Stansiya avadanlıqlarının elektrik montyoru




Download 438.33 Kb.
Pdf ko'rish
Sana30.04.2022
Hajmi438.33 Kb.
#20548
Bog'liq
Stansiyaaaa SCR
Sahibkarlığ - Zemfira


Stansiya avadanlıqlarının elektrik montyoru vəzifəsi üzrə test 
tapşırıqları 
1. Normal atmosfer təzyiqində və 20º C temperaturda havada səsin yayılma 
sürəti nəyə bərabərdir? 
A) 346m/san 
B) 342m/san 
C) 344m/san 
D) 384m/san 
E) 444m/san 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
2. Dalğa uzunluğunun düsturunu qeyd edin. 
A) T=λ*c
B) c=λ/T
C) c=λ*T
D) λ=c/T
E) λ=c*T
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 


3. Səsin ucalığı (gurluğu) vahidini qeyd edin. 
A) Db 
B) Hn 
C) Hs 
D) Kd 
E) Sr 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
4. Elektro-akustik çeviriciləri qeyd edin: 
1- Mikrofon; 
2- Filtr;
3- Telefon; 
4- Qida mənbəyi; 
5- Dinamik. 
A) 1, 3, 4 
B) 2, 3, 4 
C) 1, 4, 5 
D) 1, 3, 5 
E) 2, 4, 5 


Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
5. Mikrofon və telefonun işinin keyfiyyəti nə ilə qiymətləndirilir? 
A) Çevricinin qiyməti ilə 
B) Çevricinin həssaslığı ilə 
C) Çevricinin növü ilə 
D) Çevricinin yerləşməsi ilə 
E) Çevricinin elementlərinin sayı ilə 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
6. Çevricinin həssaslığı kəmiyyəti nədən asılıdır? 
A) Temperaturdan 
B) Mühitdən 
C) Məsafədən 
D) Sürətdən 
E) Tezlikdən 
Testin çətinlik dərəcəsi: orta 


İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
7. Telefon aparatının funksiyasını ardıcıllıqla qeyd edin. 
A) Stansiyaya zəng etmək, stansiyadan zəng siqnalını almaq və impuls 
göndərmək üçün 
B) Stansiyaya zəng etmək, stansiyadan zəng siqnalını almaq və mesaj 
göndərmək üçün 
C) Stansiyaya zəng etmək, stansiyadan zəng siqnalını almaq və danışıq 
aparmaq üçün 
D) Stansiyaya zəng etmək, danışıq aparmaq və stansiyadan zəng siqnalını 
almaq üçün 
E) Danışıq aparmaq, Stansiyaya zəng etmək və stansiyadan zəng siqnalını 
almaq üçün 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
8. Telefon qurğularının elektrik xüsusiyyətlərinə aid olmayan variantı qeyd 
edin. 
A) Ötürülmə üçün cihazın işləməsi 
B) Cihazın çıxış müqaviməti 
C) Yerli effektin işləməsi


D) Cihazın giriş müqaviməti 
E) Yerli effektin tezliyindən asılılığı 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
9. Maqnitoelektrik rele hansı xüsusiyyətə malik deyildir? 
A) Quruluşca maqnitoelektrik ölçü cihazına oxşayır 
B) Relenin dolağı çərçivə şəklində hazırlanır və sabit maqnit sahəsində 
yerləşdirilir 
C) Relenin dolağı çərçivə şəklində hazırlanır və dəyişən maqnit sahəsində 
yerləşdirilir 
D) Çərçivə ondan cərəyan keçdikdə yayın müqavimətini dəf edərək dönür 
E) Çərçivə elektrik kontaktlarını idarə edir 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
10. Əsasən hansı kommutasiya növlərinə baxılır? 
A) Məlumatların və kanalların kommutasiyası 


B) Məlumatların və siqnalların kommutasiyası 
C) Siqnalların və kanalların kommutasiyası 
D) Məlumatların və abonentlərin kommutasiyası 
E) Yallnız məlumatların kommutasiyası 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
11. Düzgün olmayan fikri qeyd edin. 
A) Sistem vasitəsilə ötürülən informasiyanın təsvir olunma formasından asılı 
olaraq kommutasiya analoq və diskret kimi iki cür ola bilər 
B) Rəqəm siqnalının kommutasiyası birkoordinatlı və çoxkoordinatlı ola 
bilər 
C) Birkoordinatlı kommutasiya sistemində birləşdirici yollar bir-birindən 
yalnız bir fərqləndirici əlamətə görə ayrılmış olur 
D) Çoxkoordinatlı kommutasiyada istifadə edilən bir neçə əlaməti, məsələn, 
fəza - S və zaman - T göstərmək olar 
E) Sistem vasitəsilə ötürülən informasiyanın təsvir olunma formasından asılı 
olaraq kommutasiya analoq və rəqəmli kimi iki cür ola bilər 
Testin çətinlik dərəcəsi: çətin 


İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
12. Kommutasiya avadanlığının tərkib hissəsini göstərin: 
1- Siqnallaşma; 
2- İdarəetmə; 
3- Modullaşma; 
4- Kommutasiya. 
A) 1, 3, 4 
B) 1, 3 
C) 1, 2, 4 
D) 2, 3, 4 
E) 1, 2, 3 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
13. Kommutasiya sahəsinin "Yuxarı pilləsi" necə adlanır? 
A) Kommutasiya matrisi 
B) Kommutasiya indeksi 
C) Təkrarlayıcılar 
D) Birləşdiricilər 


E) Aralıq yollar sistemi 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
14. Avtomat telefon stansiyalarında istifadə olunan kommutasiya cihazlarını 
göstərin. 
A) Şnur cütlüyü və birləşdiricilər 
B) Axtarıcılar və ya birləşdiricilər 
C) Axtarıcılar və şnur cütlüyü 
D) Axtarıcılar və təkrarlayıcılar 
E) Təkrarlayıcılar və ya ötürücülər 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
15. Avtomat telefon stansiyalarında istifadə olunan kommutasiya 
cihazlarından axtarıcıların növlərini qeyd edin: 
1- Addımlı; 
2- Dekad-addımlı; 
3- İmpulslu; 
4- Maşınlı. 
A) 2, 3, 4 


B) 1, 3, 4 
C) 1, 2, 3 
D) 1, 3 
E) 1, 2, 4 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
16. Proqramlaşmamış idarəetmə hansı avtomat telefon stansiyalarında(ATS-
lərdə) istifadə olunur? 
A) Texniki cəhətdən zəif təchiz edilmiş 
B) Böyük tutumlu 
C) Kiçik tutumlu 
D) Elektron qurğularla təchiz edilməmiş 
E) İdarəetmə bloku olmayan 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
17. Proqramla idarəetmənin (Avtomat telefon stansiyalarının) hansı növləri 
mövcuddur? 


