MÜHAZİRƏ 12
Sənədlərin işlənməsinin məqsəd və vəzifələri
Ədəbiyyat
4.Musayeva N.N. Elektron ehtiyatların biblioqrafik təsviri //"İnformatika texnologiyası və tətbiqi proqramlar" mövzusunda aspirant və tələbələr üçün respublika elmi konfransının materialları,- Bakı., 2000,- səh.6-8.
5.Musayeva N.N. Kitabxana proseslərinin kompüterləşdirilməsinin müasir elmi və perspektiv istiqamətləri // Kitabxanaşünaslıq və biblioqrafiya.-Bakı: BDU, 2000,- JV°2,- səh 90-93.
Deyildiyi kimi, ETK fondlarında aşağıdakı növ sə- nədlərin olması vacibdir: kitablar, dövri və ardı davam edən nəşrlər, informasiya mərkəzlərinin nəşrləri, patent və stan- dartlar, mikroformalar, qəzetlər, elektron nəşrlər, dərc edil- məyən sənədlər. Onların biblioqrafik informasiya elementləri bir-birlərindən müəyyən qədər fərqli olduğuna görə işlənmə aspektləri də müxtəlifdir. Lakin bütün növ sənədlər fərdi və qrup halında işlənir. Burada bir neçə məqsəd güdülür:
1) oxucular (istifadəçilər) üçün sənədin axtarış məq- sədilə əlverişli formaya gətirilməsi, yəni axtarış sistemləri vasitəsilə sintezləşdilmiş mühafizəsi;
2) sənədlərin fərdi (ad), mövzu (təsnifat sistemi), predmet və bir sıra hallarda qeydiyyat nömrəsilə axtarışının təmin edilməsi;
3) fondla oxucu arasında dinamik əlaqə yaradılması;
4) oxucu sorğularına uyğun olaraq yazılı və şifahi biblioqrafik arayışların hazırlanmasına baza yaradılması;
5) dubletliyin yoxlanması;
6) fondun yoxlanması;
7) fondun tematik təhlili və profillik dərəcəsinin müəyyən edilməsi;
8) kitabxanalar arasında məlumat mübadiləsi;
9) avtomatlaşdırılmış biblioqrafik axtarış sisteminin
yaradılması;
10) fondun aktuallığına müntəzəm nəzarət. Elmi-texniki ədəbiyyatın işlənməsi üç mərhələdə apa- rılır. Texniki işlənmə, elmi işlənmə və kataloqlaşdırma. Deyilən sonuncu iki mərhələ ümumi halda kataloqlaşdırma adlanır. Belə ki, texniki cəhətdən işlənmiş ədəbiyyat (əsasən kitablar) əlifba kataloqu ilə yoxlanılır, dubletlik yoxdursa kataloqlaşdırılır. 7.26.80-а (Библиотечное дело. Основные термины и определения) əsasən kataloqlaşdırma sənədlərin biblioqrafik təsvirinin hazırlanması, sistemləşdirilməsi, pred- metləşdirilməsi, kataloqun redaktə və təşkilidir. Sonuncu göstərilən iki proses barədə sonralar soraq-axtarış apara- tından danışarkən bəhs ediləcəkdir. Bütün növ yuxarıda deyilən sənədlərin biblioqrafik təsvir qaydaları nəzəri kitablarda öz əksini tapmışdır. Biblio- qrafik təsvir vaxtilə 7.1.84 nömrəli dövlət standartı əsasında aparılmışdır. Hazırda 7.1.2003 nömrəli MDB dövlətləri üçün dövlətlərarası standart tətbiq edilir. Bundan başqa, elektron nəşrlərin biblioqrafik təsvir qaydalarına dair dövlətlərarası standart işlənib təsdiq edilmişdir.. Təəssüf ki, Azərbaycan Sənədlərin sistemləşdirilməsi ГОСТ 7. 44 -84 nömrəli dövlət standartı (Систематизация документов и общие требования) əsasında aparılmışdır. Bu standartın tələblərinə əsasən elmi-texniki ədəbiyyatın sistemləşdirilməsi üçün aşağıdakı təsnifatlar istifadə edilməlidir: Universal Onluq Təs- nifat (UOT), Dövlət ETİ sisteminin rubrikatoru, Beynəlxalq ixtira təsnifatı, MDB ölkələri üçün “Standart və texniki şərtlər” klassifikatoru. Təəssüf ki, bu təsnifatların heç biri Azərbaycan dilinə tərcümə edilməmişdir. Heç onların son il nəşrləri də respublikada yoxdur. Təsnifləşdirməni dəqiq və düzgün aparmaq üçün UOT-un “Metodiki qərarlar kartote- kası”nı yaratmaq tövsiyə edilir. Bu kartotekada hansı məz- munda (sahədə) sənədə hansı indeksi tətbiq etmək təcrübi nümunə formasında göstərilməlidir. UOT-u və eləcə də digər təsnifatları aktual vəziyyətdə saxlamaq üçün onlara yeni indekslər və rubrikalar əlavə edildiyini göstərən rüblük nəşr- ləri (məs.: RNİİKİ-nin rüblük buraxdığı “Новое в УДК”) almaq lazımdır. Elmi-texniki sənədlərin predmetləşdirilməsinə gəlincə demək lazımdır ki, bu, mürəkkəb elmi təhlil tələb edən prosesdir və predmet kataloqu üçün hazırlanır. Bizə məlum olan dərəcədə PETK-nın Standartlar və texniki şərtləri fondu istisna olmaqla, respublikanın irili-xırdalı bütün kitabxanala- rında hələlik predmet kataloqu yoxdur. Predmetləşdirmə qaydalarına dair 7.45.84 nömrəli dövlət standartı (Предме- тизация. Общие требования) vardır. Yuxarıda deyilən 80-ci illərə qədər təsdiq edilmiş kitabxana standartları SİBİD (Стандарты по информацион- ным, библиотечным и издателъским делам) adlanan məcmuədə verilmişdir.
