Kitabxanaın avtomatlaşdırılması Elektron vasitələrlə fondun təşkili
Ədəbiyyat
1Xələfov A.A., Mehdiyeva N.D. Müasir dövrdə kitabxana fəaliyyətinin əsas istiqamətləri.//Kitabxanaşünaslıq və biblioqrafiya,- Bakı., 2005,- JV°l.-s. 3-10.
2Xələfov A.A., Musayeva N.N. Avtomatlaşdırılmış kitabxana informasiya idarəetmə sistemləri. //Bakı Universitetinin xəbərləri. (Humanitar elmlər seriyası).- Bakı.: Bakı Universiteti nəşriyyatı, 2002,- JV» 2,- s. 243-250.
3.Xələfov A.A., Hüseynova A.S. Elektron kataloqun əhəmiyyəti və təşkili prinsipləri//Bakı Universiteti Xəbərləri.-2005,- X>4., -s.288-29
4.Xələfov A.A. Cəmiyyətin informasiya təminatında kitabxanaların tarixi rolu // Müasir informasiya - kommunikasiya texnologiyası jurnalı,- 2005,- N2 5.
Mikrofilm və mikrofiş fondları yaratmaqda əsas məq- səd sənədləri səmərəli, uzunmüddətli mühafizə və sahəni qənaətlə istifadə etməkdir. Mikroforma fondları ayrı-ayrı növ sənədlər, depozitar fondlar, nadir sənədlər və s. üçün yaradıla bilər. Fondda olmayan, lakin oxucu sorğularına görə fonda daxil olan sənədlər mikrofilmləşdirilir. Mikrofişlər və mikrofilmlər çox halda abunə yolu ilə alınır. Mikroformalarda olan sənədlər aşağıdakı standartlara uyğun olaraq mühafizə olunur: Bütün bu standartların məzmunu barədə geniş danış- maq çətindir. Bu standartlar RETK-nın standartlar və texniki şərtlər fondunda vardır və hələlik qüvvədən düşməmişdir.
Məzmunca və fiziki cəhətdən köhnəlmiş ədəbiyyatın fonddan çıxarılması bütün kitabxanalar üçün vacibdir. Bu iş ildə bir dəfə müntəzəm olaraq görülməlidir. Kitabxanalar köhnəlmiş ədəbiyyatı fonddan çıxarmaq üçün tabe olduğu rəhbər təşkilatdan icazə almır, yəni bu işi müstəqil olaraq həyata keçirir. Çıxarılan ədəbiyyat içərisində faktiki tarixini və digər məlumatları əks etdirən profil əsərlərin elmi iş məqsədilə bir nüsxəsi kitabxanada saxlana bilər. Fonddan çıxarma aktı rəhbər orqanlar tərəfindən təsdiq edilməlidir. Qeyd etmək lazımdır ki, öz siyasi, elmi və istehsalat əhəmiyyətini itirmiş bütün növ ədəbiyyat, həmçinin fiziki cəhətdən oxunmaz vəziyyətə düşmüş sənədlər köhnəlmiş ədəbiyyat hesab edilir.
