MÜHAZİRƏ 14
ELMİ-TEXNİKİ KİTABXANA ŞƏBƏKƏLƏRİNDƏ MÜTƏXƏSSİSLƏRƏ KİTABXANA İNFORMASİYA XİDMƏTİNİN TƏŞKİLİ
Ədəbiyyat
4.Musayeva N.N. Elektron ehtiyatların biblioqrafik təsviri //"İnformatika texnologiyası və tətbiqi proqramlar" mövzusunda aspirant və tələbələr üçün respublika elmi konfransının materialları,- Bakı., 2000,- səh.6-8.
5.Musayeva N.N. Kitabxana proseslərinin kompüterləşdirilməsinin müasir elmi və perspektiv istiqamətləri // Kitabxanaşünaslıq və biblioqrafiya.-Bakı: BDU, 2000,- JV°2,- səh 90-93.
Azərbaycan müstəqillik əldə etdikdən sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, kitabxana işi sahəsində də ciddi dəyişikliklərə başladı. Respublikamızın kitabxana ictimaiyyəti tərəfindən olduqca müsbət qiymətləndirilən bu dəyişikliklər həm kitabxana işi təcrübəsində, həm də onun elmi-nəzəri bazasını təşkil edən kitabxanaşünaslıq elmləri silsiləsində özünü büruzə verməkdədir.
Cəmiyyətdə mühüm sosial funksiyaları yerinə yetirən kitabxanalar insan amilinin formalaşmasında, elmi-texniki tərəqqinin sürətləndirilməsin- də, ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında yaxından iştirak edir, milli dövlətçilik ideyalarının geniş xalq kütlələri arasında yayılmasında təşkilatçılıq işi aparır.
Ölkəmizdə fəaliyyət göstərən bütün kitabxanalar “Kitabxana işi haqqın- da Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını topla- yıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişa- fına xidmət göstərən sosial institut kimi mühüm işlər görürlər. Müasir dövrdə kitabxana işi cəmiyyətin informasiya- laşdırılmasının mühüm atributlarından biri kimi getdikcə mürəkkəbləşən, müasir texnologiyalara əsaslanmaqla yeniləşən fəaliyyət sahəsi kimi formalaşmaqdadır.
Cəmiyyətin mühüm mədəni təsisatı və informasiya bazası olan kitabxanalar müasir dövrdə olduqca mürəkkəb funksiyalar həyata keçirən sosial-kommunikasiya müəssisələrinə çevrilməkdədir. Son illər Azərbaycanda informasiya cəmiyyətinin qurulması isti- qamətində görülən işlər sırasında kitabxana işinin təşkili, idarə edilməsi, oxuculara informasiya xidmətində ənənəvi iş üsulları ilə yanaşı, müasir texnologiyaların tətbiqinə başlanıl- ması dövlətimizin kitabxana işi sahəsindəki siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Bu inkişaf özünü bütün növ kitabxanaların, həmçinin elmi-texniki kitabxanaların fəaliyyətində də açıq büruzə vermişdir. 1999-cu ildə qəbul edilmiş, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu RETK-nın işinə də mü- hüm təsir etdi. Qanunun 8-ci maddəsinə görə, RETK-ya res- publika əhəmiyyətli elmi-sahəvi kitabxana statusu, 15-ci maddəsinə əsasən isə dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən nəşr edilən çap məhsul- larından profilinə uyğun olaraq iki pulsuz məcburi nüsxə almaq hüququ verildi.