A) Quraşdırılmış proqramlı (montaj), yazılı proqramlı 
B) Quraşdırılmış proqramlı (montaj), köməkçi proqramlı 
C) Quraşdırılmış proqramlı (montaj), diaqnostik proqramlı 
D) Tətbiqi proqramlı, yazılı proqramlı 
E) Sistem proqramlı, yazılı proqramlı 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
18. Kiçik tutumlu avtomat telefon stansiyası 10 abonentin öz aralarında 
birləşdirilməsidir. Bu stansiyada abonentlərin nömrələnməsi necə aparılır? 
A) 000, 001, 010, 011, 100, 101, 110, 111, 0000, 0001 
B) I, II, III, IV, V, VI, VII, VIII, IX, X 
C) 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 
D) 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 
E) 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 0 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 


19. Avtomat telefon stansiyasında əlaqə qurma prosesində hansı vəzifələr 
yerinə yetirilir? Tam dolğun cavabları göstərin.
1- Zəng edən və çağırılan abunəçi xətləri arasında əlaqəni təmin edən boş 
ə
laqə yollarının tapılması; 
2- Yalnız zəng edən abunəçi üçün boş əlaqə yollarının tapılması; 
3- Zəng edən və çağırılan tərəflər arasında birləşmə əlaqəsi;
4-Çağırılan abunəçiyə mesaj göndərilməsi. 
A) 1, 3 
B) 1, 2 
C) 1, 4 
D) 2, 4 
E) 3, 4 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
20. Bütün avtomat telefon stansiyalarında proseslərin idarə olunması üçün 
hansı qurğulardan istifadə olunur? 
A) Əlaqələndirmə 
B) Bloklama 
C) Sayma 
D) Tənzimləmə 
E) İdarəetmə 
Testin çətinlik dərəcəsi: orta 


İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
21. Addım və maşın avtomat telefon stansiyalarında əlaqə qurmağın hansı 
üsulundan istifadə olunur?
A) Sorğu göndərmə 
B) Birbaşa 
C) Dolayı 
D) Əks-əlaqə 
E) İmpuls göndərmə 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
22. Avtomat telefon stansiyalarının birbaşa cərəyan impulslarının nəzarət 
altında məcburi hərəkətinin dövrü müddəti(T) nədən ibarətdir? 
A) İmpulsun ötürülmə sürətindən 
B) Yalnız impulsun cərəyan ötürmə intervalından 
C) İmpulsun cərəyan hissəsindən və impulslararası intervaldan(fasilə) 
ibarətdir 
D) Yalnız impulslararası intervaldan(işçi müddətdən) ibarətdir 
E) İmpulsun ötürülmə tezliyindən 


Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
23. İmpuls sensoru və qəbuledici uyğun olaraq nədən ibarətdir? 
A) Nömrəyığandan və kodlaşdırıcıdan 
B) Nömrəyığandan və sadə axtarıcılardan 
C) Elektromaqnit axtarıcılardan və antenalardan 
D) Nömrəyığandan və sayğacdan 
E) Nömrəyığandan və elektromaqnit axtarıcılardan 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
24. Yoxlama(test) dövrəsinin əsas elementi nədir? 
A) Xətləri yoxlayan elektron qurğu 
B) Axtarıcı sahədə xətləri yoxlayan test relesi 
C) Axtarıcı sahədə zaman intervalını yoxlayan test relesi 
D) Axtarıcı sahədə zaman intervalını yoxlayan zaman relesi 
E) İntervallararası müddəti tənzimləyən qurğu 
Testin çətinlik dərəcəsi: çətin 


İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
25. Yoxlama(test) dövrəsi hansı rejimlərdə olur? 
A) Açıq və qapalı 
B) Xətti və budaqlanan 
C) Statik və dinamik 
D) Dayanıqlı və dayanıqsız 
E) Sadə və mürəkkəb 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
26. Telefon yükü nədir? 
A) Abunəçi qruplarında telefon məlumat axınının meydana gəlməsi və 
telefon şəbəkəsinin axtarış kommutasiya cihazları vasitəsilə hərəkətinin 
kütləvi prosesidir 
B) Abunəçi qruplarında telefon əlaqələrinin yaradılması və telefon 
şə
bəkəsinin axtarış kommutasiya cihazları vasitəsilə hərəkətinin kütləvi 
prosesidir 
C) Abunəçi qruplarında telefon əlaqələrinin yaradılması və telefon 
şə
bəkəsinin axtarış kommutasiya cihazları vasitəsilə dayanıqlığının 
saxlanılması prosesidir 


D) Abunəçi qruplarında telefon məlumat axınının meydana gəlməsi və 
telefon şəbəkəsinin axtarış kommutasiya cihazları vasitəsilə dayanıqlığının 
saxlanılması prosesidir 
E) Telefon şəbəkəsinin axtarış kommutasiya cihazları vasitəsilə qarşılıqlı 
ə
laqə prosesidir 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
27. Telefon yükü vahidi nədir və nəyə uyğundur? 
A) Samsundur və 1 Samsun bir səs kanalının 1 saat davamlı istifadəsinə 
uyğundur 
B) Samsundur və 1 Samsun bir səs kanalının 1 saniyə davamlı istifadəsinə 
uyğundur 
C) Erlanqdır və 1 Erlanq bir səs kanalının 1 saat davamlı istifadəsinə 
uyğundur 
D) Erlanqdır və 1 Erlanq bir səs kanalının 1 saniyə davamlı istifadəsinə 
uyğundur 
E) Klondur və 1 Klon bir səs kanalının 1 saat davamlı istifadəsinə uyğundur 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 


