Şəkil 1.1. Həyat fəaliyyəti təhlükəsizliyinin idarə olunması sxemi MUHAZİRƏ 2




Download 1,28 Mb.
Pdf ko'rish
bet7/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   2   3   4   5   6   7   8   9   10   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

Şəkil 1.1. Həyat fəaliyyəti təhlükəsizliyinin idarə olunması sxemi
MUHAZİRƏ 2
Ekologiyanın konseptual əsasları
Ekologiya canlı orqanizmlərin mövcudluq şəraitini, onları əhatə edən mühitlə qarşılıqlı
əlaqə və münasibətlərini öyrənən elmdir. Yunan dilindən ekologiya elminin tərcüməsi “oykos” -
ev, daxma, “loqos” – elm deməkdir. Bu səbəbdən də, bəzən ekologiyanı canlıların məskun
sahələri ilə əlaqələrini öyrənən elm kimi təqdim edirlər. Bu fikir onunla öz doğruluğunu göstərir
ki, ətraf aləmi (məskun sahələrini) canlı orqa-nizmlərdən ayrı tədqiq etmək düzgün deyil. Bunlar
hər ikisi birgə - tam fəaliyyətin ayrılmaz elementləridir. Ekologiyanı təkcə mühitin orqanizmə
təsirini öyrənən elm kimi vermək səhv fikirdir.
Ekologiya təbiət fənləri olan kimya, fizika, riyaziyyat, geologiya, coğrafiya, torpaqşünaslıq
elmləri ilə sıx əlaqədə biologiya elminin bir hissəsi kimi öz inkişafını tapmışdır.
Ekologiyanın predmeti orqanizmlər ilə mühit arasında əlaqənin birliyi və ya strukturundan
ibarətdir. Ekologiyanın əsas tədqiqat obyekti ekoloji sistemdir. Bundan başqa, ekologiya ayrı-
ayrı orqanizmlərin növlərinin, onların populyasiyalarınm və ümumilikdə, biosferin öyrənilməsi
ilə də məşğul olur.
Biologiya elminə daxil olan ekologiyanın əsas bölməsi ümumi ekologiyadır. Ümumi
ekologiyanın struktur sxemi aşağıdakı kimi təqdim edilə bilər (şəkil 2.1.).
Ümumi ekologiya – ekosistemin biotik və abiotik komponentlərinin qarşılıqlı təsirlərinin
qanunauyğunluqlarını və prinsiplərini öyrənən elmdir. Burada, əsasən, strukturların formalaşma
qanunları, ekosistemin funksiyaları və inkişafı öyrənilir. Bu, qlobal və tətbiqi ekologiyanın
nəzəri əsası hesab olunur. Ümumi ekologiyanın nəzəri əsasları biotik birliklər, qida zənciri,
maddələrin dövranı və ekosistemdə enerji, populyasiya ekologiyası konsepsiyasını təşkil edir.
Şəkil 2.1. Ümumi ekologiyanın struktur sxemi
Qlobal ekologiya – bioloji növ olan insanın, onu əhatə edən mühitlə qarşılıqlı
münasibətlərinin tənzimlənməsinə, eyni zamanda, dövlətlərarası əməkdaşlığın yaradılmasına
yönəldilmişdir. Bu əməkdaşlıq, təkcə ətraf mühitin mühafizəsini yox, eyni zamanda sosial-
iqtisadi sahələri də əhatə edir.
Tətbiqi ekologiya – dövlət səviyyəsində təsərrüfat fəaliyyətinin əsas elementi sayılır və
təsərrüfat sahələrinin ekoloji təhlükəsizliyinin təminatını tələb edir.
qlobal 
ekologiya
ümumi 
ekologiya
tətbiqi 
ekologiya
təbiətin 
mühafizəsi
Xüsusi ekologiya
- Heyvanlar
- Bitkilər və s.
qlobal 
təhlükəsizlik
ekoloji 
təhlükəsizlik
ekoloji 
ekspertiza və 
riskin 
qiymətləndiri
lməsi
populyasiya 
Ekologiyası
qlobal 
monitorinq
ekoloji 
monitorinq
ekoloji 
normativlər
sosial ekologiya 
insan ekologiyası
beynəlxalq 
tədqiqatlar 
proqramı
təbiətdən 
istifadə


