Mövzu 4.5.Çoxkanallı veriliş sistemlərinin struktur sxeminin
öyrənilməsi və əsas xarakteristikası
Ümumiyyətlə telefon şəbəkələri magistral, zona və yerli telefon şəbəkələrinə bölünürlər.
Bu şəbəkədə analoq və RVS – dən istifadə edilir. Bu sistemlər simmetrik, koaksial və optik kabel xətləri ilə işləmək üçün nəzərdə tutulur. AVS – nin markalanmasındakı 1 –ci hərf sisteminin işlədiyi xəttin növünü, rəqəm isə bu sistemlə yaradılan kanalların sayını göstərir. Məsələn: K-60, 300, 3600, 1920 kabel xətti ilə işləyən veriliş sistemləri olub bir fiziki dövrə ilə 60, 300, 3600, 1920 kanal yaratmağa imkan verən analoq sistemidir. RVS – də aparaturanın markalanmasının əvvəlində İKM – impuls kod modulyasiya prinsipində işləyən qurğunu göstərir. Məsələn: İKM -30, 120, 480, 1920, RVS – olub 15, 30, 120, 480, 1920 kanal yaratmağa imkan verir.
|