28. Radiorele rabitəsi dedikdə nə başa düşülür? 
A) Desimetrlik və daha qısa dalğalı radiosiqnalların Yer səthində yerləşən 
stansiyalar vasitəsi ilə retranslyasiyasına əsaslanan radiorabitə 
B) Desimetrlik və daha uca dalğalı radiosiqnalların Yer səthində yerləşən 
stansiyalar vasitəsi ilə retranslyasiyasına əsaslanan radiorabitə 
C) Metrlik və daha uca dalğalı radiosiqnalların Yer səthində yerləşən 
stansiyalar vasitəsi ilə retranslyasiyasına əsaslanan radiorabitə 
D) Metrlik və daha qısa dalğalı radiosiqnalların Yer səthində yerləşən 
stansiyalar vasitəsi ilə retranslyasiyasına əsaslanan radiorabitə 
E) Metrlik və daha qısa dalğalı səs siqnallarının Yer səthində yerləşən 
stansiyalar vasitəsi ilə retranslyasiyasına əsaslanan radiorabitə 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: В.А.Григорьев, В.Н.Харин, О.И.Лагутенко, Ю.А.Распаев, 
И
.А.Хворов. Особенности частотного обеспечения, проектирования и 
строительства
радиорелейных систем связи. Санкт-Петербург, 2014 
29. Radiorele rabitə xətti necə yaranır? 
A) Radiorele rabitəsini təmin edən texniki vasitələr elektrik dalğalarının 
yayıldığı mühit ilə birlikdə 
B) Radiorele rabitəsini təmin edən texniki vasitələr uzununa dalğaların 
yayıldığı mühit ilə birlikdə 
C) Radiorele rabitəsini təmin edən texniki vasitələr radiodalğaların yayıldığı 
mühit ilə birlikdə 
D) Radiorele rabitəsini təmin edən texniki vasitələr səs dalğalarının yayıldığı 
mühit ilə birlikdə 
E) Radiorele rabitəsini təmin edən texniki vasitələr işıq dalğalarının 
yayıldığı mühit ilə birlikdə 


Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: В.А.Григорьев, В.Н.Харин, О.И.Лагутенко, Ю.А.Распаев, 
И
.А.Хворов. Особенности частотного обеспечения, проектирования и 
строительства
радиорелейных систем связи. Санкт-Петербург, 2014 
30. Radiodalğalar hansı yayılma mexanizminə malik olur? 
A) Elektromaqnit dalğasının hesabına, stratosfer dalğasının hesabına 
B) Yer dalğasının hesabına, stratosfer dalğasının hesabına 
C) Yer dalğasının hesabına, litosfer dalğasının hesabına 
D) Yer dalğasının hesabına, troposfer dalğasının hesabına 
E) Elektromaqnit dalğasının hesabına, troposfer dalğasının hesabına 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: В.А.Григорьев, В.Н.Харин, О.И.Лагутенко, Ю.А.Распаев, 
И
.А.Хворов. Особенности частотного обеспечения, проектирования и 
строительства
радиорелейных систем связи. Санкт-Петербург, 2014 
31. Hansı radiorele xətti birbaşa görmə radiorele xətti adlandırılır?
A) Qonşu stansiyaları köməkçi stansiyalara istinadən görən
B) Qonşu stansiyaları birbaşa görmə məsafəsində yerləşən 
C) Qonşu stansiyaları təkrarlayıcılar vasitəsilə görən 
D) Təkrarlayıcı stansiyaları birbaşa görmə məsafəsində yerləşən 
E) Köməkçi stansiyaları birbaşa görmə məsafəsində yerləşən 
Testin çətinlik dərəcəsi: çətin 


İ
stinad: В.А.Григорьев, В.Н.Харин, О.И.Лагутенко, Ю.А.Распаев, 
И
.А.Хворов. Особенности частотного обеспечения, проектирования и 
строительства
радиорелейных систем связи. Санкт-Петербург, 2014 
32. Rabitə radiorele xətlərinin növlərini qeyd edin:1- Magistral; 2- 
Zonadaxili;3- Beynəlxalq;4- Yerli. 
A) 3, 4 
B) 1, 3 
C) 2, 3, 4 
D) 1, 2, 3 
E) 1, 2, 4 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: В.А.Григорьев, В.Н.Харин, О.И.Лагутенко, Ю.А.Распаев, 
И
.А.Хворов. Особенности частотного обеспечения, проектирования и 
строительства
радиорелейных систем связи. Санкт-Петербург, 2014 
33. Çoxlüləli radiorele xətləri üçün tezliyin paylanması planı hansı qaydada 
işlənib hazırlanır? 
A) Ümumi antena-fider traktında müxtəlif anda bir neçə qəbuledici və 
ötürücünün işi zamanı əmələ gələn interferensiya maneələrini minimuma 
endirilməklə 
B) Ümumi antena-fider traktında eyni anda bir neçə qəbuledici və 
ötürücünün işi zamanı əmələ gələn interferensiya maneələrini minimuma 
endirilməklə 
C) Ümumi antena-fider traktında eyni anda yalnız bir qəbuledici və 
ötürücünün işi zamanı əmələ gələn interferensiya maneələrini minimuma 
endirilməklə 


D) Ümumi antena-fider traktında müxtəlif anda yalnız bir qəbuledici və 
ötürücünün işi zamanı əmələ gələn interferensiya maneələrini minimuma 
endirilməklə 
E) Ümumi antena-fider traktında müxtəlif anda yalnız bir qəbuledicinin işi 
zamanı əmələ gələn interferensiya maneələrini minimuma endirilməklə 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: В.А.Григорьев, В.Н.Харин, О.И.Лагутенко, Ю.А.Распаев, 
И
.А.Хворов. Особенности частотного обеспечения, проектирования и 
строительства
радиорелейных систем связи. Санкт-Петербург, 2014 
34. Bunlardan hansı beynəlxalq peyk rabitə sistemidir? 
1- İntersputnik; 
2- Evtelsat; 
3- İntelsat; 
4- Arabsat. 
A) 1, 2 
B) 2, 3 
C) 1, 3 
D) 1, 4 
E) 2, 4 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: В.А.Григорьев, В.Н.Харин, О.И.Лагутенко, Ю.А.Распаев, 
И
.А.Хворов. Особенности частотного обеспечения, проектирования и 
строительства
радиорелейных систем связи. Санкт-Петербург, 2014 
35. Elektrik dövrəsi nəyə deyilir? 
A) Elektrik enerjisini tənzimləyən quruluşa elektrik dövrəsi deyilir 


