Patent və standartların işlənməsi
Patent sənədlərinə daxildir: ixtiralar, sənaye nümu- nələri, faydalı modellər. Bir sıra ölkələrdə ixtiralar dərc edil- mir, onlar haqqında informasiyalar rəsmi patent bülletenində dərc olunur. Burada ixtiranın biblioqrafik təsviri, referativ və ya patent düsturu verilir. Elə ölkələr vardır ki, ixtiraları dərc edir. Bunlara ABŞ, Rusiya, Almanya və ümumiyyətlə, 72 ölkə daxildir. Azərbaycan Respublikasında da ixtiralar ayrıca olaraq nəşr edilmir. Xarici ölkə ixtiraları ETK fondlarına 70- ci illərə qədər rulon mikrofilmi formasında (uzunluğu 300 metr, eni 35 mm), sonrakı illərdə isə mikrofiş (ölçüsü 103x75 mm, kadr tutumu maksimum 70) və çox az hallarda ultrafiş (ölçüsü 103x75 mm, kadr tutumu maksimum 250) daxil olur. Əvvəllər mikrosənədlərlə SSRİ ETK-larını Sankt- Peterburqdakı Patent-Poliqrafiya müəssisəsi, indi isə РОСПАТЕНТ-in eyni adlı müəssisəsi təmin edir. Sənaye nümunələri isə ümumiyyətlə, ayrıca olaraq nəşr edilmir, mikrofişlərdə kitabxanalarda yayılır. Buna fototeka deyirlər. Müəssisə və idarə ETK-ları əksər hallarda fototekaları almır- lar, onları lazım olduqda əlaqədar RETK fondu vasitəsilə istifadə edirlər. Əgər patent sənədləri kağız formasında ETK- ya daxil olursa, o zaman ölkələr üzrə və ölkə daxilində Beynəlxalq İxtira Təsnifatının (BİT) sinif indekslərinə görə qruplaşdırılır. Birinci səhifəsinin aşağı hissəsinə kitabxananın ştampı vurulur, summar uçota alınır, yaxud nömrəli kitaba yazılır və üzərinə ölkə və sinif indeksi yazılmış karton qutuya qoyulur.
Müstəqillik illərinə qədərki dövrdə ETK-lar içərisində ən çox normativ-texniki sənəd (NTS) alanlar təcrübi-kons- truktor və layihə-konstruktor təşkilatlarının ETK-ları idi. Profil olan və tam kompleksdə NTS-ləri RETK-nın stan- dartlar və texniki şərtlər fondu alırdı. Standartlar üzrə Ümumittifaq İnformasiya Fondu (VİFS) tərəfindən buraxılan “Информационный указателъ стандартов” (ИУС) adlı ay- lıq göstəricidə verilirdi. Sovetlər dövründə standart, texniki şərt və normaların bir sıra kateqoriyaları işlənib nəşr edilirdi. Məsələn, dövlət, respublika sahə və müəssisə standartları (ГОСТ, ОСТ, РСТ, СТП), ümumtexniki, sahəvi və müəssisə texniki şərtləri (BTU, OTU, PTU), tikinti, maşınqayırma, qiymət və s. normaları və s. Hazırda MDB ölkələri üzrə dövlətlərarası standartlar Standart, Metrologiya və Sertifikatlaşdırma üzrə dövlətlər- arası Şura (Minsk şəhərində yerləşir) tərəfindən işlənib təs- diq edilir. Məs.: 7.1.2003 – Библиографическое описание произведений печати; 7.70.96 Описание библиографи- ческих баз данных и машиночитаемых информационных массивов və s. Ölkədə milli məhsula standartların və texniki şərtlərin işlənməsi hələlik aşağı səviyyədədir. Buna görə də ETK-ların vəziyyəti bu sahədə o qədər də yaxşı deyildir. Ümumiyyətlə, standartlar və texniki şərtlər ayrıca və məcmuə formasında nəşr edilir. Ayrıca buraxılan standartlar və texniki şərtlər orta hesabla 5 – 10 səhifədən ibarət olur.
