Mövzu 1.4 Radioverici və qəbuledici qurğular




Download 0.51 Mb.
bet4/30
Sana09.01.2023
Hajmi0.51 Mb.
#37790
TuriMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   30
Bog'liq
M hazir konspekti Bak 2020 I m vzu. Telekommunikasiya rabit si
Antenna fider qurgulari, AZRBAYCAN RESPUBLIKASI THSIL NAZIRLIYI, Elektrodinamika və RDY cavabları, HFT Cavabları, Qocayev mexanika
Mövzu 1.4 Radioverici və qəbuledici qurğular
Radio rabitə xəttinin əsas hissələrindən biri radioverici qurğudur ki, bu qurğu radio ötürücüdən və verici antenadan ibarətdir. Radio verici qurğunun vəzifəsi məlumatın radio dalğaları vasitəsilə ötürülməsini təmin etmək üçün yüksək tezlikli siqnallar yaratmaq və bu siqnalları idarə etmək imkanına malik olmasıdır. Hər bir ötürücü yüksək tezlikli siqnalların yaranmasını, həmin tezliklərin tələb olunan səviyyəyə qədər gücləndirilməsini, bu siqnalların idarə olunmasını və radio dalğalarının fəzaya şüalandırılmasını təmin edən funksional qovşaqlara malik olmalıdır. Radio verici quruluşun sadə funksional sxemini nəzərdən keçirək.

Verici antena yüksək tezlikli cərəyanın şüalandırılması mümkün olan elektromaqnit dalğalarına çevrilməsi və fəzaya şüalandırılması vəzifəsini yerinə yetirir. Verici generator yüksək tezlikli elektrik cərəyanının alınmasına xidmət göstərir. Bu qurğuda qida mənbəyinin enerjisi radiotezlik enerjisinə çevirir. Güc gücləndirici verici antenada yüksək tezlikli lazımi gücə malik siqnalın olmasını təmin edir. Məlumatın ötürülməsi zamanı əsas vəzifələrdən biri də radio tezlikli rəqslərin idarə edilməsidir. Məsələ burasındadır ki, məlumat siqnalları (səs, teleqraf və s.) elektromaqnit dalğaları şəklində uzaq məsafələrə göndərilə bilməz. Çünki belə siqnalların tezliklərinin aşağı sərhəddi 50 – 30 Hs hüdudunda yerləşir (Meqa metrlik diapazon) və radio dalğalarının uzaq məsafələrə effektiv ötürülməsi bu tezlikdən çox – çox yüksək tezliklərdə mümükün olur. Ona görə də şüalandırılmamışdan əvvəl məlumat siqnalları yüksək tezlikli siqnallara ( rəqslərə) çevrilməlidir. Bu proses radio tezlikli rəqslərin modulyasiyası adlanır və modulyator adlanan qurğunun köməyi ilə yerinə yetirilir. İstənilən radio texniki sistemin əsas elementlərindən biri də radio radio qəbuledici quruluşdur. Radio qəbuledici quruluş daxil olan radio dalğalarını yüksək tezlikli elektrik rəqsləri enerjisinə çevirmək və həmin enerjini qəbulediciyə ötürmək, əsas siqnalın optimal işlənməsini ( maneələrin azaldılması, gücləndirmə, detektorlama) və ilkin elektriki siqnalın məlumata çevrilməsini təmin edir. Qeyd edilən funksiyalarına uyğun olaraq radio qəbuledici quruluşun sadə funksional sxemi aşağıdakı kimi olacaqdır.





Sxemdən göründüyü kimi radio qəbuledici quruluş qəbuledici antenadan qəbuledicidən və son quruluşdan (telefon, teleqraf aparatı və s.) ibarətdir. Göründüyü kimi radio qəbuledici quruluşun qeyd olunan I funksiyasını antena, II funksiyasını qəbuledici, III funksiyasını isə son quruluş geniş tətbiq edilmişdir.




Download 0.51 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   30




Download 0.51 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 1.4 Radioverici və qəbuledici qurğular

Download 0.51 Mb.