Mövzu 5.3 Abunəçi şəbəkəsində disket rəqəmli verliş sistemlərinin
öyrənilməsi(qurulması) haqqında
Bildiyimiz kimi abunəçi şəbəkəsində inkişaf respublikada rabitənin inkişafında nəzərdə tutulan mərhələ ilə həyata keçirilir.
Yəni analoq tipli kommutasiya sistemlərini, rəqəmli kommutasiya sistemləri ilə əvəz olunmaqla yanaşı, həm də şəbəkənin rəqəmləşdirilməsi işi də paralel olaraq həyata keçirilir.
Ümumiyyətlə müasir telekommunikasiyalı şəbəkələrin və xidmət məntəqələrinin inkişafı ATS-lərin müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlıdır. Yəni AVS-ni, RVS-ilə əvəz olunmasıdır.
Respublikada telefon şəbəkələrini inkişaf etdirilməsi, rəqəmli kommutasiya sistemlərinin tətbiqi əsas məsələlərdən biridir. Buna görədə bu gün abunəçi şəbəkəsində analoq xətlərinin, rəqəmləşdirilməsi, son qurğular kimi müasir avadanlıqlardan istifadə olunması prosesi həyata keçirilir. Buda yalnız abunəçi şəbəkəsində çevik tətbiq oluna bilən multipleksor və konsentratorlardan istifadə etməklə yüksək sürətli elektrik və optik lifli veriliş təşkil etməyə imkan vermişdir.
Abunəçi şəbəkəsi faktiki olaraq daşıyıcı şəbəkənin bir hissəsidir. Onu da qeyd edək ki, uzun illərdən bəri torpaq altında qalmış mis məftillər kabellərdən istifadə etmək üçün xarici şirkətlər tərəfindən müxtəlif avadanlıqlardan xDSL texnologiyasına daxil olan İSDN, HDSL, ADSL, VDSL, SDSL misal göstərmək olar. Məsələn: DLC (rəqəmli paylayıcı şəbəkə) avadanlığının köməkliyi ilə müxtəlif konfiqurasiyalı şəbəkələrin təşkil edilməsi mümkündür. Belə şəbəkələr adətən yüksək proqram təminatı ilə təchiz olunmalıdır ki, bu da abunəçilərə müxtəlif xidmətlərin təqdim olunması prosesini asanlaşdırır. Buna misal olaraq məlumatları 64 kbit /s və 128 kbit/s sürətlə ötürə bilən rəqəmli kommutasiya pirinsipi əsasında qurulmuş İSDN-İnteqral xidmətli rəqəmli şəbəkəni göstərmək olar. Bu şəbəkədə OLVS-nin yüksək buraxma qabiliyyətinə malik olması, onların təkcə telekommunikasiya xidmətlərində deyil, həmçinin televiziyaproqramlarının ötürülməsində istifadə olunur. Məhs buna görə yeni yaşayış ərazilərinin salınması zamanı (rayonlarda, böyük qəsəbələrdə telefonlaşmanı həyata keçirən zamanı) optik kabellərdən istifadə olunur. Optik kabellərin abunəçi şəbəkəsində tətbiqi bir neçə istiqamət təyin edir:
1) FTTB-binaya qədər optik kabel
2) FTTO-ofisə qədər optik kabel9
3) FTTZ-hər hansı rayon (əraziyə) qədər optik kabel, yəni o əraziyə ki, orada çoxlu sayda əhali yaşayır. Qeyd etmək lazımdır ki, əksər inkişaf etmiş ölkələrdə abunəçi şəbəkəsində optik kabellərdən geniş istifadə olunur. İlk növbədə OVS-dən analoq xidmətləri üçün, daha sonra isə təlabata uyğun olaraq İSDN verilənlərin ötürülməsində və başqa xidmətlər üçün istifadə olunur. Qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olar ki, əhaliyə müasir rəqəmli inteqral xidmətlərinin və başqa xidmətlərin hazırda istismarda olan abunəçi şəbəkəsində xDSL texnologiyasından istifadə edilməsi daha ucuz və əlverişlidir.
Suallar:
1) Abunəçi şəbəkəsində rabitənin inkişafı hansı üsulla həyata keçirilir?
2) rəqəmli kommutasiya sistemlərinin tətbiqi zamanı abunəçi xətlərində
hansı dəyişikliklər edilir?
3) Mis naqilli kabellərdən istifadə etmək üçün xarici şirkətlər hansı avadanlıqlar hazırlamışlar?
4) OLVS-nin zamanı daha hansı verlislərin şəbəkədə ötürmək mümkündür?
1991 – ci ilə qədər Azərbaycanda yalnız keçmiş ittifaqın bir neçə şəhərinə və İrana gedən birbaşa kabel mövcud idi. Eyni zamanda Bakı –Moskva arasında peyk rabitə sistemində işləyirdi. 1991 – ci ildə Türkiyənin “Netoş” şirkətində istehsal olunan DMS 100/200 avadanlığı üzərindən Beynəlxalq kommutasiya mərkəzi yaradılması Respublika Beynəlxalq telekommunikasiya İttifaqı tərəfindən “994” beynəlxalq rabitə kodu verilməsinə və dünyanın 150 – dən çox ölkəsi ilə Türkiyənin üzərindən avtomatik rabitəyə imkan verir. Yalnız 1993 - cü ildən Sumqayıtda 500, Gəncədə 2500 nömrəli sistem – 12 tipli telefon stansiyası tikilib istifadəyə verilib.
Ölkədə 92% köhnə avadanlıqlar işləyirdi.
|