• VEKTOR QRAFİKA
  • Vektor qrafiknın üstünlüyü .
  • RASTR VƏ VEKTOR REDAKTORLARIN XÜSUSİYYƏTLƏRİ
  • Mühazirə : 7 Kompüter qrafikası anlayışı. Plan : Qrafika anlayışı Qrafik redaktorların növləri




    Download 247,66 Kb.
    Pdf ko'rish
    bet3/3
    Sana08.12.2023
    Hajmi247,66 Kb.
    #113756
    TuriMühazirə
    1   2   3
    Bog'liq
    movzu 7.

    RASTR QRAFİKANIN ÇATIŞMAZLIQLARI 

    Rast qrafiki təsvirin ölçüsü çox böyük olduğu üçün güclü əməli yaddaş tələb 
    etməsi 

    Rast qrafiki təsviri böyütdükdə kefiyyətinin itməsi, pikseləşmə hadisəsinin 
    baş verməsi 
    VEKTOR QRAFİKA: Vektor təsvirin minimal obyekti xətt hesab olunur. 
    Vektor qrafikada təsvirlər düz xətlərdən, qövslərdən, çevrələrdən, ellipslərdən, 
    düzbucaqlılardan, eyni və müxtəlif rəngli oblastlardan qurulur. 
    Bunları primitivlər adlandırmaq qəbul edilmişdir. Sadə vektor obyektlərin 
    köməyi ilə müxtəlif təsvirlər yaradilır. Vektor-primitivlərin kombinasiyasından 
    və müxtəlif rənglərdən istifadə etməklə maraqlı təsvirlər almaq olur. Üçölçülü 
    kompüter qrafikasında kub, kürə və s. kimi həcmli primitivlərdən istifadə edilir. 
    Vektor primitivlər şərh vasitəsilə verilir. Məsələn: •A nöqtəsindən 
    B nöqtəsinə 
    xətt çəkməli
    ; və s. 
    Vektor qrafiknın üstünlüyü . Tərkibinə rastr obyektlər daxil olmayan 
    vektor təsvirlər kompüterdə nisbətən çox da böyük olmayan yaddaş sahəsi 
    tutur. Belə ki, min primitivdən ibarət olan vektor təsvir bir neçə yüz Kbayt-dan 
    çox olmayan yaddaş sahəsinə yerləşir. Analoji rastr təsvir üçün isə 10 dəfədən 
    1000 dəfəyə qədər çox yaddaş sahəsi tələb edilir. 


    RASTR VƏ VEKTOR REDAKTORLARIN XÜSUSİYYƏTLƏRİ 
    Qrafik redaktorlar kompüter təsvirləri yaradanlar üçün alətdir. Bunların köməyi ilə 
    istifadəçilər təsvirləri yaradır və redaktə edirlər. Hal hazırda çoxsaylı qrafik 
    redaktorlar mövcuddur. Ona görə də konkret məsələ üçün hansı redaktorun 
    münasib olduğunu bilmək çox vacibdir. Təsvirlərin keyfiyyətinin yaxşılaşdırılması 
    və fotomontaj əməliyyatları rastr qrafik redaktorlarla aparılır. Qrafik redaktorlarda 
    təsvirin ayrı-ayrı hissələrini köçürməyə, yerini dəyişdirməyə, ləğv etməyə, 
    miqyaslaşdırmağa, güzgü əksini almağa, döndərməyə imkan verən imkanlar 
    reallaşdırılmışdır. Rastr qrafikada əsas anlayış piksel olduğuna görə rastr qrafikası 
    redaktorlarında alətlərin və əmrlərin əksəriyyəti ayrı-ayrı piksellərin parlaqlığını və 
    rəng çalarını dəyişdirir. Bu da təsvirdəki kəskinliyi yaxşılaşdırmağa, təsvirin ayrı-
    ayrı fraqmentlərinin tünd və ya açıq 
    görünməsini təmin etməyə
    , xırda qüsurları 
    (qırışları, cızıqları və s.) ləğv etməyə imkan verir. 
     

    Download 247,66 Kb.
    1   2   3




    Download 247,66 Kb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə : 7 Kompüter qrafikası anlayışı. Plan : Qrafika anlayışı Qrafik redaktorların növləri

    Download 247,66 Kb.
    Pdf ko'rish