MÜHAZİRƏ 13 Avtomatlaşdırılmış kitabxana sistemləri ETK-larda biblioqrafik xidmətin əsas istiqamətləri




Download 294,52 Kb.
bet18/23
Sana22.03.2021
Hajmi294,52 Kb.
#13370
TuriMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
MÜHAZİRƏ 13

Avtomatlaşdırılmış kitabxana sistemləri ETK-larda biblioqrafik xidmətin əsas istiqamətləri
Ədəbiyyat

4.Musayeva N.N. Elektron ehtiyatların biblioqrafik təsviri //"İnformatika texnologiyası və tətbiqi proqramlar" mövzusunda aspirant və tələbələr üçün respublika elmi konfransının materialları,- Bakı., 2000,- səh.6-8.

5.Musayeva N.N. Kitabxana proseslərinin kompüterləşdirilməsinin müasir elmi və perspektiv istiqamətləri // Kitabxanaşünaslıq və biblioqrafiya.-Bakı: BDU, 2000,- JV°2,- səh 90-93.

Ölkəmizin respublika əhəmiyyətli statusa malik olan kitabxanaları içərisində özünəməxsus yeri və tarixi rolu olan Azərbaycan Respublikası Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Respublika Elmi-Texniki Kitabxanası respubli- kamızın mədəni inkişafında, elmi-texniki fikrin təbliğində, texniki ziyalıların yetişdirilməsində, əhaliyə kitabxana xid- mətinin təşkilində xüsusi xidmətlər göstərmiş, minlərlə oxu- cunun sevimli məbədgahına çevrilmişdir. Kitabxana respublikamızda ağır sənayenin, xüsusilə neft, maşınqayırma sənayesinin inkişafı, yeni-yeni fabrik və zavodların meydana gəl- məsi, texniki tərəqqinin sürətlə genişlənməsi, fəhlələr, mü- həndislər, ziyalılar arasında texniki biliyin təbliği məsələ- sinin ön plana çəkildiyi bir şəraitdə müstəqil kitabxanaya çevrilərək geniş oxucu kütləsinə, o cümlədən neftçilərə, neft üzrə ali və orta ixtisas məktəblərinin tələbələrinə xidmət etməyə başlamışdır. 1932-ci ildə SSRİ Elmi-Texniki Kitabxanasının filialına çevrilən kitabxananın funksiyaları xeyli artmış, o, neft kitabxa- nalarının metodik mərkəzinə çevrilmiş və neft üzrə SSRİ-də dayaq kitabxanası kimi fəaliyyət göstərməyə başlamışdır. 30-cu illər kitabxananın həyatında xüsusilə məlumat- biblioqrafiya işinin təşkili ilə əlamətdar olmuşdur. 1934-cü ildə kitabxananın yanında məlumat-biblioqrafiya şöbəsi

yaradılmış və artıq 1940-cı ildə həmin şöbədə sistemli, əlif- ba, predment kataloqları və bir sıra biblioqrafik kartotekaları mövcud olmuşdur. 1934-cü ildə ayrı-ayrı müəssisələrə ədə- biyyat göstəriciləri və ədəbiyyat siyahıları göndərilmişdir. 1936-cı ildən kitabxanada Azərbaycan neft təsərrüfatına dair ölkəşünaslıq biblioqrafiyası aparılmağa başladı. Bu işin mü- vəffəqiyyətli təşkili neft sənayesinin səmərəliliyinin artırıl- masına müsbət təsir göstərmişdi. Kitabxana mütəxəssislərə məlumat-biblioqrafiya xidmətini yaxşılaşdırmaq məqsədilə 1941-ci ildə “Azərneft”in yanında məlumat kitabxanası açmışdır. Bu kitabxana müntə- zəm olaraq dövri nəşrlərlə, yeni texniki kitablarla təchiz edilirdi.

