Fövqalada Hallarının Nəticələrinin Aradan Qaldırılması
Qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər FH zonasında ilk növbədə yerinə yetirilən işlərin məcmusudur. İnsanların xilas edilməsi və onlara yardım edilməsi; zədələnmə ocaqlarının lokallaşdırılması və yayılmasının qarşısının alınması; ikincili zədələyici amillərin əmələ gəlməsinin qarşısının alınması; maddi və mədəni sərvətlərin xilas edilməsi və mühafizəsi; həyat fəaliyyətinin minimal ehtiyaclarının təmin edilməsi-bu işlərə aiddir.Qəza-xilasetmə işləri dedikdə – FH baş vermiş zonada insanların, maddi və mədəni sərvətlərin xilas edilməsi, təbii mühitin mühafizəsi, FH lokallaşdırılması, FH zədələyici amillərinin təsirinin qarşısının alınması və ya minimal səviyyəyə qədər azaldılması başa düşülür.Digər təxirə salınmaz tədbirlər dedikdə—qəza-xilasetmə işlərinin hərtərəfli təmin olunması, FH zərərçəkmiş əhaliyə tibbi yardım və başqa yardımların edilməsi, insanların sağlamlığı və həyatını, əmək qabiliyyətini təmin edən minimal şəraitin yaradılması başa düşülür.
Real şəraitdə qəza-xilasetmə və digər təxirə salınmaz tədbirləri bir-birindən ayırmaq çətindir və bu bölgü şərtidir. Qısa olaraq həmin işləri Xİ (xilasetmə işləri) və DTT (digər təxirə salınmaz tədbirlər)
Xİ və DTT adətən, gecə-gündüz, hər bir havada fasiləsiz olaraq aparılır. Böyük qəzalar və fəlakətlər zamanı Xİ və DTT işlərinin həcmi böyük olduğu üçün işlər 2-3 növbədə təşkil olunur. Növbələr birbaşa iş yerlərində dəyişdirilir. Bu zaman ağır mühəndis texnikası ərazidən çıxarılmır, yeni gələn növbəyə iş yerində təhvil verilir. FH nəticələri o zaman aradan qaldırılmış hesab olunur ki, insanların həyatına və sağlamlığına təhlükə yaradan amillər aradan qaldırılmış olsun və ya, təsiri minimal səviyyəyə qədər endirilsin.FH nəticələrinin aradan qaldırılması fövqəladə hal zonasındakı bütün vətəndaşlar və təşkilatları üçün məcburidir.Zədələnmə ocaqlarında və fəlakət rayonlarında aparılan xilasetmə işlərinin növləri.Mülki müdafiənin ən mürekkebe və məsul vəzifələrindən biri – dinc və müharibə dövrlərindəki fövqəladə halların nəticələri aradan qaldılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsidir. Bu işlər düşmən basqını nəticəsində yaranan zədələnmə (zəhərlənmə) ocaqlarında, eləcə də təbii fəlakət və güclü qəza rayonlarında adamları xilas etmək, onlara yardım gösətrmək və qəzaların nəticələrini məhdudlaşdırmaq məqsədilə görülür. Qəza-xilasetmə işlərinə daxildir•Hərəkət maruftu yollarının və iş yerlərinin kəşfiyyatı;• Hərəkət ediləcək yollarda və iş yerlərində yanğınların söndürülməsi;• Xilasetmə işlərinin aparılmasına mane ola biləcək mümkün amillərin aradan qaldırılması;• Zədələnmiş, xarabalığa çevrilmiş, yanan binalardan, su basmış, qaz və tüstü ilə dolmuş, çökmüş otaqlardan zədələnmişlərin axtarışı və tapılıb çıxardılması;• Zədələnmişlərə ilkin tibbi və həkim yardımının edilməsi və onların tibb müəssisələrinə köçürülməsi;•Təhlükəlizonalardan əhalinin çıxarılması;• İnsanların sanitar təmizlənməsi, heyvanların veterinar təmizlənməsi, texnikanın, mühafizə və geyim vasitələrinin dezaktivasiyası, dezinfeksiyası və deqazasiyası, ərazinin və tikililərin, ərzağın, suyun, ərzaq xammalın və yemin zərərsizləşdirilməsi.Qəza-xilasetmə işləri qısa müddətdə yerinə yetirilməlidir. Ona görə ki, zədələnmişlərə tez bir müddətə yardım edilməlidir, əks halda ikincili zədələyici amillərin (yanğın, partlayış, subasma və s.) təsirindən dağıntılar və itkilər arta bilər. Qəza-xilasetmə işlərinin aparılmasına şərait yaratmaq, ikincili zədələyici amillərin (yanğın, partlayış, subasma və s.) təsirindən sonrakı dağıntı və itkilərin qarşısını almaq üçün, həm də zərər çəkmiş əhalinin və iqtisadiyyat obyektlərinin fəaliyyətini təmin etmək üçün təxirəsalınmaz tədbirlər yerinə yetirilir. Bura daxildir:
