MÜhazirə " Kitabxanaların kompyuterləşdirilməsinin əsasları" kursunun əhəmiyyəti, məqsədi və vəzifələri ƏDƏBİyyat




Download 294,52 Kb.
bet3/23
Sana22.03.2021
Hajmi294,52 Kb.
#13370
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   23
MÜHAZİRƏ 2 .
Kitabxanaların kompyuterləşdirilməsinin

əsas prinsipləri.

1.Qurbanov A.İ., Abdullayeva R.A. Fərdi kompüterlərin proqram təminatı: dərs vəsaiti, 2-ci cild .-Bakı:,Çaşıoğlu, 2006, 183 s., (şəkilli).

2.Xəliilov M.S., Qurbanov A.İ. İnformatika: dərslik. - Bakı:,Bakı Universiteti, 2003, 383 s., (şəkilli).

3.Kazımov R. İnformasiyalaşmış cəmiyyət və kitabxanaların vəzifələri // Müasir informasiya - kommunikasiya texnologiyası jurnalı,- 2005,- N2 5,- s. 42-46.

4.Musayeva N.N. Elektron ehtiyatların biblioqrafik təsviri //"İnformatika texnologiyası və tətbiqi proqramlar" mövzusunda aspirant və tələbələr üçün respublika elmi konfransının materialları,- Bakı., 2000,- səh.6-8.

Kitabxanaların kompüterləşməsi yüksək ixtisaslı kitabxanaçıların və kompüter texnologiyası mütəxəssislərinin birgə əməyini tələb edən mürəkkəb bir texnoloji prosesdir. Bu proses texniki-proqram təminatı əsasında həyata keçirilir. Texniki-proqram təminatı kitabxanaların kompüterləşdirilməsinin baza komponentidir. Kompüterləşdirmə layihəsinin uğurla nəticələnməsi məhz texniki- proqram təminatının düzgün seçilməsindən və quraşdırılmasından asılıdır.

Kitabxanada yerinə yetirilən əsas texnoloji proseslər kollektiv əmək tələb etdiyindən bu prosesləri kompü- terləşdirmək üçün ilk öncə lokal kompüter şəbəkəsi yara­dılmalıdır1. Kompüterləşdirmə layihəsini yerinə yetirmək üçün kitabxanalarda lokal kompüter şəbəkəsinin yaradılması zəruridir. Lokal kompüter şəbəkəsi kitabxana daxilində şəbəkə ehtiyatlarından1 2 birgə istifadəni və kompüterlər arasında operativ informasiya mübadiləsini təmin edir. İnformasiya mübadiləsi standart şəbəkə protokolları əsasında həyata keçirilir3. Kitabxanada lokal kompüter şəbəkəsinin yaradılması üçün aşağıdakı minimal texniki təminat tələb olunur: -kompüterlər;

-kabellər;

-şəbəkə kartı;

-kommunikasiya qurğuları.

Şəbəkədə istifadə olunan kompüterlər işçi stansiya və server funksiyasını yerinə yetirir. Server fasiləsiz işləməli olduğundan server funksiyasını yüksək texniki göstəricili kompüterlər yerinə yetirir. Server şəbəkənin işlənməsinə nəzarət, montorinq və informasiyanın qorunması funksiyalarını həyata keçirir. Şəbəkədə bir və ya bir neçə server ola bilər. Məsələn, şəbəkədə fayl serverlə yanaşı kommunikasiya, məlumatlar bazası, elektron poçt, Web, FTP serverlər və s. ola bilər. İşçi stansiyalar bu və ya digər xüsusiyyətlərinə görə işçi qruplarda birləşirlər. Hər bir işçi qrup serverdə qeydiyyatdan keçir. Bu isə informasiya ehtiyatlarının axtarılmasını və qorunmasını asan­laşdırır.

Şəbəkədə kompüter və periferya avadanlıqları arasında informasiya əlaqəsi əsasən kabel vasitəsilə həyata keçirilir. Şəbəkədə istifadə olunan kabelləri üç böyük qrupa bölmək olar:



  1. Koaksial (coaxial);

  2. İki cütlük (twisted pair);

  3. Optik lifli.

Koaksial kabellərdə siqnal polivinilxlorid və ya teflon izolyasiyalı mis naqil boyu ötürülür. Siqnalın zəifləməsinə səbəb olan elektromaqnit dalğaların təsirini aradan qaldırmaq üçün ötürücü mis naqil torşəkilli qoruyucu ilə əhatə olunmuşdur. İki tip koaksial kabellər istehsal edilir (şək. 1).

  1. Nazik;

  2. Qalın.

Şək. 1.