Kitabxananın Böyük Vətən müharibəsindən sonrakı fəaliyyətində də məlumat-biblioqrafiya, informasiya işinin təşkili və texniki kitabxana şəbəkəsinə metodik rəhbərlik mühüm yer tuturdu. Kitabxana oxucuların informasiyaya olan tələbatını ödəmək məqsədilə bu işi xeyli canlandırmış, yeni iş forma və metodlarından isifadə etməyə başlamışdır. O, texnikanın müxtəlif sahələrinə dair biblioqrafik göstəri- cilər, tövsiyə siyahıları, yeni ədəbiyyat bülletenləri tərtib edir, müxtəlif elm sahələrinə dair kartotekalar yaradır, infor- masiya vasitələrindən istifadə etmək qaydalarını öyrənmək üçün söhbətlər, metodik müşavirələr keçirirdi. Yeni ədəbiy- yatın sərgisinin təşkil edilməsinə və kitabxanaya daxil olan yeni ədəbiyyatın bülleteninin tərtib edilib müəssisələrə gön- dərilməsinə xüsusi diqqət yetirilirdi. Respublika Elmi-Tex- niki Kitabxanasının fəaliyyət sahəsinin tərkib hissələrindən biri kitabxanada biblioqrafik fəaliyyətin təşkilidir.

Kitabxananın biblioqrafik fəaliyyətinin təşkili dedikdə onun bütün biblioqrafik vasitələrdən istifadə etməklə qarşıya qoyduğu vəzifələri müfəvvəqiyyətlə yerinə yetirməsinin təmin edilməsinə yönəldilmiş tədbirlər kompleksi başa düşü- lür. Kitabxananın biblioqrafik fəaliyyətinin təşkilinin əsas istiqamətlərinə aşağıdakılar daxildir:

-kitabxana soraq-biblioqrafiya aparatının təşkili;

-müxtəlif məqsəd və oxucu istiqamətlərinə malik biblioqrafik vəsaitlərin tərtibi;

-soraq-biblioqrafiya xidməti;

-biblioqrafik informasiya xidməti;

-məsləhət və metodiki işlər;

-biblioqrafik biliklərin təbliği;

-elmi-tədqiqat işi.

Respublika Elmi-Texniki Kitabxanasında biblioqrafik fəaliyyətin təşkilinin ümumi məsələləri qeyd etdiyimiz prin- siplərə əsaslanır. Kitabxanada biblioqrafik fəaliyyət onun bütün şöbələri tərəfindən, xüsusilə 1934-cü ildə yaradılmış məlumat-biblio- qrafiya şöbəsi tərəfindən həyata keçirilir. Məlumat-biblioqra- fiya şöbəsi öz fəaliyyətini aşağıdakı istiqamətlərdə qurmuş- dur: -soraq-biblioqrafik nəşrlər fondunun təşkili; -baş məlumat kartotekasının təşkili və aparılması; -oxucular üçün qrup halında və fərdi məsləhətlərin keçirilməsi; -müəyyən mövzu üzrə şifahi və yazılı arayışların hazırlanması; -respublikanın sənaye müəssisələri üçün sərgilərə ədəbiyyatın seçilməsi;

-elm və texnikanın aktual məsələlərinə dair biblioqrafik arayışların tərtibi və nəşrə hazırlanması;

-“Biblioqrafiyanın biblioqrafiyası” seriyasından RETK-nın tərtib etdiyi biblioqrafik göstəricilərin nəşri. Biblioqrafik xidmətin təşkili problemi biblioqrafiya- şünaslıqda mühüm yerlərdən birini tutur. Son illər biblioqrafik xidmətlərlə əlaqədar çap olunmuş mənbələrdə onun iki əsas istiqamətdə aparıldığı müəyyənləşdirilmişdir: soraq- biblioqrafiya xidməti və biblioqrafik informasiya xidməti.