• Dağıntı və zərər çəkmiş zonalarda yolların, keçidlərin salınması;• Qaz, enerji, su kəməri, kanalizasiya, istilik və texnoloji sistemlərində xilasetmə işlərinin aparılması üçün təhlükəsiz şərait yaratmaq məqsədilə qəzaların lokallaşdırılması;
• Dağılmaq təhlükəsi olan və xilasetmə işlərinin aparılmasına mane olan bina və tikililərin 1 bərkidilməsi və uçurulması;• Xilasetmə işlərinin aparılmasınin təmin edilməsi üçün dağılmış və zədələnmiş komunal-enerji xətlərinin təmiri və bərpa edilməsi;• Partlamamış döyüş sursatlarının və partlayış təhlükəli predmetlərin aşkar edilməsi, zərərsizləşdirilməsi və məhv edilməsi;• Zədələyici amillərin mümkün təkrari təsirindən mühafizə məqsədilə zədələnmiş mühafizə qurğularının təmir və bərpa edilməsi;• Fövqəladə hadisə baş verən ərazidə sanitar təmizləmə işlərinin aparılması;•Zərərçəkmiş əhalinin həyat təminatının ilk növbədə təmin edilməsi.Bunlardan xilasetmə işlərinə aiddir:• adamlara bilavasitə yardım göstəriməsilə əlaqədar olan işlər – fəlakət yerlərində və oraya gedən yollarda vəziyyəti öyrənmək üçün kəşfiyyat aparılması;• həmin sahələrdə işə girişmək mümkün olsun deyə, yanğınları söndürmək, yaxud məhdudlaşdırmaq;• zədələnmiş, yanan, tüstü, qaz bürümüş binalardan, uçqunlar altından adamların tapılıb çıxarılması;• üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qurğularının açılıb oradan adamların xilas edilməsi;• süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava verilməsi;• zədəlilərə ilk tibbi yardım göstərilməsi və onların müalicə müəssisələrinə köçürülməsi;• adamların təhlükəli sahələrdən çıxarılması, lazımi hallarda sanitariya təmizliyindən keçirilməsi, həmçinin avadanlığın, ərazinin, ərzaq və suyun zəhərsizləşdirilməsi.Digər təxirəsalınmaz işlər isə, xilasetmə işlərini sürətlə və təhlükəsiz yerinə yetirmək, habelə fəlakətin genişlənməsinin qarşısını almaq məqsədilə görülən tədbirlərə deyilir.
Digər təxirəsalınmaz işlərə aiddir:• uçqunlarda və zəhərlənmə baş vermiş sahərlərdə maşın yolu və keçidlərin düzəldilməsi;• qaz, elektrik, texnoloji şəbəkələrdə, su, kanalizasiya xətlərində qəzaların məhdudlaşdırılması;
• xilasetmə işlərinin aparılmasına mane olan və ya təhlükə törədən qurğü və konstruksiyaların bərkidilməsi;
• yaxud dağıdılmış – zədələnmiş rabitə, işıq, su xətlərinin müvəqqəti bərpa edilməsi və s. kimi işləri aid etmək olar.Bütün bu işlər eyni zamanda yerinə yetirilir.Hər bir konkret halda görüləcək xilasetmə və digər təxirəsalınmaz işlərin həcmi və növü bu dağıntı (zədələnmə) ocağını törədən fəlakətin xarakterindən asılı olur.Nüvə zədələnməsi ocağında və zəlzələ rayonlarında daha çətin və ağır işləri icra etmək lazım gələ bilər. Bu işlərin ehtimal olunan səciyyəsini və həcmini müəyyənləşdirmək üçün zərbə dalğasının ön xəttindəki izafi təzyiqin kəmiyyətinə görə nüvə zədələnməsi ocağını, yəni izafi təzyiq 0,1 kqq/sm2-dən artıq olan sahələri şərti olaraq dörd zonaya ayırırlar. Bunlar: tam, güclü, orta dərəcəli və zəif dağıntı zonalarıdır.Zəlzələ nəticəsində yaranan dağıntı ocaqlarını da buradakı bina və qurğuların zədələnməsinin xarakterinə görə nüvə zədələnməsi ocağı ilə müqayisə etmək mümkündür. Fərq yalnız ondan ibarətdir ki, bu zaman əsas meyar olaraq zərbə dalğasının yaratdığı izafi təzyiq deyil, zəlzələnin balla maksimal fəallığı götürülür.Dağıntı ocağında xilasetmə işlərini təşkil edən şəxs yaranmış vəziyyəti şəxsən öyrənir, adamları xilas etmək üçün görüləcək işlərin həcmini və qaydasını təmin edir, dəstələrə tapşırıq verir və onların fəaliyyətini vahid məqsədə yönəldir.Dəstə komandirləri xilasetmə işlərinin aparılması haqqında sərəncamı alıb tabeliyindəki şəxsi heyəti göstərilən iş yerlərinə (uçqun altında qalmış sığınacaqların,daldalanacaqların yanına, çoxlu zədəlilər olan digər sahələrə) aparırlar. Xilasedici dəstələrin iş qabiliyyətini artırmaq üçün onlara xüsusi texnika (buldozer, avtokran və s.) verilir, həmçinin sanitar drujinaları və kommunal-energetika qurğularında qəzaları aradan qaldıra biləcək mütəxəssislər təhkim edilir. Lazımi hallarda yanğınsöndürən və zərərsizləşdirici dəstələr də xilasedicilərə yardım göstərirlər.Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə işlərinə aiddir:A) Uçqunlarda maşın yolu və keçidlərin düzəldilməsi. Zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə işləri aparılarkən ilk növbədə mühafizə qurğularına, uçqun altında, yanan binalarda adamlar qalmış sahələrə, digər tə’xirəsalınmaz iş yerlərinə getmək üçün maşın yolları və keçidlər düzəldilir. Bu məqsədlə mexanikləşdirilmiş MM dəstələrinin qüvvələrindən istifadə edilir.Keçid yollarının düzəldilməsi üsulları uçqunların növündən və ölçüsündən asılı olur. Az və qismən uçqunlar olan sahələrdə küçələrin maşın işləyən hissələrini və məhəllə daxilandəki keçidləri uçqunların üzərində düzəltmək daha asan başa gələr. Bu məqsədlə uçqunun üst səthini buldozer vasitəsilə təmizləyir, hamarlayır və basıb bərkidirlər.B) Uçqun altında qalmış sığınacağın açılması və adamların oradan çıxarılması. Adamlar özləri sığınacaqlardan çıxa bilmirlərsə, belə sığınacaq uçqun altında qalmış qurğu hesab edilir. Onları qazıyıb açmaqa başlamazdan əvvəl içəriyə qaz, su dolub-dolmadığını, ümumiyyətlə oradakı vəziyyəti öyrənirlər. Xilasetmə işlərinin aparılması ardıcıllığı bundan asılı olacaqdır.C) Uçqunların altından, zədələnmiş və yanan binalardan adamların xilas edilməsi. Daha mürəkkəb və çətin işdir. Bu işə dağıdılmış obyektin bütün sahələrini nəzərdən keçirib adamlar qalmış yerləri tapmaqdan başlayırlar. Dağıntı ocağında zədələnmişmişləri tapmağın əsas üsulu – uçqunlar yaranan sahədə başdan-başa axtarış aparmaqdır. Bu zaman xilasedicilər elə məsafədə hərəkət etməlidirlər ki, biri digərini görüb-eşidə bilsin, habelə bütün sahəni diqqətlə nəzərdən keçirmək mümkün olsun.Radiasiya qəzaları zamanı əhalinin mühafizəsi üçün yerinə yetirilən əsas tədbirlər aşağıdakılardır:• Qəza faktının aşkar edilməsi və onun barəsində xəbərdarlıq;• Qəza rayonunda radiasiya şəraitinin kəşfiyyatı;• Radiasiya nəzarətinin təşkili;• Radiasiya təhlükəsizlik rejiminin yaradılması və saxlanması; • Qəza baş verən kimi əhali arasında, qəza obyektinin heyəti və qəza nəticələrinin ləğvində iştirak edənlərdə yod profilaktikasının aparılması;• əhalinin, qəza obyektinin heyəti və qəza nəticələrinin ləğvində iştirak edənlərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi və həmin vasitələrdən tstifadə;• qəza zonasındakı əhalinin müdafiəsini təmin etmək üçün mühafizə qurğularında mühafizə edilməsi;• əhalinin, qəza obyektinin heyəti və qəza nəticələrinin ləğvində iştirak edənlərin sanitar təmizlənməsi;• qəza obyektinin, istehsal, sosial, yaşayış təyinatlı obyektlərinin, ərazinin, nəqliyyatın, kənd təsərrüfatı sahələrinin və digər texniki vasitələrin, mühafizə vasitələrinin, geyimin, əmlakın, su və ərzağın dezaktivasiyası;• ərazinin çirklənmə səviyyəsi yolverilən həddən artıq olduqda həmin ərazidən əhalinin təxliyyəsi.Zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Bunlar əsasən aşağıdakılardır:• işlərin icrası ilə əlaqəsi olmayan şəxslərin xilasetmə işləri aparılan sahələrdə qalmasına icazə verilmir;• icraya başlamazdan əvvəl iş yerini diqqətlə nəzərdən keçirmək, yenidən zədələnmə qorxusu olan sahələrə nişanlar qoymaq, iş vaxtıdivarların və s. hissələrin uçulması təhlükəsi olarsa, onları əvvəlcədən tamamilə dağıtmaq və ya bərkidib təhlükəsiz etmək lazımdır;• binaların müxtəlif mərtəbələrində eyni zamanda iş aparılmasına yol verilmir;• xüsusi ehtiyac olmadan zədələnmiş binalara, xüsusən də tək başına girmək məsləhət görülmür;• qaz dolmuş binalarda iş aparılarkən kibritdən və digər açıq alovdan