Mühazirə materialları Müəllim: t e. n. Salahov Rafiq Azad oğlu




Download 0,53 Mb.
bet9/35
Sana22.03.2021
Hajmi0,53 Mb.
#13345
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
Nüvə dağılma ocaqları
Nüvə zədələnməsi ocağı (NZO) - o əraziyə deyilir ki, orada nüvə partlayışının zədələyici amilləri nəticəsində külli miqdarda insan, heyvan bitki tələfatı olur, bina və qurğular dağıdılır, yanğınlar baş verir və yer radioaktiv maddələrlə zəhərlənir.

Nüvə zədələnməsi ocağı mürəkkəb zədələnmə ocağıdır: burada dağıntılar, yanğınlar və radioaktiv zəhərlənmə ocaqları hamısı eyni zamanda əmələ gələ bilər.

Məsələn bir milyon tonluq (q=1Mt) nüvə silahı partladıqda tam dağılma zonası 4 km, güclü dağılma 5,4 km, orta dağılma 7,2 km və zəif dağılma 11 km məsafədə yaranacaqdır.

Nüvə zədələnmə ocağının ölçüləri, burada dağıntıların dərəcəsi və tələfat – nüvə sursatının gücündən, partlayışın növündən, yaşayış məntəqəsindəki tikintinin xüsusiyyətlərindən, yerin relyefindən və s. asılı olur. Zədələnmə ocağı sahəsinin 13%-ni tam dağıntı zonası, 10%-ni güclü, 15%-ni orta dərəcəli və 62%-ni zəif dağıntılar zonası təşkil edir.

Tam dağılma zonası . Nüvə partlayışı mərkəzinə ən yaxın olan sahələrə tam dağıntı zonası deyilir və bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qismi uçulur. Sığınacaqların əksəriyyəti (75%-ə qədər) və yeraltı kommunal-energetika şəbəkələri (95%) salamat qalır. Küçələrdə uçqunlar əmələ gəlir, sığınacaqların çıxış yolları uçqunlarla tutulur.

Güclü dağılma zonası . 50 kPa-dan 30 kPa-dək izafi təzyiqin təsirinə məruz qalan sahələr orta dərəcəli dağıntılar zonasıdır. Bu zonanın hüdudları daxilindəki yerüstü binalar orta dərəcədə dağılır, yeraltı sığınacaq və şəbəkələr salamat qalır. Küçələrin müxtəlif yerlərində uçqunlar yarana bilər. İşıq şüalanması nəticəsində güclü yanğınlar törəyir.

Orta dağılma zonası. 30kPa-dan 20 kPa-dək izafi təzyiq təsir göstərən sahələrdə orta dağıntılar baş verir. Taxta evlər tamamilə və çox dağılır, daş evlər orta və ya zəif dağıntılara uğrayırar. Sığınacaq, daldalanacaq və bina zirzəmilər dağıntılarsız ötüşülər. Küçələrdə ayrı-ayrı uçqunlar əmələ gəlir. İşıq şüalanması nəticəsində başdan-başa yanğınlar törəyir.

Zəif dağılma zonası. 20kPa–dan 10 kPa-dək izafi təzyiq təsir göstərən sahələrdə zəif dağıntılar baş verir. Bu zonada yerüstü binalar zəif dağıntılara məruz qalır (onların qapı-pəncərələri, artırmaları, daxili arakəsmələr və s. dağılır). Küçələrdə tək-tək uçqunlar yaranır, işıq şüalanmasından tək-tək yanğınlar törəyir.

Dağıntı zonalarından kənarda (izafi təzyiq 10 kPa –dan az olan yerlərdə) zərbə dalğası mühafizə olunmamış adamlara təhlükə törətmir, binaları isə azacıq zədələyir.



Download 0,53 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Download 0,53 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə materialları Müəllim: t e. n. Salahov Rafiq Azad oğlu

Download 0,53 Mb.