Təhlükəsizliyin təmin olunmasının vasitələri və etibarlılığı




Download 1,28 Mb.
Pdf ko'rish
bet5/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   2   3   4   5   6   7   8   9   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

1.4. Təhlükəsizliyin təmin olunmasının vasitələri və etibarlılığı
Təhlükəsizliyin təmin olunma vasitələri prinsip və üsulların konkret yerinə yetirilməsinə
yönəldilən konstruktiv, təşkilati və fiziki tədbirlərdən ibarətdir. 
Bu vasitələr kollektiv və fərdi mühafizə vasitələrinə bölünür. Kollektiv və fərdi mühafizə
vasitələri, öz növbəsində, təhlükələrin xarakterindən, konstuktiv həllindən, tətbiq olunduğu
sahədən asılı qruplara bölünürlər. 
İstehsalatın təhlükəsizliyinin təmin olunmasında avtomat vasitələrin tətbiqi və onların işinə
nəzarət sistemi mühüm rol oynayır. Bu vasitələr ən vacib hesab edilən etibarlılıq keyfiyyətinə
malik olmalıdır. Etibarlılıq, prosesin gedişi vaxtı qəbul olunan rejim üzrə texniki xidmət, təmir,
nəqletmə proseslərində lazımi göstəriciləri verilən hədlər daxilində saxlamaq nəzərdə tutulur.
Təhlükəsizlik vasitələri, adətən, iki vəziyyətdə - gözləmə və icra rejimində olur. Gözləmə
rejimində sistemin pozuntusu funksional işdənçıxma adlanır.
Təhlükəli halları aradan qaldırarkən qoruyucu vasitələrin iş qabiliyyətlərinin pozulması
texnoloji işdənçıxma, etibarlılığı isə texnoloji etibarlılıq adlandırılır. Texnoloji işdənçıxmalar
ölçü, qüvvə və vaxt göstəricilərinin təsiri ilə əlaqədar yarana bilər. 
Etibarlılığı qiymətləndirmək və xarakterizə etmək üçün bərpa olunmayan sistemlərin
göstəricilərindən və bərpa edilən sistemlər üçün təmirə yararlılıq parametrlərindən istifadə
olunur. 
Təmirə yararlılıq parametrləri sistemin təmir və texniki xidmət vasitələrinin işdən
çıxmalarının aradan qaldırmaq xüsusiyyətini xarakterizə edir. Burada etibarlılıq göstəricilərindən
istifadə olunur.
Təhlükəsizlik vasitələrinin işdən çıxmalarının təhlili göstərir ki, onlar gözlənilmədən və
bir-birindən asılı olmadan baş verir. İşdən çıxma və bərpa olunma prosesləri adi, sadə və daimi
(stasionar) xarakterə malikdirlər. Ona görə də, təhlükəsizlik vasitələrinin müntəzəm işləmə
ehtimalı eksponensial paylanma qanunuilə ifadə olunur:
P(τ) = e
-λτ
(1.2)
burada: P(τ) – eksponensial paylanmanın parametridir (işdən çıxmaların intensivliyidir). İşdən
çıxmaların sadə və daimi olduqlarını nəzərə alsaq, onda müntəzəm işləmənin orta vaxtı:
T = 1/λ yaxud λ = 1/ T (1.3)
Bu halda, P(τ) – müntəzəm iş ehtimalı, Τ – sistemin müntəzəm iş dövrü, λ(τ) – τ müddəti
ərzində işdənçıxma intensivliyi, τ – müntəzəm işləmənin orta vaxtıdır. 
Ümumi işdənçıxma prosesində, gözlənilmədən işdənçıxmadan başqa, tədricən işdən çıxma
da mövcuddur. Tədrici işdən çıxmalar hissələrin yeyilməsi, köhnəlməsi, korroziyası və digər
dönməyən proseslər nəticəsində baş verir.
Tədricən işdənçıxmada qurğuların müntəzəm işləmə vaxtının bölüşdürülməsi ən çox
normal paylanma qanununa tabedir.
Qurğular layihələndirildikdə “zəif element” ayrılır və onun üçün yükün xarakterindən asılı
olaraq, möhkəmliyin əsas kriteriyalarına görə normal paylanma təyin edilir və bu əsas da
müntəzəm işləmənin ehtimalı tapılır.

Download 1,28 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Təhlükəsizliyin təmin olunmasının vasitələri və etibarlılığı

Download 1,28 Mb.
Pdf ko'rish