XX əsrin 60-cı illərinin ikinci yarısından respublika səviyyəli elmi-texniki informasiya institutlarının, müəssisə və idarələrdə isə elmi-texniki informasiya şöbələrinin yara- dılması ilə əlaqədar olaraq elmi-texniki kitabxanalar müstəqil vahid kimi həmin informasiya qurumlarının tərkibinə daxil edilmişdir. Elmi-texniki kitabxanaların hazırki vəziyyətinə gəlincə demək olar ki, respublikanın əksər sahəvi elmi-tədqiqat və layihə-konstruktor qurumlarında onlar fəaliyyət göstərir. Zavod, fabrik və digər qurumlarda texniki kitabxanaların xeyli hissəsinin fəaliyyəti qismən dondurulmuşdur. Lakin neftçıxarma, neft-kimya, kimya sahələrində, tikinti konstruktor təşkilatlarında elmi-texniki kitabxanalar fəaliyyət göstərməkdədirlər. Respublikanın iri elmi-texniki kitabxanaları, xüsusilə Respublika Elmi-Texniki Kitabxanası müstəqillik illərinə qə- dərki dövrdə ən qabaqcıl və maddi-texniki bazası etibarilə zəngin kitabxana olmuşdur. Çünki bu kitabxana texniki cəhətdən yaxşı təchiz edilmiş informasiya mərkəzi ilə sıx əlaqədə işləmişdir. Məsələn, Azərbaycan Respublikası Elmi- Texniki Kitabxanası respublikanın mütəxəssislərinə fərdi kitabxana informasiya xidməti göstərmək üçün ilk dəfə informasiyanın seçilmiş yayılmasının avtomatlaşdırılmış sistemi- ni (İSY), 70-ci illərdə isə SSRİ-də ilk dəfə regional inteqral avtomatlaşdırılmış kitabxananın informasiya sistemini işləyib tətbiq etmişdir.
Məlumdur ki, kitabxanalardan oxucuların istifadə etmə potensialı nə qədər yüksək olarsa, onların mütaliə səmərə- liliyi, məlumat dolğunluğu bir o qədər zənginləşər. Odur ki, oxuculara göstərilən xidmət işinə elmi sürətdə əsaslandırılan, idarə edilən bir proses kimi baxılmalıdır. Oxuculara göstərilən xidmətin səmərəliliyi bilavasitə kitabxana fondlarının tərkib zənginliyi və ondan dolğun istifadə edilməsi ilə sıx bağlıdır. Kitabxana oxucuların mənəvi tələbatını lazımi sə- viyyədə ödəməyə çalışır, xidmət işinin səmərəliləşdirilmə- sinə güclü stimul yaradır. Bu perspektivləri və üstünlükləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:
-kitabxana filiallarında oxucuların xidmət dairəsi geniş- lənir, gənc oxucuların tələblərini ödəyə bilən zəngin fond sistemi yaranır və təkmilləşir;
-Mərkəzləşmə şəraitində bütün oxuculara, istehsalat kollektivlərinə və təşkilatlara kitabxana xidməti getdikcə təkmilləşir, onların tələbləri daha dolğun şəkildə təmin olunur; -oxuculara xidmət işinin tənzimlənməsi və idarə edilməsi üçün daha geniş imkanlar açılır;
-oxucuların məlumat-biblioqrafiya aparatından istifadə imkanı artır.
Xidmət işinin ümumi keyfiyyətinə təsir göstərən əsas amillərdən birini vahid kitabxana fondunun zənginliyi təşkil edir. Vahid fondun zənginliyi, həmçinin oxucuların tələbatı, sorğusu ilə müəyyənləşir. Onların qarşısında duran təhsil, ideoloji, siyasi, iqtisadi təsərrüfat, mədəni vəzifələrlə əlaqədar bu tələbat və sorğu müxtəlif səpkidə özünü büruzə verə bilər. Oxuculara xidmət işi kitabxana fəaliyyətinin ən mü- hüm sahəsini təşkil edir. Müasir dövrdə kitabxananın əsas göstəricilərindən biri kimi oxuculara xidmət işi bir sıra üs- tünlüklərə malikdir. Bu üstünlük ilk növbədə həmin oxucu kütləsinin kitabxanaya cəlb olunmasının səviyyəsi ilə ölçülür. İnkişafımızın hazırki mərhələsində oxuculara xidmət işi böyük əhəmiyyət kəsb edir, zənginləşir və bu da oxucu- lara göstərilən kitabxana xidmətinin daha da təkmilləşdirilməsini tələb edir. Oxucuların hüquqları və vəzifələri, kitab xidmətinin təşkili məsələləri “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuşdur. Qanunun 20-ci maddəsində deyilir: “Kitabxanaçılar çap əsərlərindən və di- gər informasiya daşıyıcılarından səmərəli istifadə etməklə kompleks kitabxana, biblioqrafiya və informasiya xidmətləri göstərir”. Bu xidmətlər abonentləri ədəbiyyat və informasiya ilə təmin etmək,
Kitabxananın əsas vəzifələrindən biri də oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu formalaş- dırmaq, ənənəvi çap məhsulu ilə yanaşı yeni informasiya texnologiyasına keçmək, məlumat – biblioqrafiya aparatını yaratmaq və təkmilləşdirməkdir. Kitabxana işlərində müasir texniki vasitələrdən istifadə etməklə məlumat – biblioqrafiya və informasiya proseslərini avtomatlaşdırmaq və kompyuter- ləşdirməklə kitabxana xidməti formalarını daha da genişlən- dirmək olar. Kitabxanaçıların fəaliyyətinin tarixi təcrübəsini araşdırarkən məlum olur ki, oxuculara xidmət etikası kitabxanaçıların, eləcə də kitabxanaşünasların həmişə ciddi əhəmiyyət verdiyi məsələ olmuşdur.