istifadə etmək, maşın və mexanizmlərin mühərriklərini işə salmaq olmaz, işdən əvvəl binalar küləyə verilməklə qazdan təmizlənməli, lazımi hallarda yalnız 12 voltluq akkumulyator-əl fənərlərindən istifadə olunmalı, qığılcım çıxarmayan metaldan düzəldilmiş, yaxud qalın yağlanmış alətlər işlədilməlidir;• uçqunlardakı elektrik məftilləri ilə əlaqədar bütün işlər rezin əlcəklər, çəkmələr geyəndən sonra aparılmalıdır; mümkün olan hallarda işə başlamazdan əvvəl elektrik enercisini kəsmək lazımdır;• zəhərli sahələrdə bütün xilasetmə işləri fərdi mühafizə vasitələrində aparılmalıdır;• Burada icazəsiz əleyhqazı çıxarmaq, papiros çəkmək, su içmək, çörək yemək olmaz;• radioaktiv zəhərlənmə sahələrində işləyən adamları şüalanması dozalarına ciddi nəzarət edilməlidir;• deqazasiya və dezaktivasiya işləri mühafizə vasitələrini çıxarmadan və bu işlər üçün ayrılmış yerlərdə yerineyetirilməlidir.Təhlükəsiz iş qaydalarına düzgün əməl etməklə zədələnmə ocaqlarında əlavə bədbəxt hadisələrin qarşısına almaq olar.Zədələnmə ocaqlarında, habelə təbii fəlakət rayonlarında adamları xilas etmək, onlara tibbi yardım göstərmək, müalicə ocaqlarına aparmaq və qəzaların məhdudlaşdırılması məqsədilə görülən işlərə xilasetmə və digər təxirəsalınmaz işlər deyilir.Xilasetmə işləri – düşmən hücumunun nəticələrini, habelə təbii fəlakət və qəzaların nəticələrini aradan qaldırmaq məqsədilə aparılan işlərdir.Xilasetmə işlərinə :• iş görüləcək sahələrdə və buraya qələn yollarda radiasiya səviyyələrini, digər vəziyyəti müənyyləşdirmək üçün kəşfiyyət aparmaq;• xilasetmə işləri aparılacaq yerlərdə yanğını söndürmək və ya məhdudlaşdırmaq; uçqun altında qalmış adamları axtarıb tapmaq, oradan çıxarmaq, habelə yanan, qismən dağılmış binalarda qalmış adamları xilas etmək;• uçqunlar altında qalıb hava boruları zədələnmiş mühafizə qurğuların içərisinə hava vermək (çıxarlana qədər oradakı adamlar boğulmasınlar deyə) və bu qurğuların üstünü uçqunlardan təmizdəyib adamları xilas etmək;• zədələnmiş adamlara lazımı tibbi yardım göstərib, müalicə müəssisələrinə aparmaq, əhalinin zədələnmə, dağıntı, yanğın ocaqlarından, təhlükəsiz rayonlara çıxarmaq:• adamların sanitariya təmizlənməsi, onların paltarlarının zərəsizləşdirilməsi işlərini yerinə yetirməkdən ibarətdir.Xilasetmə işlərini gördükdə aşağıdakı prinsiplərə riayət etmək lazımdır:
1) İşi tez bir zamanda başlamalı, 1-ci 3-4 saat müddətində sığınacaqlara hava vurmalı və onları açmalı, 10—12 saat müddətində ilk tibbi yardım göstərməli, bütün işləri bir sutka ərzində başa çatdırmalı;
2) İşlər görülən zaman mexanizmlərdən maksimum istifadə etməli;3) Hərbiləşdirilməmiş dəstələr onların vəzifəsinə uyğun olaraq işləri yerinə yetirməlidirlər;4) İşlər yerinə yetirildikdə təhlükəsizliyə riayət etmək lazmdır.Nüvə zədələnməsi ocağında xilasetmə işləri aparılarkən aşağıdakı təhlükəsizlik qaydalarına riayət edilməlidir:• işlərin icrası ilə əlaqəsi olmayan şəxslərin xilasetmə işləri aparılan sahələrdə qalmasına icazə verilməməlidir:• işin icrasına başlamazdan əvvəl iş yerinin diqqətlə nəzərdən keçirməli, yenidən zədələmə təhlükəsi olan sahələrə lazımi nişanlar qoyulmalıdır:• zədələnmiş binaya girərkən onun vəziyyətinə diqqət etmək, iş vaxtı divarların və s. hissələrin uçulması təhlükəsi olarsa, onları əvvəlcədən tamamilə dağıtmaq və ya bərkidib təhlükəsiz etmək lazımdır:• qaz dolmuş və belə ehtimal edilən binadarda açıq alovdan istifadə edilməsinə, maşın və mexanizmlərin mühərriklərinin işə salınmasına yol verilməməlidir.