MÜHAZİRƏ 3 Biosfer, noosfer və sosiosfer haqqında ümumi məlumat




Download 1,28 Mb.
Pdf ko'rish
bet14/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   10   11   12   13   14   15   16   17   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

MÜHAZİRƏ 3
Biosfer, noosfer və sosiosfer haqqında ümumi məlumat
Müasir dövrdə kainatın, yer kürəsinin və cəmiyyətin inkişafı üzrə müxtəlif konsepsiyalar
mövcuddur. Bu konsepsiyaları şərti olaraq üç qrupa bölmək olar.
Birinci qrup konsepsiya, insanların inkişafda əsas yaradıcı qüvvə olmasında heç bir əsasın
olmadığını göstərir. Burada, həmçinin, insanın bioloji bir varlıq olaraq, inkişafda imkan və
bacarığını başa vurduğunu və onu artıq müvafiq texniki qurğu- ların əvəz edə biləcəyi göstərilir.
İkinci qrup konsepsiya, biosferi öz-özünü təmizləyən tullantısız bir sistem kimi qəbul edir
və ona kənardan müdaxilənin əksinə çıxır.
Üçüncü qrup, insanların hər hansı bir qurğu ilə əvəz olunmasını qəbul etməyərək, onların
həyata, təbiətə və özünə olan münasibətlərində yeni məsuliyyət hissinin aşılanmasını, başqa
sözlə, yeni proqressiv təfəkkürlü insanların formalaşmasına nail olmağı əsas götürür. Bu
konsepsiya “noosfera” konsepsiyasına əsaslanaraq perspektivli hesab edilir.
XX əsrin əvvəllərində Fransa alimləri P.Tcyar de Şarden və E.Lerua “noosfera” anlayışını
elmə gətirdilər. Yunan sözü olan “noos” ağıl, düşüncə, idrak mənasını verir. Onlar bu sözü yaşıl
şar, “düşünən mühit”, məkan, təbəqə mənasında işlədərək, onun formalaşdırılmasını insanın
yaranması və zehninin inkişafı ilə əlaqələndirmişlər. Sonralar rus alimi V.İ. Vernadskiy bu
anlayışa materialist məzmun verərək göstərmişdir ki, noosfera insanların yaranması və inkişafı
ilə əlaqədar olan biosferanın yeni, ən yüksək inkişaf mərhələsidir. İnsanlar təbiət qanunlarının
dərk edərək texnikanı, texnologiyanı təkmilləşdirərək öz əməyi nəticəsində yer səthində gedən
proseslərə geoloji qüvvələrin miqyası ilə müqayisə edilə biləcək bir dərəcədə təsir gücünə malik
olan bir qüvvəyə çevrilmişdir. İnsan cəmiyyətinin formalaşması və inkişafı əsaslı dəyişikliklərə
səbəb olan elə bir təbii qüvvəyə çevrilmişdir ki, onun təsiri nəticəsində təbiətlə cəmiyyət
arasında maddələr və enerji mübadiləsinin, insanların biosferaya, biokimyəvi və digər təsirlərinin
yeni forması kimi özünü göstərməyə başlamışdır. Nəticədə, noosfera kosmosun daim
genişlənməkdə olan xüsusi struktur elementinə çevrilmişdir. Beləliklə, noosfera anlayışı daha da
zənginləşdirilərək təbiətlə inkişaf etməkdə olan insan cəmiyyətinin tələblərə uyğun gələn
qarşılıqlı əlaqəsinin təşkili və təmin edilməsi kimi başa düşülür. Məhz bu cür cavabları özündə
əks etdirən anlayış əsasında insanların təbiətə dağıdıcı münasibətlərinin və eləcə də, ətraf
mühitin çirkləndirilməsinin qarşısını almaq mümkündür.
Rus alimi V.İ.Vernadski özünün “Noosfer barədə bir neçə söz” əsərində yazırdı: “İnsan
nəhəng geoloji mühitə çevril- məkdədir. O, əməyi və düşüncəsi sayəsində öz həyat tərzini
dəyişdirə bilər və bunu mütləq etməlidir. Onun qarşısında daha geniş yaradıcılıq imkanları
açılmaqdadır. Yer kürəsinin görünüşü getdikcə dəyişir, bakirə təbiət yox olur”. İndi
V.İ.Vernadskinin verdiyi elmi proqnozlar öz təsdiqini tapır. Artıq, yeni termin olan və insanın
qarşılıqlı təsirdə olduğu təbiəti əks etdirən “ətraf mühit” kimi problemlər yaranmışdır və əhalinin
istehlak mallarına olan tələbatının gündən-günə artması yeni-yeni materialların istehsalata tətbiq
edilməsinə səbəb olmuşdur. Yeni materialların tətbiqi ilə əlaqədar olaraq təbiətə və yer
kürəsindəki bütün canlı aləmə yad olan yeni növ tullantılar da meydana gəlmişdir. İnsanın


