Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




Download 1,28 Mb.
Pdf ko'rish
bet8/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   4   5   6   7   8   9   10   11   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

2.1. Ekosistem anlayışı


Müasir şəraitdə ekologiya həyat üçün zəruri olan bir elmi fənn hesab edilir. Ekosistem
ekologiyanın əsas funksional vahididir. Bu haqda müxtəlif təyinatlar olsa da belə, onların
hamısının mənası eynidir. Y.Oduma görə “Canlı orqanizm və onları əhatə edən cansız aləm biri-
birindən ayrılmaz olaraq həmin sahədə daim qarşılıqlı əlaqədə və fəaliyyətdədirlər. Aralarında
olan enerji axını onların biotik strukturunu, maddələrin dövrü sistemini dəqiq müəyyənləşdirir.
Bax bu münasibət ekoloji sistem deməkdir”. Deməli, ekoloji sistemi canlı aləmlə onların
məskunlaşdığı mühit arasında olan birgə fəaliyyət təşkil edir, maddələr və enerji mübadiləsi
qarşılıqlı olaraq baş verir. 
Ekosistem anlayışı, birinci dəfə olaraq, ingilis alimi A.Tensli tərəfindən təklif olunmuşdur.
Lakin, orqanizmlə mühitin birgəliyi konsepsiyası çox qədimdən məlum olmuşdur.
XX əsrin əvvəllərində belə bir ideya inkişaf etdirilmişdir ki, mühitdən asılı olmayaraq
təbiətdəki fəaliyyətlər eyni qanunauyğunluqla baş verir. Məsələn, dəniz suyu, yeraltı su, içməli
su təbiətcə vahidlik sistemi təşkil edir.
Ekosistem adlı yeni bir sistemin yaranması ümumi sistem və sistemli analizə olan
tələbatdan irəli gəlir. Bu sistemin baniləri C.E.Xatçinski, R.Marqelf, K.Uatt, V.Petten, Y.Odum
sayılır.
Sistem nədir? Sistem müəyyən tərzdə bir-biri ilə əlaqədə və qarşılıqlı təsirdə olan
elementlərin birliyidir.
Sistemin hissələri onun elementləri adlandırılır. Sistemin elementləri fiziki, kimyəvi,
bioloji və ya qarışıq şəkildə ola bilər.
Sistemin strukturunu elementlərin qarşılıqlı təsir münasibətləri təyin edir. Qarşılıqlı təsirin
özü yeni sistemin yaranmasına səbəb ola bilər.
Sistemin əsas xüsusiyyətlərindən biri elementlərin ierarxik tabeçiliyidir (aşağı rütbələrin
yuxarı rütbələrə tabe olması).
Ekologiyada elementar vahid fərdin populyasiyasıdır.
Görkəmli alim Q.T.Mustafayevə görə “Bioloji növün konkret ərazidə yerləşən, çoxlu
nəsillər boyunca real imkanlar əsasında bir-birilə sərbəst cütləşib öz sayını tənzim edə bilən
coğrafi, ekoloji və etoloji sədlər ilə bir-birindən az-çox ayrılan fərdlər qrupuna populyasiya
deyilir.
Populyasiyanı cins, yaş, ərazi və digər növ strukturlara ayırırlar. Yaşa görə populyasiya
növü əsas göstəricilərdən biridir. Uzunömürlü populyasiyalar normal, doğub törəmə prosesinə
təsir edən mənfi faktorlar olduqda isə reqresiv və ya ölən populyasiya adlanır. Cavan
populyasiya “tətbiqolunan” populyasiya adlanır. Bu növ populyasiyalar təhlükə yaratmır, onların
artım ehtimalı yüksək olur, lakin, onların trafiki və digər əlaqələri tam formalaşmış olmur. Əgər
populyasiya normal və ya normal vəziyyətə yaxınsa, onda insanlar həmin populyasiyadan
istənilən qədər biokütlə götürə bilər. Bu zaman populyasiyanın törəmə müddəti və vaxtı nəzərə
alınmalıdır. Adətən, populyasiya mühitəalışma mexanizminə malik olur. Bu xüsusiyyət onun
optimal saydan artıq və ya az olmasını yaradır.
Hər populyasiya və növ «biotik potensial» xüsusiyyətinə malikdir. 
Populyasiya fərdlərinin sayının kəskin artması “populyasiya dalğası”, “həyat dalğası”, “say
dalğası” adlandırılır. Belə dalğanın səbəbi hələ tam aydınlaşdırılmamışdır. Bəzən, bunu iqlim
şəraiti, qida, bəzən də günəşin aktivliyi ilə izah edirlər.
Populyasiyanın dinamikasının fərdlərin sıxlığından həm asılı,həm də asılı olmadığını qeyd
edirlər. Sıxlıqdan asılı olmamaq asılı faktorun nəticəsi kimi qəbul edilir (hava, yem, katastrof və
s.). Bu faktorlar nəticəsində populyasiya həm arta, həm də azala, həm də sıfıra bərabər ola bilər.
Belə faktorlar “modifikasiya olma” (lat. modifikasiya-dəyişmə) adlandırılır.
Populyasiyanın dinamikasının sıxlıqdan asılılığı “biotik faktor”un nəticəsidir. Bunu
“tənzimolunan” adlandırırlar.
Populyasiya və populyasiyaya oxşarlar assosiasiya və ya birlik sistemaltlarını yaradırlar.
Elə buna görə də, ekoloji elementləri ekoloji populyasiyaya, birlik ekologiyasına və
biosenozların ekologiyasına ayırırlar. Buradan belə nəticəyə gəlmək olar ki, ekosistemin tam