• uçqunlardakı elektrik məftilləri ilə bütün işlər rezin əlcək, rezin çəkmə geyəndən sonra izolyator materiallar üzərində dayanmaqla aparılmalıdır:• deqazasiya və dezaktivasiya işləri mühafizə vasitələrini çıxarmadan və bu işlər üçün ayrılmış yerlərdə yerinə yetirilməlidirNüvə zədə ocağında aparılan xilasetmə işləri (Xİ) və digər təxirəsalınmaz tədbirlər (DTT)Nüvə zədə ocağı—elə ərazidir ki, nıvə silahının zədələyici amillərinin təsirindən binalar qurğular dağılır, yanğınlar olur, ərazinin radioaktiv zəhərlənməsi və əhalinin zədələnməsi baş verir.Nüvə zərbələri endirildikdən sonra MM rəhbərləri və xidmətlərinin rəisləri ərazidə yaranmış vəziyyəti aydınlaşdırmaq üçün müvafiq işlər görülür, ocaqda xilasetmə işlərini (Xİ) təşkil edirlər. İşlərin görülmə ardıcıllığını ərazinin və obyektlərin MM rəhbərləri müəyyən edir. Onlar Xİ və DTT üçün məsuliyyət daşıyan şəxsləri təyin edirlər. Qüvvələrin yeridilməsi əvvəlcədən müəyyən edilmiş və ya konkret şəraitdən, xüsusilə də hərəkət ediləcək yollarda və obyektlərdə radiasiyanın səviyyəsindən asılı olaraq, yeni martşrutlarla aparılır.Əvvəlcə kəşfiyyat bölmələri, sonra yol hərəkəti təminatı dəstələri, yanğın söndürmə bölmələri, MM xüsusi kəşfiyyat manqaları və ya qrupları yeridilir.Qəza kimyəvi təhlükəli maddələrlə zəhərlənmiş ərazilərdə aparılan xilasetmə və digər təxirəsalınmaz tədbirlərin xüsusiyyətləri Kimyəvi zədələnmə ocağında aparılan xilasetmə işlərinə aiddir:• kimyəvi və tibbi kəşfiyyatın aparılması;• profilaktik tədbirlərin, öz-özünə və qarşılıqlı yardımin edilməsi;• zədələnmiş adamların axtarışı və aşkar edilməsi, onlara ilkin tibbi yardımın edilməsi və tibb müəssisələrinə köçürülməsi;• zədələnməmiş əhalinin zədələnmə ocaqlarından köçürülməsi;• insanların sanitar təmizlənməsi, paltarların və ayaqqabıların, mühafizə vasitələrinin, ərazinin, avadanlığın, texnikanın, nəqliyyatın deqazasiyası;• zəhərlənmiş ərzağın və su mənbələrinin aşkar olunması;• ərzağın, yemin zərərsizləşdirilməsi.Kimyəvi zədələnmə ocağında aparılan xilasetmə işlərinin spesifik xüsusiyyətləri GTZM yüksək dərəcədə zəhərliliyi, zəhərlənmə əlamətlərinin tez inkişaf etməsi, zərərçəkmişlərə ilkin tibbi yardım göstərilməsinə qısa müddətdə yerinə yetirilməsi ilə əlaqədardır. Bununla əlaqədar xilasetmə işlərinin effektliliyi öz-özünə və qarşılıqlı tibbi yardımın tez müddətə göstərilməsi və zərərçəkmişlərin kimyəvi zədələnmə ocağının sərhədlərindən kənar yerlərə təcili təxliyənin aparılmasından asılıdır.Kimyəvi zəhərlənmənin aşkar olunmasını və GTZM-nin növünü labarator nəzarət və müşahidə müəssisələri, həmçinin radiasiya və kimya nəzarəti postları yerinə yetirir.Xilasetmə işlərinin yerinə yetirilməsi üçün MM hərbi hissələrinin kimya mühafizə dəstələri,təsərrüfat obyektlərinin xüsusi radiasiya əleyhi və kimya əleyhi xüsusi mühafizə dəstələri, tibb dəstələri, həmçinin xüsusi hazırlanmış və təchiz olunmuş dəstələr cəlb olunur.Kimyəvi zədə ocağına yeridilən dəstələrin şəxsi heyəti tənəffüs üzvlərinin və dərinin fərdi mühafizə vasitələri, antidotlar, fərdi kimya əleyhi paketlə təmin olunurlar.İlk olaraq ocağa zərərçəkmişlərə tibbi yardım göstərmək üçün hərbi hissələrin tibb dəstələri, qəza tibb dəstələri, həmçinin kimyəvi mühafizə bölmələri, radiasiya əleyhi və kimya əleyhi dəstələr yeridilir. Həmin qüvvələrin əsas işi zərərçəkmişlərə tibbi yardım göstərmək, ərazidən təxliyyə etmək, həmçinin ərazinin, avadanlıqların, texnikanın deqazasiya işlərini yerinə yetirməkdir.İlk növbədə tənəffüs üzvlərinin mühafizə vasitələri olmayan insanlar təxliyyə olunur. Sonra əleyhiqazı olan ilk tibbi yardım göstərilmişlər köçürülür. Ən son filtr-ventilyasiya qurğulu sığınacaqlarda sığınmış insanlar köçürülür. Ağır zədələnmiş insanlar tibbi heyətin müşayəti ilə köçürülür. Zədələnmişlərin və insanların təxliyyəsi çox böyük əmək tələb edir və çoxlu nəqliyyat lazım gəlir. Zərərçəkmişlərin axtarışı, tapılıb nəqliyyat vasitələrinə yerləşdirilməsi və köçürülməsi üçün müxtəlif təyinatlı qüvvələr cəlb olunur. Əhalinin zərərçəkməmiş hissəsi müəyyən edilmiş yollarla ya piyada, ya da mümkünsə nəqliyyat vasitələri ilə ərazidən