Müstəqillik illərində Respublika Elmi-Texniki Kitabxa- nasının oxucu kontingentinin kitabxanaya cəlb olunması isti- qamətində, onlarla informasiya xidmətinin yaxşılaşdırılması üçün bir sıra təqdirəlayiq işlər görülmüşdür. Kitabxana oxu- culara xidmət işinin təşkilində öz ənənəvi iş üsullarından müvəffəqiyyətlə istifadə edir. Kitabxanada ən geniş yayılmış iş üsullarından biri kütləvi tədbirlərdir. Kitabxana fonda da- xil olan yeni kitablar haqqında oxuculara məlumat vermək, oxucuların sorğularını öyrənmək üçün kütləvi tədbirlərin müxtəlif növlərindən, daimi sərgilərdən, yeni kitab sərgilərindən, mövzu sərgilərindən, yeni jurnalların sərgilərindən, informasiya günlərindən, mütəxəssis günlərindən, normativ- texniki sənədlərin sərgilərindən geniş istifadə etmişdir. Sər- gilər təşkil edilərkən onun tərtibatına ciddi diqqət yetirilir, ən zəruri kitablar nümayiş etdirilir. Kitabxana işçiləri sərgiyə tamaşa edən oxucular arasında geniş iş aparır, kitabları necə əldə etmək haqqında onlara izahatlar verirlər. Kitabxanada keçirilən informasiya və mütəxəssis günləri, normativ-tex- niki sənədlərin sərgisi xüsusi maraq doğurur. Belə günlərdə əsasən ziyalılar, mühəndislər, mütəxəssislər və şəbəkə kitab- xanalarının kitabxana işçiləri, biblioqraflar daha çox iştirak edirlər. Kitabxana fondunun komplektləşdirilməsi, informasiya və məlumat biblioqrafiyası işlərinin təşkili sahəsində aparı- lan kompleks tədbirlər oxuculara xidmət işinin keyfiyyət və kəmiyyətcə yaxşılaşdırılması üçün geniş imkanlar açmışdır.
Respublika Elmi-Texniki Kitabxanasında xidmət şöbə- sinin vəzifələrindən biri də nəzarət talonlarının uçotunun aparılması, nəzarət talonlarının yazılması, onların inventar nömrəsi ilə düzülüşü, inventar kitabı və talonlarının əlifba kataloqu üzrə yoxlanmasıdır. Kitabxanada hər bir oxucu qeydə alınır, oxucu sifa- rişləri qəbul edilir, araşdırılır, məlumat və ədəbiyyat oxucu- lara vaxtında çatdırılır. 2007-ci il ərzində 4 “Yeni ədəbiyyat sərgisi keçirilmişdir. Bu sərgilərdə 238 nəfər oxucu iştirak etmiş, 841 çap nüsxəsi təqdim edilmişdir. Respublika Patent Fondunda oxucuların sayı 815 nəfər olmuş, bu oxuculara 342 989 nüsxə ədəbiyyat verilmişdir. Respublika Patent Fon- duna yeni ədəbiyyat daxil olduqca müntəzəm olaraq sərgilər təşkil olunur. Respublika Patent Fonduna bir sıra jurnallar daxil olmuşdur. Bunlardan “Изобретателъ и рационализто- ра интелълектуалъная собственностъ” “Патент и лицен- зии” və. s. göstərmək olar. Bu nəşrlər oxucuların sorğularına əsasən onlara təqdim olunur. (6) Məlumdur ki, kitabxana şəxsi təhsil işinin mərkəzi, kitabxanaçı isə şəxsi təhsil sahəsinin təşkilatçısı və metodis- tidir. Kitabxanaçı sadəcə olaraq kitab paylayan deyil, o, milli mədəniyyətin təbliğatçısı və təşkilatçısıdır. Beləliklə, bütün pedaqoji ünsürləri özündə birləşdirən oxuculara kitab vermək işi kitabları və oxucuları dərindən öyrənməyi tələb edir.