Soraq-biblioqrafiya xidməti məlumat tələbatçılarının birdəfəlik sorğuları ilə əlaqədar olan biblioqrafik xidmətdir. Kitabxanaya soraq-biblioqrafiya rejimində olan müraciəti “sorğu”, ona verilən cavabı isə “arayış”adlandırmaq qəbul olunmuşdur. Bütün sorğular və arayışlar iki yerə bülünürlər: biblioqrafik və faktoqrafik. Biblioqrafik arayışlar da öz növbəsində üç qrupa ayrılır: mövzu, dəqiqləşdirmə və ünvan ara- yışları. Mövzu arayışları müəyyən mövzu üzrə biblioqrafik informasiyanı əks etdirən anlayışdır. Elmi-tətqiqat fəaliyyəti ilə əlaqədar mövzular üzrə arayışın tərtibi prosesində harada olmasından asılı olmayaraq, mövzu üzrə bütün sənədlərin meydana çıxarılması vacibdir. Bu zaman ümumi biblioqrafik vəsaitlər, sahəvi xarakterli retrospektiv və cari biblioqrafik göstəricilər ön plana çəkilir. Biblioqrafik mənbələrdə öz əksini tapmamış ən yeni ədəbiyyat kataloq və kartotekaların nəzərdən keçirilməsi yolu ilə meydana çıxarılır. Ümumiyyətlə, kitabxanada hər il on mindən artıq arayış yerinə yetirilir. Belə arayışlar adətən elm və texnikanın ən müxtəlif sahələrinə dair (maşınqayırma, maliyyə əmə- liyyatları, mühasibat uçotu, bank işi və kredit, vergilər sis- temi, bazar iqtisadiyyatına keçid dövründə vergi sistemi, ətraf mühitin mühafizəsi, neft müqavilələri, Xəzərin problemləri, pul siyasətinin rolu, kompyuter texnologiyaları, sahib- karlıq fəaliyyəti, qazma qurğuları, əmək məcəlləsi, yüksək molekullu birləşmələr, atom elektrik stansiyaları və s.) olur. Yazılı arayışlar çox az miqdarda yerinə yetirilir.

Fikrimizi əsaslandırmaq üçün faktlara müraciət edək. Belə ki, kitabxana tərəfindən 1995-ci ildə 11, 1996-cı ildə 12, 1997-ci ildə 9, 1998-ci ildə 11, 1999-cu ildə 15, 2000-ci ildə 8 yazılı mövzu arayışı yerinə yetirilmişdir. 2000-ci ildə Məlumat-biblioqrafiya şöbəsi tərəfindən aşağıdakı mövzularda arayışlar tərtib edilmişdir:

1. Neft və qaz sənayesinin enerji qoruyucu texno- logiyaları.

2. Naftalanın müalicə nefti .

3. Hidrogen-kimya texnologiyasının və energetikanın əsasıdır.

4. Azərbaycanın qazı.

5. Neft sənayesinin investisiya layihəsi.

6. Sığorta.

7. Yanacaq-energetika kompleksı.

8. Qiymətli kağızlar, veksellər.

Yazılı biblioqrafik arayışlar iki nüsxədə tərtib olunur: bir nüsxəsi tələbatçıya verilir, ikinci nüsxəsi isə təkrar sor- ğuların ödənilməsi üçün ödənilmiş arayışlar fondunda sax- lanılır. Mövzu arayışları əsasən müxtəlif idarə və təşkilatların sorğuları əsasında hazırlanıb onlara göndərilir. Kitabxananın ən fəal informasiya tələbatçıları Azərbaycan Dövlət Neft Akademiyası, Parlament Kitabxanası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, “Də- nizneftqazlayihə” İnstitutu, “Azərqızıl” Konserni, və digər müştərək müəssisələrdir.

Kitabxanada oxuculara soraq-biblioqrafiya xidməti prosesində sənədlər haqqında biblioqrafik məlumatın də- qiqləşdirilməsi məqsədilə də müxtəlif arayışlar verilir. Tətqiqatlar göstərir ki, arayışın bu növü kitabxanaların yerinə yetirdiyi biblioqrafik arayışlar içərisində böyük üstünlük təşkil edir. Bu arayış oxucunun verdiyi sorğuda olmayan və ya təhrif edilən məlumatı dəqiqləşdirmək məqsədi güdür. Sorğuda təhrif olunan təsvir elementlərinin dəqiqləşdirilməsi və çatışmayan elementlərin axtarılıb tapılması (müəllifin soyadı, əsərin sərlövhəsi, buraxılış məlumatları və. s) biblioqrafik axtarışın ən çox yayılmış formasıdır. Belə sorğuların yerinə yetirilməsi üçün kataloq və kar- totekalardan, ensiklopediyalardan, biblioqrafik vəsaitlərdən və s. istifadə olunur. Məsələn, 2000-ci ildə kitabxananın ye- rinə yetirdiyi arayışlardan 3.072-si belə sorğularla əlaqədardır.