təbiətə olan mənfi təsirləri artıq təbiətin bütün əsas komponentlərində: biosferdə, atmosferdə və
hidrosferdə özünü aşkar büruzə verir.
Qarşılıqlı təsirdə olan təbiət və bəşəriyyət paralel inkişaf edirlər. Təbiətin təkamül tempi ilə
bəşəriyyətin sosial-iqtisadi inkişaf sürətlərinin müxtəlif olması onlar arasında qarşılıqlı
münasibətlərin idarə edilməsinin mümkün olmamasına səbəb olur. Bəşəriyyətin sosial-iqtisadi
inkişafı təbiətin təkamül surətinə nisbətən daha sürətlə gedir.
İnsan fəaliyyətinin nəticəsi olan antropogen faktor təkamül istiqamətinə güclü əks təsir
göstərərək növlərin dəyişməsinə yox, onların məhvinə səbəb olur. Buradan, çıxış yolu insanların
düşüncəli surətdə təbiətə təsirlərinin tənzimləməsi və məhdudlaşdırılmasından ibarətdir. Bununla
yanaşı, cəmiyyət təbiətin və sosiogenezin təkamülünə maneçilik etməyərək öz ekstensiv artımını
məhdudlaşdırmalıdır. Əks təqdirdə qlobal ekoloji katostrofun yaranması baş verə bilər.
Son 30-40 il ərzində insanların təbiətə olan münasibətlərində müsbət mənada dəyişikliklər
müşahidə olunmağa baş- lanmışdır. İnsanlar artıq başa düşürlər ki, təbii sərvətlərin kəskin
azalması və tükənməsi dövründə ekoloji tarazlığa yalnız mədəni-elmi təkamülün köməyi ilə nail
olmaq olar.
Artıq, bütün dünya üzrə elm məhsuldar qüvvəyə çevrilir. Elmi-texniki inqilab
genişləndikcə və insanın təfəkkürünə, intellektinə xüsusi tələblər verən yeni istehsalat sahələri
əmələ gəlir və ölkənin sosial-iqtisadi inkişafında qabaqcıl rol oynayır. Cəmiyyət industrial
cəmiyyətdən informasiya cəmiyyətinə doğru inkişaf edir.
Amerika fütüroloqları Con Nesbit və Patrisiya Eburdin dünyada əks-səda doğurmuş
“Meqameylər: həyatımızı dəyişən on yeni istiqamət” adlı kitabında (Moskva, 1982-ci il) elmi-
texniki inqilab dövrünün istiqamətlərini ayırd edərkən diqqəti, ilk növbədə, industrial
cəmiyyətdən informasiya cəmiyyətinə keçidin xüsusiyyətlərinə cəlb etmişdilər. Yapon
həqiqətləri bu fikri bütün aydınlığı ilə sübuta yetirmişdir. Professor Yaşar Qarayev “Tarixin və
taleyin ayrıcında” məqaləsində qeyd edir ki, “bu gün texnogen sivilizasiya artıq özünü tükədib.
Tərəqqinin əvvəlki ideyalarını XXI əsr qəbul etmir. İndi dünya sivilizasiyası tarixində yeni milli-
iqtisadi sərvət vahidi müəyyənləşib: informasiya! Sivil ölkələrin hamısında, istisnasız, bütün
sahələrində infrastrukturu məhz informasiya və onun verilməsi tezliyi şərtləndirir”. XXI əsr
ağlın, intellektin təntənəsi əsridir. Bu əsr, biosferin inkişafı, yəni noosferə tam keçid dövrü ola
bilər.
Deməli, insan təfəkkürü “insan-təbiət” münasibətlərində antroposfer, texnosfer, sosiosfer
və s. yaranması nəticə eti- barilə biosferdən noosferə keçidin başlanmasına səbəb olmuş- dur.
Biosfer anlayışını elmi ədəbiyyata 1875-ci ildə avstriyalı geoloq-alim Eduard Zyuss
gətirmişdir. O, biosferə canlı orqa- nizmlərin mövcud olduğu atmosfer, litosfer və hidrosfer
sahələrini aid etmişdir.
Biosferin, hal-hazırda, canlı orqanizmlər mövcud olan sahələri neobiosfer, qədim
zamanlarda canlı orqanizmlərin yaşadığı sahələr isə paleobiosfer və ya ağ biosfer adlandırılır.
Neobiosferə atmosferin ozon qatına qədər olan sahəsi (qütblərdə 8-10 km, ekvatorda 17-18
km, yer səthinin qalan hissələrində 20-25 km) aid edilir. Ozon qatından yuxarı hissədə kosmik
ultrabənövşəyi şüaların təsiri nəticəsində həyat mümkün deyil. Bütün hidrosfer, o cümlədən ən
böyük dərinliyə malik olan okeanın Marian çökəkliyi (11022 m) belə neobiosferə aid olunur.
Litosferin yalnız münbit torpaq hissəsi neobiosferə aid edilir.
Paleobiosferin neobiosferlə atmosferdə olan sərhədləri üst-üstə düşür. Hidrosferin dib
hissəsində olan çöküntü süxurlar paleobiosferə aid olunur. Yer qabığının bütün çökmə süxur
sahələri paleobiosferə aid edilir.
Beləliklə, demək olar ki, biosfer canlı orqanizmin özünün və ya izinin mövcud olduğu sahə
adlanır.
Biosfer bir sistem kimi bir neçə xüsusiyyətlərə malikdir. Bunlardan başlıcası,
mərkəzləşdirilmiş sistemdir. Sistemin mərkəzi bölməsini canlı orqanizmlər təşkil edir. Bu
xüsusiyyət V.İ.Vernadski tərəfindən hərtərəfli təhlil edilmişdir. Biosferin və ya onun əsas
bölməsinin mərkəzində ancaq insan qoyulur (antroposentrizm).