çıxarılır.Kimyəvi mühafizə bölmələri, radiasiya əleyhi və kimya əleyhi dəstələr kimyəvi zədələnmə ocağında xilasetmə işləri ilə yanaşı ərazini və yolları, binaları və qurğuları deqazasiya edir, hərbi hissələrin şəxsi heyətini, fəhlə və quluqçuları, əhalini sanitar təmizləmədən keçirir, onların mühafizə vasitələrini və paltarlarını zərərsizləşdirirlər.Kimyəvi zədə ocağından köçürülənlərin sanitar təmixlənməsi üçün təxliyyə marşrutlarının yaxınlığında, ocaqdan kənar ynrdə kimya mühafizəsi bölmələri xüsusi təmizləmə məntəqələri qururlar.Qida sənayesi müəssisələrində, ambarlarda, ticarət şəbəkəsində olan ərzaq məhsulları, kimya zədələnmə ocağına yaxın su mənbələri, diqqətlə yoxlanılır, nümunələr götürülüb ekspertiza üçün kimyəvi labaratoriyalara göndərilir.Ekspertizanın nəticələrinə əsasən, onların istifadə edilməsinə, ya deqazasiyasına, ya da ləğvinə qərar verilir.Kimya zədə ocağında xilasetmə işləri əleyhiqazlarda və dərinin mühafizə vasitələrində aparılır. Xilasetmə işlərinin aparılma müddəti fasiləsiz olaraq fərdi mühafizə vasitələrində yolverilən qalma müddəti ilə müəyyən edilir.Kimyəvi zədələnmə ocağı o zaman ləğv edilmiş olur ki, orada insanların müdafiə vasitələrsiz qalması təhlükəsiz olsun.
Təbii fəlakətlər zamanı aparılan xilasetmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin xüsusiyyətləri
Təbii fəlakətlər zamanı aparılan xilasetmə işləri və digər təxirəsalınmaz tədbirlər nüvə zədə ocağında və texnogen xarakterli FH baş verən zədələnmə zonalarındakı tədbirlərdən əhəmiyyətli dərəcədə fərqlənir.Subasma zamanı görülən işləri əaşağızakı qruplara ayırd edirlər:
• kəşfiyyaiın təşkili və su basmış zonaların sərhədlərinin müəyyən edilməsi;• zədələnmişlərin axtarışı və aşkar olunması;• suda, dağılmış və su basmış binalarda, hündürlüklərdə və başqa yerdə olan zədələnmişlərə çatmaq üçün yolların təmin edilməsi;• zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardımın və digər yardımların göstərilməsi;• təhlükəli zonalardan əhalinin köçürülməsi və onların həyat fəaliyyətinin təmin olunması.Bu tədbirlərin yerinə yetirilməsi üçün FHN-nin regional və rayon səviyyəli dəstələrinin şəxsi heyəti və axtarı-xilasetmə texnikası cəlb edilir. Ən mürəkkəb və çətin iş kəşfiyyatın aparılması, subasma zonasının sərhədlərinin təyini, zərərçəkmişlərin axtarışı və su ilə onlara çatmaq üçün yolların təmin olunmasıdır.Kəşfiyyat və sərhədlərin müəyyən edilməsi hava kəşfiyyaiı vasitəsi ilə müəyyən edilir. Vertolyotlar zərərçəkmişləri axtarışı və aşkar olunması, onlara çatmaq üçün, həm də subasma zonalarından insanların, maddi sərvətlərin və müxtəlif mülkiyyət vasitələrinin təxliyyəsi üçün istifadə olunur.Zərərçəkmişləri aşkar etmək və onlara yaxınlaşmaq üçün üzən trasportyorlardan, hava dolu qayıqlardan, avarlı qayıqlardan, mühərrikli katerlərdən həmçinin yerli əhalinin müxtəlif üzmə vasitələrindən istifadə edilir. Vertolyot ekipajı suda zərəçəkmişləri aşkar etdikdə, xüsusi qaldırıcı qurğu ilə onlara qayıq sallanır, xilasedici aşağı enərək onların vertolyota qaldırılmasına yardım edir.Üzücü vasitələr zərərçəkmişə yaxınlaşdıqda səs və işıq siqnalları verilir, onlara xilasedici vasitələr atılır. Üzən transportyorların və gəmilərin göyərtəsinə traplar bərkidilir, onların vasitəsilə zərərçəkmişlər müstəqil olaraq, ya da xilasedicilərin köməyi ilə göyərtəyə qaldırılır.Sel baş verərsə, onun ləngidilməsi, selin axma istiqamətinin dəyişdirilməsi xilasetmə işləri ilə yanaşı aparılır.