MÜHAZİRƏ 7 Elektron poçtla elektron sənəd göndərişinin təşkili Ədəbiyyat




Download 294,52 Kb.
bet9/23
Sana22.03.2021
Hajmi294,52 Kb.
#13370
TuriMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
MÜHAZİRƏ 7

Elektron poçtla elektron sənəd göndərişinin təşkili



Ədəbiyyat

1.Xəlilov M.S., Qurbanov A.İ., Musayeva N.N. Kitabxana informatikası: dərs vəsaiti, 1-ci cild. Bakı.Udlar yurdu, 2001.-246 s., (şəkilli).

2Xəlilov M.S., Qurbanov A.İ., Musayeva N.N. Kitabxana informatikası: dərs vəsaiti, 2-ci cild. Bakı.:Odlar yurdu, 2002,- 164 s., (şəkilli).

3.Xəlilov M.S., Quliyeva A.G., Musayeva N.N. Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri (metodik vəsait). Bakı:, Odlar yurdu, 2001.-81 s., (şəkilli).

Bir sıra kitabxanalarda elektron sənəd göndərişi xidməti əsasən faksmil rabitəsi əsasında həyata keçirilir. Faksmil rabitəsi rahat və ucuz rabitə növüdür. Xüsusilə şəhər və ölkə daxilində elektron sənəd göndərişi üçün səmərəlidir. Əvvəllər faksmil rabitəsi yalnız faks aparatı vasitəsilə yerinə yetirilirdi.

Lakin sonradan mükəmməl faks - modemlərin istehsalı və xüsusi faks mübadiləsi proqramlarının hazırlanması faks aparatı olmadan faksmil sənədlərin kompüter vasitəsilə göndərişini və qəbulunu təmin etdi. Bununla istifadəçilər bir sıra «yardımçı» əməliyyatların yerinə yetirilməsindən və məhdudiyyətdən azad oldular. Məsələn, əvvəllər hazır elektron sənədi sifarişçiyə göndərmək üçün onu faks aparatının qəbul etdiyi standart ölçülü vərəqlərdə çap etmək və hər bir vərəqi faks aparatı vasitəsilə göndərmək lazım gəlirdi. Hal-hazırda bu işlərin görülməsinə ehtiyac qalmır, istifadəçi sənədi istənilən ölçüdə sifarişçiyə göndərə bilər.

Bu gün faksmil sənədlərin göndərişi üçün çoxsaylı pro­qramlar yaradılmışdır. Bu proqramlara misal olaraq Symantec WinFax PRO, TalkWorks PRO, VentaFax, HotFax, FaxAmatic, FaxTalk Mesenger PRO, Interfax deluxe və s. göstərmək olar. Bunlardan biri ilə - VentaFax proqramının iş prinsipi ilə tanış olaq.

VentaFax sadə və rahat qrafiki işçi interfeysinə malik fak­smil sənədlərin mübadiləsini təmin edən proqramdır.

Bu pəncərədə istifadəçi proqramın və faks-modemin tən­zimləmə parametrləri ilə tanış ola bilər və ya onları dəyişə bilər. Məsələn, istifadəçi qəbul olunan faksmil sənədinin avtomatik çap olunma rejimini, proqram pəncərəsinin fonunun rəngini və s. parametrləri dəyişə bilər. Parametrlərin tənzimlənməsi (Ha- cmpoiım napoMempoe) pəncərəsinin OK düyməsini sıxdıqda proqramın əsas interfeys pəncərəsi açılır (şək. 2). İnterfeys pəncərəsi başlıq və menyu sətirlərindən, alətlər panelindən və şaquli istiqamətdə iki sahəyə bölünmüş işçi sahədən ibarətdir. Sol hissədə ağacvari formada Sorğu kitabçası (CnpaeoumiKiı), Jurnal QKypuajı), Tapşırııqlar Siyahısı (Pacnucauue) əlavə göstəriciləri, sağ hissədə isə «faks-aparatı» əks olunur. «Faks- aparatı» vasitəsilə digər abonentə zəng etmək, sənəd göndərmək, zəngləri, faksmil sənədini qəbul etmək əməliyyatları yerinə yetirilir, zəng edən şəxsin telefon nömrəsinin avtomatik təyin olunması, zəng edən şəxsə avtomatik cavabvermə rejimləri müəyyən olunur.

