• Ətraf mühitin biotik faktoru.
  • Ətraf mühitin antropogen faktoru.
  • Məhdudlaşdırıcı faktorlar: minimum və tolerant.
  • Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




    Download 1,28 Mb.
    Pdf ko'rish
    bet13/113
    Sana01.12.2023
    Hajmi1,28 Mb.
    #109072
    1   ...   9   10   11   12   13   14   15   16   ...   113
    Bog'liq
    M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

    7. Su hövzələrinin abiotik faktoru. Yer kürəsi səthinin 71%-i okeanların payına düşür.
    Suyun sıxlığı havanın sıxlığından 800 dəfə, özlülüyü isə 55 dəfə çoxdur. Su hövzəsi axarlığı,
    şəffaflığı, duzluluğu, temperatur tutumluğu ilə başqa sahələrdən seçilir. Bu xüsusiyyət
    bakteriyaların, planktonların fotosintez proseslərinə böyük təsir edir.
    Ətraf mühitin biotik faktoru. Biotik faktor dedikdə bir orqanizmin digərlərinin həyat
    fəaliyyətinə təsiri başa düşülür.
    Hinlik faktorlar əsasən üç istiqamətdə inkişaf edir: 
    – Qida vasitəsilə; 
    – Sahə vasitəsilə; 
    – Nəsilvermə vasitəsilə. 
    Canlılar arasında ən əsas əlaqə qida əlaqəsi sayılır. Bu əlaqə təbii olaraq elə yaradılmışdır
    ki, eyni ərazidə eyni vaxtda yaşayan heyvanlar biri-birinə qarşı olmur. Qida rəqabəti təbiət
    tərəfindən tənzim olunur. Məsələn, heyvanlar təbii olaraq gecə və gündüz qruplarına bölünmüş
    və bununla da, qida barəsində bir-birinə mane olmamışlar.
    Canlıların sahə əlaqələri müxtəlif olur. Onlar növ daxilində güclü, növlər arasında isə zəif
    olur. Eyni bir sahədə növün fərdləri çoxaldıqda onlar arasında rəqabət artır, yaşayış səviyyəsi
    aşağı düşür. Müxtəlif növlərin yaşadığı sahədə hər kəsin öz yeni növü olduğu üçün onlar bir-
    birinə rəqib olmurlar.
    Nəsilvermə, yəni reproduktiv əlaqə əsasən növ daxilindəki fərdlər arasında gedir. Süni
    olaraq, eyni növ daxilində müxtəlif fərdlər cütləşərək reproduktiv əlaqə yarada bilərlər. Lakin,
    hər bir heyvan özünün irsi nəslini saxlamağa çalışır.
    Ətraf mühitin antropogen faktoru. Antropogen faktor dedikdə, insanların istehsalat və
    məişət fəaliyyəti nəticəsində ətraf mühitə edilən təsiri nəzərdə tutulur. İstehsalat fəaliyyəti
    dedikdə, sənayedə, kənd təsərrüfatında, neft-qazçıxarmada, dağ-mədən işlərində və s.
    göstərilən fəaliyyət nəzərdə tutulur.
    Məhdudlaşdırıcı faktorlar: minimum və tolerant. Minimum qanunu 1840-cı ildə
    U.Libix tərəfindən irəli sürülmüşdür. Bu qanuna əsasən, bitkilərin inkişafı onların torpaqda
    çoxluq təşkil edən maddələr ilə yox, orada olan elementlərin cüzi miqdarı ilə limitləşdirilir
    (məhdudlaşdırılır). Minimum haqqında qanun özünün doğruluğunu xüsusilə insanlarda və
    heyvanlarda sübut edir. Məsələn, insanların sağlamlığı onların bədənində cüzi miqdarda olan
    maddələrdən – vitaminlərdən asılıdır.
    Bütün canlı orqanizmlərə temperatur, nəmlik, qida ümumilikdə tam şəkildə yox, yalnız
    onların müəyyən həddi lazımdır. Ekoloji minimum ilə ekoloji maksimum arasındakı diapazon


    dəyanətlilik həddi adlandırılır. Başqa sözlə, bu orqanizmin tolerantlığı (tolerant qanunu)
    adlandırılır. Bu qanun 1910-cu ildə V.Şelferd tərəfindən irəli sürülmüşdür.
    Məhdudlaşdırıcı faktorun qiyməti ondan ibarətdir ki, o, ən mürəkkəb ekoloji halların
    tədqiq edilməsinə imkan verir. Əgər orqanizm geniş tolerant faktoru diapazonuna malikdirsə,
    onda belə faktor məhdudlaşdırıcı ola bilməz. Orqanizm kiçik diapazon tolerantlığa malikdirsə,
    bu hal tədqiq olunmalıdır.

    Download 1,28 Mb.
    1   ...   9   10   11   12   13   14   15   16   ...   113




    Download 1,28 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

    Download 1,28 Mb.
    Pdf ko'rish