|
Mühazirə I harmonik rəqslər və onların xarakteristikaları. Yaylı, fiziki və riyazi rəqqaslar və rəqs konturu. Eyni istiqamətdə və eyni tezlikli harmonik rəqslərin toplanması. Döyünmə. Harmonik rəqslərin kinematika və dinamikası
|
bet | 16/36 | Sana | 14.12.2023 | Hajmi | 12,54 Mb. | | #118604 | Turi | Mühazirə |
Bog'liq M hazir I harmonik r qsl r v onlar n xarakteristikalar . Yayl Mikrodalğalar üçün intervalında dəyişir. Bu tip dalğalar da elektronika qurğuları vasitəsi ilə şüalandırıla bilər. Dalğa uzunluğunun kiçik olması səbəbindən onlar radar sistemləri və maddələrin atom və molekulyar xassələrini öyrənmək üçün tətbiq edilir. Mikrodalğalı sobalar da bu tip dalğaların ev şəraitindəki maraqlı tətbiqlərindən biridir.
İnfraqırmızı dalğaların dalğa uzunluğu m dəyişir. (ən böyük dalğa uzunluqlu görünən işıq). Bu tip dalğalar molekullar və otaq temperaturuna malik cisimlər tərəfindən buraxılır və əksər maddələr tərəfindən asanlıqla udulur. Cisimlər tərəfindən udulan bu enerji atomları həyəcanlandıraraq onların rəqsi və irəliləmə hərəkətlərini intensivləşdirir və onların daxili enerjisini (temperaturrunu) artırır. İQ şüalanma bir çox sahələrdə elmi və praktiki tətbiq sahələrinə malikdir –məs. fiziki terapiya, İQ fotoqrafiya, rəqsi spektroskopiya, gecə görmə cihazları, teplovizorlar.
Səthin qeyri – bircins qızması nəticəsində onun müxtəlif hissələrinin istilik şüalanması da fərqlənir və nəticədə temperaturun paylanması mənzərəsini qeyd etmək imkanı yaranır. Displeydə hər bir temperatura uyğun rəng seçməklə bu mənzərəni görünən etmək mümkündür. Temperatur ayırdetməsi 0,05 -0,1 dərəcəyə çatır.
Yerətrafı atmosfer 8-14 мкм və 3-5,5 мкм diapozon üçün daha şəffaf olduğu üçün teplovizorlar bu diapozonda işləyir və temperaturu -50 - 500 dərəcə olan obyektləri daha uzaq məsafələrdən müşahidə etmək imkanı yaranır. Bu diapozonda duman, yağış, qar, tüstü kimi faktorların müşahidəyə təsiri minimal olur.
İnsanın görünən işıqda və teplovizorda alınan xəyalı
Görünən işıq elektromaqnit dalğaları şkalasında bizə ən çox tanış olan şüalanma növüdür. Məhz şüalanmanın bu növünü insan gözü qəbul edir. Görünən işıq atom və molekullarda elektronların yerdəyişmə zamanı şüalandırılır. Müxtəlf rənglərə uyğun dalğa uzunluqları qırmızı rəngdən ( ) bənövşəyi rəngə qədər dəyişir ( ). İnsan gözünün həssaslığı dalğa uzunluğundan asılıdır və ən çox həssasləğa dalğa uzunluğunda malikdir (sarı-yaşıl oblast)
3000 dərəcəyə qədər qızdırılan bərk cisimlərin şüalanmasının əhəmiyyətli hissəsi (məsələn güclü elektrik lampasının spiralı) UB şüalanmanın payına düşür və temperatur artdıqca da artır. Qaz boşalmasında cərəyanın acdığı işıqlanan iz,: məsələn şimşəkdə, qövs boşalmasında güclu UB şüalanma mənbəyidir. Günəş, ulduzlar da UB şüalanma mənbəyidir. Onların UB şüalanmasının yalnız uzundalğalı hissəsi Yer səthinə çatır. Qısadalğalı UB şüalanma Yer səthindən 30-200 km hissədə udulur və havanı ionlaşdırır.
UB şüalanmanın tətbiqləri onun aşağıdakı əsas xassələri ilə bağlıdır: yüksək kimyəvi aktivlik (kimyəvi reaksiyaları və bioloji prosesləri sürətləndirir), bakteriosid təsiri (mikroorqanizmləri məhv edir), maddələrin lüminesensiyasına (onların müxtəlif rəngli şülar buraxmasına). UB şüalanma rəsm əsərlərinin ekspertlərinin ən güclü silahıdır. Daha təzə lak və boyalar ultrabənövşəyi işıqda daha tünd görsənir. Müxtəlif ölkələrin pullarını da saxtalaşdırmaqdan mühafizə etmək üçün yalnız UB şüalarda görünən müdafiə elementləri ilə təchiz edirlər.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Mühazirə I harmonik rəqslər və onların xarakteristikaları. Yaylı, fiziki və riyazi rəqqaslar və rəqs konturu. Eyni istiqamətdə və eyni tezlikli harmonik rəqslərin toplanması. Döyünmə. Harmonik rəqslərin kinematika və dinamikası
|