MÜhazirə " Kitabxanaların kompyuterləşdirilməsinin əsasları" kursunun əhəmiyyəti, məqsədi və vəzifələri ƏDƏBİyyat




Download 294,52 Kb.
bet1/23
Sana22.03.2021
Hajmi294,52 Kb.
#13370
TuriMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   23

İsmayılova Nəzakət Rza qızı
Kitabxanaların kompyuterləşdirilməsinin əsasları

fənnindən mühazirə mətnləri.


MÜHAZIRƏ 1.
Kitabxanaların kompyuterləşdirilməsinin əsasları” kursunun əhəmiyyəti, məqsədi və vəzifələri
ƏDƏBİYYAT

  1. Xələfov A.A., Mehdiyeva N.D. Müasir dövrdə kitabxana fəaliyyətinin əsas istiqamətləri.//Kitabxanaşünaslıq və biblioqrafiya,- Bakı., 2005,- JV°l.-s. 3-10.

  2. Xələfov A.A., Musayeva N.N. Avtomatlaşdırılmış kitabxana informasiya idarəetmə sistemləri. //Bakı Universitetinin xəbərləri. (Humanitar elmlər seriyası).- Bakı.: Bakı Universiteti nəşriyyatı, 2002,- JV» 2,- s. 243-250.

  3. Xələfov A.A., Hüseynova A.S. Elektron kataloqun əhəmiyyəti və təşkili prinsipləri//Bakı Universiteti Xəbərləri.-2005,- X>4., -s.288-291

  4. Xələfov A.A. Cəmiyyətin informasiya təminatında kitabxanaların tarixi rolu // Müasir informasiya - kom­munikasiya texnologiyası jurnalı,- 2005,- N2 5.

  5. Qurbanov A.İ., Abdullayeva R.A. Fərdi kompüterlərin proqram təminatı: dərs vəsaiti, 2-ci cild .-Bakı:,Çaşıoğlu, 2006, 183 s., (şəkilli).

Kompüter-telekommunikasiya texnologiyasının ya­ranması və sürətli inkişafı cəmiyyət həyatında köklü dəyi­şikliklərə səbəb olaraq cəmiyyətin sosial institutlarının in­kişafını zəruri edən yeni sosial sifarişlər doğurur. Bu sosial sifarişlərdən biri də kitabxanaların kompüterləşdirilməsidir.

Kitabxanaların kompüterləşdirilməsi bəzi şəxslərin hesab etdiyi kimi kitabxanaların kompüter texnikası ilə təchiz olunması və bu qiymətli avadanlıqlardan yalnız kargüzarlıq fəaliyyətində və İnternet xidmətindən istifadə etmək üçün istifadə olunması deyil.

Kitabxanaların kompüterləşdirilməsi kitabxanaların avtomatlaşdırılmasının tərkib hissəsi olub, kitabxanalarda yerinə yetirilən mürəkkəb, bir-birilə əlaqəli texnoloji proseslərininformasiya-telekommunikasiya texnologiyaları əsasında avtomatlaşdırılmasıdır.

Kitabxana proseslərinin kompüterləşdirilməsinə dair tədqiqat işlərinə XX əsrin 50-cı illərindən başlanılmışdır. Lakin bu işlərin kitabxanalarda tətbiq edilməsi, müvafiq texniki təminatsızlıq üzündən yalnız 70-ci illərdə mümkün olmuşdur. Belə ki, həmin müddətdə istifadə olunan kompüterlər böyük həcmli olub, istifadəsi mürəkkəb, çoxsaylı xidmət heyəti tələb edən, həddən artıq bahalı qurğular idi. Bu keyfiyyətlər isə onların kitabxanalarda istifadəsini qeyri-rentabelli edirdi. Yalnız fərdi kompüterlərin istehsalı, şəbəkə texnologiyasının meydana gəlməsi kitabxanaların kompüterləşdirilməsini elmi və iqtisadi cəhətdən əlverişli etdi. Kitabxanaların kompüterləşdirilməsinə ilk dəfə ABŞ-ın Konqres kitabxanasında, sonradan isə qeyd olunan ölkənin akademik kitabxanalarında başlandı.