Biosferin ikinci xüsusiyyəti açıq sistem olmasıdır. Ona kənardan enerji daxil olur və o,
kosmik təsirə məruz qalır. Bu təsirin əsasını günəş aktivliyi təşkil edir. Müəyyən edilmişdir ki,
yer kürəsində, o cümlədən biosferdə baş verən hadisələrin əksəriyyəti günəşin aktivliyi ilə
əlaqədardır. Belə bir fikir mövcuddur ki, günəş aktivliyi bir çox geoloji proseslərin (kataklizm,
katastrof) yaranmasına səbəb olur.
1989-cu ildə 1,5-2,0 ay ərzində baş vermiş zəlzələ (İturup adasında), Çelyabinsk boru
xəttindəki qəza, “Komsomoles” sualtı atom qayığının məhv olması, Tbilisi hadisələri, Dağlıq
Qarabağ müharibəsinin aktivləşməsi hadisələrini yüksək günəş aktivliyinin baş verməsi ilə
də izah edirlər.
Biosferin üçüncü bir xüsusiyyəti onun özünü tənzimləmə sisteminin olmasıdır. Bu
xüsusiyyət, “homeostazm” adlandırılır. Özünütənzimləmə sistemi baş vermiş hər hansı bir
həyəcan və ya çaxnaşmanın qarşısını müəyyən mexanizm vasitəsilə alır, yaranmış dəyişikliyi öz
əvvəlki vəziyyətinə qaytarır. Tarix boyu biosferdə belə hallar çox baş vermişdir. Bunlara misal
olaraq vulkan püskürməsini, asteroidlərlə qarşılaşma, zəlzələ, dağ- əmələgəlmə və s. göstərmək
olar.
“Homeostazm” hal-hazırda “Le Şatelye-Brayn” prinsipi kimi adlandırılır.
Bu prinsipə əsasən “Xarici qüvvə tərəfindən öz müvazinət vəziyyətindən çıxan sistem
qüvvənin az təsiri istiqaməti üzrə yerdəyişməyə məruz qalır”. Le-Şatelye-Brayn prinsipinin
müasir dövrdə ayrı-ayrı regionlarda pozulması halı baş verir ki, bu da ekoloji krizisin
yaranmasına səbəb olur (məs. səhraların yaranması və s.).
Biosferin dördüncü xüsusiyyəti onun “müxtəlifliyidir”. “Müxtəliflik” ekosistemin və
biosferin dayanaqlığı şərtlə- rindən biridir. Biosferin əsas xassələrindən biri, onda olan ayrı- ayrı
maddələrin dövretməsini yaradan mexanizmin olmasıdır.
Bu xassə, biosferdə ayrı-ayrı kimyəvi elementlərin və onların birləşmələrinin
tükənməzliyini təmin edir. Yəni, o, yaşayış məskəni (su hövzəsi, yerüstü, torpaqdaxili və s.),
iqlim xüsusiyyətinə görə fərqlənən müxtəlif təbii zonalar, geokimyəvi sahələr və s.
xüsusiyyətlərə malikdir. 

Download 1,28 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÜHAZİRƏ 3 Biosfer, noosfer və sosiosfer haqqında ümumi məlumat

Download 1,28 Mb.
Pdf ko'rish