifik xüsusiyyətləri
    əlavə olaraq tədqiq olunmalıdır.
    6. Yalançı müvəffəqiyyət prinsipi. İnsan təbii proseslərə müdaxilə etdikdə, öncə onda
    müvəffəqiyyət yarana bilər. Lakın, müdaxilənin sonu səmərəsiz ola bilər. Adətən, belə bir hal
    zəncirvarı reaksiyanın sonunda baş verir. Məsələn, vəhşi heyvanların məhvi, kimyəvi maddələrlə
    məhsuldarlığın ilkin artımı və s. müəyyən müddətdən sonra öz mənfi təsirini göstərir.


    7. Bir və on faiz qaydası. Bir faiz qaydasına görə insanın ətrafa verdiyi enerji fotosintezlə
    əlaqədar olan 1%-i keçməmə- lıdir. Çünki fotosintezə sərf olunan enerji günəş enerjisinin yer
    üzərinə gəlib çatdığı 1% enerjiyə yaxın olur. Planetar miqyas- da enerjinin 1%-dən artıq olması
    orta illik temperaturun 2-2,5
    °
    C artmasına səbəb ola bilər ki, bu da fəlakətlə nəticələnə bilər.
    On faiz qaydasına görə trofiki səviyyəyə 10%-dən artıq enerji keçmir. Bunu belə izah
    etmək olar ki, əgər heyvan 100 kilokalorilik enerjisi olan qida qəbul edirsə, onun 10%-i bədəndə
    qalır, qalan 90% ondan xaric olur. Bu qayda təbiətdən istifadə sahələrində nisbi xarakter daşıyır.

    Download 1,28 Mb.
    1   ...   14   15   16   17   18   19   20   21   ...   113




    Download 1,28 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



     Təbiətdən istifadənin enerji effektivliyinin azalması qanunu

    Download 1,28 Mb.
    Pdf ko'rish