Kitabxana tərəfindən mütəxəssislərin sorğusu əsasında yerinə yetirilən arayışların digər növü biblioqrafik ünvan arayışlarıdır. Kitabxanada bu arayışların yerinə yetirilməsində SBA-nın müxtəlif komponentlərindən istifadə olunur və oxucunun sorğusuna sənədin fondda saxlanma şifrəsi gös- tərilməklə cavab verilir. Fərəhləndirici haldır ki, son illərdə kataloq və kartotekaların təkmilləşdirilməsi, onların elmi və biblioqrafik redaktə olunması, oxucular arasında biblioqrafik biliklərin təbliği, geniş izahat işi aparılması nəticəsində bu arayışların miqdarı xeyli azalmışdır. Belə ki, bu arayışlar yerinə yetirilmiş arayışların 4%-ə qədərini təşkil edir.

Oxuculardan daxil olan sorğular əsasında yerinə yeti- rilən arayışların bir növü də faktoqrafik arayışlardır. Faktoqrafik sorğuların əksəriyyəti oxucu marağının müxtəlifliyi ilə xarakterizə olunur. Belə ki, həmin oxucuların bir qismi istehsalatla bağlıdırsa, digər qismi elmi-tətqiqat və yaxud tədris, təlim və şəxsi təhsillə əlaqədar olur. Faktoqrafik sorğular elmin, texnikanın müəyyən bir sahəsi, problemi, tarixi hadisə haqqında konkret məlumat əldə etmək məqsədi daşıyır. Bunların yerinə yetirilməsində əsasən soraq-biblioqrafik nəşrlər fondunda olan müxtəlif ümumi xarakterli və sahəvi məlumat kitabları, ümumi və sahəvi ensiklopediyalar, ensiklopedik lüğətlər, sənədlər külliyyatı və s. bu kimi nəşrlərdən istifadə olunur. Kitabxana tərəfindən hər il təqribən 1000-ə yaxın belə arayış yerinə yetirilir ki, bu da ödənilən arayışların az bir hissəsini təşkil edir.

Kitabxanada çox vaxt oxucuların sorğusuna cavab ola- raq arayış deyil, lazımi məlumatların alınması yollarını göstərən metodiki məsləhətlər verilir. Belə məsləhətlər oxucuların biblioqrafik biliyinin artırılmasına müsbət təsir göstərir. Kitabxananın məlumat-müşahidə məntəqəsində oxucu- larla fərdi və qrup halında söhbətlər də keçirilir. Məsələn, 1996-cı ildə 3171 fərdi, 2060 qrup halında söhbətlər keçiril- mişdir. Respublika Elmi-Texniki Kitabxanasının həyata keçir- diyi biblioqrafik xidmətin əsas istiqamətlərindən biri də

biblioqrafik informasiya xidmətidir.

Onun əsas məqsədi oxu- culara yeni çap olunan, onların elmi-tədqiqat işi sahəsindəki fəaliyyətləri üçün lazım olan sənədlər haqqında müntəzəm məlumat verməkdən ibarətdir. Bu xidmət növü iki istiqa- mətdə həyata keçirilir: birincisi, fərqləndirilməyən (kütləvi) biblioqrafik informasiyadır. Bu, müəyyən qrup tələbatçıları nəzərə almayan, sorğusuz xidmətdir. İkincisi isə fərqli xidmətdir. Yəni ayrı-ayrı tələbatçıların və müəyyən qrup mütə- xəssislərin daimi sorğuları əsasında həyata keçirilən biblioqrafik xidmətdir. Kütləvi biblioqrafik informasiya xidmətinin əsas vəzi- fəsi kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında bütün oxuculara məlumat verməkdir.

Bu xidmətin ən geniş yayılmış formalarından biri yeni ədəbiyyat haqqında məlumat verən bülletenlərdir. Elmi işçilərin yeni ədəbiyyat haqqında operativ biblioqrafik informasiyaya olan ehtiyacını nəzərə alaraq kitabxana 1980-ci ildən etibarən “Respublika Elmi- Texniki Kitabxanasına daxil olan yeni kitabların rüblük in- formasiya göstəricisi”ni çap etdirir. Göstəricidə kitabxanaya daxil olan bütün elm sahələrinə dair Azərbaycan və rus dil- lərində ədəbiyyat öz əksini tapır. Göstərici xalq təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərə məlumat vermək, həmçinin elm və texnika sahəsində ən yeni ədəbiyyatı yəbliğ etmək məqsədilə nəşr olunur.

