DP-64 indikator-siqnalizatoru, DP-22V, İD-1 doza ölçən cihaz komplekti
DP-64 indikator-siqnalizatoru fasiləsiz olaraq radiasiya müşahidəsi aparmaq və ərazinin radioaktiv zəhərlənməsi barədə xəbər vermək üçündür. Cihaz nəzarət rejimində işləyir və ərazidə şüalanma dozasının gücü 0,2 R/s-a çatanda bu barədə səs və işıq siqnalları verilməsini təmin edir. Siqnalın işə qoşulması müddəti 3 san-dən artıq olmur. Cihaz 127/220 V gərginlikli dəyişən cərəyan şəbəkəsindən və ya 6 V gərginlikli akkumlyatordan qidalanır, -40ºS-dən +50ºS-dək temperaturda və ətrafdakı havanın nisbi rütubəti 98%-dək olarkən işləyə bilər. Cihaz şəbəkəyə qoşulandan 30 saniyə sonra işə hazır olur. DP-64 indikator-siqnalizatoru komplektinə cihaz, onun texniki təsviri, istismarı üzrə təlimat, formulyar, ehtiyat hissələri və ləvazimat daxildir. Cihazın vericisinə 30 m uzunluqda kabel vasitəsilə siqnal verən pult birləşdirilmişdir. Pult isə ikinci kabel vasitəsilə elektrik qida mənbəyinə birləşdirilmişdir; bu kabelin ucunda onu dəyişən cərəyan mənbəyinə qoşmaq üçün çəngəl və akkumulyator batareyasına qoşmaq üçün iki (+ ; -) çıxım vardır. Vericidə ionlaşdırıcı şüalanma detektoru – STS-5 qazboşalma sayğacı və stronsium-90 radioaktiv nəzarət preaparatı yerləşdirilmişdir.
DP-22V dozimetrlər komplekti şüalanma dozalarını ölçmək üçündür. γ-şüalanma dozalarının gücü 0,5-dən 200 R/s-dək dəyişərkən dozimetrlərin ölçmə diapozonu 2-dən 50 rentgenədəkdir. Ölçmələrin öz-özünə boşalması bir sutka ərzində 4 R-dən artıq olmur. Dozimetrlər -40ᵒS-dən +50ᵒS hədlərində və havanın nisbi rütubəti 98 faiz olan hallarda işləyə bilir; bir komplekt qidalandırma mənbəyilə fasiləsiz iş müddəti 30 saat, dozimetrin kütləsi 50 q,komplektin kütləsi 5,6 kq-dır. Doldurucu pultunun işə hazırlamaq müddəti 1-2 dəqiqədir. DP-22V dozimetrlər komplekti 50 ədəd birbaşa göstərən DKP-50A dozimetrindən, 3D-5 doldurucu pultdan, futlyardan (qutu) və texniki sənədlərdən ibarətdir.
İD-1 doza ölçən cihaz komplekti udulan γ-neytron şüalanma dozalarını ölçmək üçündür; cihaz - 50ᵒS-dən +50ᵒS temperatur hədlərində, habelə havanın nisbi rütubəti 98%-dək dəyişərkən işləyə bilər. Doldurucu pult dozimetrin kondensatorunu doldurmaq üçündür. Dozimetr dozanın gücü 10-dan 366000 rad/s-dək olarkən 20-dən 500 radadək diapozonda γ-neytron şüalanmasının udulan dozalarının ölçülməsin təmin edir. Ölçülən dozalar dozimetrin içərisində yerləşən və radlarla dərəcələn dirilmiş şüalada hesablanır. Dozimetrlərin göstəricisini sabitliyi 6 ay ərzində istismar zamanı ölçmələrin əsas ölçmə xətaları hədlərində aparılmasın təmin edir. Dozimetrlər 3D-6 doldurucu pult vasitəsilə və ya çıxış gərginliyinin 180 250 V hədlərində rəvan dəyiş dirilməsinə imkan verən hər hansı (3D-5-dən başqa) doldurucu pult vasitəsilə doldurulur. Komplekt titrəməyə, zərbəyə, təkana qarşı davamlıdır və istənilən növ nəqliyyat vasitələrində aparıla bilər. Komplektin saz işləmə müddəti ən azı 5000 saat, xidmət müddəti ən azı 15 il, texniki ehtiyatı ən azı 10000 saatdır. Futlyarla birlikdə komplektin ölçüləri, dozimetrin və doldurucu pultun ölçüləri aşağıdakı kəmiyyətlərdən artıq deyil:
komplekt futlyarda olarkən – 1500 q;
doldurucu tutqacla birlikdə - 19 x 128,5 mm;
doldurucu pult – 105 x 37 x 122 mm.
Futlyarla birlikdə komplektin, dozimetrin və doldurucu pultun kütləsi aşağıdakı kəmiyyətlərdən artıq deyil:
komplekt futlyarda olarkən – 1500 qr;
dozimetr – 40 qr;
doldurucu pult – 500 qr.
|