Oxuculara kitab vermək kitabxanaçının əsas və ən məsul işidir. Kitabxanaçı oxucularla iş prosesində onların tələblərini maksimum təmin etmək üçün oxucu sorğularını hərtərəfli öyrənməlidir. Kitabxanaçı kitab tövsiyəsinin bu və ya digər üsulunun məqsədəuyğunluğunu nəzərə alaraq mü- hüm ədəbiyyatı geniş surətdə təbliğ etməyə və oxucuların mütaliəsinə rəhbərlik etməyə borcludur. Oxucu sorğularına tez və düzgün cavab vermək bu işin təşkilindən olduqca çox asılıdır. Texniki işin pis qurulması istər-istəməz işi ləngidir, növbə gözləməyə, oxucu tələbinə “yox”cavabını verməyə, kitabların oxuculara ləng verilməsinə, verilən kitabların pis uçota alınmasına və s. gətirib cıxarır. Oxuculara bilavasitə xidmət etmək işində kitabxana texnologiyası da az rol oynamır. Kitab verilişi zamanı kitabxanaçı bir sıra texniki işləri yerinə yetirir:oxucuları və verilən kitabları qeydə alır, qaytarılmış kitabları qəbul edir, onları ayırıb rəflərə düzür, verilən kitabların uçotunu aparır və s. Kitabxanaçı kitabxa- naya yazılan hər bir oxucuya kitabxanadan istifadə etmək qaydasını, nə oxumağı təklif edir. Sonra isə sorğu yolu ilə oxucu formulyarını doldurur. Oxucuya verilən hər bir kitab oxucu formulyarında yazılmalıdır. Müvafiq qrafalarda kitab- xanaların qaytarılma müddəti, inventar nömrəsi, şöbəsi, müəllifi və kitabların adı göstərilir. Kitabxananın işində verilən kitabların qeydə alınmasının abonement qeydiyyatı üsulu böyük əhəmiyyətə malikdir.
Oxucuların və kitab verilişinin qeydə alınmasının düz- gün təşkil edilməsi oxuculara daha tez xidmət etməyə imkan verir, əməyi yüngülləşdirir və verilən kitabların tez və düzgün siyahıya alınmasında kartoçka sistemi tətbiq olunur. Kitabxana bağlandıqdan sonra və yaxud səhəri gün açılarkən kitabxanaçı oxucu formulyarları üzrə gündə kitabxanaya nə qədər oxucu gəldiyini, formulyarlar üzrə verilən kitabların sayını və hansı şöbələrə aid olmasını müəyyənləşdirir. Alınan məlumatlar statistik gündəliyə keçirilir. RETK-da abonoment və oxu zallarının işçiləri oxucula- rın yalnız mütaliə sorğularını ödəməklə kifayətlənmir, eyni zamanda oxucuları öz sorğuları ilə kataloq və kartotekalara istiqamətləndirir, onlardan istifadə etmələrinə hər cür kö- məklik göstərirlər. Abonoment şöbəsində işləyən kitabxana- çılar təkcə özünün bilik və təcrübəsilə fərqlənməməli, eyni zamanda bütövlükdə ümumi şəxsiyyəti ilə, diqqəti, ünsiyyət yaratmaq bacarığı, nitq mədəniyyəti baxımından başqa işçi- lərdən fərqlənməli, iş prosesi ilə əlaqədar oxucuların rəğbə- tini qazana bilən şəxs olmalıdır. Çünki bu günün oxucuları müasir tələblər baxımından təsadüfi şəxslər deyillər. Hər bir oxucunun özünəməxsus marağı, mütaliə sorğusu, oxucu keyfiyyəti, psixoloji xüsusiyyəti vardır ki, onlarla iş aparmalı olan şəxs bütün bu cəhətlərə hazır olmalıdır. Oxucular gündəlik mütaliə tələbatına müvafiq olaraq vaxtaşırı kitabxanalara müraciət edirlər. Hər bir oxucunun özünəməxsus mütaliə sorğuları olur ki, bu sorğulara cavab verən oxucuda ədəbiyyatı oxumağa ehtiyac yaranır. Kitab- xanada isə oxucuların mütaliə sorğularını tam və dolğun ödəmək üçün bütün imkanlardan istifadə olunur.