Elmi-texniki ədəbiyyatın qrup halında işlənməsi və texniki işləmə Məzmun etibarilə həmcins, tip etibarilə qohum olan nəşrlər müəyyən təsnifat indeksi ilə birləşdirildikdə və bir ümumi şifrə aldıqda qrup halında işlənir. Qrup halında işləmə eyni tipli aşağıdakı sənədlər üçün tətbiq edilir: təlimatlar, qaydalar, xəritələr, göstəricilər (nor- mativ materiallar istisna olmaqla), tədris planları, proqram- lar, metodiki məktublar, kontrol tapşırıqlar, laboratoriya və praktiki işlərə rəhbərlik, ixtiraçılar və səmərələşdiricilər üçün mövzu kitabçaları, informasiya vərəqləri, ekspres – informa- siyalar, siqnal informasiya bülletenləri və digər materiallar. Qrup işləməni təşkil edərkən əvvəlcə qrup halında işlənməsi lazım gələn nəşrlərin növünü və tipini müəyyən et- mək lazımdır. Qrup halında işlənəcək ədəbiyyatın seçilməsi üçün işçi təlimat tərtib etmək məqsədəuyğundur. Bu sahədə 70-ci illərdə buraxılmış iki adda təlimat indi də aktualdır və istifadə edilə bilər: Правила групповой обработки произ- ведений печати. –М., 1977. – 42 с.; Инструкция по от- бору книг, периодических и продолжающихся изданий, подлежащих групповой обработка . – М. , 1979 . - 25 с. Qrup halında işlənəcək nəşrlər əlaqədar kitabxanada tətbiq edilən təsnifat cədvəli əsasında təsnif edilir. Qrupa daxil olan nəşrlər ümumi halda “QR” işarəsini və UOT indeksini alır. Hər bir qrupa müstəqil şifrə verilir. Bu şifrə mət- nin, qovluğun üzərinə, ya titul səhifəsinin, ya da birinci sə- hifənin yuxarı sol tərəfinə yazılır. Əgər qrup halında işlənmiş nəşr qutuda yerləşdirilmişdirsə, onun üzərinə etiket yapış- dırılır və burada indeks və qrupun ifadə etdiyi ixtisar yazılır.
Qrup halında işlənmiş nəşrə qrup biblioqrafik təsvir tərtib olunur. Təsvirdə qrup üçün ümumi olan biblioqrafik məlumatlar, sənədin növü və tematikası, nəşr edən təşkilat, nəşrin oxucu təyinatı göstərilir. Qrup halında işlənmiş ədəbiyyatın biblioqrafik təsviri əlifba kataloqunda tipik sərlövhə və nəşr edən kollektivin adına görə, sistemli kataloqda isə ümumiləşdirici sərlövhə və kollektiv müəllifə görə düzülür.
Elmi-texniki ədəbiyyatın texniki işlənməsi isə əsasən digər sənədlərdə olduğu kimidir. Buraya daxildir: ştampvur- ma müəllif işarəsinin təyini, kitab formulyarının tərtibi, cib- liyin və müddət vərəqinin yapışdırılması. Bütün bu proseslər formal xarakter daşıyır və ayrı-ayrı dərsliklərdə öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, sənədi texniki cəhətdən işlə- yərkən ilk növbədə ştamp vurulur. Məsələn, kitab üçün titul səhifəsinə nəşr məlumatlarından yuxarı hissədə, bir çap və- rəqi tamam olan səhifəyə, yəni 16 səhifəyə, titul səhifəsi ol- mayan sənədlərə 1-ci səhifəyə və son səhifəyə və s. vurulur. Əgər kitabxananın fondunda sənədlər 100 min nüs- xədən çoxdursa, üçrəqəmli müəllif işarəsi cədvəli, azdırsa, ikirəqəmli müəllif işarəsi cədvəli tətbiq edilir. Burada rəqəm- lərin artımı kitabın fonda düzülüşü üçün istifadə edilir. Şifrə (indeks və müəllif işarəsi) cildin üz qabığının yuxarı sol küncünə və koreşokuna, titul səhifəsinin sol yuxarı küncünə yazılır. Üz qabığına yazmaq üçün əvvəlcə 3 – 4 sm. düzbucaqlı kağız kəsilir, yapışdırılır və buraya şifrə yazılır.
|