B) Elektrik enerjisinin mənbələrdən ötürücülər vasitəsilə islədicilərə 
istiqamətləndirən quruluşa elektrik dövrəsi deyilir 
C) Elektrik enerjisinin mənbələrdən keçiricilər vasitəsilə islədicilərə 
ötürülməsinə imkan verən quruluşa elektrik dövrəsi deyilir 
D) Elektrik enerjisi istehsal edən quruluşa elektrik dövrəsideyilir 
E) Elektrik enerjisinin mənbələrdən keçiricilər vasitəsilə islədicilərə 
ötürülməsinə imkan verən əks-əlaqəli quruluşlara elektrik dövrəsi deyilir 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 
36. Elektrik dövrəsinin əsas elementləri hansılardır? Tam dolğun cavabı 
göstərin. 
A) Elektrik enerjisi mənbəyi, elektrik islədicisi
B) Generator, elektrik islədicisi
C) Generator, elektrik açarı
D) Elektrik açarı, elektrik islədicisi
E) Yalnız elektrik işlədiciləri 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 
37. Elektrik dövrəsini təşkil edən elektrik enerjisi mənbəyi və elektrik 
islədicisinə başqa çür uyğun olaraq necə baxılır? 
A) Əsas və köməkçi element 
B) Ötürücü və qəbuledici element 


C) Yüklü və yüksüz element 
D) Aktiv və passiv element 
E) Sadəcə olaraq element 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 
38. Elektrik enerji işlədicilərini göstərin: 
1- Qızdırcılar; 
2- Lampalar; 
3- Akkumulyatorlar; 
4- Mühərriklər; 
5- Elektrik açarları. 
A) 1, 2, 5 
B) 1, 2, 3 
C) 2, 3, 4 
D) 1, 3, 5 
E) 1, 2, 4 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 
39. Elektrik dövrələrində enerjinin mənbədən işlədiciyə verilməsini göstərən 
və bu enerjini qiymətcə xarakterizə edən fiziki kəmiyyət nədir? 
A) Elektrik müqaviməti 
B) Elektrik cərəyanı 
C) Elektrik gərginliyi 


D) Elektrik gücü 
E) Elektrik intensivliyi 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 
40. Sabit və dəyişən cərəyan dövrələri bir-birindən nə ilə fərqlənirlər? 
A) Dövrədə yaradılan elektrik cərəyanı mənbədən asılı olaraq sabit və 
dəyişən olması ilə 
B) Dövrədə yaradılan elektrik cərəyanı mənbədən asılı olmayaraq dəyişməz 
və asılı olaraq dəyişməsi ilə 
C) Dövrədə yaradılan elektrik cərəyanı zamandan asılı olmayaraq dəyişməz 
və asılı olaraq dəyişməsi ilə 
D) Dövrədə yaradılan elektrik cərəyanı zamandan asılı olmayaraq dəyişməz 
və dəyişən olması ilə 
E) Dövrədə yaradılan elektrik cərəyanının sinusoidal qanunla dəyişməsi ilə 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 
41. Əgər elektrik enerjisi bir yerdən basqa bir yerə ikiməftilli xəttlə 
verilərsə, bu hansı parametrli dövrəyə aiddir? 
A) Budaqlanmış parametrli 
B) Dəyişən parametrli 
C) Sabit parametrli 
D) Paylanmış parametrli 


E) Toplanmış parametrli 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 
42. Əgər mənbənin yaratdığı cərəyanın dt zamanı ərzində gördüyü işi 
ödəmək üçün verdiyi enerji dW olarsa, o zaman bu enerjinin verilməsinin 
intensivliyi hansı düstürla hesablanar? 
A) P=dW/dt 
B) P=dW*dt 
C) P=dW*dt*cosϕ 
D) P=(dW/dt)*cosϕ 
E) P=dW/(dt*cosϕ) 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 
43. Cərəyan şiddətinin vahidini göstərin.
A) 1 Om*mm 
B) 1 Vatt 
C) 1 Om 
D) 1 Volt 
E) 1 Amper 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 


44. Elektrik müqaviməti hansı düsturla hesablanır? (l - keçiricinin uzunluğu, 
m; S - keçiricinin en kəsiyi sahəsi, 2mm ; ρ - xüsusi elektrik keçiriciliyidir) 
A) R= ρ*l 
B) R= ρ/(l*S) 
C) R= ρ/l*S 
D) R= ρ*l/S 
E) R= ρ*l*S 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 
45. Cərəyan şiddətinin gücü hansı düsturla hesablanır? 
A) P=r/(I^2) 
B) P=r*I 
C) P=r*(I^2) 
D) P=(r*I)^2 
E) P=(r*I)^3 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 
46. Daşınan (səyyar) az güclü cihazlarlarla işləyən şəxslərin tam 
təhlükəsizliyini təmin etmək üçün bu cihazları qidalandırdıqda hansı 
gərginlik tətbiq edilməlidir?
A) 36 V-a qədər 


B) 12 V-a qədər 
C) 110 V-a qədər 
D) 52 V-a qədər 
E) 42 V-a qədər 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Ə.Abbasov. Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi. Sumqayıt, 
2014 
47. Mühafizə torpaqlanması və ya sıfırlanma hansı məqsədlə aparılır? 
1- İşçilərin elektrik təhlükəsizliyini təmin etmək üçün; 
2- Gərginlik sıçrayışlarının qarşısının alınması üçün; 
3- Axan cərəyanın tənzimlənməsi üçün; 
4- Elektrik qurğularının mühafizəsi üçün. 
A) 1, 2 
B) 2, 3 
C) 1, 4 
D) 3, 4 
E) 1, 2, 3 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Ə.Abbasov. Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi. Sumqayıt, 
2014 
48. Elektron sənədlər hansı formada hazırlanır? 
1- Redaktorlar vasitəsilə klaviaturadan informasiyanı daxil etməklə; 
2- Redaktorlar vasitəsilə mikrofondan informasiyanı daxil etməklə; 
3- Kağız üzərində saxlanılan informasiyanı elektron informasiyaya 