Oxucular mütaliə tələbatına cavab verə bilən ədəbiyyatı ev şəraitində oxumağı lazım bilirsə, bu zaman kitabxananın abonoment şöbəsinə müraciət etməli olur. Əgər oxucu mütaliə tələbatını ödəmək üçün lazımi kitabları kitabxana şəraitində araşdırmaq istəsə, onda kitabxananın qiraət zalına müraciət etməyi lazım bilir. Əlbəttə, oxucuların mütaliə tələbatının tam və dolğun ödənilməsi, hər bir oxucunun müəyyən mövzu üzrə daha çox ədəbiyyata müraciət edə bilməsi, eləcə də mövcud ədəbiyyatdan daha dolğun faydalanması üçün kitabxananın qiraət salonu oxucuların kitabxana şəraitində mütaliəsi ilə əlaqədar məşğul olmalı, müxtəlif dövri nəşrlər, kitablar, eləcə də audiovizual materiallarla səmərəli işləyə bilməsi üçün nə- zərdə tutulan, xüsusi otağı və avadanlığı olan şöbədir.
Məlum olduğu kimi, həm abonoment şöbəsində, həm də oxu zalında oxucu sorğusunun ödənilməsi, oxucuların mütaliəsinin istiqamətləndirilməsi, müxtəlif məzmunlu oxu- cu sorğuları və mövzular üzrə kitabların seçilməsi işində oxuculara əməli köməklik göstərilir. Lakin kitabxana şərai- tində, qiraət salonunda oxucu öz sorğusunun məzmunu ilə əlaqədar daha çox məlumat əldə edə bilir, istənilən məlumat aparatından istifadə etmək imkanına malik olur.
Oxucular qiraət salonuna hər cür sorğu ilə müraciət edirlər. Belə ki, müxtəlif səviyyəli oxuculara buraya tədrislə, peşə marağı, ictimai fəaliyyətlə bağlı müxtəlif məsələlərin mahiyyətini öyrənmək üçün müvafiq ədəbiyyatı araşdırmaq məqsədilə gəlirlər. Gələn oxucular burada kitabxananın kitab fondunun bütün nəşr növlərindən, nəşr tipindən istifadə etmək imkanına malik olduqlarını bilirlər. Tələbatçılar adə- tən gündəlik olaraq dövri mətbuatı tələb edirlər. Kitabxana- nın aldığı bütün dövri nəşrlər isə məhz oxu zalında toplanır. Hər bir kitabxana öz oxucularının hər bir sorğusunu ödəməyi vacib bilməlidir və buna borcludur. Lakin hər bir kitabxana öz fondu hesabına oxucularının mütaliə sorğularını tam ödə- yə bilməz. Ona görə də oxucu sorğusunu ödəmək üçün başqa kitabxananın kitab fonduna müraciət etmək, hər hansı kitab- ları müəyyən müddətdə başqa kitabxanadan alıb oxucunun istifadəsinə vermək lazım gəlir. Bu cür işləri qaydaya salmaq üçün kitabxanalararası abonoment üsulu tətbiq edilmişdir. Kitabxanalararası abonoment ölkədə əhaliyə kitabxana xid- mətinin vahid sisteminin mühüm elementi hesab olunur.
Məlum həqiqətdir ki, cəmiyyət inkişaf etdikcə, cəmiy- yətin üzvləri arasında ictimai fərqlər yarandıqca, hər kəsdə müəyyən ixtisasa, peşəyə yiyələnmək cəhətdən, eyni zaman- da şəxsiyyət baxımından fərqli keyfiyyətlər özünü qabarıq şəkildə göstərir. Məhz bu baxımdan müasir dövrdə ümumi tərbiyə işində fərdi iş xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkəmizin bütün kitabxana sistemində yaşından, ixtisasından, peşəsindən, ümumi bilik səviyyəsindən asılı olmayaraq bü- tün oxucular az və ya çox dərəcədə fərqli yanaşmaya ehtiyac duyurlar.
