Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




Download 1,28 Mb.
Pdf ko'rish
bet4/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   2   3   4   5   6   7   8   9   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

1.3. Təhlükəsizliyin sistemli təhlili
Riski hesablamaq üçün məlumatlar bankını yaratmaq və bunlardan müəssisə, region
şəraitində istifadə etmək tələb olunur. Bu məqsədlə təhlükəsizliyin sistemli təhlili aparılmalıdır.
Təhlükəsizliyin sistemli təhlili mürəkkəb problemlərin həllini əsaslandırmaq üçün istifadə
olunan metodoloji vasitələrdən ibarətdir. Sistem dedikdə müəyyən nəticəyə nail olmaq üçün
qarşılıqlı əlaqəli komponentlərin toplusu başa düşülür. Bu komponentlər maddi obyekt olmaqla
yanaşı, həm də münasibət və əlaqələr kimi nəzərdə tutulur. Hər hansı saz maşın texniki sistemə
misal ola bilər. Bir elementi insan olan sistem erqatik sistem adlanır. Erqatik sistemə “insan-
maşın-ətraf mühit” misal ola bilər.
Sistemin mahiyyəti hadisələrə sistemi təşkil edən komponentlərin qarşılıqlı əlaqəsinin
nəticəsi kimi baxır. Məsələn, yanma (yanğın) hadisəsinə, yanan maddə, oksidləşdirici mühit və
yanma mənbəyini təşkil edən və qarşılıqlı əlaqəyə malik komponentlərdən ibarət sistem kimi
baxmaq lazımdır. Əgər bu komponentlərdən biri aradan götürülərsə sistem pozulacaq və hadisə
baş verməyəcək, yəni yanma prosesi olmayacaq.
Sistemli təhlilin metodoloji prinsipi nəzəri və təcrübi elementlərlə yanaşı şəxsiyyətin
dəqiq formalaşmış təcrübəsi və duyma qabiliyyətinə də əsaslanır.
Təhlükəsizliyin sistemli təhlilində məqsəd xoşagəlməz hadisələrin (qəza, yanğın, fəlakət
və s.) baş verməsinin səbəblərini aşkar etmək və onların qarşısını almaq, yaxud baş vermə
ehtimalını azaltmaq üçün tədbirlər hazırlamaqdan ibarətdir.
Təhlükəsizliyin təhlili aprior, yaxud aposterior üsullarla, yəni xoşagəlməz hadisələrə
qədər, yaxud hadisə baş verdikdən sonra yerinə yetirilə bilər. Hər iki halda, istifadə olunan üsul
birbaşa və tərsinə ola bilər.
Aprior təhlildə tədqiqatçı sistemə aid potensial mümkün ola bilən xoşagəlməz hadisələri
seçir və onların baş verməsinə gətirib çıxara bilən müxtəlif şəraitlər toplusunu tərtib edir.
Aposterior təhlili xoşagəlməz hadisələr baş verdikdən sonra aparılır və gələcək dövr üçün
tövsiyələr hazırlayır. 
Birbaşa təhlil üsulunda hadisələrin nəticəsini qabaqcadan görmək məqsədi ilə hadisələrin
səbəbləri öyrənilir. Tərsinə təhlil üsulunda hadisələrin səbəblərini müəyyən etmək üçün onun
nəticələri öyrənilir. Təhlil yekunlaşdırıcı hadisədən başlanır. İlkin hadisələrin yaranma tezliyini
və ehtimalını aşağıdan yuxarıya doğru öyrənməklə yekunlaşdırıcı hadisənin yaranma ehtimalını
təyin etmək olar.
Təhlükəsizliyin təhlilində əsas problem sistemin parametrlərinin və sərhədlərinin müəyyən
olunmasıdır. Əgər sistem həddindən artıq məhdudlaşırsa, onda alınan xəbərdarlıq tədbirləri
dağınıq və sistemsiz halda olur və bu halda bəzi qorxulu hadisələr diqqətdən yayına bilər.
Digər tərəfdən, sistem geniş şəkildə, yəni böyük sərhəd daxilində baxılarsa təhlilin
yekunları qeyri müəyyən ola bilər. Ona görə tədqiqatçının qarşısında təhlili hansı səviyyədə
aparmaq məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bu əsasən təhlilin konkret məqsədindən asılı olur.
Təhlükəsizliyin təmin olunması üsulları məqsədə çatmaq vasitəsi və yoludur. Bu üsullar,
ümumi biliklərin qanunauyğunluqlarına əsaslanır və aşağıdakı anlayışlardan istifadə edir.
Homosfera– insanın fəaliyyətinin baş verdiyi fəza (işçi zonası).
Nokosfera –hadisələrin həmişə olduğu, yaxud vaxtaşırı baş verdiyi fəza.
Homosfera və nokosferanın birlikdə olması təhlükəsizlik nöqteyi-nəzərdən yolverilməzdir.
Təhlükəsizliyin təmin olunması üç əsas üsulla əldə edilir.
A üsulu homosfera və nokosfera fəzalarının müvəqqəti ayrılmasıdır. Bu məsafədən idarə
etmək, avtomatlaşdırma, robotlaşdırma və s. ilə əldə edilir.
B üsulu hadisələri aradan qaldırmaqla nokosferanı normal vəziyyətə gətirməkdən ibarətdir.
Bu, insanı səsdən, zəhərli qazlardan, tozlardan, zədələnmə təhlükəsindən və s. müdafiə edən
kollektiv mühafizə vasitələrinin birgə şəkildə tətbiqi vasitəsilə həyata keçirilir.
C üsulu müəyyən əməliyyat və vasitələrin köməyi ilə insanı işlədiyi şəraitə
uyğunlaşdırmaq və onun müdafiəsini artırmaqdan ibarətdir. Bu işçilərin sənətə görə seçilməsi,
öyrədilməsi, psixoloji təsir etməklə, fərdi müdafiə vasitələrinin köməyi ilə əldə edilir.


Real şəraitdə göstərilən üsulların birgə kombinasiyası tətbiq edilir.

Download 1,28 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

Download 1,28 Mb.
Pdf ko'rish