Kompüterləşdirmənin əhəmiyyəti və perspektivliyi qısa müddətdə özünü təsdiq etdi və bu gün o, müasir kitabxanaların yaradılması üçün əsas şərtlərdən biri hesab olunur. Kompüter informasiya texnologiyasının sürətli inkişafı kitabxanaların kompüterləşdirilməsinin kəmiyyət və keyfiyyət səviyyəsinin yüksəlməsini təmin edir. Məsələn, əvvəllər əsasən komputerləşmənin lokal məsələləri həll olunurdusa, İnternetin yaranması və inkişafı nəticəsində bu gün oxuculara uzaq məsafədən on-line xidmət, kitabxanalararası elektron sənəd göndərişi və s. xidmətlər yerinə yetirilir, korporativ kitabxana- informasiya şəbəkələri, virtual elektron kitabxanalar yaradılır. Bunların nəticəsində bir sıra kitabxanalar artıq öz sosial funksiyalarını genişləndirərək, həm də analitik-informasiya mərkəzlərinə çevrilmişdir.

Kitabxananın kompüterləşdirilməsi yüksək ixtisaslı kitabxanaçıların, informasiya mütəxəsisslərinin birgə əməyi və düzgün təşkilati işlər nəticəsində yerinə yetirilən, müəyyən vaxt və maliyyə vəsaiti tələb edən bir prosesdir. ABŞ, Kanada və Qərbi Avropa ölkələrində kitabxanaların kompüterləşdirilməsi təcrübəsinə əsaslanaraq kitabxanaların kompüterləşdirilməsi üçün aşağıdakı baza prinsipləri qeyd etmək olar:

1.Kitabxananın kompüterləşdirilməsi ayrı-ayrı şəxslərin təşəbbüsü əsasında deyil, cəmiyyətin sosial sifarişi əsasında yerinə yetirilməlidir. Kompüterləşdirmə kompleks şəkildə və informasiya­nın, kompüter-telekommunikasiya avadanlıqlarının və proqram məhsullarının tez “köhnəlməsi” səbəbindən sürətlə aparılmalıdır. Bunun üçün müvafiq maddi və insan resursları cəlb edilməlidir.



  1. Kitabxananın kompüterləşdirilməsinə kitabxananın Texniki sənədinin hazırlanmasından başlanılmalıdır. Texniki sənəd kitabxananın kompüterləşdirilməsinin pasportu olub, çox «savadlı» hazırlanmalıdır. Texniki sənəddə kitabxananın kompüterləşdirilməsinin hansı zərurətdən yarandığı əsaslandırılmalı və bu kompüterləşdirmədən nə gözlənildiyi öz əksini tapmalıdır. Texniki sənəd xüsusi komissiya tərəfindən hazırlanır. Həmin komissiyanın sədri müəssisənin rəhbəri və ya onun həvalə etdiyi məsul şəxsdir. Komissiyada informasiya mütəxəssisinin iştirakı vacibdir. Sənədə həmçinin kitabxananın struktur sxemi, vəzifə göstəriciləri və təlimatları əlavə olunmalıdır. Sənəd yuxarı təşkilatla (nazirlik), kompüterləşdirilməni maliyyələşdirən donor və ya sponsor təşkilatlarla razılaşdırılmalıdır. Bu sənəddə kitabxana haqqında tam məlumat: strukturu, idarə olunması, kadr potensialı, fondu, oxucu kontingenti, xidmət növləri, texniki və informasiya təchizatı, maliyyə mənbələri, kitabxanalararası və beynəlxalq kitabxana təşkilatları ilə əlaqələri, statistik göstəriciləri, avtomatlaşdırmanın məqsədi və əhəmiyyəti, kitabxananın texniki-informasiya tələbatı əksini tapmalıdır. Sənəd ha­zırlanarkən, dərin təhlil aparılmalı, kitabxanaların avto­matlaşdırma təcrübəsi, kitabxana-informasiya texnologiyası sahəsində qabaqcıl nəzəri və praktiki biliklər öyrənilməli, kitabxananın heç olmasa gələcək 10 illik inkişaf perspektivləri və s. nəzərə alınmalıdır.