Oxucuya fərqli yanaşmanın mühüm şərtlərindən biri onun kitabxana daxilindəki fəaliyyəti və məqsədini aydınlaş- dırmaqdır. Bu gün kitabxanada oxucularla fərdi iş oxuculara xidmət işinin həm metodikasında, həm də bütövlükdə bu işin təşkilində mühüm problem kimi özünü göstərir. RETK-nın əsas vəzifələrindən biri oxucuların informa- siya tələbatına uyğun kitabxana fondunu formalaşdırmaq, ənənəvi çap məhsulu ilə yanaşı yeni informasiya texnologiyasına keçid, məlumat-biblioqrafiya aparatını yaratmaq və təkmilləşdirməkdir.
Kitabxanada müasir texniki vasitələrdən istifadə etməklə məlumat-biblioqrafiya və informasiya pro- seslərini avtomatlaşdırmaq və kompyuterləşdirməklə kitabxana xidmətinin formalarını daha da genişləndirmək əsas məsələlərdəndir. İndiki şəraitdə oxuculara xidmət işinin təşkilinə sistem halında yanaşmadan, bu sistemin bütün vasitələrində bir-birini tamamlayan ardıcıllığı gözləmək şərti ilə işi lazımi şəkildə təşkil etmədən müasir oxucunun tələb və sorğularına cavab vermək mümkün deyildir. Oxucuya xidmət prosesində sistemli yanaşma onun elmi əsaslar üzə- rində qurulmasına səbəb olur. Onu da qeyd etmək lazımdır ki, hər bir kitabxananın fəaliyyətinin səmərəliliyi oxuculara xidmət işinin təkmilləşdirilməsi ilə ölçülür. Kitabxana işində elmi-metodiki və təşkilati baxımdan həyata keçirilən hər bir mütərəqqi tədbir oxuculara xidmət işinin keyfiyyətinin yüksəldilməsi ilə nəticələnməlidir. RETK-da keçirilən kütləvi tədbir formaları son illərdə bir qədər azalmışdır. Belə ki, kitabxana bir neçə yeni binaya paylanmış, bəzi şöbələr bir-birindən xeyli uzaq düşmüşdür. Kütləvi tədbirlərdə onların qüvvələrini birləşdirmək müəyyən çətinliklər yaradır. Məsələn, məlumdur ki, mütəxəssis günlərinin keçirilməsi üçün müəyyən problem üzrə nəinki müzakirələr, həm də müxtəlif növ ədəbiyyatın sərgisi olma- lıdır. Ayrı-ayrı binalara səpələnmiş fondlar üçün bunları qısa vaxtda təşkil etmək çətindir. Bütün bunlarla yanaşı ETK-ların fəaliyyətini nəzərdən keçirərkən ziddiyyətli məqamlar da meydana çıxır. Belə ki, kitabxana fondu və oxucuların sayı dinamik inkişaf etdiyi halda, bir sıra göstəriciləri məsələn, oxunuş göstəricisi, kitab verilişi göstəricisi və kitabxanaya gəliş müəyyən qədər azalmışdır. Bu dövrdə kitabxana fondundan verilən ədəbiyyatı dillər üzrə müqayisə etdikdə rus dilində istifadə olunan ədə- biyyatın xüsusi çəkisi Azərbaycan dilində verilən ədəbiyya- tın xüsusi çəkisi ilə müqayisədə daha çox azalmışdır.
