4. Atmosfer çöküntüləri. Çöküntülər su buxarının kondensasiyası nəticəsində yaranır. Bu
çöküntülər yer üzərində suyun dövretməsində böyük rol oynayır. Çöküntülərin miqdarından asılı
olaraq yer üzərini iki zonaya bölürlər - humid (nəm) və arid (quraqlıq) zonaları.
5. Atmosfer havası. Canlı və cansız aləmin mövcudluğunu təmin edən oksigen və karbon
qazının havadakı miqdarı müvafiq olaraq 21 və 0,3 % təşkil edir.
Bu baxımdan yerüstü ekosistemdə havanın tərkibi (atmosfer havası) nisbətən sabit qalır.
Havaya oksigen yaşıl bitkilərdən daxil olur. CO
2
günəş və yer üzərində gedən şüalanma
proseslərindən yaranır. Atmosferin ozon qatı yer kürəsini günəş spektrinin ultrabənövşəyi
şüalardan mühafizə edir.
6. Ətraf mühitin temperaturu. Yer üzərində temperatur əsasən atmosferin istilik rejimi və
günəş şüaları ilə yaranır. Temperatur mühitin məhdudlaşdırıcı faktorlarından biridir. Müxtəlif
növlərin yer üzərində yerləşməsi (yayılması) və po- pulyasiyaların sayı temperatur faktorundan
köklü surətdə asılıdır. Yer üzərində bitki və heyvanların yerləşdiyi mühitin optimal temperaturu
15-30°C həddində olur. Bəzi bakteriya, su bitkiləri qaynar mühitdə, yəni 70-90°C temperatur
mühitində yaşayırlar. Sərt soyuq şərait bir çox cücülərin, balıqların və dəniz otlarının
həyatlarının dayanmasına səbəb olur (anabioz). Lakin, yaz vaxtı don açılanda, onlar öz əvvəlki
həyat tərzlərini davam etdirirlər. Canlıların öz bədənlərinin temperaturu isə sabit qalır. Bunun
üçün, onlarda xarici mühitə alışma qabiliyyəti mövcuddur.