. Kütləvi və elmi-kütləvi əsərləri əvəz edən daha müasir və aktual əsərlər olduqda köhnələri fonddan çıxarılır. Soraq kitabları və dərsliklər əlaqədar təkmilləşdirilmiş təkrar nəşr çıxdıqdan sonra fonddan çıxarılır. Siyasi ədəbiyyat nəşr edildiyi müddətdən 3-4 il sonra öz aktuallığını itirdiyi halda fonddan çıxarılır. Qəzet və jurnalların fonddan çıxarılması aşağıdakı qay- dada aparılır. Bu qaydalar ancaq ETK-lara aiddir: 1) Ümumi xarakterli qəzetlər (məs: Azərbaycan, Xalq qəzeti və s.) və sahəvi tematikaya dair qəzetlər – cari ildən başlayaraq 3-5 ildən sonra, digər qəzetlər – 2 ildən sonra, özəl qəzetlər – 1 ildən sonra; 2) İctimai-siyasi, bədii jurnallar – 2-3 ildən sonra; 3) Kütləvi xarakterli jurnallar – 1-2 ildən sonra; 4) İstehsalat xarakterli sahəvi profil jurnallar – 8-10 ildən sonra. Fonddan çıxarılan ədəbiyyatın həm milli, həm də xa- rici dildə olması əhəmiyyət daşımır. Yuxarıda deyilən me- yarlar əsas götürülür. Köhnəlmiş ədəbiyyatın seçılməsi və ləğvi aşağıdakı şəkildə aparılır. Köhnəlmiş ədəbiyyatın ETK fondundan çıxarılması ki- tabxana işçisi tərəfindən və əlaqədar təşkilatın ayırdığı ən azı üç nəfərdən ibarət komissiyanın müşahidəsi əsasında aparılır. Komissiya üzvləri ETK-nın əsas sahəvi profili üzrə yüksək ixtisaslı mütəxəssislər olmalıdır. Silinmiş ədəbiyyat müha- sibatın balansından da çıxarılır. Sənədlər ancaq əlaqədar akt komissiya üzvləri tərəfindən imzalandıqdan və rəhbərlik tərəfindən təsdiq edildikdən sonra fonddan çıxarıla bilər. Akt iki nüsxədə tərtib edilir və ona çıxarılmış ədəbiyyatın siya- hısı əlavə edilir. Siyahı 1 nüsxədə hazırlanır və çap edilir. Müstəqillik dövründə yeni pul vahidinə keçidlə əla- qədar köhnə qiymətlər müvafiq qaydalara uyğun olaraq yeni qiymətlərlə ifadə edilir. Aktın siyahı ilə birlikdə olan nüsxəsi kitabxanada qalır, siyahısı olan digər nüsxəsi isə mühasibata verilir. Kitabxanada qalan akta konvertə qoyularaq kitabların formulyarları da əlavə edilir. Bundan sonra artıq fonddan
çıxarılmış sənədlər inventar kitabından silinir, yəni qeyd sütununda çıxarılma barədə məlumat və aktın nömrəsi yazı- lır, həmin sənədlərin kartoçkaları uçot, əlifba, sistemli və digər kataloqlardan da çıxarılır. Akt, ona əlavə olunan siyahı və kitab formulyarı on il saxlanılır, sonra məhv edilir. Fonddan çıxarılmış ədəbiyyat ETK-nın rəsmi tabe olduğu dayaq kitabxanasına, əgər belə kitabxana yoxdursa, RETK-ya verilir. Onlar isə öz növbəsində həmin sənədləri maklatura kimi əlaqədar kağız fabrikinə verirlər. Maklatura- dan əldə edilən məbləğ RETK-nın hesabına keçirilir. Bu məbləğ ancaq yeni ədəbiyyatın alınmasına sərf edilməlidir. Çıxarılması lazım gələn sənədlərdən hər hansı nüsxə tapılmadıqda onlara əlavə akt tərtib edilir. Aktın nümunəvi forması belədir:
AKT «_______» ___________________ 20 _______________ ildə ________________ (kitabxanaların tam adı) Aparılmış yoxlama nəticəsində fonddan çıxarılması lazım gələn sənədlər fondda olmamışdır. Həmin sənədlərin siyahısı akta əlavə edilir. _________________ (məsul şəxsin imzası) Sənədlərin siyahısında sənədin inventar nömrəsi, sərlövhəsi və qiyməti göstərilir.