Kitabxana fondunda son illərdə daxil olan yeni ədəbiyyatın əsasən Azərbaycan dilində olduğunu nəzərə alsaq, bu qanunauyğun bir haldır. Lakin tədqiq olunan dövrdə fondun artması meyli ilə müqayisədə kitab verilişinin azalması, kitabxana fondunda oxucuların tələbat və sorğusuna uyğun gəlməyən xeyli miq- darda ədəbiyyatın olduğunu təsdiqləyir. Ona görə də kitab- xana rəhbərliyinin öz aktuallığını itirmiş, fiziki cəhətdən köhnəlmiş ədəbiyyatın fonddan çıxarılmasını təmin etməsi məqsədəuyğundur. Qeyd edilməlidir ki, ETK-larda kitabxana-informasiya və soraq-informasiya xidməti fərqləndirilir, formaca fərdi və kütləvi xidmət növlərinə bölünür. Digər kitabxanalar kimi, ETK-da da xidmətin məxsusi profili vardır. Burada əsas profil əlaqədar idarə və ya müəssisənin mütəxəssis və fəhlələrinin elmi-texniki informasiyaya tələbatlarının sorğu- larının operativ şəkildə ödənilməsindən ibarətdir. Müəssisə və ya idarədə yardımçı işçilərin informasiya sorğularını ödəmək ETK-ların rəsmi funksiyalarına daxil deyil. Bu iş kütləvi kitabxanaların funksiyasıdır. İkinci vacib xüsusiyyət odur ki, ETK-larda əlaqədar elmi-texniki, standartlaşdırma və patent şöbələri ilə birlikdə xidmət aparılır. Hər üç qurum əksər iri sənaye müəssisələrində, xüsusilə elmi-tədqiqat ida- rələrində, istehsal şirkət və firmalarında fəaliyyət göstərirlər. Hazırda bir sıra uzaq xarici ölkələrdə, eləcə də MDB ölkə- lərindən əsasən Rusiya və Ukraynada xüsusilə maşınqayırma müəssisələrində və sahəvi institutlarında yüksək avtomatlaş- dırma texnologiyalarının tətbiqi əsasında mütəxəssislərə ope- rativ informasiya xidməti göstərilir. İstər ənənəvi, istərsə də avtomatlaşdırılmış kitabxana-informasiya xidməti müəyyən qaydalar əsasında aparılır ki, bunlar da ümumi halda “ETK- da istifadə qaydaları” adlanır. Lakin yeni şəraitdə bu ad də- yişmişdir, yəni təqribən müəssisənin, yaxud idarənin “vahid məlumat bazasından istifadənin reqlamentasiyası” adlandırıl- mışdır. Buraya yalnız ETK fondu deyil, əlaqədar müəssisə- nin və ya idarənin avtomatlaşdırılmış şəbəkə məlumat bazası, elektron kataloqu, elektron nəşrlər və sənədlər, o cümlədən, patent və standartlar fondu, elektron kitabxanası, faktoqrafik kartoçkaları və s. daxildir.
Son 10-15 ildir ki, iri kapitalist firmaları ETK-nın tərkibində şəbəkə kitabxanası təşkil edir- lər. Buraya internetdə müntəzən olaraq yeni yaranan, məz- munu tam və ya qismən dəyişən, lakin URL ünvanına sahib olan və əlaqədar ETK-nın profilinə aid veb-saytlar toplanır və onlayn rejimində istifadə olunur. Əlbəttə, belə bir şəraitdə ETK-larda yalnız abonement və qiraət zalı vasitəsilə, KAA üsulu ilə xidmət barədə danışmaq kifayət deyil. Xüsusi xidmət növü olan dialoq (onlayn) xidməti, sənədin elektron göndərişi barədə daha çox danışmaq lazımdır. İşdən sonra müxtəlif vaxtlarda, hətta gecə saatlarında da istər idraki, istərsə də peşə, ixtisas informasiyalarından istifadə olunur.
Belə bir şəraitdə klassik xidmət kanalları kifayət deyil və ona ehtiyac da yaranmır. İndi inkişaf etmiş müəssisə və idarələrin ETK-ları internetin bir qolu, onun kimi daxili şəbəkə reji- mində xidmət göstərir ki, buna da ümumi halda intraşəbəkə deyirlər. Əlbəttə, ETK-larda abonement, oxu zalı ilə xidmətin və kütləvi xidmətin öz yeri, öz rolu vardır. Bunlar tam şəkildə nə inkar, nə də ləğv edilə bilər. Eləcə də xidmət prosesində kağız daşıyıcıda olan informasiyanı, mikroformaya və elek- tron sənədə və əksinə çevirmək və xidmət prosesində istifadə etmək olar.
|