|
Mühazirə I harmonik rəqslər və onların xarakteristikaları. Yaylı, fiziki və riyazi rəqqaslar və rəqs konturu. Eyni istiqamətdə və eyni tezlikli harmonik rəqslərin toplanması. Döyünmə. Harmonik rəqslərin kinematika və dinamikası
|
bet | 28/36 | Sana | 14.12.2023 | Hajmi | 12,54 Mb. | | #118604 | Turi | Mühazirə |
Bog'liq M hazir I harmonik r qsl r v onlar n xarakteristikalar . Yayl İşığın kombinasion səpilməsi
Əgər cisim üzərinə ( qaz,maye, şəffaf kristal) ciddi monoxromatik işıq düşərsə, onda səpilən işığın spektrində əsas spektral xəttlərdən savayı yeni xəttlər də müşahidə olunur. Bu xəttlərin tezlikləri düşən işığın ν tezliyilə səpici mühitin molekullarının məxsusi rəqsinin (və ya fırlanmasının) νi tezliyinin cəmi və ya fərqi ilə təyin olunur. Kombinasion səpilmənin spektrlarının düşən işığın ν tezliyindən kiçik olan ν – νi tezliklərinə uyğun xəttləri stoks (və ya qırmızı) peyklər, ν –dən böyük olan və ν + νi tezliyi ilə təyin olunan xəttlər isə antistoks (və ya bənövşəyi) peyklər adlanırlar.
Kombinasion səpilmənin spektrlarının analizindən aşağıdakı nəticələr çıxır:
1) peyk xəttləri əsas xəttlərin hər iki tərəfində simmetrik yerləşirlər;
2) ν i tezlkləri mühit üzərinə düşən işığın tezliyindən asılı olmayıb, yalnız səpici mühitlə təyin olunur, yəni spektrin tərkibi və quruluşundan asılıdır;
3) peyklərin sayı səpici mühitlə təyin olunur ;
4) antistoks peyklərin intensivliyi stoks peyklərinin intensivliyindən kiçik olur və səpici mühitin temperaturu artdıqca o da artdığı halda, stoks peyklərinin intensivliyi praktiki olaraq temperaturdan asılı deyildir.
İşığın kombinasion səpilməsinin qanunauyğunluğu kvant nəzəriyyəsi əsasında izah olunur. Bu nəzəriyyəyə görə, işığın səpilmə prosesində molekula bir foton udur və bir foton buraxır. Əgər fotonların enerjiləri eynidirsə, onda səpilən işıqda əsas xəttlər müşahidə olunur. Elə hallar da olur ki, udulan və buraxılan fotonların enerjiləri müxtəlifdir. Fotonların enerjilərinin müxtəlifliliyi molekulun normal haldan həyəcanlanmış hala (buraxılan fotonun tezliyi kiçik olacaq – stoks peyki yaranacaq) ya da həyəcanlanmış haldan normal hala (buraxılan fotonun tezliyi böyük olacaq – antistoks peyki yaranacaq) keçidilə bağlıdır.
Udulma. Spontan və məcburi şüalanma. Lazerlər
Atom müxtəlif E1, E2 və s. enerji səviyyələrində ola bilər.Bor nəzəriyyəsinə görə bu hallar stabil hallar adlanırlar.Sadəlik üçün bu hallardan yalnız ikisinə E1 və E2 enerjili (1və2) hallarına baxaq.
Əgər atom 1 əsas halındadırsa, onda xarici şüalanmanın təsirilə şüanı udmaqla 2 həyəcanlanmış hala məcburi keçid ola bilər.
Həyəcanlanmış 2 halında olan atom hν =Е2 – Е1 enerjili foton buraxmaqla spontan olaraq 1 əsas hala keçə bilər. Həyəcanlanmış atomun, xarici təsir olmadan, foton buraxması prosesi spontan şüalanma adlanır.
Atomun başqa atomlarla qarşılıqlı təsiri və ya elektronlarla toqquşmasında fotonun udulması və ya buraxılması baş vermədən atomun bir kvant halından başqasına keçməsinə, şüalanmasız keçid adlanır.
Atomdakı elektronun yüksək enerji səviyyəsindən aşağı səviyyəyə, tezliyi məxsusi keçid tezliyinə bərabər olan (fotonun rezonans udulması hν=Е2–Е1 ) xarici elektromaqnit sahəsinin təsirilə keçidi, məcburi və ya indusiyalanmış şüalanma ilə ( keçidi yaradan fotonun enerjisilə eyni olan əlavə hν=Е2–Е1 ilə) müşahidə olunur.
Məcburi şüalanmanın spontan şüalanmadandan fərqi.
1. Məcburi şüalanmanın istiqaməti onun yaranmasına səbəb olan şüalanma istiqamətində olur.
2. Atomun buraxdığı məcburi şüalanmanın dalğasının fazası, düşən dalğanın fazası ilə eynidir.
3. Məcburi şüalanma düşən şüalanmanın polyarizasiya müstəvisində xətti polyarizə olunmuşdur.
Lazerlər .
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Mühazirə I harmonik rəqslər və onların xarakteristikaları. Yaylı, fiziki və riyazi rəqqaslar və rəqs konturu. Eyni istiqamətdə və eyni tezlikli harmonik rəqslərin toplanması. Döyünmə. Harmonik rəqslərin kinematika və dinamikası
|