• Zədələnmələrin əsas səbəbləri
  • İstehsalat zədələnmələri, bədbaxt hadisələr və peşə xəstəlikləri




    Download 0,53 Mb.
    bet13/35
    Sana22.03.2021
    Hajmi0,53 Mb.
    #13345
    1   ...   9   10   11   12   13   14   15   16   ...   35
    İstehsalat zədələnmələri, bədbaxt hadisələr və peşə xəstəlikləri

    PLAN


    1.Zədələnmələrin əsas səbəbləri

    2.İstehsalat zədələnmələrinin uçotu və təhqiqi

    3.İstehsalat zədələnmələri və peşə xəstəliklərinin göstəriciləri

    4.Zədələnmələrin təhlili üsulları

    5.Zədələnmə və peşə xəstəliklərinin maddi nəticələri

    Zədələnmələrin əsas səbəbləri

    Müəssisənin təsərrüfat sahələrinin xüsusiyyətlərindən, zərərli və təhlükəli amillərindən asılı olaraq işçilərdə yaranan müxtəlif növ travmalar üç növə bölünür: İstehsalat travması, peşə xəstəliyi və peşə zəhərlənməsi.



    İstehsalat travması. Qəfil xarici təsir nəticəsində insan orqanizmində toxumaların ani olaraq zədələnməsi və ya üzvlərin öz fizioloji funksiyasını dəyişməsi travma adlanır. Travmalar, adətən təhlükəli amillərin insana qısa müddətli təsiri nəticəsində baş verir. “Travma” – yunan sözü olub, zədələnmə, xəsarət alma, əzilmə, qırılma və s. mənasında işlədilir. İstehsalatda əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində mexaniki zədələnmədən, elektrik cərəyanının təsirindən, kimyəvi zəhərlənmədən radioaktiv şüalanmadan, qeyri normal əmək şəraitindən alınmış zədə istehsalat travması və bədbəxt hadisə adlanır.

    Peşə xəstələnmələri. Əmək prosesində əmələ gələn zərərli istehsalat amillərinin işçinin orqanizminə uzun müddət təsiri onun sağlamlığının pozulmasına səbəb olur. Bununla müəyyən iş üçün səciyyəvi olan zərərli istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik – peşə xəstəliyi yaranır.

    Peşə zəhərlənməsi. Peşə xəstəliyinin xüsusi halıdır. Peşə zəhərlənmələri şiddətli və xronik formada ola bilər. İstehsalat prosesində zəhərli preparatlardan ayrılan hissəciklərin insan orqanizminə təsiri nəticəsində zəhərlənmə baş verir.

    İstehsalat zərərçəkmələri və peşə xəstəliklərinin əsas səbəblərini aşağıdakı altı qruppa ayırmaq olar:

    a) texniki səbəblər – texnoloji proseslərin qeyri mükəmməlliyi; maşın və mexanizmlərin, avadanlığın, təchizat və alətlərin konstruktiv nöqsanları; çəpərlərin, qoruyucu qurğuların siqnal və bloklama vasitələrinin qeyri-mükəmməlliliyi, nasazlığı; ağır və təhlükəli işlərin lazımi qədər mexanikləşdirilməməsi; material və konstruksiyaların qüsurları, maşınlarda gözlənilmədən alınan qüsurlar və s.

    b) təşkilati səbəblər – istehsalat işlərinin düzgün təşkil edilməməsi; əmək intizamı qaydalarının pozulması; işçilərə əmək mühifizəsi qaydalarının və öyrətmələrinin düzgün aparılmaması; avadanlıq və alətlərin istismar qaydalaranın pozulması; işçilərin fərdi mühafizə vasitələri ilə kifayət qədər təmin edilməməsi; iş yerinin təşkilində nöqsanlar və.s.

    c) sanitar gigiyenik səbəblər – iş zonasının havasında zərərli qarışıqların qatılığının buraxılabilən həddən artıq olması; əlverişsiz işıqlandırma, səs-küy və titrəyişlər; qeyri normal meteroloji şərait; şəxsi gigiyena qaydalarının pozulması, ventilyasiya sistemində qüsurların olması.

    ç) psixofizioloji səbəblər – yorğunluq, diqqətsizlik, yaddaşın zəifləməsi, gözlənilmədən keçirilən fizioloji hallar, orqanizmdəki qüsur və çatışmamazlıqlar və.s.

    d) yanğın səbəbləri – yanğın təhlükəsizliyi qaydalarının pozulması; yanğından təhlükəli materialların saxlanılması qaydalarının pozulması; materialların öz-özünə alışması; texnoloji proseslərdə yanğın təhlükəsizliyi rejiminin pozulması.

    e) maddi səbəblər – təbii fəlakətlərin (məsələn, sel,zəlzələ, ildırım vurması, körpünün uçması və .s) baş verməsi.

    İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısını almaq məqsədilə aşağıdakı tədbirlərin görülməsi və həyata keçirilməsi lazımdır:

    1. İşçilərin müvafiq qaydada təlimatlandırılması

    2. Görüləcək işin xüsusiyyətlərinə görə işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi.

    3. Maşınlar üzərində yazıların və təhlükəli iş yerlərinin hasarlanmasının təşkili.

    4. İş yerlərində fırlanan hissələrin olması ilə əlaqədar yerlərdə mühafizə örtüklərinin və çəpərləmənin qoyulması.

    5. Təhlükənin xəbərdarlığı məqsədi ilə əyani təbliğat vasitələrindən (plakatlardan, yazılardan) istifadə etmək.

    6. Fərdi mühafizə vasitələrindən və qoruyucu ləvazimatlardan istifadə etmək.

    7. Avtomatik açma qurğularından, siqnal sistemindən və uzaqdan işarə vasitələrindən istifadə etmək.

    8. Elektirik avadanlıqlarının gövdəsinin yerlə birləşdirilmə konturu və sıfırlama sistemini tələbata uyğun təmin etmək.

    9. Qüvvədə olan əmək mühafizəsi təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi tələblərini müntəzəm olaraq təbliğ etmək.

    10.İşçi yerlərini və istehsalat proseslərini elmi əsaslara uyğun təşkil etmək və s.




    Download 0,53 Mb.
    1   ...   9   10   11   12   13   14   15   16   ...   35




    Download 0,53 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İstehsalat zədələnmələri, bədbaxt hadisələr və peşə xəstəlikləri

    Download 0,53 Mb.