Kitabxananın iş təcrübəsində məlumat bülletenləri ilə yanaşı, ədəbiyyat siyahılarının hazırlanması da geniş yayıl- mışdır. Kitabxanaya daxil olan yeni ədəbiyyatın siyahıları hazırlanıb abonomentdə, oxu zalında görünən yerdə asılır. Bu siyahıların hazırlanması kitabxanaya daxil olan yeni ədəbiyyatdan asılı olaraq həyata keçirilir.

Məlum olduğu kimi, biblioqrafik informasiya xidmə- tində əyani şəkildə informasiya verilməsi də mühüm əhə- miyyət kəsb edir. Bu məqsədlə kitabxanada müntəzəm olaraq yeni ədəbiyyat sərgiləri təşkil olunur, onlara açıq baxışlar keçirilir. Belə sərgilər adətən kitabxananın oxu zalında təşkil edilir və yeni alınmış bütün kitabları və jurnalları nümayiş etdirir. Lakin təəssüf ki, iqtisadi çətinlik şəraitində kitabların və jurnalların kitabxanaya az daxil olması səbəbindən il ər- zində keçirilən sərgilərin də sayı azalmışdır. Kitabxana tərəfindən il ərzində 2-3 sərgi keçirilir. Məsələn, 2000-ci ildə keçirilən “Yeni biblioqrafik materiallar” adlı sərgidə 204 adda ədəbiyyat nümayiş etdirilmişdir. Respublika Elmi-Texniki Kitabxanasında həyata keçirilən biblioqrafik informasiya xidmətinin ikinci növü fərqli biblioqrafik informasiya xidmətidir. Nəzəri ədəbiyyatdan məlumdur ki, bu xidmət ayrı-ayrı elmi işçilərin və ya müəy- yən qrup mütəxəssislərin daimi olan sorğuları və tələbatları əsasında həyata keçirilir. Bu xidmət üsulunun əsas məqsədi tələbatçılara texnika sahəsi üzrə çap olunmuş ədəbiyyat haq- qında vaxtaşırı operativ şəkildə məlumat verməkdir.

Kitabxanada müxtəlif nazirlik, idarə və müəssisələrin rəhbərlərinə fərdi formada informasiya xidmətinin göstərilməsi mühüm əhəmiyyətə malikdir. Çünki mütəxəssislərin, xüsusilə rəhbər işçilərin sorğuları onlarla fərdi iş aparılmasını tələb edir. Bu abonomentlərə onların çalışdıqları sahəyə dair kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında vaxtaşırı məlumat hazır- lanıb göndərilir. Həmin məlumatların göndərilmə müddəti kitabxanaya yeni ədəbiyyatın daxil olması ilə əlaqədardır.

Fərqli biblioqrafik informasiya xidmətinin ən səmərəli formalarından biri məlumatın seçilib yayılması sistemidir. Kitabxanada Azərbaycanda ilk dəfə olaraq 1968-ci ildə “Məlumatın seçilib yayılması”avtomatlaşdırılmış informasi- ya sistemi yaradılmışdır. Bu sistemin köməyi ilə respublika- mızın yüzlərlə sənaye müəssisələri, elmi işçiləri, mühəndis- texniki işçiləri dünya elmi-texniki sənədləri üzrə operativ informasiya ilə təmin edilirdilər.

Bu sistem əsasında 707 abonomentə maqnit lentlərində müxtəlif informasiya mərkəzlərindən alınan informasiyalara dair siqnal məlumatları verilirdi. Respublikanın nazirlik və baş idarələrin, müəssisə və təşkilatların rəhbərləri, aparıcı mütəxəssisləri bu sistem üzrə əsas abonomentlər idilər. Sonralar respublikamızın digər kitabxanaları da bu üsuldan istifadə etməyə başladılar. Beləliklə, Respublika Elmi-Texniki Kitabxanasının biblioqrafik fəaliyyəti haqqında əldə olunan faktlara əsasla- naraq belə nəticəyə gəlmək olar ki, kitabxana respublika- mızda texnika sahəsinin, xüsusilə neft sənayesi kompleksinin biblioqrafik informasiya təminatında çox mühüm nailiyyətlər əldə etmişdir. Kitabxana respublikamızda elmi-texniki ədə- biyyatın təbliğində, oxuculara yüksək səviyyəli informasiya xidməti göstərilməsində, yeni ədəbiyyatı oxuculara çatdırmaqda, elm və texnikanın son nailiyyətləri barədə məlumat verməkdə aparıcı rol oynayır.