Göndərilmiş faksmil sənəd iki rejimdə: avtomatik və istifadəçi rejimlərində qəbul edilir. Avtomatik rejimdə göndərilmiş faksmil sənədlərini qəbul etmək üçün faks aparatının Auto düyməsinin sağında yerləşən indikator «yanar» vəziyyətdə olmalıdır. Əks halda Auto düyməsini sıxmaqla avtomatik rejimi müəyyən etmək lazımdır. Avtomatik rejimdə sənəd daxil olduqda, bu barədə modernin siqnalından sonra faksmil sənədinin «qəbul» edilməsi prosesi pəncərənin sağ hissəsində əyani şəkildə əks olunur. Faks-aparatının informasiya sahəsində isə faksmil sənədin səhifələrinin sayı, daxil olduğu tarix və vaxt əks olunur. Sənəd tam qəbul edildikdə o, Məlumat meneceri {MeueO.ncep cooöuçemm) əlavəsinin işçi sahəsində əks olunacaqdır






İstifadəçi burada daxil olmuş sənədin səhifələrinə müxtəlif miqyasda - 90, 180, 270 dərəcə bucaq altında fırladaraq baxa bilər, digər sifarişçiyə göndərə bilər, redaktə və çap edə bilər.

Belə ki, səhifənin müxtəlif miqyasda görünüşü alətlər panelinin

^ və MacınTa<5 13 T alətləri vasitəsilə, səhifənin fırladılması isə n°BopOT ^ aləti vasitəsilə təmin olunur. İstifadəçi Fayl (Oaiijı) menyusunun Çap (IleHaTb) əmrini yerinə ye­tirməklə göndərilmiş sənədi tamamilə, qeyd olunmuş sənəd hissəsini və ya sənədin konkret səhifələrini bir və bir neçə nüsxədə çap edə bilər. Redaktə (IIpaBKa) menyusunun Redaktə etmək (PeaaKTiıpoBaTb) əmrini yerinə yetirməklə isə cari səhifə üzərində redaktə işi apara bilər. Daxil olmuş

ö

sənədi digər sifarişçiyə göndərmək üçün düyməsini sıxmaq və ardıcıl olaraq açılan Məlumatın göndərilməsi (Tlepe- dana cooöuçeuııü) ustasının pəncərələrində göndəriləcək sə­hifələri, göndərmə rejimini, sifarişçinin məlumatlarını daxil etmək lazımdır1.



Qeyd edək ki, eyni qaydada Məlumat meneceri (Me- Hedəıcep cooöuçemnı) əlavəsi vasitəsilə sifarişçiyə göndərilmiş sənədlərin səhifələrinə müxtəlif görünüşdə baxmaq, redaktə etmək, digər sifarişçiyə göndərmək və çap etmək olar.

İstifadəçi rejimində9 10 göndərilmiş faksmil sənədini qəbul etmək üçün istifadəçi faksmil sənədin daxil olduğu haqda siqnalı eşitdikdə aparatın üzərindəki Start düyməsini sıxmaqla sənədin qəbul olunmasını təmin etməlidir. Bu halda da faksmil sənədinin «qəbul» edilməsi prosesi pəncərənin sağ hissəsində əyani şəkildə əks olunur və sənəd qəbulu bitdikdən sonra göndərilmiş sənəd Məlumat meneceri (Memdətcep cooöuçemnı) əlavəsinin işçi sahəsində əks olunacaqdır.



Sifarişçiyə sənədi faksla göndərmək üçün onu ilk növbədə faksmil sənədinə çevirmək lazımdır. Bu əməliyyat virtual VentaFax printeri vasitəsilə həyata keçirilir. Belə ki, sənədi faksmil sənədinə çevirmək üçün ilk öncə göndəriləcək sənədi açmaq və Fayl (aiıjı, File) menyusunun Çap (Ile- naTb, Print) əmrini yerinə yetirmək lazımdır. Sonra açılan Çap (nevam b, Print) dialoq pəncərəsində çap qurğusu olaraq siyahıdan VentaFax printerini və çap parametrlərini: sənədin faksla göndəriləcək səhifələrini, nüsxələrin sayını və s.11 müəyyən etmək və OK düyməsini sıxmaq lazımdır. Sənəd faksmil sənədinə çevrildikdən sonra avtomatik olaraq açılan Məlumatın göndərilməsi (nepedava cooöuçemnı) ustasının ilk pəncərəsində göndəriləcək səhifələri müəyyən etmək, ehtiyac




olarsa, sənədə loqotip əlavə etmək, fonunu dəyişmək və Davamı (jlaaee) düyməsini sıxmaq lazımdır.

Sonrakı açılan pəncərədə göndərmə rejimlərindən birini -



Məlıımatı avtomatik rejimdə, modernlə nömrəni yığmaqla göndərmək (nepedamt cooöuçemıe aemoMamnvecKOM pe- əteıme, c naöopoM ııaxıepa moöcmom) və ya Məlumatı modernlə nömrəni yığmamaqla, qoşulmaqla göndərmək (Ilepe danıb co- oCnqenue npıı ycmanoenennoM coedxmemnı 6e3 naöopa ııaxıepa ModemoM) seçmək və yenə Davamı ijlaaee) düyməsini sıxmaq lazımdır.




