Elektrik təhlükəsizliyi
Elektrik enerjisi ən universal və əlverişli enerji növüdür. Elektrik enerjisi olmadan insanın mədəni yaşayışını təsəvvür etmək çətindir. Eektrik enerjisi işdə və məişətdə bizim sadiq köməkçimizdir, lakin onunla yanlış və etinasız davranarkən, adamın həyatı üçün təhlükəli olur. Digər təhlükəli sahələrdən fərqli olaraq elektrik cərəyanını xüsusi cihaz olmadan müəyyən etmək mümkün deyil.
Belə ki, hərəkət edən maşını, onun təhlükəli hissələrini, çəpərlənməmiş təhlükəli sahəni və s. görmək mümkün olduğu halda elektrik gərginliyini çox geç, yəni insan zədələndikdən sonra hiss etmək olur. Elə bu baxımdan elektrik zədələnmələri statistik məlumata görə ölümlə nəticələnən hadisələr sırasında çoxluq təşkil edir.
Elektrik təhlükəsizliyi – təşkilati və texniki tədbirlər sistemi olaraq, adamları elektrik cərəyanının, elektromaqnit sahəsinin və statik elektrikləşmənin zərərli və təhlükəli təsirindən mühafizə edir.
|