• Mövzu 5.1 Şəhərlərarası və beynəlxalq rabitə sistemləri
  • Mühazirə konspekti Bakı 2020 I mövzu. Telekommunikasiya rabitəsi haqqında ümumi məlumat




    Download 0,51 Mb.
    bet37/44
    Sana29.03.2021
    Hajmi0,51 Mb.
    #13628
    TuriMühazirə
    1   ...   33   34   35   36   37   38   39   40   ...   44
    Magistral şəbəkənin RVS – ləri

    İKM – 120 MKS kabelli işləyən 600 km - ə qədər məsafəyə rabitə yaratmağa imkan verir. Xidmət olunmayan regenerasiya məntəqələri hər 5 km – dən bir yerləşdirilir. Xətti siqnalın sürəti 8.45 m/san qədərdir.

    İKM – 15 RVS – ri KSPP tipli


    1. Məlumatların kommutasiyası

    2. Kanalların kommutasiyası


    Mövzu 5.1 Şəhərlərarası və beynəlxalq rabitə sistemləri

    Müasir rabitə şəbəkəsinin vəziyyəti əlavə multimediya xidmətlərinin geniş tətbiqi ilə o cümlədən birinci və ikinci məsul İnternet şəbəkəsinin inkişafı, yüksək sürətli paket kommutasiya texnologiyalarının tətbiqi və s ilə xarakterizə olunur. Bu inkişaf tendensiyasının realizasiya üçün daşıyıcı şəbəkənin buraxma qabiliyyətinin artırılmasını tələb edir. Məlumdur ki, qeyd olunan şərtlərlə mövcud kabel qurğularını əlavə xərclər çəkmədən ötürücü mühitin buraxma qabiliyyətinin potensialından tam istifadə etmək xüsusi maraq doğurur. Belə tələbata optik tipli rabitə xəttlərini misal gətirmək olar. Optik kabellərin dispersiya xüsusiyyətini nəzərə alaraq daşıyıcı şəbəkənin buraxma qabiliyyətini artırmaq üçün spektrə malik olduğu artıq elm və texnikanın son naliyyətləri tərəfindən sübut olunmuşdur.

    Daşıyıcı şəbəkə spektrə görə sıxlaşdırma multipleksorlarının tətbiqi aşağıda qeyd olunan ilkin verilənlərlə təyin oluna bilər.

    1. xidmət növləri telefoniya (interaktiv səs,audiokonsepsiya): internet (videotelefon, videokonferensiya, telerəqabət, teletəhsil, məsafədən işlərin idarəolunması, lokal şəbəkə ilə birgə idarə olunma, elektronpoçt və s)

    2. verilənlərin ötürülməsi (faks, faylların ötürülməsi, data xidmətləri və s)

    3. 5 illik proqnoz;

    4. əhalinin artımı (N) və telefon sıxlığı (T);

    5. Ə.B.Y.S-da telefondan şəhərlərarası və beynəlxalq yük;

    6. Mobil telefonların hesabına telefon yükünün artımı;

    7. Şəbəkəyə modenlə qoşulmuş personal kompüter və s

    Beləliklə daşıyıcı şəbəkənin buraxma qabiliyətinə təsir edən əsas parametrlərin xarakteristikaları göstərir ki, mövcud optik daşıyıcı şəbəkədə zamana görə sıxlaşdırma metodu vasitəsi ilə şəbəkənin tam buraxma qabiliyyətindən istifadə etmək mümkün olmur.Eyni zamanda İnternet xidmətlərinin inkişafı göstərir ki, 2005-ci ildə daşıyıcı şəbəkənin əsas yükünü Internet yüklü təşkil edəcək. Qeyd olunanları nəzərə alaraq daşıyıcı şəbəkənin buraxma qabiliyyətinə ehtiyac təqribən 8 qbit/s olacaq. Bununla əlaqədar əlavə transmissiya avadanlığı ilə bərabər yeni optik kabelin magistralının çəkilməsi tələb olunur. Əlavə xərclərin qarşısının alınması optik lifin dispersiya xarakteristikalarından istifadə etməklə spektrə görə sıxlaşdırma metoduna əsaslanaraq, buraxma qabiliyyətindən tam səmərəli istifadə etməklə bir optik lifə 1200 qbit/s sürətli informasiya kanalı yaratmaq olar.

    Qeyd olunanları nəzərə alaraq, spektra görə sıxlaşdırma multipleksorların iş prinsipini analiz edək.

    Dalğa multipleksorları və ya spektral sıxlaşdırma adı verilən kanalları, dalğa uzunluğuna görə ayıran multipleksorlar bizə, ənənəvi kanalları tezliyə görə ayıran multipleksorlarınıxatırladır.