Depozitar fondun təşkili
Depozitar fondların yaranması kitabxana fondlarının köhnəlmiş, müvəqqəti əhəmiyyətə malik olan və az istifadə edilən ədəbiyyatlardan təmizlənməsi prosesi ilə bağlıdır. Kitabxanaların kitab fondlarının tərkibi siyasi, elmi, isteh- salat və bədii cəhətdən qiymətli olan, kitabxanaların qarşı- sında duran müxtəlif xarakterli vəzifələrin yerinə yetirilmə- sinə kömək edən ədəbiyyatlardan ibarət olmalıdır. Bununla birlikdə bəzi nəşrlər müəyyən müddət keçdikdən sonra fiziki cəhətdən köhnəlir, öz ideya-tərbiyəvi, elmi və təcrübi əhə- miyyətini itirir, kitabxananın profilinə uyğun olmur və s. Belə nəşrlər vaxtlı-vaxtında kitabxana fondlarından çıxarıl- malıdır. 1974-cü ilə qədərki dövrdə kitabxana fondlarında toplanmış çox nüsxəli və profilə uyğun olmayan ədəbiyyat ən yaxşı halda digər kitabxanalara və ya respublika kitabxa- nalarının mübadilə fondlarına verilirdi. Bu isə aşağı vəsilə kitabxanalarının heç bir marağına uyğun gəlmədiyindən belə ədəbiyyat çox zaman təmamilə yararsız kitablarla birlikdə fonddan çıxarılır və məhv edilirdi. Respublika kitabxanala- rında min nüsxələrlə kitab və qiymətli ədəbiyyat bu yolla kitabxana fondlarından çıxarılmışdı. Doğrudur, elmi və is- tehsalat baxımından öz əhəmiyyətini itirmiş, az istifadə olunan ədəbiyyatın fonddan çıxarılması, fondun yerləşdiyi sahədən qənaətlə və düzgün istifadə etməyə, onun dövriyyə göstəricilərini yüksəltməyə və xidmət işini səmərəli təşkil et- məyə imkan verir. Lakin az istifadə edilən ədəbiyyatı mü- hafizə etmək və lazım olduqda oxucuların istifadəsinə ver- mək də vacibdir. Bundan əlavə, elə ədəbiyyatlar var ki, onların tədqiqi məsələlərinin zəruriliyi müxtəlif aspektlər baxımından ancaq bir neçə ildən sonra meydana çıxır. Bütün bunlara görə də kitabxana işi haqqında 1974-cü il 8 may tarixli qərar az istifadə edilən kitabları mühafizə edən keçmiş ümumittifaq mərkəzi-sahəvi və respublika depozitar fondla- rının yaradılmasını vacib bir vəzifə kimi irəli sürmüşdür. Fondun təşkilinə belə bir qayda ilə yanaşmaq, fondun fəal və passiv hissəsini müəyyən etmək imkanı verir. Elmi- tədqiqat işlərində ölkənin kitabxanalarından daha səmərəli istifadə etmək üçün təminat yaradır, oxuculara xidmət işinin səviyyəsini yüksəldir, kitab fondlarından istifadə zamanı təkrarçılığı aradan qaldırır. Bütün ölkə miqyasında kitab- xana-depozitarların planauyğun yerləşdirilməsi üçün KAA yolu ilə ədəbiyyatın alınması da mühüm əhəmiyyətə malik- dir. Qərarın bu baxımdan oynadığı çox mühüm rolun əhə- miyyətini inkar etmək elmi cəhətdən düzgün olmazdı. 1974-cü il qərarından sonra keçmiş SSRİ Mədəniyyət Nazirliyinin qərarına əsasən, bütün respublikalarda olduğu kimi, Azərbaycanda da 1977-1980-ci illər üçün depozitar sistemin planı təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq Azərbaycan kitabxanalarında çalışan kitabxanaçılar ədəbiy- yatın seçilməsi, depozitar saxlanma üçün nəşrlərin müəyyən edilməsi metodlarına yiyələnməsinin öyrədilməsi vacib bir məsələ kimi qarşıda durdu. Bu vəzifələrin yerinə yetirilməsi üçün respublikanın bir sıra