Kitabxana respublikanın elmi-texniki kitabxanaları şə- bəkəsinin elmi-metodiki mərkəzidir, Elmi-Texniki Kitabxa- nanın işçilərinin ixtisasartırma bazası rolunu oynayır, texnika üzrə respublika ərazi-sahəvi sisteminin KAA funksiyasını yerinə yetirir, elmi-texniki ədəbiyyat fondunun depozitar saxlanmasını təşkil edir.

Respublika Elmi-Texniki Kitabxanası bu gün respub- likanın ən böyük kitabxanalarından biri olmaqla yanaşı, ənənəvi kitab təbliği və xidmətindən əlavə, müxtəlif şəhadət- namələri və patent, normativ-texniki sənədlər, xarici ölkə- lərin mətbuatını və müxtəlif sənədləri özündə əks etdirən, metodiki və elmi-tədqiqat işi ilə məşğul olan müəssisədir. Kitabxanada oxucu sorğularını hərtərəfli təmin etmək məqsədi ilə mükəmməl SBA yaradılmışdır və onun daha da təkmilləşdirilməsi üçün mövcud imkanlardan bacarıqla isti- fadə olunur. Soraq-biblioqrafik nəşrlər fondu daim yeni nəşrlərlə (xüsusilə xaricdən alınan kitablar, referativ jurnallar və dövri mətbuatda, biblioqrafik vəsaitlərlə) təmin olunur. Kitabxana özü də biblioqrafik vəsaitlərin tərtibi ilə məşğul olur. Oxuculara xidmətdə biblioqrafik xidmətin müxtəlif forma və metodlarından istifadə olunur. Son illər internet və elektron poçt sistemlərinə qoşul- maqla kitabxana oxuculara xidmət sahəsində öz imkanlarını daha da genişləndirmiş, zəruzi informasiyanı dünyanın istə- nilən ölkəsindən əldə edib oxuculara çatdırmaq üçün əlverişli şərait yaratmışdır. Bununla belə, kitabxananın fəaliyyətində hələ bir sıra çatışmazlıqlar və həll olunmamış problemlər qalmaqdadır. Belə ki, heç də həmişə texnikaya dair biblioqrafik ehtiyat- lardan tam və səmərəli istifadə olunmur. Mütəxəssislərin biblioqrafik təminatı texnika elmi və təcrübəsinin tələbatına tam uyğun gəlmir. Bu isə son illər iqtisadi çətinliklə əlaqədar kitabxanaya yeni nəşrlərin az daxil olması ilə bağlıdır.

Cəmiyyətin mənəvi mədəniyyətinin tərkib hissəsi olan biblioqrafik məlumatın məhsuldar qüvvəyə çevrildiyi bir dövrdə göstərilən problemlərin düzgün və operativ həll olun- ması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi məqsə- dəuyğundur:

1. Kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək;

2. Biblioqrafik proseslərin avtomatlaşdırılması və kompyu- terləşdirilməsi işini sürətləndirmək;

3. Müntəzəm olaraq kitabxana oxucularının biblioqrafik informasiya tələbatını öyrənmək;

4. Kitabxananın fondunda texnikaya dair ümumi çap məhsu- lunun ad və tiraj etibarilə yüksəldilməsinə nail olmaq;

5. Texnikaya dair biblioqrafik məlumat mənbələrində olan böyük ehtiyacı nəzərə alaraq çoxaspektli biblioqrafik və- saitlərin yaradılmasına nail olmaq. Məhdud oxucu qru- punu təmin edən kiçik həcmdə biblioqrafik siyahılardansa, kompleks xarakterli monoqrafik vəsaitlərin hazırlanma- sına və buraxılmasına çalışmaq;

6. Kitabxananın oxucularına biblioqrafik xidmətin mövcud forma və metodlarından daha geniş istifadə etmək.



Download 294,52 Kb.
1   ...   15   16   17   18   19   20   21   22   23




Download 294,52 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÜHAZİRƏ 13 Avtomatlaşdırılmış kitabxana sistemləri ETK-larda biblioqrafik xidmətin əsas istiqamətləri

Download 294,52 Kb.