    Əvvəlcə spektral sıxlaşdırma metodunun tətbiqi şəhərlərarası və teleyayım sırası ilə məhdudlaşırdı. Lakin əvvəllər rabitə xidməti əsasən danışıq informasiyasının ötürməyə xidmət edirdisə tədricən ötürülən trafikin böyük hissəsini verilənlər təşkil etməyə başladır. Belə ki, ötürülən trafıkin tərkibində hər il danışıq informasiyasmın artımı 8% təşkil edirsə bu rəqəm verilənlər üçün 35% təşkil edir. Trafıkin bu cür artımı optik lifın buraxma qabiliyyətindən maksimum istifadə etmək problemini ortaya çıxardı. Bu problemi isə aşağıdakı metodlarla həll etmək olar:

    - yeni kabel qoyulması ilə:

    - daha keyfıyyətli zaman multipleksorundan istifadə ilə;

    - spektral sıxlaşdırma metodundan istifadə etməklə şəbəkədən ilk variantın reallaşdırılması çətinlikləri məlumdur. SONET/SDH avadanlıqları ilə reallaşdırılan ikinci variantın da öz çətinlikləri vardır. Son zamanlara kimi bu şəbəkədə ən sürətli kanal Oc-48/STM-16 (veriliş sürəti 2,42 qbit/s) hesab

    edilirdi. Lakin sonralar veriliş sürət 10 qbit/s olan Oc-192/STM-64 avadanlıqları işlənildi. Böyük sürətlə verilişin təşkilində də bir sıra çətinliklər meydana çıxır. Kabelin birləşmə yerlərində əks olunmalar mod, dispersiyası və polyarizasiyası və s.. Bundan başqa məlumdur ki, işıq selinin sürəti artdıqca sönmə də artır. Bu zaman fotoqəbuledicinin həssaslığı aşağı düşür. Bunu təmin etnmək üçün siqnalın minimal qəbul gücünü artırmaq əlavə gücləndiricilər, regeneratorlar qoymaq lazımdır.

    İndi isə OL – in buraxma qabiliyyətini artırmağa imkan verən spektral sıxlaşdırma metoduna baxaq.

    Xatırladaq ki, adi OL infraqırmızı oblasta 3 şəffaflıq zolağına bölünür. Burada onların mərkəzi dalğa uzunluğu 850, 1300, və 1550 km təşkil edir. Uzaq məsafəyə verilişi təşkil etmək üçün 1300 və 1550 km diapazonunda istifadə edirlər.

    Əgər fotoqəbuledicinin işə düşmə müddəti 1ks təşkil edirsə onda trafikin ötürülmə sürəti 1 qbit/s olur. kanalın buraxma qabiliyyəti verici – qəbuledici qurğuların xarakteristikaları ilə təyin olunur. Bu xarakteristikalara vericinin modulyasiya sürəti, qəbuledicinin isə ötürülən bitləri cəld və dəqiq qəbuletmə qabiliyyəti aiddir.

    Əgər biz OL – in ümumi buraxma qabiliyyətini tezlik kanallarına bölsək onda veriliş sürəti hər kanalda əvvəlki kimi eynidir, lakin vahid zamanda ötürülən verilənlərin həcmi isə yüksəkdir.

    Şəkil 1-də OL-lə çoxkanallı verilişin təşkili göstərilmişdir. Dalğa multipleksoru müxtəlif giriş liflərindən optik siqnalları qəbul edərək onları magistral OL-ə ötürür. Multipleksor passiv qurğular üzərində reallaşdırılır və məlum fıziki prosesləri-dispersiya difraksiya interferensiya hadisələrinə əsaslanır. Əks əməliyyatı isə dalğa demultipleksoru həyata keçirir. Göstərilən proseslərin icrasında geniş zolaqlı lifli gücləndiricilərdən geniş istifadə olunur. Erbium aşqarlı bu gücləndiricilər eyni zamanda lifin bütün kanallarım gücləndirir.

    Spektral sıxlaşdırma metodundan istifadə bu gücləndiricilər arasında məsafə 120 km qədər artırıla bilər. Mövcud multipleksor demultipleksorlar digər kanallarda sıxlaşdırma aparmadan istənilən kanalı çoxkanallı selə daxil edib, ondan ayırmağa imkan verir.

    Qeyd etmək lazımdır ki, spektral sıxlaşdırma metodu kanalların zamana görə sıxlaşdırılmasmı da istisna etmir. Belə ki, kanalın buraxma qabiliyyəti SONET/SDH texnologiyasından istifadə etməklə kanalların zamana görə sıxlaşdırılması əsasında alt kanalları arasında bölüşdürülür. Bu halda dalğa multipleksorunun SONET/SDH aparaturası ilə birləşdirilməsi problemi meydana çıxır.

    Əgər SONET/SDH vericinin dalğa uzunluğu ilə multipleksorlarda kanalın daşıyıçısı arasında fərq varsa, onda bu iki qurğu arasında çoxkanallı konberd torlardan istifadə edirlər.

    Erbium aşqarlı lifli optik gücləndiricilər yalnız müəyyən olunmuş zolaqda (1530-1560 km ) işləyirlər. Bunun üçün beynəlxalq telekommunikasiya ittifaqı (BTİ) 100 QHs (0,8 km) addımı qəfəs məsləhət görmüşdür. İki qonşu kanalın tezlikləri arasındakı fərq kanallarm spektrlərinin bir-birini örtməsi səbəbindən 10 Qbit/s veriliş sürətində 50 QHs addımla spektral sıxlaşdırma aparmaq çətinləşir.

    Aparılan analizin nəticəsinə əsaslanaraq qeyd etmək lazımdır ki, eyni zamanda spektrə görə digər üsullara nisbətən iqtisadi cəhətdən səmərəlidir.


    Download 0,51 Mb.
    1   ...   33   34   35   36   37   38   39   40   ...   44




    Download 0,51 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə konspekti Bakı 2020 I mövzu. Telekommunikasiya rabitəsi haqqında ümumi məlumat

    Download 0,51 Mb.