Xüsusi ekologiya – ayrı-ayrı növlərə, taksonlara, biogeosenozlara ümumi ekologiya
qanunlarının tətbiqini öyrənən elmdir.
Təbiətin mühafizəsi – canlı orqanizmlərin məskun olduğu mühitin və təbii sərvətlərin
texnogen, aqrogen və digər antropogen təsirdən mühafizəsi üçün fəaliyyət nəzərdə tutulur.
Ətraf təbii mühit – bu litosfer, hidrosfer, atmosfer, biosfer və yerətrafı kosmik fəza da daxil
olmaqla insanların və digər canlı orqanizmlərin məskun və fəaliyyət sahəsidir.
Təbiət dedikdə insanların təsirinə məruz qalmayan və ya cüzi miqdarda məruz qalan təbii
bir kompleks başa düşülür.
Ətraf təbii mühiti xarakterizə edən göstəricilərin məcmuu onun keyfiyyətini göstərir. Ətraf
mühitin keyfiyyəti canlı aləmin mövcudluğu və yaşayışına təsir edən əsas amildir.
Tətbiqi ekologiyada ətraf mühit dedikdə, insanı əhatə edən atmosfer havası, su və torpaq
başa düşülür. Təbii mühitin vəziyyətinə nəzarət, əsasən, insanların və bütün canlıların səmərəli
yaşayışının təmin olunması üçün aparılan analiz və tədqiqatlar nəticəsində standartlar hazırlamaq
və onların göstəricilərinə əməl etməkdən ibarətdir.
Beləliklə, ətraf təbii mühitin mühafizəsi dedikdə, təbii sərvətlərdən səmərəli istifadəyə,
təbii mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən dövlət və ictimaiyyət tərəfindən təşkil
olunmuş bir sistem başa düşülür.
“Təbiətin mühafizəsi” daim öz aktuallığını saxlayır. Bütün dünya bu termini işlədir.
Beynəlxalq Təbiəti və Təbii Sərvətlərin Mühafizəsi İttifaqının (BTSMİ) təlimatında qeyd olunur
ki, “Təbiətin və təbii sərvətlərin mühafizəsi dedikdə, insanların yaşadığı və təbii sərvətlərin
yarandığı üzvü aləmin (təbii mühitin) mühafizəsi nəzərdə tutulur”.
Bundan başqa, vaxt faktoru baxımından ekologiyanı tarixi və evalyusiya hissələrinə
ayırırlar.
Son zamanlar, ekologiyada insanlar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi problemi
geniş müzakirə olunur. Bu, elmi-texniki tərəqqinin ətraf mühitdə yaratdığı neqativ hallarla
əlaqədardır.
Beləliklə, müasir ekologiya, biologiya fənni daxilində məhdudlaşmayaraq, insan və ətraf
mühit arasında yaranmış mürəkkəb problemlərin həllinə yönəlmiş fənlərarası bir elmə
çevrilmişdir. Bu problemlərin aktuallığı və çoxşaxəliliyi bir çox təbiət, texniki və humanitar
elmlərin “ekologiyalaşmasına” gətirib çıxarmışdır. Bunlara misal olaraq “mühəndisi ekologiya”,
“geoekologiya”, “riyazi ekologiya”, “kənd təsərrüfatı ekologiyası”, “kosmos ekologiyası” və s.
göstərmək olar. Müasir ekologiya siyasət, iqtisadiyyat, hüquq, psixologiya və pedaqogikailə sıx
əlaqədə olaraq insanlarda yeni məzmunda ekoloji təfəkkürün yaranmasına və onlarda təbiətə
qarşı olan münasibətin dəyişməsinə səbəb olmuşdur.
Deyilənləri nəzərə alaraq ekologiya qarşısında duran aşağıdakı nəzəri və tətbiqi məsələləri
göstərmək olar:
– ekoloji sistemlərin dayanıqlığı üzrə ümumi nəzəriyyənin işlənməsi;
– mühitə alışmanın mexanizminin öyrənilməsi;
– bioloji müxtəlifliyin və onun mühafizə mexanizminin öyrənilməsi;
– biosferdə gedən proseslərin tədqiqi;
– insanların təsiri ilə ətraf mühitdə yaranan neqativ dəyişikliklərin proqnozlaşdırılması və
qiymətləndirilməsi;
– ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması;
– təbii resurslardan səmərəli istifadə;
– ekoloji qeyri-səmərəli mühitlərdə təhlükəsizliyin təmini üçün mühəndisi, iqtisadi,
təşkilati-hüquqi və sosial məsələlərin həllinin optimallaşdırılması.
Ekologiyanın strateji məsələsi təbiət və cəmiyyət arasında olan nəzəri qarşılıqlı fəaliyyətin
inkişaf etdirilməsindən ibarətdir. Bu zaman insan və cəmiyyət biosferin birgə ayrılmaz hissəsi
hesab edilməlidir. 

Download 1,28 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Şəkil 1.1. Həyat fəaliyyəti təhlükəsizliyinin idarə olunması sxemi MUHAZİRƏ 2

Download 1,28 Mb.
Pdf ko'rish