çevirməklə;
4- Kağız üzərində saxlanılan informasiyanın nüsxəsini artırmaqla. 
A) 2, 4 
B) 3, 4 
C) 2, 3 
D) 1, 3 
E) 1, 2 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 
49. Microsoft Office proqram paketinə daxil olmayan proqramı göstərin. 
A) Microsoft Word 
B) Microsoft Excel 
C) Adobe Reader 
D) Microsoft Access 
E) Microsoft Outlook 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 
50. Microsoft Word-də sənəd yaratma ardıcıllığını göstərin. 
A) Fayl→şablonu seç→ yarat→təsdiq 
B) Fayl→yarat→şablonu seç→təsdiq 
C) Yarat→Fayl→şablonu seç→təsdiq 


D) Fayl→yarat→şablonu seç→mətni daxil et 
E) Fayl→yarat→mətni daxil et→şablonu seç 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 
51. Microsoft Office proqram paketinə daxil "Mətn redaktoru"nu göstərin. 
A) OneNote 
B) Bloknot 
C) Notepad 
D) Word Pad 
E) Word 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 
52. Microsoft Word-də sənədi açma ardıcıllığını göstərin. 
A) Fayl→açmaq→qovluğu seç→faylı seç→təsdiq 
B) Fayl→qovluğu seç→açmaq→faylı seç→təsdiq 
C) Fayl→açmaq→qovluğu seç→təsdiq→faylı seç 
D) Açmaq→Fayl→qovluğu seç→faylı seç→təsdiq 
E) Açmaq→qovluğu seç→ Fayl→faylı seç→təsdiq 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 


53. Elektron sənədin adında hansı simvoldan istifadə etmək olmaz?
A) $ 
B) & 
C) # 
D) / 
E) % 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 
54. Bu pəncərə elementlərindən hansı yalnız Excel-ə aiddir? 
A) Menyu sətri 
B) Alətlər paneli 
C) Düstur sətri 
D) Vəziyyətlər sətri 
E) Sərlövhə sətri 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 
55. Elektron cədvəldə nəyi silmək olmaz? 
A) Oyuğun məzmununu 
B) Oyuğun ünvanını 
C) İşçi vərəqi 
D) Sütunu 


E) Sətri 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 
56. Excel-də mətn tipinİ qeyd edin. 
A) 2016 
B) 20.16 
C) 2016E2016 
D) 2016 
E) "2016.0" 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 
57. Word proqramında bir sözü necə seçmək olar? 
A) Sözün üzərində mausun sol düyməsi ilə 2 dəfə vurduqda 
B) Sözün üzərində mausun sol düyməsi ilə 1 dəfə vurduqda 
C) Sözün üzərində mausun sağ düyməsi ilə 1 dəfə vurduqda 
D) Sözün üzərində mausun sağ düyməsi ilə 2 dəfə vurduqda 
E) Sözün üzərində mausu hərəkət etdirməklə 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 


58. Excel-də bir vərəqdən digər vərəqə istinad zamanı hansı simvoldan 
istifadə olunur? 
A) ^ 
B) \ 
C) % 
D) ! 
E) @ 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 
59. Microsoft Word mətn prosessorunun 2003 versiyasında mətni sütunda 
yazmaq üçün hansı əmr icra olunmalıdır? 
A) Pravka-Vstavka 
B) Format-Spisok 
C) Format-Kolonki 
D) Vid-Kolontituli 
E) Format-Abzas 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 
60. Microsoft Word mətn prosessorunda sətirdə abzas necə 
müəyyənləşdirilir? 
A) Xətkeşin mövqeyi ilə 
B) Xətkeşdəki sol aşağı ucluğun mövqeyi ilə 


C) Xətkeşdəki sağ aşağı ucluğun mövqeyi ilə 
D) Xətkeşdəki sağ yuxarı ucluğun mövqeyi ilə 
E) Xətkeşdəki sol yuxarı ucluğun mövqeyi ilə 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 
61. Relelər hiss etdiyi (qavradığı) fiziki kəmiyyətlərin növünə görə (iş 
prinsipinə görə) hansı relelərə bölünürlər? 
A) Elektrik, dinamik, maqnit 
B) Elektrik, mexanik, maqnit 
C) Elektrik, mexanik, fiziki 
D) Akustik, kimyəvi, fiziki
E) İstilik, termodinamik, radioaktiv 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
62. Bunlardan hansılar elektrik releləri sinfinə aid deyildir? 
A) Elektromaqnit 
B) Maqnitoelektrik 
C) İon-istilik 
D) Elektrodinamik 


E) İnduksion 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
63. Relelərin xüsusiyyətlərinə aid olanı qeyd edin. 
A) Rele xaricdən verilən siqnala görə elektrik dövrələrinin avtomatik 
kommutasiyası üçün qurğudur 
B) Rele – rele elementindən və qrup elektrik kontaktlarından ibarətdir 
C) Relelər elementinin vəziyyəti dəyişdikdə kontaktları qapanır, yaxud 
açılırlar 
D) Rele daxildən verilən siqnala görə elektrik dövrələrinin avtomatik 
kommutasiyası üçün qurğudur 
E) Relelər avtomatik idarəetmə, nəzarət və siqnallaşdırma sistemlərində 
istifadə olunurlar 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
64. Rezonans relelərin iş prinsipi nəyə əsaslanır və hansı qurğularda tətbiq 
olunur? 
A) Akustik sistemlərdə rezonans hadisəsinə əsaslanır 
B) Elektrik rəqsi sistemlərdə rezonans hadisəsinə əsaslanır 


C) Elektrik rəqsi sistemlərdə induksiya hadisəsinə əsaslanır 
D) Növbəli dəyişən tezlik qurğularında tətbiq olunur 
E) Radiotexniki qurğularda tətbiq olunur 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
65. Kommutasiya cihazlarından və idarəetmə qurğularının (IQ) növündən 
asılı olaraq hansı kommutasiya sistemləri mövcuddur? 
A) Universal 
B) Dekad-addım, fəza 
C) Diskret 
D) Dekad-addım, koordinat 
E) Pyezoelektron 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
66. Rəqəmli kommutasiyanın quruluş prinsipi hansı əsasda ola bilər? 
A) Fəza kommutasiyası
B) Sahə kommutasiyası


C) Aralıq kommutasiya 
D) Sinxron kommutasiya 
E) Məkan kommutasiyası 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
67. Dünyada yaranan ilk rəqəmli (elektron) ATS-lərin kommutasiya sahəsi 
hansı kommutasiya və cihazlar əsasında yaradılmışdır? 
A) İnduksion cihazlar 
B) Mexaniki cihazlar 
C) Fəza kommutasiyası 
D) Zaman kommutasiyası 
E) Elektrik cihazları 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
68. Telekommunikasiya şəbəkəsinin tərkib elementləri kimi rəqəmli 
kommutasiya 
sistemləri məlum olan hansı kommutasiya üsullarının birindən istifadə 
edilməklə reallaşdırılır? 


