• Rastra qrafika
  • Vektor qrafik
  • Fraktal qrafika
  • Mühazirə : 7 Kompüter qrafikası anlayışı. Plan : Qrafika anlayışı Qrafik redaktorların növləri




    Download 247,66 Kb.
    Pdf ko'rish
    bet1/3
    Sana08.12.2023
    Hajmi247,66 Kb.
    #113756
    TuriMühazirə
      1   2   3
    Bog'liq
    movzu 7.



    Mühazirə : 7 Kompüter qrafikası anlayışı.
    Plan : 
    1. Qrafika anlayışı 
    2. Qrafik redaktorların növləri 
    3. Kompüter qrafikasının əsas məqsədi 
     
    İnformatikanın xüsusi bölməsi olan komputer qrafikasına daxil olan çoxsaylı qrafik 
    proqramlarla yeni şəkillər çəkmək, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər 
    etmək mümkündür. Belə proqramlara Adobe Photoshop, Picture Publisher
    Photostiller, Corel Draw, Macromedia Flash, Macromedia Freehand, Macromedia 
    Fotographer, Macromedia DreamWeaver, Ulead Gif Animator və s. missal 
    göstərmək olar. Qrafik redaktorlara: rastra (piksel), vektor və fraktal və üçölçülü 
    qrafik redaktorlar aid edilir. 
    Rastra qrafika -
    şəkillərin skanerləşdirilməsi
    , rəqəmli fotoaparat, 
    videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastra qrafika 
    üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır. Rastra qrafika 
    termini İngilis dilində “Bitmap-qrafika” termininə uyğun gəlir və mənası – bit 
    ölçüsünün yerləşdiyi xəritə deməkdir. Rastra qrafik redaktoruna Paint, Adobe 
    Photoshop, Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint 
    proqramları daxildir. 
    Vektor qrafik -redaktorlarında bütün xətlər başlanğıc nöqtə ilə və bu xətti 
    riyazi əks etdirən tənliklərlə təyin olunur. Burada əsas element xətt nəzərdə 
    tutulduğundan qrafik əks olunma daha sadə və asandır. Vektor qrafik 
    redaktorlarına Adobe İllusrator, Macrpmedia Freehand və Corel Draw proqramları 
    daxildir. 
    Fraktal qrafika- vektor qrafikası kimi riyazi hesablamalara əsaslanır, onun 
    baza elementlərini isə riyazi düsturların özləri təşkil edir. Bu düsturların köməyilə 
    üçölçülü obyektlərin, suxur laylarının və s. imitasiyalar yaradılır. Şəkillər 
    tənliklərlə yazılır, tənliklərin əmsalları dəyişildikdə şəkillərdə dəyişir. Ona görə də 
    informasiyalar yaddaşda tənlik kimi saxlanılır. Adi fraktal üçbucaq fraktal 
    qrafikaya misal ola bilər. 
    İlk komputerlərdə qrafik obyektlər yaratmaq ucun, demək olar ki, heç bir 
    vasitə yox idi. O zamanlar ekrana yalnız simvollar – hərf, rəqəm və xüsusi işarələr 
    cıxarmaq olurdu. Lakin elə onda da proqramçılar komputerdən “rəsm aləti” kimi 
    istifadə etməyə cəhd edirdilər. Məsələn, həmin dovrun insanları, kompyuter 
    proqramının koməyi ilə simvollardan tərtib olunmuş məşhur “Mona Liza” rəsmini, 
    yəqin ki, xatırlayırlar. Sonrakı kompyuterlər artıq sadə görüntüləri: nöqtəni, düz 
    xətti, çevrəni çəkə bilirdi. O zamankı monitorlar ağ-qara olduqlarından, 
    kompyuterdə yaradılan goruntulərin hamısı rəssam-qrafiklərin işlərini xatırladırdı. 
    Rəssamlığın başqa janrlarından fərqli olaraq rəssam-qrafiklərin əsərləri, 
    hər şeydən 


    oncə
    , cizgilərin aydın cəkilişi ilə səciyyələnir. Məhz buna görə də, o dövrun 
    kompüterlərinin təsvir imkanlarını kompyuter qrafikası [computer graphics] ad 
    landırmağa başladılar. Lakin indi kompyuterin koməyi ilə rəs samlar muxtəlif 
    janrlarda əsərlər yarada bilsələrdə, “kompyuter qrafikası” anlayışı yenə də is tifadə 
    olunur. Adətən kompüterin ekranında təsvirlər qrafika proqramlarının köməyi ilə 
    yaradılır. Kompüter qrafikası proqramlarına rastr və vektor qrafikaları, fraktal 
    qrafika, üçölçülü obyektləri yaratmaq və redaktə etmək üçün istifadə edilən 
    proqramlar (məsələn, 3 ds MAX proqramı), avtomatlaşdırılmış layihələndirmə 
    sistemləri daxildir. 

    Download 247,66 Kb.
      1   2   3




    Download 247,66 Kb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə : 7 Kompüter qrafikası anlayışı. Plan : Qrafika anlayışı Qrafik redaktorların növləri

    Download 247,66 Kb.
    Pdf ko'rish