  2. Texniki sənəd əsasında Kitabxananın kompüterləşdirilməsi layihəsi hazırlanmalıdır1. Kitabxananın kompü- terləşdirilməsi layihəsi kompüter-informasiya texnologiyası mütəxəssisləri tərəfindən hazırlanır. Layihənin priampula hissəsi layihə qabağı tədqiqatdan ibarətdir. Bu hissə texniki sənəd əsasında hazırlanır və kitabxanada tətbiq olunan texnologiyanın təhlilindən, kəmiyyət göstəricilərindən ibarətdir. Bundan sonra layihədə kitabxananı kompüterləşdirmək üçün tələb olunan işlərin siyahısının əsaslandırılması öz əksini tapır. Layihədə mütləq 2 vacib komponent-kompüterləşdirmənin Texnikiproqram təminatı xüsusi bölmələrdə öz əksini tapmalıdır. Layihənin Texniki təminat bölməsində kitabxananın kompüterləşdirilməsi üçün zəruri olan texniki qurğular və vasitələrə: kompüter, şəbəkə-kommunikasiya, elektrik, mühafizə və s. avadanlıqlarına, rabitə xətləri və kanallarına tələbat şərh olunmalı və əsaslandırılmalıdır. Bu bölmədə həmçinin quraşdırılacaq avadanlıqların, rabitə vasitələrinin texniki göstəriciləri, onları satan ən azı üç firmanın qiymətlər siyahısı, yerləşmə və quraşdırma sxemləri öz əksini tapmalıdır. Layihənin Proqram təminatı bölməsində istifadə olunacaq proqram təminatı, onun funksiyaları şərh olunmalıdır. Proqram təminatının seçilməsi üçün kompüter-informasiya texnologiyası bazarında mövcud proqram təminatı təhlil olunmalı və onun içərisindən ən optimalı seçilməlidir.

  3. Müasir dövrdə kompüterləşmənin kompüter-informasiya texnologiyası sürətlə inkişaf etdiyindən və tez «texniki baxımdan qocaldığından» proqram təminatının seçilməsi həddən artıq məsuliyyətli bir işdir və o, yüksək ixtisaslı mütəxəssislər tərəfindən yerinə yetirilməlidir.

4.Maliyyə-smeta sənədlərinin hazırlanması. Maliyyə- smeta sənədləri konkret işə uyğun olaraq və layihədə təsdiq olunmuş iş qrafıkinə əsasən hazırlanır. Bu sənədlər layihənin rəhbəri tərəfindən maliyyələşdirici təşkilata göndərilir və müvafiq maliyyənin vaxtında ayrılması üçün bütün vasitələrdən istifadə olunur.

5. Layihə qabağı işlərin görülməsi. Bu maliyyə vəsaitinin ayrılmasını, avadanlıqların alınmasını və texniki quraşdırma işlərinin görülməsini, müvafiq kadrların hazırlanmasını nəzərdə tutur. Kadrların hazırlanması məsələsi ən önəmli bir məsələdir. Avtomatlaşdırma istər informatikanı, istərsə də müasir kitabxana işini yüksək səviyyədə bilməyi tələb edir. Bu məqsədlə yeni gənc kadrların, artıq avtomatlaşmış kitabxanalarda təcrübə keçmiş kitabxanaçıların cəlb olunması, hazırlıq kurslarının yaradılması tələb olunur. Avtomatlaşdırma ilə bağlı kitabxanada struktur dəyişikliklərin aparılması zəruridir. Belə ki, avtomatlaşdırma yorucu və uzunmüddətli insan əməyindən imtina etməyə, bir neçə şöbənin işinin bir Avtomatlaşmış İşçi Yeri vasitəsilə görülməsinə şərait yaratdığından, kitabxana informasiya-kompüter şəbəkəsinə xidmət zərurəti struktur islahatlarının aparılmasını diktə edir.



