İstehsalat zədələnmələri və bədbaxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin araşdırılması:
yüngül bədən xəsarətləri, az ağır dərəcəli bədən xəsarətləri ilə bağlı təhqiqatlar müəssisədə yaradılmış komissiya tərəfindən aparılır;
ağır bədən xəsarətləri, qrup halında xəsarət alma halları və ölümlə nəticələnən bədbəxt hadisələrlə bağlı təhqiqatlar isə Dövlət Əmək Müfəttişliyinin rəisinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır.
İstehsalat zədələnmələri və peşə xəstəliklərinin göstəriciləri
Müəssisələrdə və ya təsərrüfatın hər hansı bir sahəsində istehsalat zədələnmələrinin səviyyələrini xarakterizə etmək və müxtəlif müəssisələri məhz buna görə müqayisə etmək üçün zədələnmələrin şərti qəbul edilmiş nisbi göstəricilərindən istifadə edilir. Bədbəxt hadisələr haqqındakı hesabat məlumatlarına əsasən təyin edilən bu göstəricilərdən əsasları tezlik və ağırlıq əmsallarıdır.
Zədələnmələrin təhlili üsulları
İstehsalat bədbəxt hadisələrinə qarşı tədbirlərin vaxtında və səmərəli görülməsi üçün onların baş vermə səbəblərini müntəzəm təhlil edib ümumiləşdirmək lazımdır. İstehsalat zədələnmələri və peşə xəstələnmələrinin səbəbləri müxtəlif, məsələn statistik, qrup, topoqrafık, texniki, monoqrafık, iqtisadi, erqonomik və psixofızioloji üsullarla təhlil edilir.
|