A) Kanalların zaman kommutasiyası ilə 
B) Kanalların asinxron kommutasiyası ilə 
C) Verilənlərin kommutasiyası ilə 
D) Kanalların kommutasiyası ilə 
E) Kanalların sinxron kommutasiyası ilə 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
69. Avtomat telefon stansiyalarında istifadə olunan kommutasiya 
cihazlarından birləşdiricilərin növlərinə aid olmayanları qeyd edin. 
A) Dekad-koordinatlı 
B) Koordinatlı 
C) Kvazielektronlu 
D) Elektrikli 
E) Maqnitli 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 


70. Düz və əks istiqamətlərdə abunəçi və birləşdirici xətlər üzrə ötürülən 
siqnallar 
hansı qruplara bölünür? 
A) Diskret siqnallar 
B) İnformasiya (analoq) siqnalları 
C) Tənzimləmə siqnalları 
D) Əks əlaqə siqnalları 
E) Xətti siqnallar 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
71. Praktiki cəhətdən avtomat telefon stansiyasının idarəedici qurğularının 
bütün fəaliyyətini hansı qruplara 
bölmək olar? 
A) Ötürmə haqqında verilənlərin emalı 
B) Əks siqnalların verilişi və düzgünlüyünün yoxlanılması 
C) Əks siqnalların verilişi və qəbulunun idarə olunması 
D) Xətti siqnalların verilişi və qəbulunun idarə olunması 
E) Budaqlanmanın yaradılması üçün qurğuların idarə olunması 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 


72. Rəqəmli kommutasiya sistemlərində (RKS) əsas proqramlı idarəetmə 
növləri hansılardır? 
A) Mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş 
B) Sistemləşdirilmiş, sistemləşdirilməmiş 
C) Əks sayma 
D) Növbəli sayma 
E) Budaqlanmış 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
73. Avtomat telefon stansiyalarında dolayı və registrli idarəetmə mərhələləri 
ardıcıllığını göstərin.
A) Sonuncu impulsları saymır, amma sorğuların sayını xatırlayır 
B) Nömrə yığım impulsları sayğac adlanan xüsusi idarəetmə cihazlarına 
göndərilir 
C) Nömrə yığım impulsları registrlər adlanan xüsusi idarəetmə cihazlarına 
göndərilir 
D) Sonuncu impulsları sayır, sorğuların sayını xatırlayır 
E) Əlaqə yaratmaq üçün məlumatları fərdi və ya umumi bloka verir 


Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
74. Kiçik tutumlu avtomat telefon stansiyaları hansı əsas hissələrdən 
ibarətdir?
A) Nəzarət bloku 
B) Test bloku 
C) Sayğac 
D) Abunəçi 
E) Ekran 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
75. Hər bir impuls dövrəsi nədən ibarətdir? 
A) Registrdən 
B) Sensordan 
C) Ötürücüdən 
D) Elektron elementlərdən 
E) Antenadan 


Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
76. Yoxlama(test) dövrəsinin dinamik rejimdə işləməsinə hansı tələblər 
qoyulur? 
A) Boş xətt varsa, test relesi cəld qoşulmalı və bu xəttəki informasiya axınını 
dayandırmalıdır 
B) Test relesi məşğul xətləri bloklamalı və blokladıqdan sonra digər 
axtarıcıların bir və ya bir neçə test relesi bu xətti sınağa buraxmalıdır 
C) Boş xətt varsa, test relesi qoşulmadan bu xətdəki axtarıcı fırçaları 
dayandırmalıdır 
D) Boş xətt varsa, test relesi cəld qoşulmalı və bu xətdəki axtarıcı fırçaları 
dayandırmalıdır 
E) Məşğul xətt yoxlaması üçün də test relesi işləməlidir 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
77. Telefon rabitəsi nəzəriyyəsində (t0, t) zaman intervalında telefon 
yükünün hansı növləri fərqləndirilir? 
A) Kommutasiya qurğusuna daxil olan(birləşdirmə yolları qrupu) Y(t0,t) 
yükü 


B) Kommutasiya qurğusundan xaric olan(birləşdirmə yolları qrupu) Y(t0,t) 
yükü 
C) Kommutasiya qurğusundan xaric olan(ayırıcı yollar qrupu) Y(t0,t) yükü 
D) Əlavə edilmiş kommutasiya cihazlarının Ybu(t0,t) yükü 
E) Sistemdənkənar kommutasiya cihazlarının Yi(t0,t) yükü 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
78. Kommutasiya cihazlarında hansı telefon xidmət sistemi istifadə olunur? 
A) Diaqnostik sistemlər 
B) Yoxlama sistemləri 
C) İtkili sistemlər 
D) Yardımçı sistemlər 
E) Budaqlanan sistemlər 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
79. Aşkar itkiləri olan sistemlərdə xidmət keyfiyyətinin göstəricisi nədir və 
nəyə bərabərdir? 