Ənənəvi kitabxana texnoloji proseslərinin kompü­terləşdirilməsi. Bu istiqamətdə işlər ağır və yorucu kitabxanaçı əməyini yüngülləşdirmək, əmək məhsuldar-lığını və effektivliyini yüksəltmək, informasiya məhsullarını, xidmət növlərini keyfiyyət və kəmiyyət baxımından artır-maq, kitabxana fondunun etibarlı sürətdə mühafizəsi və bu fonddan daha geniş oxucu kontingentinin səmərəli istifadəsini təmin edir. Ənənəvi texnoloji prosesləri kompüterləşdirməklə kitabxanaçı əməyinin korporasiyasına nail olmaq, bununla da kitabxanada görülən bir sıra işlərin təkrar görülməsinin qarşısını almaq olar. Həmçinin görülən işlərin keyfiyyətinə mərkəzləşmiş və qarşılıqlı nəzarət təmin olunur, kollektiv əmək mədəniyyəti formalaşır. Bunun nəticəsində də iş vaxtından və kadr ehtiyatlarından səmərəli istifadə etmək, maliyyə vəsaitlərinə qənaət etmək mümkün olur. Kitabxana proseslərinin kompüterləşməsi həmçinin «ədəbiyyatın hərəkətinə» nəzarət etməyə, kitabların fonda vaxtında qaytarılmasına və bununla ondan səmərəli istifadəni təmin edir.

Elektron kataloqun yaradılması. Elektron kataloq kitabxana fondunun «güzgüsüdür». Elektron kataloq vasitəsilə oxuculara uzaq məsafədən operativ informasiya xidməti, fondun idarə olunması həyata keçirilir. Kitabxananın İnternetdə yerləşdirilmiş Elektron kataloqu dünyanın istənilən nöqtəsindən oxucuya kitabxananın fondu ilə tanış olmağa, çoxaspektli axtarış vasitələri ilə ədəbiyyat axtarışını aparmağa və tapılmış ədəbiyyatı sifariş etməyə, ədəbiyyatın elektron nüsxəsi olduqda isə onu əldə etməyə imkan verir. Ənənəvi kataloqdan fərqli olaraq elektron kataloq oxucuya axtarılan ədəbiyyat haqqında geniş məlumat - ədəbiyyatın nüsxələrinin sayı, istifadə üçün «azad» nüsxələrin sayı, cari anda fondda olmayan nüsxələrin vəziyyəti, kimdə olması, nə vaxt qaytarılacağı və s. informasiyalar verir. Elektron kataloq biblioqrafik informasiya bazasının daha etibarlı qorunmasını təmin edir və oxucunun onu xarab etməsi praktiki olaraq qeyri- mümkündür. Lakin ənənəvi kataloqda təəssüf ki, biblioqrafik informasiya daşıyıcıları olan kartoçkaların itməsinə, istifadə nəticəsində «oxunmaz» vəziyyətə düşməsinə hələ də rast gəlmək olur. Digər tərəfdən çoxminli ənənəvi kataloqda kartoçkanm itməsi faktının aşkar olması üçün müəyyən vaxt lazım gəlir və bəzən də bu mümkün olmur. Elektron kataloq kitabxanalararası biblioqrafik informasiya mübadiləsini təmin edir. Bunun üçün biblioqrafik məlumatlar bazası beynəlxalq maşınla oxunan formatlar əsasında yaradılmalıdır. Elektron kataloq həmçinin hər bir kitabxananın «imicini» formalaşdırır. Kitabxananın yüksək nüfuza və reytinqə malik olması üçün elektron kataloq zəngin məlumat bazasına və mükəmməl ax­tarış aparatına malik olmalıdır. Məhz bununla kitabxana coğrafi uzaqlıqdan asılı olmayaraq özünə dünyanın istənilən ölkəsində oxucu cəlb edərək xidmət göstərə bilər.
  1   2   3   4   5   6   7   8   9   ...   23




Download 294,52 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÜhazirə " Kitabxanaların kompyuterləşdirilməsinin əsasları" kursunun əhəmiyyəti, məqsədi və vəzifələri ƏDƏBİyyat

Download 294,52 Kb.