Mühazirə materialları Müəllim: t e. n. Salahov Rafiq Azad oğlu




Download 0,53 Mb.
bet1/35
Sana22.03.2021
Hajmi0,53 Mb.
#13345
  1   2   3   4   5   6   7   8   9   ...   35

Əmək mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi fənni üzrə mühazirə materialları

Müəllim: t.e.n. Salahov Rafiq Azad oğlu

Əmək mühafizəsi və istehsalatda həyat fəaliyyətinin təhlükəsizliyi

ƏmIəyin mühafizəsi – insanın əmək prosesində sağlamlığını, təhlükəsizliyini və işgüzarlığını təmin edən qanunvericilik aktları, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi tədbirlər sistemidir.

Əməyin mühafizəsinin məqsədi istehsalat şəraitində işləyənlərin sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat zərərçəkmə və peşə zədələnmələrinin, peşə xəstələnmələrinin qarşısını almaqdır.

Əmək mühafizəsi qarşısında duran əsas məsələlər müstəqil Azərbaycan dövlətinin qüvvədə olan konstitutsiyasına uyğun, qanunvericilik aktları, əmək məcəlləsi, xüsusi qaydalar və normalar, müvafiq qərarlar və təlimatlar əsasında tənzim edilir.

Əmək mühafizəsi fənni yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rol oynamaqla, istehsalat sanitariyası və gigiyena, əmək psixologiyası, istehsalat estetikası, erqonomika və s. fənlərlə sıx surətdə bağlıdır.

Azərbaycan Respublikasında elmi-texniki tərəqqi əhalinin işlə təmin edilməsilə əlaqələndirilir və ondan əməyin əsaslı surətdə yüngülləşdirilməsi, iş həftəsinin qısaldılması, ağır fiziki əməyin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün istifadə edilir. Elmi-texniki tərəqqi inkişaf etdikcə insanların əmək fəaliyyətində zehni əməyin fiziki əməklə üzvi surətdə birləşməsi prosesi gedir. Geniş miqyasda həyata keçirilən ixtisas və texniki-peşə təsili cəmiyyətin mənafeyini nəzərə almaqla iş və peşə növünün sərbəst seçilməsini təmin edir.

Əməyin mühafizəsi məsələləri ilə məşğul olan elmi müəssisə və idarələr əmək qanunvericiliyi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normaları, iş yerlərinə erqonomik tələbatlar, yanğın təhlükəsizliyi, istehsalat obyektlərinin ildırımdan mühafizə məsələsi və bir sıra başqa məsələlər üzrə lazımi tədbirlər hazırlayıb əmək şəraitinin yaxşılaşdırılması istiqamətində tətbiq edir.

Tədqiqatçılar belə bir doğru nəticəyə gəlmişlər ki, hər bir müsbət hadisədə mənfi və hər bir mənfi hadisədə müsbət cəhətlər mövcud olur. Elmi-texniki inqilab özlüyündə müsbət hadisədir. Bununla belə, yüksək səviyyədə inkişaf etmiş, quruluşuna görə çox mürəkkəb olan texnikadan istifadə edən insan kiçik bir səhv üzündən özünü təhlükə qarşısında qoyur. Avtomobil maşınlarının sürətlə çoxalmasını biz təbii olaraq müsbət qiymətləndiririk, lakin avtomobil qəzalarının acı nəticələri də göz qabağındadır.

Əmək mühafizəsinin inkişaf tarixi mədəniyyətimizin inkişafı ilə sıx əlaqədardır. Insanlar öz fəaliyyyət dairələrini inkişaf etdirdikcə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına tələbat da artmağa başlayır.

Əmək mühafizəsinə aid ilk elmi-tədqiqat işləri M.V.Lomonosov tərəfindn aparılmşdır. O, 1742-ci ildə «Metallurgiya və mədən işlərində təhlükəsizlik tələbləri» və «Xüsusi geyimlərə tələbat» adlı dəyərli məqalələr yazmışdır. O, daha sonra 1752-ci ildə ilk dəfə olaraq indi də geniş tətbiq olunan ildırımötürücünün konstruktiv quruluşunu vermişdir. Əməyin mühafizəsi məsələləri ilə məşğul olmuş alimlərdən akademik S.V.Vavilov iş yerinin lüminessent lampaları ilə işıqlandırılmasını, akademik V.V.Petrov elektrik qaynağı problemini, akademik A.A.Skonçinski yanğına və partlayışa qarşı tədbirləri; professor M.E.Jukovski ventilyator qurğularının konstruksiyasında aerodinamikanın nəzəri məsələlərini, N.S.Stekolnikov tikinti obyektlərinin ildırımdan mühafizə məsələsini, professor N.M.Quseva iş yerinin təbii işıqlanma normalarını və başqa məsələlri müvəffəqiyyətlə həll etmişlər.

Bəşəriyyət özünün inkişafı boyu ətraf mühitlə sıx bağlı olub. XXI əsrdə o, yüksək sənayeləşmiş cəmiyyətin yaratdığı problemləri daha çox hiss etməkdədir. İnsanın təbiətə kəskin müdaxiləsi, bu müdaxilənin miqyasının genişliyi və müxtəlifliyi bəşəriyyət üçün qlobal təhlükələrlə nəticələnə bilər. Praktik olaraq planetimizin müxtəlif guşələrində hər an fövqəladə hadisələr yaranır və bunlar kütləvi informasiya vasitələri ilə bizə növbəti faciə, təbii fəlakət, qəza, hərbi münaqişə və terror aktı kimi çatdırılır. Fövqəladə halların sayı ildən-ilə durmadan artır. Bu isə o deməkdir ki, fövqəladə hallar nəticəsində qurbanların, yaralananların da sayı, vurulan maddi ziyanın miqyasları da daim artmaqdadır. Fövqəladə hadisə hər hansı bir prosesin gedişatında normadan kənara çıxma nəticəsində baş verir. Hadisənin inkişaf xarakteri və onun nəticələri isə müxtəlif mənşəli pozulma faktları ilə müəyyənləşdirilir. Bu sistemin fəaliyyətini pozan təbii, antropogen, sosial və ya digər təsirlər ola bilər. 




Download 0,53 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   35




Download 0,53 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə materialları Müəllim: t e. n. Salahov Rafiq Azad oğlu

Download 0,53 Mb.