kitabxanalarında kitabxanaçıların ixtisasının artırılması kurslarında depozitar kitabxana fond- larının iş metodlarının öyrənilməsinə həsr olunmuş seminar- lar, mühazirələr və digər kütləvi tədbirlər keçirilməyə başla- dı. Fondun depozitar saxlanması sisteminin təşkili məsələsinə həsr olunmuş ilk seminar-müşavirə 1977-ci ilin 25-27 aprel tarixində Voronejdə keçirilmişdir. Kitabxana işçiləri üçün müəyyən olunmuş ilk belə seminar-müşavirədə 11 res- publikadan, o cümlədən Azərbaycandan 10 nəfər dinləyici iştirak etmişdir. Fodların depozitar mühafizəsi sisteminin tətbiq edilməsi mövcud vəziyyəti əsaslı surətdə dəyişdirmişdir. Qeyd olu- nan dəyişikliklərin əsas mahiyyəti aşağıdakılardan ibarətdir:
- Həmin iqtisadi-coğrafi rayonun profilinə uyğun olan bütün ədəbiyyatın mühafizəsi və digər kitabxanalara onların sifarişi ilə verilməsi üçün cavabdeh olan kitabxana-depo- zitariya şəbəkəsinin yaradılması;
- Böyük elmi və mədəni əhəmiyyətə, tərkibcə tarixən formalaşmış nadir fonda malik olan kitabxanalar istisna edilməklə qalan kitabxanalar fondun ən qiymətli hissəsinə daxil olmayan, az soruşulan ədəbiyyatı müntəzəm surətdə seçir və depozitariyaya verirlər;
- Depozitar kitabxanalar ölkənin təbii-iqtisadi rayonlaş- dırılmasını və inzibati ərazi bölgüsünü nəzərə almaqla planlı surətdə yerləşdirilir ki, bu da sifarişlərin kitabxanalararası abonement vasitəsilə tez və bütünlüklə yerinə yetirilməsinə əlverişli şərait yaradır. Depozitar kitabxana sisteminin təşkil edilməsinin ən mühüm xüsusiyyəti onun ümumdövlət xarakteri daşımasıdır. O, ölkənin bütün kitabxanaları üçün vahid sənədin təsdiq olunması ilə şərtlənmişdir. Əsasnaməyə görə, depozitariya sistemində ölkənin kitabxana şəbəkəsi quruluşunun və elmi- texniki məlumat sisteminin xüsusiyyətlərini əks etdirən ərazi və sahəvi prinsiplər uyğunlaşdırılmışdır.
Keçmiş Sov. İKP MK-nın “Zəhmətkeşlərin kommunist tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunun artırılması haqqında” 1974-cü il qərarı kitabxanaçılıq işinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər sırasında ölkədə kitab fondlarının depozitar qaydada saxlanması üzrə ümum- dövlət sisteminin yaradılmasını nəzərdə tuturdu. Qərarda mə- sələnin mahiyyəti tam dolğunluğu ilə açılıb göstərilmişdir: “Elmi kitabxanaların və vilayət kitabxanalarının kitab fond- larından daha səmərəli istifadə etmək, ölkənin əsas iqtisadi rayonları üzrə onları daha planauyğun şəkildə yerləşdirmək məqsədi ilə nəşr olunduğu bütün illər üçün az istifadə olunan kitablar kitabxanada az miqdarda (depozitar kitabxanalarda) saxlanılır. Digər kitabxanalar idarə mənsubluğundan asılı olmayaraq az istifadə olunan ədəbiyyatı depozitariyaya ver- məli və onu orijinalına və ya surətinə ehtiyac olduğu kitab- xanalararası abonement üzrə ala bilər”. Qərarda həmçinin göstərilirdi ki, müvafiq nazirliklər, idarə və təşkilatlar (Keçmiş Dövlət Elm və Texnika Ko- mitəsi, Elmlər Akademiyası Rəyasət Heyəti, Ali və Orta İx- tisas Təhsil Nazirliyi) ümumittifaq xarakterli depozitar kitab- xanaların siyahısını və onların fəaliyyətinə dair əsasnaməni