Birinci rejimi seçdikdə açılan növbəti pəncərədə mütləq sifarişçinin faksının nömrəsini, faksmil sənəd digər şəhərə və ya ölkəyə göndərildikdə isə əlavə olaraq şəhər və ya ölkənin kodunu daxil etmək lazımdır (şək.6). Kitabxanaçı həmçinin faksın çatacağı təşkilatın və şəxsin adını klaviaturadan və ya açılan siyahıdan daxil edə bilər. Faksmil sənədi xarici ölkəyə göndərdikdə faksın düzgün oxunması məqsədilə faksın sərlövhəsinin dili olaraq ingilis variantını seçmək məsləhətdir. Bundan sonra Tamam (Tomoeo) düyməsini sıxmaq lazımdır .

MÜHAZİRƏ 8

Kitabxanaların avtomatlaşdırılması və təminatı sistemi.

Ədəbiyyat

Elektron kitabxanalar informasiyalaşmış cəmiyyət quruculuğunun sosial sifarişidir. Belə ki, o, informasiyalaşmış cəmiyyətin baza prinsiplərinə: informasiyanın əmtəəyə

çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaranmasına xidmət edir. Elektron kitabxanalar oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub, bəzi şəxslərin təsəvvür etdiyi kimi ənənəvi kitabxanalara alternativ bir qurum deyil, yalnız bir xidmət növüdür.

Elektron kitabxanalar keçən əsrin 90-cı illərindən başlayaraq fəaliyyət göstərməkdədir. Bu günə kimi elektron kitabxanalar ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərinə məruz qalmışdır. Bu dəyişiklikləri cəmiyyətdə informasiyanın rolunun artması, cəmiyyətin operativ informasiyaya tələbatı diktə etmiş və onlar informasiya texnologiyasının son nailiyyətlərini tətbiq etməklə həyata keçirilmişdir. Elektron kitabxanalar uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyur. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxanalar sutkanın iyirmi dörd saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri- məhdud sayda oxuculara eyni zamanda xidmət edir. Elektron kitabxanalar rahat və sərfəli bir xidmət növüdür. Bu xidmətin təşkili kitabxanalara qısa müddətə və az xərc sərf etməklə böyük informasiya ehtiyatlarının oxucuların istifadəsinə verilməsini və oxucu təlabatının operativ yerinə yetirilməsini təmin edir.

Elektron kitabxanalarının informasiya ehtiyatını daha etibarlı mühafizə etmək mümkündür. Elektron kitabxanalar çox məhdud yer - yalnız kompüterin diskində yer tutur. Elektron kitabxanalar çox nüsxəli kitabların alınmasına olan ehtiyacı aradan qaldırır, kitabların bərpasına və mühafizəsinə sərf olunan xərcləri minimuma endirir, böyük kitabxana sahəsindən imtina etməyi təmin edir.

Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malik olur. Elektron kitabxanaların informasiya ehtiyatı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyəti olub, mərkəzləşmiş formada elektron kitabxananın Web və FTP serverlərində toplanır və ənənəvi ədəbiyyatın elektron nüsxələrindən və kitabxana tərəfindən ödənişli və ya mübadilə üsulu ilə alınmış elektron sənəd və nəşr toplusundan ibarətdir. Onların biblioqrafik təsviri mütləq kitabxananın elektron kataloquna əlavə edilməlidir.

Uzaq məsafədə yerləşən ehtiyatlara kitabxana tərəfindən lisenziya-«istifadə hüququ» əldə edilmiş tammətnli məlumat bazaları, arxivlər, həmçinin kitabxana tərəfindən seçilmiş, dəqiqliyinə və etibarlılığına zəmanət verilən «istifadə üçün açıq» olan İnternet ehtiyatları aiddir. Adətən kitabxananın lisenziya ilə istifadə olunan informasiya ehtiyatından yalnız qeydiyyatdan keçən oxucular istifadə edə bilir. Qeyd edək ki, elektron sənəd bazaları, elektron sənəd arxivləri böyük informasiya ehtiyatına və mükəmməl axtarış aparatına malik olduğundan bu ehtiyatların kataloqlaşmasına ehtiyac olmur. Məsələn, BDU-nun Elektron kitabxanası öz oxucularına EBSCO bazasından istifadə etməyi təmin edir. Bu istifadə yalnız BDU-nun lokal şəbəkəsindən və qeydiyyatdan keçmiş oxucular üçün nəzərdə tutulmuşdur. EBSCO bazası dünyanın 39 ölkəsinin 4000-dən artıq jurnal və qəzet materiallarını saxlayan 5 müstəqil bazadan ibarətdir:

Academic Search Premier. Bazada PDF faylı şəklində 2500-dən artıq tarix, təhsil, ekologiya, beynəlxalq münasibətlər, tibb, siyasi və sosial elmlər və kompüter texnologiyasına aid jurnalların elektron nəşrləri, xülasə və referatları yerləşir.

1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Download 294,52 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÜHAZİRƏ 7 Elektron poçtla elektron sənəd göndərişinin təşkili Ədəbiyyat

Download 294,52 Kb.