xüsusiyyətlərini başa düşmək üçün, göstərilən elementlər arasında əlaqə və onların birgə
fəaliyyətini müəyyən etmək lazımdır.
Hər bir ekosistem açıq ekosistem adlandırılır. Yəni o, enerji almaq və vermək qabiliyyətinə
malik olmalıdır.
Hansı ekoloji sistem olursa olsun, onun yaşaması üçün cansız təbiət-produsent -
konsument-redusent və yenə də cansız təbiət dövriyyəsi lazımdır.
Yer üzərində müxtəlif təbii bölmələrdə xeyli miqdarda ekosistemlər mövcuddur. Lakin,
onlar haqqında tam hərtərəfli informasiyalar yox dərəcəsindədir.
Ekoloji sistemləri, əsasən, yaranma səbəbinə görə iki qrupa bölürlər: təbii və antropogen
ekosistemlər. Uzun illər boyu təbii seçmə nəticəsində təkamül etməklə əmələ gələn sistem təbii
sistem adlandırılır. Təbii sistem zəngin və davamlı sistemdir. Antropogen ekosistem insanlar
tərəfindən müəyyən müddət ərzində yaradılan, daim qayğı tələb edən qısa dövrlü ekoloji
sistemdir.
Ekosistemin komponentlərinin üzvlərinin çox olması onun uzunömürlü və dayanıqlı
olmasına səbəb ola bilər. Bu baxımdan,biosfer ən böyük və davamlı ekosistem hesab edilə bilər.
Ekosistemə yaxın və ya onun analoqu olan anlayış biosenoz anlayışıdır. Bununla məşğul
olan elm biosenologiya adlandırılır. Yunanca “bios” – həyat, “koinos” – ümumi deməkdir. Bu
termin ilk dəfə alman alimi K.Mebius tərəfindən işlədilib.
N.P.Naumova görə biosenoz biosferdə tarixən toplanmış canlı əlaqəli qrupdur ki, onlar
ümumi bir yerdə toplanıb və konkret təbii şərait yaradırlar.
Ekosistem dedikdə, biotik və abiotik komponentlər birgə düşünülür. Biosenoz dedikdə isə,
yalnız canlı məskunlar nəzərdə tutulur. Biosenozda, adətən, komponentlərin müəyyən şərait və
məkandakı fəaliyyətləri ilə yanaşı, onların yerləşdiyi sahənin məhdudluğu göstərilir. Bu sahəyə
biotop deyilir. Biosenoz və biotop birlikdə biogeosenoz adlanır. V.N.Sukacevə görə biogeosenoz
yer üzərində olan eynicinsli təbii hadisələri (atmosfer, dağ süxurları, bitki aləmi, canlılar,
mikroorqanizmlər, torpaq və hidroqrafik şərait) təşkil edən, daim hərəkətdə olan ayrı-ayrı
komponentlərin qarşılıqlı təsiri, onlar arasında olan enerji mübadiləsi prosesləri deməkdir. Bu
təyinat ekosistem mövhumu ilə, demək olar ki, eynidir.
Müxtəlif qrup orqanizmlər məskən etdikləri mühitin antropogen çirkləndirilməsinə
müxtəlif münasibət göstərirlər. Məsələn, redusentlər avtotrof və konsumentlərin həyatı üçün
lazım olan antropogen maddələrin nəinki fiziki, hətta kimyəvi dəyişməsinə təsir edirlər. Lakin,
bu proses həmişə baş verə bilmir. Əgər antropogen çöküntü tərkibində müxtəlif toksik kimyəvi
maddələr mövcuddursa, resudentlər onların təmizlənməsinə həmişə tam təsir etmək iqtidarında
olmurlar. Bu zaman öz-özünü təmizləmə prosesi pozulur ki, bu da ekosistemin dayanıqlığına
təsir edir və onun dəyişməsinə səbəb olur.
Buradan belə bir nəticəyə gəlmək olar ki, ekosistemin dəyişməsinə tək insan fəaliyyəti yox,
həmçinin orqanizmlərin daxilində gedən proseslərdə böyük təsir göstərir.

Download 1,28 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

Download 1,28 Mb.
Pdf ko'rish