altı ay müddətinə təsdiq etsinlər. Buna müvafiq olaraq yu- xarıda adları çəkilən nazirliklərin iştirakı ilə 1974-cü ilin dekabr ayından 1975-ci ilin mart ayınadək “Ölkə kitabxa- nalarının kitab fondlarının depozitar saxlanmasının təşkili haqqında Əsasnamə” təsdiq edildi. Qəbul edilmiş “Əsasna- mə”yə əsasən az istifadə olunan, lakin elmi yaxud mədəni sərvət kimi əhəmiyyətli olan kitabların və sənədlərin depo- zitar mühafizəsindən məqsəd kitabxana fondlarının daha səmərəli təşkil edilməsi, qorunması və onlardan istifadə olunması, habelə bu fondların ölkənin əsas iqtisadi-coğrafi rayonlarında planlı şəkildə yerləşdirilməsi nəzərdə tutul- muşdur. “Əsasnamə”də həmçinin kitabxanalarda və mərkəzi sahəvi elmi-texniki informasiya orqanlarında yaradılacaq de- pozitar kitabxanaların adları verilmişdir. Keçmiş ümumit- tifaq əhəmiyyətli depozitar mühafizə funksiyaları iri elmi- universal, elmi-texniki və xüsusi kitabxanaların, həmçinin ümumittifaq və mərkəzi sahə elmi-texniki məlumat orqanlarının üzərinə düşürdü. Bütün universal, respublika, ölkə və vilayət kitabxanaları diyarşünaslıq ədəbiyyatı üzrə depozitar fond funksiyasını yerinə yetirirdilər.
Göründüyü kimi, qərarda ölkədə kitab fondlarının depozitar mühafizəsi üzrə ümumdövlət sisteminin yaradılması nəzərdə tutulurdu. Lakin SSRİ-nin dağılması ilə əlaqədar bu vəzifə orta pillədə qaldı. Buna görə də depozitar kitabxanalar və onların təşkili mə- sələləri ümumrespublika səviyyəsində öyrənilir. Azərbaycanda depozitar kiabxanaların təşkilinə 1975-ci ildən başlanmış, 1978-ci ildə isə rəsmiləşmişdir. Bir cəhəti də xüsusi ilə qeyd etmək lazımdır ki, respublikamızda müstəsna depozitar mühafizə fondları formalaşmışdır. Depozitar kitabxanalar kitab fondlarının daha səmərəli təşkil edilməsi, respublikanın əsas iqtisadi rayonları üzrə onların planauyğun qaydada yerləşdirilməsi, oxuculara kitab- xana-biblioqrafiya xidmətinin yaxşılaşdırılması, bir çox kitabxanalar tərəfindən fondların paralel saxlanılması üçün yeni kitab anbarlarının tikintisi və lazım olan ştatların saxlanması üçün xərcin azaldılması məqsədilə yaradılmışdır. Ölkəmizdə depozitar kitabxanalar əhəmiyyətini itirmiş və müxtəlif kitabxanalardan bir yerə daşınıb yığılan ədəbiyyatın saxlandığı anbar deyil, elm və istehsalat, kitabxana-biblioqrafiya xidməti sistemində mərkəzi kitabxanalar vəziyyətin- də olan depozitar qaydada saxlanma funksiyasına malik, fəaliyyət göstərən iri kitabxanaların olması haqqında baxış geniş yayılmışdır. Elmi və xüsusi kitabxanaların, xüsusilə də elmi-təd- qiqat idarələrinin və müəssisələrin tərkibində fəaliyyət gös- tərən kitabxanaların əksəriyyətinin fondları daha aktual profilli ədəbiyyata malik olan operativ əhəmiyyətli fondlar kimi başa düşülür. Onların hər birində bir çox keçmiş illər üzrə nəşrlərin, bir-birindən uzaq olan oxşar mövzular üzrə ədəbiyyatın, az soruşulan və s. kitabların olmasına ehtiyac yoxdur. Bu cür nəşrlər yalnız depozitar fondlarda cəmləşdirilir və bu fondlarda həmin nəşrlər müxtəlif kitabxanalar üçün kollektiv istifadə predmetinə çevrilir.
MÜHAZİRƏ 11.
|