Nazik koaksial kabellər 0,5 sm qalınlığa malik olub siqnalı 185 m məsafəyə sönmədən, maneəsiz ötürməyə qadirdir, elastik olduğu üçün montaj üçün rahatdır və praktiki olaraq bütün növ şəbəkələr üçün yararlıdır. BNC, BNC T konnektorları vasitəsilə şəbəkə kartına qoşulur (şək.2).

Hər bir şəbəkə kartı unikal ünvana və parametrlərə malik olur. Şəbəkədə hər bir kart bu haqda qarşılıqlı məlumata malik olur və öz parametrlərini digər şəbəkə kartının parametrinə müvafiq uyğunlaşdırma qabiliyyətinə malikdirlər. Məsələn, şəbəkədə yüksək sürətli kart informasiya mübadilə sürətini digər kartın sürətinə uyğunlaşdırır.

İnformasiya mübadiləsində şəbəkə kartı mühüm rol oynadığından şəbəkənin fəaliyyəti, sürəti şəbəkə kartının seçilməsindən, düzgün quraşdırılmasından və ona uyğun proqram modullarından (məsələn, drayverindən) çox asılıdır. Kart ilk növbədə kompüterin arxitekturasına və ona qoşulacaq kabelə uyğun olmalıdır. Qeyd edək ki, «simsiz» lokal şəbəkələrdə xüsusi növ şəbəkə kartından istifadə olunur. Bu şəbəkə kartları siqnal ötürücü və qəbuledici antenaya malik olurlar.

Kommunikasiya avadanlığı olaraq əsasən konsen- tratorlardan istifadə olunur. Konsentratorlar passiv və aktiv olur. Aktiv konsentrator-xab (Hub) qurğusu siqnalı qəbul edib gücləndirir (şək. 6).






Şək. 6.

Xabların əsas texniki xarakteristikaları portların sayı, siqnalı ötürmə sürəti və kommutatsiya alqorimidir. Xablardan əsasən ulduz topologiyalı şəbəkələrə yeni işçi stansiyaları qoşmaq, işçi stansiyalar və server arasında məsafə böyük olduqda kabel seqmentlərini «birləşdirmək» üçün istifadə olunur4. Xablardan əlavə daha yüksək texniki parametrli qurğulardan- kommutatorlardan (switch) istifadə etmək olar. Kammutatorlar «intellektual» xablar olub, informasiyanı ən optimal marşrutla oturur.

Passiv konsentratorlar (məsələn montaj panelləri, kommutatsiya blokları və s.) yalnız siqnalı qəbul edib ötürmək funksiyasını yerinə yetirirlər və onları aktiv konsentratorlardan fərqli olaraq qidalanma mənbəyinə qoşmağa ehtiyac yoxdur.

Şəbəkənin yaradılması zamanı ən mühüm şərt düzgün şəbəkə arxitekturasının seçilməsidir. Bu seçim kompüterləşmə layihəsinin təyinatından asılıdır. Kitabxanalarda bu gün geniş tətbiq olunan 100 BaseX Ethernet (Fast Ethernet), 100 BaseVG-AnyLAN Ethernet, Gigabit Ethernet arxitekturalı şəbəkələrdən istifadə etmək olar. 100 BaseX Ethernet (Fast Ethernet), 100 Base VG-AnyLAN Ethernet şəbəkələri informasiya mübadiləsini 100 Mbit/s., Gigabit Ethernet şəbəkəsi isə 1000 Mbit/s sürətlə təmin edir. Şəbəkə «ulduz» topologiyasına əsaslanır.

Bunlardan başqa kitabxananın kompüterləşməsində aşağıdakı qurğulardan da istifadə olunur:

Skanerlər;

Printerlər;

Modemlər;

Fasiləsiz qidalandırma qurğuları (UPS);

Maqnit və lent informasiya toplayıcıları;

Video müşahidə avadanlıqları və s.

Kitabxanada əsasən planşet və əl skanerlərindən istifadə olunur (şək. 7). Planşet tipli skanerlər kitabxanada kağız üzərindəki maddiləşmiş informasiyanı elektron formaya çevirmək üçün və əl skanerləri kitabxanada ştrix-kod texnologiyası tətbiq olunduqda ştrix-kodun oxunması üçün istifadə edilir. Kitabxanada adətən A4, A3 formatlı planşet skanerlərdən istifadə olunur. Onları xarakterizə edən əsas keyfiyyət, səhifənin obrazını hansı dəqiqliklə yaratmasıdır. Əl skanerlər isə əsasən, informasiyanı hansı uzaqlıqdan oxumaq qabiliyyəti ilə xarakterizə olunur.