Şəraitin dəqiq qiymətləndirilə bilməsi üçün kəşfiyyat təşkil edilir. Ən operativ üsul hava kəşfiyyatıdır, onun vasitəsilə böyük ərazilərdə şərait haqqında daha dəqiqi və tez məlumat əldə etmək olar. Şəraitlə daha dəqiq və xırdalıqlarla məlumat əldə etmək üçün körpülərin, dambaların yanında yerüstü kəşfiyyat tətbiq edilir.Sənaye və digər binaların subasmadan və istehsal avadanlıqlarını mühafizə etmək üçün suyuq axma istiqamətini dəyişdirən kanallar salınır, dambalar tikilir, qapı və pəncərələr tutulur. Sonradan zirzəmilərdən, binaların aşağı mərtəbələrindən və mühafizə qurğularından suyun çıxarılması təşkil edilir.Subasma təhlükəsi olan yaşayış məntəqələrində postlar yaradılır və onlarla əlaqə qurulur.Körpülərin, dambaların, suyığıcı və digər qurğuların mühafizəsi üçün qəza komandaları ayrılır.Zərərçəkmişlərə ilkin yardım tədbirlərinə—onların isidilməsi və bədən tempraturunun bərpa edilməsi aiddir. Bu məqsədlə zərərçəkmişləri quru və isti geyimlə təchiz etmək, küləkdən, yağışdan mühafizə edən isti otaqlarda yerləşdirmək, isti çay vermək, mümkün olarsa qaynar duş və ya vanna qəbulu ilə təmin etmək lazımdır.Müxtəlif zədələr almış zərərçəkmişlərə ilkin tibbi yardım etmək lazımdır: qanaxmanı saxlamaq, sınıqlar zamanı ətrafları immobilizə etmək, sarğı qoymaq lazımdır, lazım gələrsə isə ağrıkəsici yeridilir.Zərərçəkmişləri təhlükəsiz zonada yerləşən tibb müəssisələrinə təxliyyə etmək üçün xüsusi xəstədaşıyan nəqliyyat vasitələrindən istifadə edilir. Mümkün subasa biləcək və sel təhlükəsi ola biləcək ərazilərdən, əhalini adətən əvvəlcədən təxliyyə etmək lazımdır. Təxliyyənin vaxtı hidrometereoloji xidmətin proqnozuna əsasən müəyyən edilir. MM və FH xidmətlərinin rəhbərləri təxliyyə komissiyaları ilə birlikdə əhalinin xəbərdarlığını təşkil edir və təxliyyə olunananların və nəqliyyatın toplanma vaxtını elan edirlər. Təxliyyə marşrutları yolların və körpülərin vəziyyətini nəzərə alaraq, nəqliyyatın maneəsiz keçə bilmə imkanı ilə seçilir.Təxliyyə olunan əhalinin yerləşdiyi ərazi normal yaşayış və ictimai binaların, yataqxanaların, qonaq evlərinin və digər binaların olduğu su basmayan ərazi olmalıdır, hər bir adama düşən minimal yaşayış sahəsi 2,5 m2-olmalıdır. Əhalinin köçürüldüyü yaşayış məskənləri yerli asayiş keşikçilərinin qorumasına həvalə edilir, onlar üzmə vasitələri ilə təmin olunur.Yerli idarəetmə orqanlarının qərarı ilə əhali, qiymətli maddi əşyalar, kənd təsərrüfatı heyvanları əvvəlcədən təhlükəli ərazilərdən çıxarılır. Təxliyyənin başlanması və keçirilməsi qaydası yerli radiotranslyasiya və televizor kanalları, müəssisələrin, idarələrin, təhsil ocaqlarının, həmçinin mənzil-istismar idarələrinin rəhbərləri tərəfindən elan edilir. Subasma qəflətən baş verərsə o zaman xəbərdarlıq bütün texniki vasitələrlə və səs gücləndiriciləri ilə edilir.Xilasetmə və digər təxirəsalənmaz tədbirlərin həcmi subasmış və sel baş vermiş rayonlarda qəflətən təbii fəlakətlərin baş verməsinin qarşısını alan tədbirlərin görülməsindən asılıdır. Hərbi hissələr və dəstələr subasmış ərazilərdəki insanları axtarışını həyata keçirir, zədələnmişlərə ilkin tibbi yardım göstərir, onları təhlükəsiz yerlərə köçürür, maddi sərvətləri və istehsalat avadanlığını xilas edir, lazım dələrsə onları ərazidən çıxarır. Eyni zamanda əhali, kənd təsərrüfatı heyvanları, ərzaq məhsulları da təhlükə rayonlarından köçürülür.Körpülərin, dambaların, torpaq vallarının möhkəmləndirilməsi işləri aparılır, kommunal-enerji şəbəkəsində qəza-bərpa işləri aparılır, yollar təmizlənir və bərpa edilir, hidrotexniki qurğular bərpa edilir.Subasmış rayonlarda və köçürüləcək əhalinin yığışdığı ərazidə həm əhalinin, həm də dövlət, ictimai və vətəndaşların şəxsi əmlakının qorunması üçün ictimai asayışın mühafizəsi təşkil edilir.Qayda-qanuna əməl olunmasını təmin etmək üçün subusmış rayonlarda, əhalinin təxliyyə olunduğu yollarda və yerləşdirildiyi yerlərdə, həmçinin, avtomobil və dəmir yollarında komendvnt saatı təşkil olunur.Suyun səviyyəsi endikdən slnra subasmış rayonlarda və obyektlərdə şəraitin normaya salınması üçün böyük işlər görülür.Qasırğa təsirindən sonra şəraiti dəqiqləşdirmək üçün kəşfiyyat aparılır. Kəşfiyyat