A) Zənglərin qəbuledilmə dərəcəsidir 
B) Zənglərin itirilmə dərəcəsidir 
C) Və qəbul edilmiş zənglərin orta sayının 
D) Vahid zamanda qəbul edilmiş bütün çağırışların ortalama sayının 
nisbətinə bərabərdir 
E) Və sistemdənkənar zənglərin orta sayının 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
80. İntensivliyi olan telefon yükünə xidmət etmə nədən asılı deyildir?
A) Cihazların sayından 
B) Yükü meydana gətirən çağırışların axınından 
C) Yükü meydana gətirən əlavə axınlardan 
D) Axınların xüsusiyyətlərindən 
E) Zənglərin yayılma qaydasından, birləşdirilən yolların məşğulluq 
müddətindən 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 


81. Zəng axınlarını müəyyənləşdirmək hansı mərhələlərdən ibarətdir? 
A) Müəyyən mənada zənglərin yayılma tezliyindən 
B) Müəyyən mənada zənglərin görünmə anlarından 
C) Bütövlükdə görünmə anlarından
D) Müəyyən müddət ərzində qəbul edilən zənglərin xüsusiyyətindən 
E) Müəyyən mənada zənglərin impulslarından 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
82. Ultrayüksək, ifratyüksək və həddənyüksək tezlikli radiodalğaların uyğun 
olaraq diapazonunu göstərin. 
A) 100..10 dm 
B) 100..10 sm 
C) 100..10 mm 
D) 10..1 m 
E) 10..1 km 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: В.А.Григорьев, В.Н.Харин, О.И.Лагутенко, Ю.А.Распаев, 
И
.А.Хворов. Особенности частотного обеспечения, проектирования и 
строительства
радиорелейных систем связи. Санкт-Петербург, 2014 


83. Əhatə olunan ərazidən, yerləşməsindən və mənsubiyyətindən asılı olaraq 
peyk rabitə sistemlərinin hansı növləri var? 
A) Qlobal peyk rabitə sistemləri 
B) Transmilli peyk rabitə sistemləri 
C) Hövzə peyk rabitə sistemləri 
D) Beynəlxalq peyk rabitə sistemləri 
E) Dövlətlərarası peyk rabitə sistemləri 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: В.А.Григорьев, В.Н.Харин, О.И.Лагутенко, Ю.А.Распаев, 
И
.А.Хворов. Особенности частотного обеспечения, проектирования и 
строительства
радиорелейных систем связи. Санкт-Петербург, 2014 
84. Dövrənin passiv elementlərinin - işlədicilərin göstəricisi hansı 
kəmiyyətlərdir? 
A) Elementlərin müqaviməti 
B) Elementlərin gərginliyi 
C) Elementlərin intensivliyi 
D) Elementlərin gücü 
E) Elementlərin yükü 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 
85. Elektrik dövrəsinin əsas kəmiyyətləri hansılardır? 
A) Cərəyanın enerjisi 


B) E.h.q.-si və ya cərəyanın yükü 
C) E.h.q.-si və ya gərginlik 
D) Cərəyanın gücü 
E) Müqavimət və ya intensivlik 
Testin çətinlik dərəcəsi: asan 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2011 
86. Kiçik gərginlik mənbələri olaraq nədən istifadə olunur? 
A) Qalvanik elementlərdən yığılmış batareyalardan, generatorlardan 
B) Generatorlardan, mühərriklərdən 
C) Akkumulyatorlardan, generatorlardan 
D) Düzləndirici qurğulardan, yüksəldici transformatorlardan 
E) Qalvanik elementlərdən yığılmış batareyalardan 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Ə.Abbasov. Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi. Sumqayıt, 
2014 
87. Alçaldıcı transformatorlardan (220/12, 220/24 və 220/36V) istifadə 
olunduqda elektrik cərəyanla xəsarət alma hansı hallarda baş verə bilər? 
A) Transformatorların dolağının izolyasiyasının zədələnməsi zamanı baş 
verən qısapanma nəticəsində 
B) Transformatorların dolağının izolyasiyasının zədələnməsi zamanı birinci 
tərəf gərginliyinin ikinci tərəf dolağa keçməsi nəticəsində 


C) Transformatorun birinci tərəf dolağının bir ucu, sarğıları və nüvəsi 
torpaqlanmadıqda 
D) Transformatorun birinci tərəf dolağının bir ucu, gövdəsi və nüvəsi 
torpaqlanmadıqda 
E) Transformatorun sarğılarının gərginlik altına düşməsi nəticəsində 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Ə.Abbasov. Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi. Sumqayıt, 
2014 
88. Texniki istismar qaydalarının (TİQ) tələblərinə görə 1000V gərginliyə 
qədər paylaşdırıcı quruluşların izolyasiyasına necə nəzarət olunur? 
A) Paylaşdırıcı quruluşların intensivliyini ölçməklə 
B) Paylaşdırıcı quruluşlardan axan cərəyanı ölçməklə 
C) Yüksək gərginliklə izolyasiyanın deşilmə sınağını aparmaqla 
D) Paylaşdırıcı quruluşların müqavimətinin qiymətini korpusa nəzərən 
ölçməklə 
E) Paylaşdırıcı quruluşların fazalar arası gərginliyini ölçməklə 
Testin çətinlik dərəcəsi: çətin 
İ
stinad: Ə.Abbasov. Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi. Sumqayıt, 
2014 
89. Kabellərin izolyasiyası hansı hallarda keyfiyyətli sayılır? 
A) Mənbə cərəyanlarının sıçrayışla və sınaq müddətindən asılı olaraq 
artması müşahidə olunmursa 


B) Sızma cərəyanları sıçrayışla və sınaq müddətindən asılı olaraq azalması 
müşahidə olunmursa 
C) Sınaq zamanı təkrarlanan boşalmalar baş vermirsə 
D) Sınaq zamanı qızırsa 
E) Sınaq zamanı deşilməyirsə 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Ə.Abbasov. Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi. Sumqayıt, 
2014 
90. Hansı vasitələr torpaqlanmır və ya torpaqlanma tələb olunmur? 
A) Elektrik maşınları, transformatorlar, aparatlar və onların intiqalları 
B) Asma izolyatorlarının armaturları və dayaq izolyatorlarının milləri 
C) Ölçü transformatorlarının ikinci tərəf dolaqları və onların nüvələri 
D) Paylaşdırıcı şitlərini karkasları, idarə şitləri 
E) Komplekt və paylaşdırma quruluşlarının polad gövdələri, kabel muftaları, 
kabel məmulatları 
Testin çətinlik dərəcəsi: orta 
İ
stinad: Ə.Abbasov. Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi. Sumqayıt, 
2014 