Onların qiyməti göstərilərsə, summar uçota alınır. Məcmuə formasında buraxılmış standartlar adətən yaxın məzmunlu (silsilə təşkil edən) standartlardan ibarət olur. Məsələn, avto- matlaşdırılmış idarəetmə sistemlərinə dair dövlət standartları məcmuə formasında 12 standartdan ibarətdir. Belə məcmuələr adi kitablar kimi işlənir və inventar kitabına yazılır.
Mikroformatların işlənməsi
Patent sənədlərinin rulon mikrofilmi fonda qoşma sənədlə və dəmir qutuya qoyulmuş formada daxil olur. Bu- rada müəyyən bir ölkənin cari patent sənədləri (rüblük) bey- nəlxalq ixtira təsnifatının bölmələri (məs.: A – insanın həyati tələbatının ödənilməsi vasitələri; B – müxtəlif texnoloji pro- seslər; S – kimya və metallurgiya və s. cəmi 8 bölmə - A – dan F - ə kimi), bölmə daxilində sinif (məsələn, A 01 S, A 01 D, A 08 F, B 01 S, B 06 N və s.), sinif daxilində qrup in- dekslərinə (məs.: A 01 S 2 / 02, A 01 D3 / 08 və s.) və qrup daxilində dövlət qeydiyyat nömrəsi üzrə düzülür. Əvvəlcə mikrofilm rulonu qoşma sənədlə yoxlanır və həm də onun mexaniki vəziyyətinə baxılır. Mikrofilmin hər təsnifat sinfi bölgüsündə (məs.: A 01 S, A02 B, A022 D və s.) iki yazısız kadr olur. Bu iki kadr hər sinfin başlanğıc hissəsi sayılır. Ru- lon bu hissələrdən kəsilir. Onun iki boş kadrından birin- cisində sinif və buraya daxil olan patentlərin ilk başlanğıc və son nömrəsi yazılır, hər bir mikrofilm kəsiyinə nömrə verilir. Bundan sonra 70 mm enində və təqribən 10 –12 sm. Uzunlu- ğunda kağız lent hazırlanır. Kağız lentdə mikrofilm kəsiyinin sıra nömrəsi, sinif indeksi, burada olan patentin ilk və so-
nuncu nömrəsi və başda patent verən ölkənin adı yazılır. Mikrofil kəsiyi 5 kadrdan çox olduqda bölünür, həmin kağız lent bükülmüş mikrofilmin üzərinə yuxarıda dediyimiz mə- lumatlar yazılır. Mikrofilmlər həmişə kino lenti saxlanan qu- tuların ölçüsündə olan dəmir qutularda (300 m, dolanmış hal- da) ETK-ya daxil olur və işləndikdən sonra həmin qutulara yerləşdirilib saxlanılır. Dəmir qutunun üzərinə ölkənin adı, qutudakı mikrofilmlərin təsnifat indeksi (məs.: A 01 S – A 01 F) və patentlərin əvvəlinci (ilk) və son nömrəsi yazılır. Mikrofilm kəsiklərini fonda mühafizəyə verməzdən əvvəl onun coğrafi nömrəli kataloq üçün təsvirini verirlər. Mikrofiş və ultrafiş formasında daxil olan ixtiralar və sənaye nümunələrinin biblioqrafik məlumatları həmin sənəd- lərin yuxarı hissəsində adi gözlə oxuna bilən ölşüdə yazılmış olur. Onlar çox zaman təbii formada xüsusi kataloq qutu- larında saxlanılır. Kataloqun orta ayrıcında patent sənədinin bölməsi (məs.: A, B, C, H, və s.), sağ və sol ayrıcda sinif (məs.: A 01 S) və hər sinifdəki patentin nömrəsi qeyd edilir. Mikrofişlərdə və ultrafişlərdə olan patent sənədləri üçün coğrafi – nömrəli kataloq tərtib edilir.
|