Şək. 7.

Printer çap qurğusudur. Kitabxanalarda şırnaqlı və lazer printerlərdən istifadə olunur (şək. 8).






Şək. 8.

Printeri xarakterizə edən əsas göstəricilər aşağıdakılardır:

Çapın rəngli və ya ağ-qara olması;

Çapın keyfiyyəti;

Sürəti;

Şəbəkədə fəaliyyət göstərməsi;

Səhifələrin formatı;

İqtisadi cəhətdən səmərəli olması.



Qeyd edək ki, şırnaqlı printerlər lazer printerlərdən çapın keyfiyyətinə, sürətinə görə geri qalır və istismar zamanı iqtisadi cəhətdən səmərəli deyil.


Kaöejı


TpaHCMBep

Qalın koaksial kabellər 1 sm diametrə malikdirlər və siqnalı daha uzaq məsafəyə - 500 m məsafəyə ötürə bilir. Ondan əsasən nazik koaksial kabellər əsasında yaradılmış bir neçə kiçik şəbəkələri birləşdirən əsas kabel - magistral kabel kimi istifadə olunur. Magistral kabelə qoşulmaq üçün xüsusi transiverdən istifadə olunur. Transiver iti «dişlərə» malik konnektorla təchiz olunmuşdur ki, məhz bu dişlər kabelin izolyasiyasına daxil olaraq ötürücü naqillə birbaşa əlaqəyə girir. Transiver şəbəkə kartının AUI portuna transiver kabeli vasitəsilə qoşulur (şək. 3) İki cütlük izolyasiyalı və bir-birinə dolaşmış mis naqillər cütündən ibarətdir. İki tip: ekranlaşmış (SSTP) və



Şək. 4.

ekransız (UTP) kabellər istehsal olunur (şək. 4).

Ekran qoruyucu rolu oynayır və siqnalı nisbətən uzaq məsafəyə ötürməyə zəmin yaradır. Kabel şəbəkə kartına, konsetratora RJ - 45 tipli konnektorlar (şək. 5) vasitəsilə qoşulur.






Şək. 5.

Optik lifli kabellərdə informasiya optik lif boyunca modullaşmış işıq impulsu şəklində yayılır. Bu kabellər böyük həcmli informasiyanı çox böyük sürətlə və etibarlı surətdə ötürə bilir. Optik lif - nazik şüşə silindrdən ibarət olub, qoruyucu

şüşə örtüklə əhatə olunmuşdur. Hər bir optik lif informasiyanı yalnız bir istiqamətdə ötürməyə qadirdir. Ona görə optik-lifli kabellər xüsusi konnektorlarla təchiz olunmuş iki optik lifdən ibarət olur. Kabel informasiyanı 100 Mbit/s sürətlə ötürür.

Şəbəkə kartı kompüter və şəbəkə kabeli arasında interfeys rolu oynayır və aşağıdakı funksiyaları yerinə yetirir:



  1. İnformasiyanın ötürülməsinə hazırlıq;

  2. İnformasiyanın ötürülməsi;

  3. İnformasiya axınının idarə olunması.

Məlumdur ki, informasiya kompüterdə ikilik say sistemində kodlaşmış - bitləşmiş formada saxlanılır və şin vasitəsilə paralel olaraq kompüterin daxili qurğularına, məsələn: mikroprosessora, operativ yaddaşa və s. ötürülür. Kabel informasiyanı yalnız ardıcıl ötürmə qabiliyyətinə malik olduğundan informasiyanın ötürülməsinə hazırlıq mərhələsində kart ilk növbədə ötürüləcək informasiyanı paralel formadan ardıcıl formaya çevirir. Sonrakı mərhələdə kart informasiya qəbul edəcək kompüterin şəbəkə kartı ilə "əlaqə" yaradaraq ona aşağıdakı məlumatları çatdırır:

• Ötürüləcək informasiya bloklarının maksimal ölçüsünü;



  • İnformasiyanın həcmini;

  • İnformasiya bloklarının ötürmə intervalım;

  • Təsdiqedici intervalı;

  • Ötürmə sürətini.

Bundan sonra informasiya elektrik və ya optik siqnalına çevrilir və informasiya kabeli vasitəsilə şəbəkənin digər kompüterinə ötürülür.



Download 294,52 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   23




Download 294,52 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÜhazirə " Kitabxanaların kompyuterləşdirilməsinin əsasları" kursunun əhəmiyyəti, məqsədi və vəzifələri ƏDƏBİyyat

Download 294,52 Kb.