91. Telefon ötürmə sxemində ardıcıllığı rəqəmlərlə düzgün adlandırın.
A) 1-Səs mənbəyi; 2- 6- akustik sahə(zona), 3- elektroakustik 
çevrici(telefon), 4- elektrik sahəsi, 5- akustik-elektrik çevrici(mikrofon), 7- 
Qulaq 
B) 1-Səs mənbəyi; 2- 6- akustik-elektrik çevrici(mikrofon), 3- akustik 
sahə(zona), 4- elektroakustik çevrici(telefon), 5- elektrik sahəsi , 7- Qulaq 
C) 1-Səs mənbəyi; 2- 6- akustik-elektrik çevrici(mikrofon), 3- akustik 
sahə(zona), 4- elektrik sahəsi, 5- elektroakustik çevrici(telefon), 7- Qulaq
D) 1-Səs mənbəyi; 2- 6- akustik sahə(zona), 3- akustik-elektrik 
çevrici(mikrofon), 4- elektrik sahəsi, 5- elektroakustik çevrici(telefon), 7- 
Qulaq 
E) 1-Səs mənbəyi; 2- 6- akustik sahə(zona), 3- akustik-elektrik 
çevrici(mikrofon), 4- elektrik sahəsi, 5- Qulaq, 7- elektroakustik 
çevrici(telefon) 
Testin çətinlik dərəcəsi: Asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
92. Sadə elektromaqnit relenin sxemində 2 rəqəmi ilə 
hansı hissəsi göstərilmişdir? 
A) Kontaktlar 
B) Əks təsir edən yay 
C) Tərpənməyən nüvə 
D) Tərpənən lövbər 
E) Dolaq
Testin çətinlik dərəcəsi: Asan 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, 
О
.С.Шилов. Основы телефонии и теории телефонных сообщений. 
Москва
, 1969 


93. Fəza kommutasiya prinsipi sxemində EK nəyi 
bildirir?
A) Elektrik kanalını 
B) Elektrik kommutasiyasını 
C) Elektron kommutasiyanı 
D) Elektrik kontaktı 
E) Elektron kontaktı
Testin çətinlik dərəcəsi: Çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
94. 1 və 2 kommutasiya sxemləri bir-birindən nə ilə fərqlənir? 
A) 1- bir abonentli, 2- çox abonentli olması ilə 
B) 1- bir halqalı, 2- çox halqalı olması ilə 
C) 1- bir pilləli, 2- çox pilləli olması ilə 
D) 1- bir ranqlı, 2- çox ranqlı olması ilə 
E) 1- bir kanallı, 2- çox kanallı olması ilə
Testin çətinlik dərəcəsi: Çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 
95. Əgər dövrənin müəyyən a və b nöqtələrindəki xüsusi enerjilər P
a
və P
b
olarsa, o zaman bu iki nöqtə arasındakı gərginlik nəyə bərabər olar? 
A) Həmin nöqtələrin müqavimətlərinin fərqinə 
B) Həmin nöqtələrin potensiallarının nisbətinə 
C) Həmin nöqtələrin potensiallarının cəminə 
D) Həmin nöqtələrin potensiallarının fərqinə 
E) Həmin nöqtələrin potensiallarına
Testin çətinlik dərəcəsi: Orta 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2012 
96. Şəkildəki elektrik sxemində r
g
nəyi bildirir? 
A) Xarici dövrənin müqavimətini 
B) Gərginlik mənbəyinin daxili müqavimətini 


C) Xarici dövrənin xüsusi müqavimətini 
D) Gərginlik mənbəyinin xüsusi müqavimətini 
E) Dövrənin tam müqavimətini
Testin çətinlik dərəcəsi: Orta 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2012 
97. Müqavimətlərin ardıcıl 
birləşdirildiyi dövrədə ümumi 
müqavimət nəyə bərabərdir? 
A) r=r
1
+r
2
/r
3
B) r=r
1
-r
2
-r
3
C) r=r
1
-r
2
+r
3
D) r=r
1
+r
2
-r
3
E) r=r
1
+r
2
+r

Testin çətinlik dərəcəsi: Orta 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2012 
98. Şəkildə alçaldıcı transformatorun hansı sxemi 
göstərilmişdir?
A) Nüvənin və ikinci tərəf dolağının bir ucunun 
torpaqlanması sxemi 
B) Nüvənin və birinci tərəf dolağının bir ucunun 
torpaqlanması sxemi 
C) Sarğının və ikinci tərəf dolağının bir ucunun 
torpaqlanması sxemi 
D) Sarğının və birinci tərəf dolağının bir ucunun 
torpaqlanması sxemi 
E) Nüvənin və ikinci tərəf dolağının hər iki ucunun torpaqlanması sxemi
Testin çətinlik dərəcəsi: Orta 
İ
stinad: R.M.Hacıyev. Elektrik dövrələrinin nəzəri əsasları. Gəncə, 2012 
99. Microsoft Word-ün proqram pəncərəsində 3 rəqəmi ilə nə 
göstərilmişdir?
A) Mətn sahəsi 
B) Formatlaşma paneli 
C) Sərlövhə sətri 
D) Menyu sətri 
E) Alətlər paneli
Testin çətinlik dərəcəsi: Asan 


İ
stinad: M.Xəlilov. İnformatika. Bakı, 2009 
100. Danışıq traktının sxemində zəng edən və çağırılan abunəçilərin 
cihazlarının mikrofonları uyğun olaraq hansı mənbələrdən qidalanır?
A) I sxemin qidalandırıcı(impulslu) və II sxemin qidalandırıcı(cavab) 
relelərinin girişlərindən 
B) I sxemin qidalandırıcı(impulslu) və II sxemin qidalandırıcı(cavab) 
relelərinin çıxışlarından 
C) I sxemin qidalandırıcı(impulslu) və II sxemin qidalandırıcı(cavab) 
relelərinin sarğılarından 
D) I sxemin qidalandırıcı(impulslu) relesinin sarğılarından 
E) II sxemin qidalandırıcı(cavab) relesinin sarğılarından
Testin çətinlik dərəcəsi: Çətin 
İ
stinad: Р.А.Авakoв, И.M.Жданов, М.М.Подвидз, О.С.Шилов. Основы 
телефонии
и теории телефонных сообщений. Москва, 1969 

Download 438.33 Kb.




Download 438.33 Kb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Stansiya avadanlıqlarının elektrik montyoru

Download 438.33 Kb.
Pdf ko'rish