vasitəsilə qasırğa baş vermiş rayonlarda dağıntıların xarakteri aydınlaşdırılır, kommunal-enerji, telefon, teleqraf şəbəkələrində zədələnmələrin olması müəyyən edilir, yanğın şəraiti öyrənilir və yanğınların yaxınlığında su mənbələrin olduğu yerlər müəyyən edilir, qasırğa nəticələrinin ləğvi üçün dəstələrin hərəkət edəcəyi yolların vəziyyəti öyrənilir.Xilasedicilər qasırğa baş vermiş rayonlara gələn kimi insanları xilas etməyə, onlara ilkin tibbi yardım etməyə və təxliyyənin təşkili və yerinə yetirilməsini həyata keçirməyə başlayır, yanğınları lokallaşdırır və söndürürlər. Eyni zamanda kommunal-enerji və rabirə xətlərindəki nasazlıqları aradan qaldırır, küçələrdəki və yollardakı dağıntıları təmizləyirlər.Qasırğaların nəticələrinin ləğvi üçün tərkibinə, təyinatına və texniki təminatına görə müxtəlif qüvvələr cəlb olunur. Yolların dağıntılardan, qardan, sıxışıb qalmış nəqliyyat vasitələrindən təmizlənməsi üçün texniki vasitələrlə—traktor, yol və qartəmizləyicilərlə təmin olunmuş dəstələr cəlb olunur.Yerli idarəetmə orqanlarının qərarı ilə yolların təmizlənməsinə əmək qabiliyyətlt əhali cəlb oluna bilər.Ədər qasırğanın nəticələrindən biri subasma olarsa, o zaman subusma zonasında aparılan bütün tədbirlər burada yerinə yetirilir.Kütləvi qırğın silahlarının tətbiqinin nəticələrinin aradan qaldırılması.Kütləvi qırğın silahlarının tətbiqinin nəticələrinin aradan qaldırılması tətbiq edilən silahın növündən, tətbiq edildiyin yerin miqyasından və bir sıra digər amillərdən asılıdır. Nəticələrin ləğv edilməsi mürəkkəb şəraitdə-tam və güclü dağıntılar, başdan-başa xarabalıqlar, yanğınlar, subasmalar, atmosferanın və ərazinin radioaktiv maddələr, kimyəvi zəhərli maddələr, güclü təsirli ZM, bakterial vasitələrlə çirklənməsi fonunda aparılır. Müasir qırğın vasitələrinin tətbiqi nəticəsində kombinə olunmuş zədələnmə ocaqları əmələ gəlir. Belə ocaqlarda ilk növbədə ən böyük təhlükə yaradan zədələyici amili müəyyən etmək lazımdır və həmin amilin təsirini aradan qaldıran və ya təsirini minimuma endirən tədbirlər yerinə yetirilir, sonra isə digər amillərin təsirinin nəticələri aradan qaldırılır. Radiasiya, kimyəvi və bakterioloji çirklənmə şəraitində işlərin yerinə yetirilməsi tənəffüs üzvlərini və dərini mühafizə vasitələri istifadə edilməsi lazım gəldiyinə görə, zədələnmişlərin ehtiyat əleyhiqazlarında olmasına və hissəvi və ya tam sanitar təmizlənməsi aparılması lazım gəldiyinə görə işlərin tempini əhəmiyyətli dərəcədə aşağı salır. İşlərin yerinə yetirilməsi üçün iş vaxtının az olması, dezaktivasiya, dezinfeksiya, deqazasiya, sanitar təmizləməsi işlərinin aparılmasına cəlb olunananların sayının artımına səbəb olur. Bir neçə zədələyici amilin təsirindən alınan zədə və yaralanmaların çox olması zədələnmişlərə ilkin tibbi yardımın göstərilməsini və onların tibb müəssisələrinə nəql olunmasını çətinləşdirir.Yazılanlardan başqa kombinə olunmuş ocaqlarda xilasetmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsinin digər xüsusiyyətləri aşağıdakılardır:• eyni zamanda və ya ardıcıl olaraq xüsusi hazırlanmış və təmin olunmuş müxtəlif təyinatlı qüvvə və vasitələrin işə cəlb olunması lazım gəlir;• ləğvetmə işlərində iştirak edin dəstələrin şəxsi heyətininin üzvləri, əhalinin rejimli və təcridedici-məhdudlaşdırıcı ekstern profilaktika məqsədilə antidotların, radiasiya əleyhi, bakterial vasitələr əleyhi və digər vasitələr istifadəsi lazım gəlir;• xilasetmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün həmtərəfli təminat çox çətin olur.Böyük dağıntı zonalarının, xarabalıqların, geniş subasma zonalarının, yanğınların, çirklənmələrin, zədələnmələrin olması insanların və texnikanın işini ağırlaşdırır, təxirəsalınmaz işlər xilasetmə işləri ilə eyni zamanda yerinə yetirilir və bəzən isə onlardan öncə yerinə yetirilir.
|