İstehsalatda meteoroloji şərait və onun növləri
Plan
1. Əmək gigiyenası və istehsalat sanitariyası haqqında anlayış
2. İstehsalat otaqlarının və iş yerlərinin mikroiqlimi
3. Meteoroloji şərait və onun normallaşdırılması
4. İstehsalat tozu və onun zərərli təsirindən mühafizə üsulları
5. İşçilərin kollektiv və fərdi mühafizə vasitələri
Əmək gigiyenası və istehsalat sanitariyası haqqında anlayış
Əmək gigiyenası əmək prosesinin və istehsalat mühitinin insanın işgüzarlığına və sağlamlığına təsirini öyrənən elmdir.
Əmək qiqiyenasının əsas məqsədi zəhmətkeşlərin sağlamlığının təmin olunmasına və onlar üçün ən əlverişli əmək şəraiti yaradılmasına yönəldilmiş sanitariya-gigiyena və müalicə-profilaktika tədbirlərini hazırlamaqdan ibarətdir.
Əməyin gigiyenası əməyin təşkilini, istirahəti onun forma və üsullarını, əmək fəaliyyəti prosesində orqanizmin vəziyyətini, işçinin hərəkətlərinin xarakterini və xüsusiyyətini, iş vaxtı insan bədəninin vəziyyətini, əmək alətləri və vasitələrinin, işlədilən xammalın, prosesin texnologiyasının, istehsalat mühitinin fiziki, kimyəvi və bioloji amillərinin, əmək proseslərinin və mühitin müxtəlif şəraitinin işçiyə fizioloji təsirini öyrənir.
Əmək gigiyenası sahəsində aparılan tədqiqatlar nətiçəsində istehsalat prosesləri və avadanlığının layihələrinə verilən gigiyenik tələblər, gigiyenik norma və qaydalar, şəxsi gigiyena tədbirləri, əmək və istirahətin səmərəli təşkili üzrə təkliflər hazirlanib həyata keçirilir.
|